Məhkəmə qərarları › İş №e-2(004)-1906/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1906/2024

24.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1906/2024 24.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "ünvan 1 ünvanında “C” bloklu, 8-ci mərtəbə, 20 nömrəli mənzil üzrə X6 ilə Cavabdeh MMC arasında mənzilin ½ hissəsinin alqı-satqısı müqaviləsinin, maliyyə arayışının, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş X5 yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının protokolundan çıxarışın və verilən yaşayış sahəsinin plan-cizgisinin verilməsi, ünvan 1 ünvanında “C” bloklu, 8-ci mərtəbə, 20 nömrəli mənzilin 1/8 hissədı İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi üçün zəruri notariat hərəkətlərin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "ünvan 1 ünvanında “C” bloklu, 8-ci mərtəbə, 20 nömrəli mənzil üzrə X6 ilə Cavabdeh MMC arasında mənzilin ½ hissəsinin alqı-satqısı müqaviləsinin, maliyyə arayışının, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş X5 yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının protokolundan çıxarışın və verilən yaşayış sahəsinin plan-cizgisinin verilməsi, ünvan 1 ünvanında “C” bloklu, 8-ci mərtəbə, 20 nömrəli mənzilin 1/8 hissədı İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi üçün zəruri notariat hərəkətlərin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı miras qoyan X6 ilə onun ölüm gününə qədər onunla rəsmi nikah münasibətlərində olmaqla yaşayan, 4 qanun üzərə vərəsələrindən biridir. Hələ sağlığında əri iddia tələbinin predmetini təşkil edən ünvan 1 ünvanında “C” bloklu 8-ci mərtəbə, 20 nömrəli mənzilin dəyərini cavabdeh şəxsə tam olmaqla ödəyərək, müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirmişdir. Qeyd olunan mənzil üzərində X3 ½ hissədə olan payının ¼ hissəsinin, yəni 1/8 hissəsinin üzərində iddiaçının mülkiyyət hüquqlarımın dövlət qeydiyyatına alınması və həmin mənzil üzrə maliyyə arayışının verilməsi məqsədi ilə cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh bildirmişdir ki, payçılar tərəfindən hələ öz adlarına özəlləşdirilməmiş digər mənzillər kimi, qeyd olunan mənzili də hüquqi şəxs olaraq, o, öz adına özəlləşdirmiş və notarial qaydada bağlanılmış müvafiq əqdlər əsasında mənzillər öz sahiblərinin adına qeydiyyata alınırlar. Lakin, daha sonra cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, yalnız bu barədə müvafiq məhkəmə qətnaməsi mövcud olduqdan sonra onun tərəfindən mənzilin 1/8 hissəsinin üzərində iddiaçının mülkiyyət hüquqlarımın dövlət qeydiyyatına alınması onun tərəfindən icra edilə bilər. İddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh MMC məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-456/2016 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı X3 cavabdeh Məmmədova Gülsuqra Eldar qızına qarşı “əmlak bölgüsü” tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Pişəvari küçəsi 3245-ci məhəllə, 2-ci giriş, 217 nömrəli mənzil üzərində X3 1/2 hissədə pay hüququnun müəyyən olunması, ünvan 2 ünvanda “C” bloklu 8-ci mərtəbə, 20 nömrəlı mənzil üzərində X4 1/2 hissədə pay hüququnun müəyyən olunması qət edilmişdir. Bakı Apellyasiya məhkəməsi Mülki Kollegiyasının (hakimlər S. Hacıyev, E. Nəbiyev, R. Qurbanov) xx.xx.2017-ci il tarixli, 2(103)-1772/2017 nömrəli qətnaməsi ilə iddiaçı X3 və cavabdeh Məmmədova Gülsuqra Eldar qızının verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2017-ci il tarixli, 2(102)-7099/2017 nömrəli Qərarı ilə cavabdeh Məmmədova Gülsuqra Eldar qızının kassasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-1772/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Baki şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-456/2016 nömrəli icra vərəqəsinə əsasən, ünvan 3 ünvanında “C” bloklu 8-ci mərtəbə, 20 nömrəli mənzil üzərində X3 1/2 hissədə pay hüququ müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022 tarixli, 8301-105979/15-5-15 nömrəli məktubuna əsasən, Baki şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-456/2016 nömrəli icra vərəqəsi cavabdehin nümayəndəsi Ziyafət Muradov tərəfindən xx.xx.2022 tarixdə qəbul edilmişdir. İş materiallarında olan AZ-İİ-393551 nömrəli Nikah haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 ilə xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş Abasova Pərvin S üleyman qızı xx.xx.2020-ci il tarixdə nikaha münasibətlərinə daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə “Məmmədov“, arvada “Məmmədova“ soyadları verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ-104779 №-li Ölüm haqqında şəhadətnamənin surətinə əsasən, xx.xx.1968ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmiş X3 vərəsəsi ünvan 4 ünvaninda qeydiyyatda olan X2r (AZE 14197168, Binəqədi RPİ xx.xx.2017, FİN xxxxxxx, d/t: xx.xx.1975) və o, ƏMDK-nin yanında DƏDRX-nın Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X5 verilmiş reyestr nömrəli **********6, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanda yerləşən ümumi sahəsi 0.0354 ha torpaq sahəsindən ibarət miras əmlakdan ¼ hissədə pay almışdır. İş materiallarında olan xx.xx.2022 qeydiyyat tarixi, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, Bakı Şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi ¼ hissədə X1 adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. MM-in 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. MM-in 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə mülkiyyət hüquqlarının müdafiəsinin həyata keçirilməsi ilə bağlı subyektiv hüququ vardır. Belə ki, iddia ərizəsində göstərilən xüsusatlar mülki iş materiallarına əsasən öz təsdiqini tapır. Cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqları əsassız formada məhdudlaşdırılır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, üzərinə düşən aktiv sübutetmə (təkzibetmə) funksiyasını həyata keçirtməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 3 ünvanında “C” bloklu, 8-ci mərtəbə, 20 nömrəli mənzil üzrə X6 ilə Cavabdeh MMC arasında mənzilin ½ hissəsinin alqı-satqısı müqaviləsinin, maliyyə arayışının, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş X5 yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının protokolundan çıxarışın və verilən yaşayış sahəsinin plan-cizgisinin verilməsi, ünvan 1 ünvanında “C” bloklu, 8-ci mərtəbə, 20 nömrəli mənzilin 1/8 hissədı İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi üçün zəruri notariat hərəkətlərin aparılması vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "ünvan 1 ünvanında “C” bloklu, 8-ci mərtəbə, 20 nömrəli mənzil üzrə X6 ilə Cavabdeh MMC arasında mənzilin ½ hissəsinin alqı-satqısı müqaviləsinin, maliyyə arayışının, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş X5 yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının protokolundan çıxarışın və verilən yaşayış sahəsinin plan-cizgisinin verilməsi, ünvan 1 ünvanında “C” bloklu, 8-ci mərtəbə, 20 nömrəli mənzilin 1/8 hissədı İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi üçün zəruri notariat hərəkətlərin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. ünvan 3 ünvanında “C” bloklu, 8-ci mərtəbə, 20 nömrəli mənzil üzrə X6 ilə Cavabdeh MMC arasında mənzilin ½ hissəsinin alqı-satqısı müqaviləsinin, maliyyə arayışının, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş X5 yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının protokolundan çıxarışın və verilən yaşayış sahəsinin plan-cizgisinin verilməsi, ünvan 1 ünvanında “C” bloklu, 8-ci mərtəbə, 20 nömrəli mənzilin 1/8 hissədə İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi üçün zəruri notariat hərəkətlərin aparılması vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar