Məhkəmə qərarları › İş №e-2(004)-194/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-194/2023

06.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-194/2023 06.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və AR Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 03 saylı Bakı Asan Xidməti X2rşı “atalıq faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və AR Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 03 saylı Bakı Asan Xidmətinə qarşı “atalıq faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 saylı Bakı “ASAN” xidməti mərkəzinin Ədliyyə Nazirliyi qeydiyyat şöbəsi tərəfindən verilmiş 6866 saylı doğum haqqında aktla qeydə alınmış Babayeva Nazlıya verilmiş doğum haqqında şəhadətnamənin ata qrafasında göstərilmiş İddiaçı dair qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını qəbul etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 05 noyabr 2000-ci il tarixdə Səadat Sarayında 1501 saylı aktla nikahı qeydə alınmışdır. Birgə nikahdan 31 yanvar 2006-cı il tarixdə oğlu Maksud dünyaya gəlmişdir və 27 noyabr 2015-ci il tarixdə cavabdeh qız uşağı dünyaya gətirmişdir. Cavabdehlə 2014-cü ildən münasibətləri pozulmuş və faktiki ər-arvad münasibətlərində yaşamırlar. Elə bu səbəbdən də 27 noyabr 2015-ci il tarixdə dünyaya gəlmiş uşağın mənşəyinin müəyyən olunması səbəbi ilə cavabdehə DNK analizlərinin verilməsi barədə mövqeyini bildirdikdə o, bundan imtina etmişdir. Bununla da cavabdeh uşağın atasının faktiki olaraq başqa şəxs olmasını etiraf etmişdir. Bu səbəbdən də məhkəməyə müraciəti əsasında nikahları pozulmuşdur. 2022-ci ildə Cavabdeh1 ona qarşı hər iki uşağa görə aliment tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia ərizəsinə əlavə olunmuş sənədlər arasında X5 verilmiş doğum haqqında şəhadətnamədə əlavə olunmuşdur. Bildirmişdir ki, bu şəhadətnamənin alınmasına və ata qrafasında onun adının qeyd olunmasına razılıq verməmişdir. 03 saylı Bakı “ASAN” xidməti mərkəzinin Ədliyyə Nazirliyi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 27 noyabr 2015-ci il təvvəldlü Babayeva Nazlının ata qrafasında İddiaçı qeyd olunmuşdur. İşə məhkəmədə baxılan zaman iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.2015-ci il təvəllüdlü X5 münasibətdə atası olmamağını müəyyən etməklə, xx.xx.2015-ci il təvəllüdlü X5 ata qrafasında ata adının və soyadının ananın göstərişi ilə yazılmaqla, yeni doğum haqqında şəhadərnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflər rəsmi nikahda olmuş, lakin sonradan münasibətləri pozulmuş, faktiki olaraq birgə yaşamamışdılar, sonra cavabdeh xx.xx.2015-ci il tarixdə qız uşağı dünyaya gətirmişdir. İddiaçı bildirir ki, o, uşağı atası deyil və buna əmin olduğu üçün bu iddia tələbini irəli sürmüşdür. Həmçinin hesab edir ki, cavabdehin məhkəmənin təyin etdiyi ekspertizada iştirak etməməsi faktiki onların iddia tələbini etiraf etmək kimi qəbul olunmalıdır. Əgər cavabdehin hər hansı bir əsası olsaydı, o gəlib öz sübutlarını məhkəməyə təqdim edə bilərdi. Təəsüf olsun ki, o, bundan imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və AR Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 03 saylı Bakı Asan Xidmətinin nümayəndəsi (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. 03 saylı Bakı Asan Xidmət X6 məhkəməyə 3/16-5/8-13- 380/2023 saylı, xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq, işlərinin çox olması ilə əlaqədar olaraq məhkəmədə iştirak etmək imkanları olmadığına görə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 128578 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə X7 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3220 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 679601 nömrəli, xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Doğum haqqında şəhadətnamənin ata qrafasında İddiaçı, ana qrafasında isə Cavabdeh1 qeyd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3338/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2023-cü il tarixli, 9/51 saylı məktubuna əsasən sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh1 isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahda olduqları dövrdə xx.xx.2006-cı il təvəllüdlü X10 anadan olmuşdur. Tərəflər arasında münasibətlər 2014-cü il tarixdən pozulmuş və faktiki ər-arvad münasibətlərində yaşamamışlar. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3338/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2023-cü il tarixli, 9/51 saylı məktubuna əsasən sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh1 isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərinin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törənməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44- 45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Məhkəmə Azərbaycan Respubilkasının MPM-in 97.5.-ci madddəsinə əsaasən, hesab edir ki, Cavabdeh1 ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etdiyindən və işin hallarına görə onun iştirakı olmadan ekspertizanı keçirmək mümkün olmadığından, iddianın əsaslılığı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 188-ci maddəsinə əsasən, atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X5, ata adı və soyadının ananın göstərişi ilə yazılmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi müvafiq olaraq 03 saylı Asan Xidmət X8 həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalarına əsasən valideynlər öz aralarında nikahda olmadıqda anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi əsasında, habelə məhkəmə qərarı əsasında aparılır. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən edilməsi barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X4 atası olmaması müəyyən edilməli, xx.xx.2015-ci il təvəllüdlü X5, ata adı və soyadının ananın göstərişi ilə yazılmaqla yeni doğum haqqında şəhadətnamə verilməli, şəhadətnamənin verilməsi 03 saylı Asan Xidmət X8 həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X4 atası olmaması müəyyən edilsin. xx.xx.2015-ci il təvəllüdlü X5, ata adı və soyadının ananın göstərişi ilə yazılmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi 03 saylı Asan Xidmət X8 həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar