Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1963/2021 07.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinı dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3500 manat subasma hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, şirkətdə "xxxx" növü üzrə sığortalanmış X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilə 09.03.2020-ci il tarixində subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Qeyd olunan hadisə ilə bağlı MTK nümayəndələrinin tərtib etdiyi 09.03.2020-ci il tarixli arayışa əsasən, subasma hadisəsinin baş verməsinə səbəb kimi həmin mənzilin üst mərtəbəsində yerləşən Cavabdeh məxsus 47 saylı mənzilin su borusunun partlaması göstərilmişdir. Beləliklə, 47 saylı mənzilin su borusunun partlanması nəticəsində X1 mülkiyyətində olan 42 saylı mənzilin tavan, döşəmə və divar kağızlarına 5000 manat məbləğində zərər dəymiş və PİM1900096 saylısığorta müqaviləsinə və 20003 saylı 01.05.2020-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 3500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, 08.03.2020-ci il tarixdə yaşadığı ünvan 1, 47 saylı mənzildə döşəmənin altındakı kombi borusu partlamış, tərəfindən çağırılmış ustalar tərəfindən döşəmə təcili sökülərək, boru düzəldilmişdir. Həyat yoldaşı ilə döşəmənin altına yığılmış suyu son damlasına qədər yığmışlar. Bir gqn sonra isə qonşunun evinə düşərək, ancaq qonaq otağında föşəmədəki xalçaya hopmuş və kıənar hissələrdə olan suyu təmizləmiş, xalçanı özü ilə götürüb, qurudub qaytarmışlar. Digər otaqlarda damma zəif olmuşdur. Qonşuya ziyanı ödəməklə bağlı müraciət etmiş, o bununla razılaşmamış və sığortadan pulunu alacağını demişdir. Daha sonra "xxxx" ASC-dən kağız gəlmiş, oraya getdikdə, X2 3500 manat sığorta ödənildiyi və həmin məbləğin ondan tutulacağı bildirilmişdir. Pensiyaçıdır və bu məbləği ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 məxsus ünvan 1 ünvanında yerləşən 42 saylı mənzil 22.05.2019-cu il tarixdən 21.03.2022-ci il tarixədək "xxxx" ASC-də "xxxx" növü üzrə sığortalanmışdır. MTK-nın 09.03.2020-ci il tarixli aktının surətindən görünür ki, həmin tarixdə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 47 saylı mənzildən su sızması nəticəsində X2 məxsus ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilə zərər dəymişdir. Müstəqil sığorta eksperti tərəfindən tərtib olunmuş 16.03.2020-ci il tarixli qiymətləndirilmə rəyinin surətindən görünür ki, su sızması nəticəsində, ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 5000 manat müəyyən edilmişdir. 01.05.2020-ci il tarixli sığorta aktının və ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən dəymiş ziyana görə 3500 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və həmin məbləğ zərərçəkən şəxsə verilmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 -ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi flə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla 22.05.2019-cu il tarixində "xxxx" ASC tərəfindən "xxxx" növü üzrə sığortalanmış, X2 məxsus ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilə 09.03.2020-ci il tarixdə Cavabdeh ünvan 1 ünvanında yerləşən 47 saylı mənzildən su axması nəticəsində maddi ziyan vurulması, iddiaçı tərəfindən zərərçəkənə 3500 manat sığorta ödənişinin həyata keçirilməsi, bununla da, zərərin əvəzini ödəmək tələbi hüququ ödənilmiş sığorta ödənişi məbləğində iddiaçıya keçməsi müəyyən edilmişdir. Bu səbəbdən də, iddia təmin edilərək 3500 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində verilmiş sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat i Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-1963/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1963/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver