Məhkəmə qərarları › İş №e-2(004)-1983/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1983/2024

07.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1983/2024 07.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı cavabdeh X1 qızına qarşı avtomobilin üzərindən məhdudiyyət götürülməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qızına qarşı avtomobilin üzərindən məhdudiyyət götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Chevrolet Cruze minik markalı, ** VU *** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, qara metalük rəngli avtomobilin üzərində məhdudiyyət götürülməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iş materiallarını və sənədləri araşdıraraq hesab edir ki, hazırki iş məhkəmədə baxılmalı olmadığına görə, iddia ərizəsinin icraata qəbul edililməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 4671/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Gülnar Babazadə) ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə qismən təmin edilərək Chevrolet Cruze minik markalı ** VU *** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, qara metallik rəngli avtomobilə - Cavabdeh V2 hissədə, X8 1/2 hissədə paylarının müəyyən edilməsi; Şamaxı rayonu, Birinci Çağan kəndində 0,457 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə - Cavabdeh V2 hissədə, X8 1/ 2 hissədə paylarının müəyyən edilməsi; Nissan X Trail minik markalı ** FE *** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, ağ rəngli avtomobilin satış dəyəri 20000 (iyirmi min) manat məbləğində pulun 1/2 hissəsi, 10.000 (on min) manat məbləğində pulun cavabdeh X6 tutularaq iddiaçı Cavabdeh ödənilməsi; Volkswagen Jetta minik markalı ** NU *** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, qara rəngli avtomobilin satış dəyərinin 14000 (on dörd min) manat məbləğində pulun 1/2 hissəsinin, 7.000 (yeddi min) manat məbləğində pulun cavabdeh X6 tutularaq iddiaçı Cavabdeh ödənilməsi; Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində 1,6465 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh tam pay hüququnun müəyyən edilməsi; qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi; Birləşdirilmiş mülki iş üzrə iddia tələbinin təmin edilərək Abşeron rayonu, Masazır kəndi, ev 1 F, 48 saylı mənzildən Cavabdeh məxsus əşyalar-mətbəx mebeli, yataq dəsti, 03 ədəd şkaf, 1 ədəd qarderob, divan, soyuducu, paltaryuyan və kitabların Cavabdeh hesabına çıxarılması qət edilmişdir. 2(004)-4671/2022 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil və qarşılıqlı iddia üzrə iddaçının nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1830/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X8 apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh apellyasiya şikayəti isə təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-4671/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni X8 mülkiyyətində olan Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində 1,6465 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh tam mülkiyyət hüququnun tanınması hissəsində dəyişdirilmiş, X8 mülkiyyətində olan Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində 1,6465 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh 1Z- hissədə, X8 isə 1/2 hissədə paylı mülkiyyəti müəyyən edilmiş, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə mübahisə predmeti olan avtomobilə pay müəyyən olunmuş və həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin məhməmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 24/2022 saylı, xx.xx.2022-ci il il tarixli qərardadına əsasən, cavabdeh Kərimova-X4 “əmlakın üzərinə həbsin qoyulması barədə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi qismən təmin edilmiş, mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək, 2013-cü il buraxılışlı, qara metallik rəngli, 1G1PG5SB5E7165247 ban nömrəli, Chevrolet Cruze minik markalı ** VU *** dövlət nömrə nişanlı avtomobilin, Şamaxı rayonu, Birinci Çağan kəndində 0,457 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Ağdaş rayonu Aşağı Zeynəddin kəndində yerləşən 1,6465 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsi iddiaçıya və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Hazırki iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdeh X1 qızına qarşı avtomobilin üzərindən məhdudiyyət götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Chevrolet Cruze minik markalı, ** VU *** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, qara metalük rəngli avtomobilin üzərindən məhdudiyyətin götürülməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə hesab edir ki, mübahisə ilə bağlı tələb avtomobilin üzərində məhdudiyyətin götürülməsi ilə bağlı olduğundan, qeyd olunan tələb məhkəmədə iddia icraatı qaydasında (2 indeksi ilə) deyil, əgər sözügedən qərardad maraqlarına toxunarsa bununla bağlı sübutlar əlavə olunmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-24/2022 saylı, xx.xx.2022-ci il il tarixli qərardadı ilə qoyulmuş qadağanın ləğvi ilə bağlı ərizə ilə (16 indeksi ilə) və yaxud iddia ərizəsində qeyd etdiyi kimi qətnamə maraqlarına (hüquq və vəzifələrinə) toxunarsa bununla bağlı sübutlar əlavə olunmaqla iş üzrə yekun məhkəmə qərarından şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində rüsum iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı cavabdeh X1 qızına qarşı avtomobilin üzərindən məhdudiyyət götürülməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçı hazırki 2(004)-1983/2024 saylı mülki iş üzrə ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar