Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1984/2024 08.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi, ev 15, 66 nömrəli mənzilini xx.xx.2020-ci ildən xx.xx.2025-ci ilədək "xxxx" ASC-də əmlak sığorta növündə sığortalamışdır. Sığortalıya RRM100141913 nömrəli əmlak sığortası şəhadətnaməsi vеrilmişdir. 2021-ci il iyulun 28-da Cavabdeh məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi, ev 15, 68 nömrəli mənzildən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi, ev 15, 66 nömrəli sığortalı mənzilə su axması nəticəsində maddi ziyan dəymişdir. 39 saylı MKİS-nin 29 iyul 2021-ci il tarixli aktına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi, ev 15, 66 nömrəli mənzildən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi, ev 15, 68 nömrəli mənzilə suyun axması faktı öz təsdiqini tapmışdır. “BEST SERVİCE BAKU“ MMC tərəfindən vеrilmiş xx.xx.2021ci il tarixli 0827-03/21 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində sığortalı mənzilə 351 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 351 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. Sığortalı PRM 92937 nömrəli sığorta aktının 5-ci bəndində cavabdеhə qarşı subroqasiya tələbi hüququnun iddiaçıya vеrildiyini təsdiq еtmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarına sığortalı X1 məxsus xx.xx.2020-ci il tarixli Əmlak sığorta şəhadətnaməsi əlavə edilmişdir. İş materiallarına baş vermiş sığorta hadisəsi ilə bağlı 39 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt əlavə edilmişdir. İş materiallarına zərərlə bağlı akt və qiymətləndirmə aktı əlavə əlavə edilmişdir. İş materiallarında olan PRM92937 nömrəli sığorta ödənişi aktına əsasən müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği 351 manat təşkil etmiş və sözügedən ödəniş həyata keçirilmişdir. İş materiallarına sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təvil-təslim aktı əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan delikt hüquq institutu üzrə dispozitiv şərtlərin hər üçü yerinə yetirilir. Beləliklə, müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan xüsusatlar əsaslıdır, öz təsdiqini tapır, sözügedən xüsusatların əski sübut edilmir. X2 mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi, ev 15, 66 nömrəli mənzilini xx.xx.2020-ci ildən xx.xx.2025-ci ilədək "xxxx" ASC-də əmlak sığorta növündə sığortalamışdır. Sığortalıya RRM100141913 nömrəli əmlak sığortası şəhadətnaməsi vеrilmişdir. 2021-ci il iyulun 28-da Cavabdeh məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi, ev 15, 68 nömrəli mənzildən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi, ev 15, 66 nömrəli sığortalı mənzilə su axması nəticəsində maddi ziyan dəymişdir. 39 saylı MKİS-nin 29 iyul 2021-ci il tarixli aktına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi, ev 15, 66 nömrəli mənzildən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi, ev 15, 68 nömrəli mənzilə suyun axması faktı öz təsdiqini tapmışdır. “BEST SERVİCE BAKU“ MMC tərəfindən vеrilmiş xx.xx.2021-ci il tarixli 0827-03/21 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində sığortalı mənzilə 351 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 351 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. Bu səbəbdən, iddiaçı subroqasiya qaydasında ödənilmiş sığorta ödənişini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumu qaydada Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Göstərilə hüquqi və faktiki əsaslar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 351 (üç yüz əlli bir) manat pul və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 351 (üç yüz əlli bir) manat və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumu tutularaq tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1984/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1984/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver