Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1985/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “suborqasiya qaydasında pul” tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə dəymiş ziyana görə 3258,04 (üç min iki yüz əlli səkkiz manat dörd qəpik) manat sığorta ödənişinin, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahatının iddia tələbinə uyğun olduğunu və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan sığorta şəhadətnaməsinə əsasən müəyyən edilir ki, “xxxx” MMC tərəfindən İveco Crealis markalı, ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmışdır. Sığortanın dəyəri 209581,62 manat, zərrin məbləği isə 8258,04 qəpik olmuşdur.İş materiallarında olan xx.xx.2019-cu il tarixli Avtonəqliyyat vasitələrinin sığorta hadisəsinə dair ilkin akta əsasən müəyyən edilir ki, hadisənin iştirakçıları “xxxx” MMC tərəfindən İveco Crealis markalı, ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 və Daewoo Nexia markalı ** XS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1dur. Cavabdeh1 hadisənin zərərvuranı hesab edilmiş və zərərvuranın icbari sığortası “xxxx” ASC-yə aiddir. İş materialarında olan xx.xx.2019-cu il tarixli İXP2819257 saylı inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən müəyyən edilir ki, Sadıqov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. İş matariallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən müəyyən edilir ki, Daewoo Nexia markalı ** XS *** dövlət qeydiyyat markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 tərəfindən Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. İş mataeriallarında olan xx.xx.2019-cu il tarixli arayışa əsasən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə Daewoo Nexia markalı ** XS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2019-cu il tarixdə saat 07:30-da törədilmiş nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli zərər aktına əsasən müəyyən edilir ki, İveco Crealis markalı ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələri və servis xidmət haqqı 8258, 04 manat etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən müəyyən edilir ki, “xxxx” MMC-yə məxsus ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə göstərilmiş xidmətlər 8258,04 (səkkiz min iki yüz əlli səkkiz manat dörd qəpik) manat məbləğində olmuşdur. İş materiallarında olan xx.xx.2019cu il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, xxxx ASC tərəfindən 8258,04 (səkkiz min iki yüz əlli səkkiz manat dörd qəpik) manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli çıxarışa əsasən müəyyən edilir ki, AtaSığorta ASC tərəfindən PaşaSığorta ASC-yə 5000 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan xxxx ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış məktubdan görünür ki, xxxx ASC dəymiş ziyana görə ödənilən 8258,04 manat məbləğdən 5000 manatın sığortaçı tərəfindən ödənildiyi, 3258,04 manatın cavabdehlər tərəfindən ödənilməli olduğunu cavabdehlərə bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, məhkəmə prosesində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında dəymiş ziyana görə 3258.04 (üç min iki yüz əlli səkkiz manat dörd qəpik) manat sığorta ödənişi və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Belə ki, iddiaçı xxxx ASC xxxx MMC-yə dəymiş 8258, 04 manat zərərə görə həmin məbləği xx.xx.2019-cu il tarixdə ödəmişdir. Həmin məbləğdən 5000 manat məbləğ xxxx ASC-yə zərərvuranın sığortaçısı xxxx ASC tərəfindən ödənildiyindən, ödənilməmiş 3258,04 manat məbləğ isə cavabdehləhlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1.-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəainə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq xxxx ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında dəymiş ziyana görə 3258.04 (üç min iki yüz əlli səkkiz manat dörd qəpik) manat sığorta ödənişi və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-1985/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1985/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver