Məhkəmə qərarları › İş №e-2(004)-199/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-199/2023

07.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-199/2023 07.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2, Cavabadeh "xxxx" MMMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MTK-ya, "xxxx" MTK-nın sədri X3, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri X2 qarşı "hüquqi şəxsin üzərinə qoyulmuş vəzifələrin icrasından təşkilati-hüquqi formanın dəyişməsi səbəbdən imtina etməsi, müraciətlərə natamam və təhrif olunmuş məzmunda cavab verilməsi və qanunsuz pul" tələbinə dair iddia ərizəsinə Yasamal Rayon Məhkəmənin binasında açıq məhkəmənin baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər "xxxx" MTK-ya, "xxxx" MTK-nın sədri X3, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri X2 qarşı "hüquqi şəxsin üzərinə qoyulmuş vəzifələrin icrasından təşkilati-hüquqi formanın dəyişməsi səbəbdən imtina etməsi, müraciətlərə natamam və təhrif olunmuş məzmunda cavab verilməsi və qanunsuz pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə, saat 12:00-ə təyin edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmişdir. Lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkilinin məhkəmənin baxış iclasına gəlməməsi və bu barədə heç bir məlumat verməməsi səbəbindən mülki işin baxılmamış saxlanmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçının gəlməməsi səbəbindən mülki işin baxılmamış saxlanmasına etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağrışına gəlmədikdə, cavabdeh isə inin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı məhkəmə baxış iclasına gəlmədiyi üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdehlər "xxxx" MTK-ya, "xxxx" MTK-nın sədri X3, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri X2 qarşı "hüquqi şəxsin üzərinə qoyulmuş vəzifələrin icrasından təşkilatihüquqi formanın dəyişməsi səbəbdən imtina etməsi, müraciətlərə natamam və təhrif olunmuş məzmunda cavab verilməsi və qanunsuz pul" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar