Məhkəmə qərarları › İş №e-2(004)-2017/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2017/2023

31.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2017/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nəsimi rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə cavabdehlər “X1 Mərkəzi ” MMC və "xxxx" ASC-nə qarşı keçirilmiş hərracların və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nəsimi rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə cavabdehlər “X1 Mərkəzi ” MMC və "xxxx" ASC-nə qarşı keçirilmiş hərracların və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən əmlakın açıq hərracda satılmasına dair keçirilən hərracların nəticəsi olaraq “X1 Mərkəzi ” MMC-nin tərtib etdiyi 28 yanvar 2021-ci il tarixli YP 069 saylı protokolun və ünvan 2 ünvanında yerləşən əmlakın açıq hərracda satılmasına dair keçirilən hərracların nəticəsi olaraq “X1 Mərkəzi” MMC-nin tərtib etdiyi 28 yanvar 2021-ci il tarixli YP 070 saylı protokolun etibarsız hesab edilməsi, ünvan 1 və ünvan 2 ünvanında yerləşən əmlakların real bazar qiyməti əsasında hərraca çıxarılmasına və qanunvericilikdə dairəsi müəyyən edilmiş şəxslərin iştirakı təmin edilməklə təkrar hərracın keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə 10 may 2023-cü il tarixdə elektron kabinet vasitəsilə iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş edirəm hissəsinin ikinci hissəsinin nəzərə alınmadan birinci hissəsi üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(103)-1570/2019 saylı qətnaməsi ilə cavabdeh X6 apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, kredit müqaviləsi üzrə 160483.81 manat əsas, 57912.49 manat faiz, 2000 manat dəbbə pulu məbləğində, cəmi 220396.3 manat borcun cavabdehlər "xxxx" MMC, İddiaçı, X10, X4 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə, yəni ipoteka ilə yüklü edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11 ünvanında yerləşən, ümumi sahəsi 75.7 kv.m, yaşayış sahəsi 39.7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2 otaqlı 109 saylı mənzilin ilkin satış qiymətinin 125000 manat və İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 183.2 kv.m, yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan 3 otaqlı mənzilin ilkin satış qiymətinin 305000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11 ünvanında yerləşən, ümumi sahəsi 75.7 kv.m, yaşayış sahəsi 39.7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2 otaqlı və İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 183.2 kv.m, yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan 3 otaqlı mənzillərə tutmanın yönəldilməsi, həmin mənzillərin açıq hərrac yolu ilə satılmaqla əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" ASC-yə olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri-250 manatın cavabdehlərdən alınıb dövlət büdcəsinə SAP )XİSS) dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesa AZ34CTRE******************** hesablaşma hesabına ödənilməsi qət edilmişdir. Bir müddət əvvəl müvafiq sənədləri əldə etdikdən sonra ona məlum olmuşdur ki, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 18609/130503/2020-5-3 saylı sifariş məktubu əsasında cavabdeh “X1 Mərkəzi ” MMC tərəfindən ona məxsus ünvan 1 və ünvan 2 ünvanında yerləşən mənzillərin açıq hərrəcdan satılması ilə bağlı 23 dekabr 2020-ci il tarixinə, daha sonra isə 13 yanvar 2021-ci il tarixinə ilkin və təkrar hərraclar təyin edilmişdir. ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 125.000 (bir yüz iyirmi beş min) manat, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti isə 305000 (üç yüz beş min) manat müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən mənzilin təkrar satış qiyməti 106250 (bir yüz altı min iki yüz əlli) manat, ünvan 2 ünvanında yerləşən mənzilin təkrar satış qiyməti isə 259250 (iki yüz əlli doqquz min iki yüz əlli) manat dəyərində qiymətləndirilmiş, hər iki hərrac baş tutmamış sayılmış və bundan sonra ona məxsus sözügedən əmlaklar cavabdeh “X1 Mərkəzi ” MMC tərəfindən tərtib edilmiş 28 yanvar 2021-ci il tarixli YP 069 saylı və 28 yanvar 2021-ci il tarixli YP 070 saylı protokol əsasında cavabdeh "xxxx" ASC-nə satılmışdır. Hesab edir ki, keçirilmiş hərraclar qanunverciliyin tələblərinə uyğun keçirilməmişdir. Belə ki, hərracın keçirilməsi barədə ona hər hansı bir məlumat verilməmişdir. İkincisi isə hərraca çıxarılmış əmlaklar dəyərindən olduqca aşağı qiymətləndirilmişdir. Onu da qeyd edir ki, “X1 Mərkəzi ” MMC-nin 28 yanvar 2021-ci il tarixli YP 069 saylı, 28 yanvar 2021-ci il tarixli YP 070 saylı protokol və digər sənədlərin surətlərini xx.xx.2023-cü il tarixdə Nəsimi rayon İcra və Probasiya şöbəsinə mürcaiət etdikdən sonra əldə etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 işə mahiyyəti üzrə baxılmasını tələb edərək, izahatında göstərmişdir ki, hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilmiş, mənzilin satışından əldə olunan vəsait hesabına borc tamamilə bağlanmışdır. Hazırda Nəsimi Rayon Məhkəməsinin icraatında hazırki iş üzrə iddiaçının mənzildən çıxarılması barədə bank tərəfindən iddia qaldırılmışdır. Bu iş yekunlaşana kimi həmi iş üzrə icraat dayandırılmışdır. Həmin iclasda və bu iclasda da iddiaçının nüayəndəsi və vəkili müəyyən səbəblər göstərərək iclaslarda iştirak etmir. Görünür ki, məqsəd işin uzadılması, mənzildən iddiaçının çıxarılmasının gecikdirilməsidir. İddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nəsimi rayon İcra və Probasiya şöbəsinə, cavabdeh “X1 Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştiraklarını təmin etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin müddəalarını nəzərə alaraq işə iddiaçının, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin və cavabdeh X1 Mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli, 14/KXM-001/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Zaminliklə təmin edilən öhdəlik Bankla "xxxx" MMC-nin Direktoru İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15 KXM-001 Nömrəli “Bərpa edilən Kredit xətt müqaviləsi”ndən və onun ayrılmaz tərkib hissəsi olan müvafiq kredit sazişlərindən irəli gələn öhdəliklərdir. Həmin müqaviləyə əsasən, Borcalan Bankdan götürdüyü 36 ay müddətinə, 200000 (X15) AZN məbləğində kredit xəttinin hesabına irəli gələcək öhdəliklərin yarandığı gündən etibarən kredit sazişlərində qeyd olunan şərtlərlə ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə X10 arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli, 14/KXM-002/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Zaminliklə təmin edilən öhdəlik Bankla "xxxx" MMC-nin Direktoru İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15 KXM-001 Nömrəli “Bərpa edilən Kredit xətt müqaviləsi”ndən və onun ayrılmaz tərkib hissəsi olan müvafiq kredit sazişlərindən irəli gələn öhdəliklərdir. Həmin müqaviləyə əsasən, Borcalan Bankdan götürdüyü 36 ay müddətinə, 200000 (X15) AZN məbləğində kredit xəttinin hesabına irəli gələcək öhdəliklərin yarandığı gündən etibarən kredit sazişlərində qeyd olunan şərtlərlə ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə X11 arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli, 14/KXM-003/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Zaminliklə təmin edilən öhdəlik Bankla "xxxx" MMC-nin Direktoru İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15 KXM-001 Nömrəli “Bərpa edilən Kredit xətt müqaviləsi”ndən və onun ayrılmaz tərkib hissəsi olan müvafiq kredit sazişlərindən irəli gələn öhdəliklərdir. Həmin müqaviləyə əsasən, Borcalan Bankdan götürdüyü 36 ay müddətinə, 200000 AZN məbləğində kredit xəttinin hesabına irəli gələcək öhdəliklərin yarandığı gündən etibarən kredit sazişlərində qeyd olunan şərtlərlə ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC-nin Direktoru İddiaçı arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli, 15/KXM-001/GM saylı zaminlik müqaviləsindən görünür ki, “08” Yanvar 2015-ci il tarixli 15/KXM-001 №-li bərpa edilən kredit xətti müqaviləsinin təminatı üsulu kimi İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 2 kv.m., yaşayış sahəsi 115.4 kv.m., yardımçı sahəsi 67.8 kv.m o|an 3 otaqlı mənzil ipotekaya qoyulmuşdur İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC-nin Direktoru İddiaçı arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli, 15/KXM-001 saylı Bərpa edilən kredit xətti müqaviləsindən görünür ki, “Borcverən» bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kredit(lər) üçün «Borcalana» bərpa edilən (revolving) kredit xətti açır, Kredit xəttinin məbləği (limiti) 200 000 (X15) Azərbaycan manatı təşkil edir. Kredit xətti 08 yanvar 2018-ci il tarixinədək açılır. Müqavilənin 3.1-ci bəndinə əsasən Bu Müqavilə və onun ayrılmaz tərkib hissəsi sayılan müvafiq sazişlər üzrə yaranmış bütün borcların qaytarılması Tərəflər arasında bağlanmış 15/KXM-001/GM saylı 08 yanvar 2015-ci il tarixli və 15/KXM-002/GM saylı 08 yanvar 2015-ci il tarixli İpoteka və “Borcverən”lə “ipotekaqoyan” arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli 15/KXM-001/ZM saylı zaminlik müqaviləsi və “4 X14" MMC-nin təsisçiləri ilə bağlanmış 08 yanvar 2015-ci il tarixli 15/KXM-002/ZM və 15/KXM- 003/ZM saylı Zaminlik müqavilələləri ilə təmin olunur. Müqavilənin 3.3-ci bəndinə əsasən Bu müqavilə üzrə «Borcalan»ın «Borcverən» qarşısında öhdəliklərinin icrasının təmin etmək məqsədilə İddiaçı məxsus, ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzil və İddiaçı məxsus, ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzil ipotekaya qoyularaq "xxxx" ASC-nin xeyrinə yüklü edilir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 19 mart 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli 15/KXM-001 saylı bərpa edilən kredit xətti müqaviləsi üzrə əsas borc üzrə - 160.483,81 manat, faiz borcu üzrə 14691,23 manat, dəbbə pulu (penya) 100 manat, ümumilikdə manat 175275,04 (yüz yetmiş beş min iki yüz yetmiş beş manat dörd qəpik) manat borc məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə cəmi 175304,04 (yüz yetmiş beş min üç yüz dörd manat dörd qəpik) manat "xxxx" MMC-dən, İddiaçı, X5 və X4 "xxxx" ASC-nin xeyrinə tutulması, İpoteka ilə yüklü edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11 ünvanında yerləşən, ümumi sahəsi 75.7 kv.m, yaşayış sahəsi 39.7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2-otaqlı 109 saylı mənzilin ilkin satış qiyməti - 125000 manat və İddiaçı mülkiyyətində olan şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11, mənzil 12 ünvanında ümumi sahəsi 183.2 kv.m, yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan mənzilin ilkin satış qiymətinin- 305000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş, İddiaçı mülkiyyətində olan Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11, mənzil 109 ünvanında yerləşən sahəsi 75.7 kv.m, yaşayış sahəsi 39.7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2-otaqlı və Ülviyyə Həsən qızının mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 183.2 kv.m, yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan 3-otaqlı mənzillərə tutma yönəldilməsi, həmin mənzillər açıq hərrac yolu ilə satılmaqla əldə olunmuş pul vəsaiti hesabına ümumilikdə cəmi 175304,04 (yüz yetmiş beş min üç yüz dörd manat dörd qəpik) manat "xxxx" ASC-nin xeyrinə tutulması, borc ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manatın cavabdehlərdən alınıb dövlət büdcəsinə SAP (XİİS) Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005. VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına keçirilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1570/2019 saylı 27 may 2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdeh X6 apelyasiya şikayəti təmin edilməyərək, "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 19 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, kredit müqaviləsi üzrə əsas borc üzrə - 160.483,81 manat, faiz borcu üzrə 57912,49 manat, dəbbə pulu 2000 manat, ümumilikdə manat 220396,30 manat borc məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə cəmi 175304,04 (yüz yetmiş beş min üç yüz dörd manat dörd qəpik) manat "xxxx" MMC-dən, İddiaçı, X5 və X4 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin "X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli “Hərracın keçirilməsi haqqında” 18609/130503/2020-5-3 saylı sifariş məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-1570/2019 nömrəli. xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11 ünvanında yerləşən, ümumi sahəsi 75.7 kv.m, yaşayış sahəsi 39.7 kv.m. yardımçı sahəsi 36 kv.m olan 2 otaqlı 109 saylı mənzilin ilkin satış qiymətinin 125000 manat və İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 183.2 kv.m. yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan 3 otaqlı mənzilin ilkin satış qiymətinin 305000 manat müəyyən edilməklə açıq hərracda satılması "X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə sifariş olunmuşdur. İş materiallarında olan borclular X7, "xxxx" MMC-nə, İddiaçı, X8 və tələbkar “ASB" ASC-nə ünvanlanmış 276 saylı 11 dekabr 2020-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən №18609/130503/2020-5-3 saylı xx.xx.2020-ci il tarixli məktuba əsasən ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 75.7 kv.m, yaşayış sahəsi 39.7 kv.m. yardımçı sahəsi 36 kv.m olan 2 otaqlı 109 saylı mənzilin ilkin satış qiymətinin 125000 manat və İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 183.2 kv.m. yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan 3 otaqlı mənzilin ilkin satış qiymətinin 305000 manat olmaqla açıq hərracda satılması 23 dekabr 2022-ci il tarixinə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan borclular X7, "xxxx" MMC-nə, İddiaçı, X8 və tələbkar “ASB" ASC-nə ünvanlanmış 314 saylı xx.xx.2020-ci il tarixli hərracın keçirilməsinə dair bildirişdə qeyd edilmişdir ki, Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən №18609/130503/2020- 5-3 saylı xx.xx.2020-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11, mənzil 109 və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11, 12 saylı mənzillər açıq hərracda satılmalıdır. Bununla əlaqədar olaraq tərəflər 13 yanvar 2021-ci il tarixdə saat 11.00-da ünvan 10 ünvanında keçiriləcək açıq hərracda iştirak etməyə dəvət olunurmuşdur. Təkrar hərrac üzrə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11, 109 saylı mənzilin satış qiyməti 106.250 manat və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11, 12 saylı mənzilin satış qiyməti 259.250 manat müəyyən edilmişdir. İş materiallarında olan “Azərbaycan Sənaye Bankı" ASC-nə ünvanlanmış xx.xx.2021ci il tarixli, 377 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11, 109 saylı mənzil 79.688 manata və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11, 12 saylı mənzil isə 194.438 manata ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan “Azərbaycan Sənaye Bankı" ASC tərəfindən "X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 27 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, ipoteka saxlayan ipoteka predmetlərini təklif edilən qiymətlərlə əldə edilməsinə razı olduğunu bildirmişdir. İş materiallarında olan 28 yanvar 2021-ci il tarixli YP-069 saylı satış protokolundan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1570/2019 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11, 109 saylı mənzil təkrar hərracda 79.688 manat olmaqla “Azərbaycan Sənaye Bankı" ASC-nə satılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin surətindən görünür ki, "X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Azərbaycan Sənaye Bankı" ASC arasında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11, 109 saylı mənzilin alqı-satqısı baş tutmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11, 109 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında “Azərbaycan Sənaye Bankı" ASC-nə məxsusdur. İş materiallarında olan 28 yanvar 2021-ci il tarixli YP-070 saylı satış protokolundan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1570/2019 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11, 12 saylı mənzil təkrar hərracda 194.438 manat olmaqla “Azərbaycan Sənaye Bankı" ASC satılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin surətindən görünür ki, "X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Azərbaycan Sənaye Bankı" ASC arasında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11, 12 saylı mənzilin alqı-satqısı baş tutmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11, 12 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında “Azərbaycan Sənaye Bankı" ASC-nə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2-ci maddəsinə əsasən, hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3-cü maddəsinə əsasən, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4-cü maddəsinə əsasən, hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Bu Məcəllənin 416.1-ci və 416.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Bu Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 46.1-cı maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 53.3-cü maddəsinə əsasən, əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı və iş materiallarından olan sənədlərdən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1570/2019 saylı, xx.xx.2020ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin 18609/130503/2020-5-3 saylı sifarişi üzrə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11-də yerləşən 109 saylı və 12 saylı mənzillər "X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə sifariş olunmuşdur. Açıq hərraclar xx.xx.2020-ci il, saat 11.00-a və 13 yanvar 2021-ci il tarixdə saat 11.00-da təyin edilsə də baş tutmamışdır. Daha sonra həmin mənzillər satış qiymətindən 25 % aşağı qiymətə ipoteka saxlayana təklif olunmuş, ipoteka saxlayan “ASB" ASC təklifə razı olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11-də yerləşən 109 saylı mənzil 79.688 manata, 12 saylı mənzil isə 194.438 manata satılmış, bu barədə 28 yanvar 2021-ci il tarixli YP-069 və 070 saylı satış protokolları tərtib edilmişdir. Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli, 05/23 saylı hərracın yekunları barədə protokol qalib alıcı, eləcə də hərracın təşkilatçısının protokol bölməsinin rəhbərinin və direktorunun imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Belə ki, protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qurumuna göndərilmişdir. Yuxarıda qeyd edilən xüsusatlardan, eləcə də iş materiallarında olan sənədlərdən görünür ki, sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, "X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 11-də yerləşən 109 və 12 saylı mənzillərə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hərracın yekunları barədə protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə bildirir ki, hərraca çıxarılmış əmlakların likvid qiymətləri məhkəmə tərəfindən müəyyən edilmiş, həmin qətnamələr yuxarı instansiyalarda mübahisələndirilmiş və qanuni qüvvəsini almışdır. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nəsimi rayon İcra və probasiya şöbəsi cəlb edilməklə cavabdehlər "X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı keçirilmiş “hərracların və onun yekunlarına dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar