Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2018/2024 07.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi faktının təsdiq edilməsi və pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi faktının təsdiq edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İbarət oğluna verilmiş etibarnamənin hüquqi nəticəsinin alqı-satqı müqaviləsi faktının təsdiq edilməsinə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-962/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçıİsmayılzadə (Nuruşova) Sədaqət Güloğlan qızının "xxxx" İKB ASC-nə (yeni ad "xxxx" ASC) 22686.75 ABŞ dolları borcu, məhkəməyə ödənilmiş dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş məbləğ cavabdehlər Cavabdeh2 İbarət oğlundan və Cavabdeh1 tutularaq iddiaçı İsmayılzadə (Nuruşova) Sədaqət Güloğlan qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İsmayılzadə (Nuruşova) Səadət Güloğlan qızı xx.xx.2015-ci il tarixdə Xətai rayonu, Babək prospektində yerləşən “SEAT” avtomobil salonundan, “SEAT TOLEDO” markalı, ** TP *** dövlət nömrə nişanlı avtomobi,l "xxxx" İKB ASC-yə girov qoymaqla xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, illik 18 faizlə, 36 ay müddətinə 15940 ABŞ dolları kredit götürüb “SEAT” avtomobil salonuna tam ödəniş etmişdir. İddiaçı Sədaqət İsmayılzadə avtomobili aldıqdan sonra 2 (iki) ay hər ay 450 manat olmaqla kredit müqaviləsinin şərtlərinə uyğun ödəniş etmişdir. 21 fevral 2015-ci il tarixdə ölkədə devalivasiya baş verdiyindən ödəniş edə bilməmiş və Bakı şəhəri, Xətai rayonu, Zığ şössesində yerləşən "xxxx" İKB ASC-nin, 10 saylı filialına getmiş, baş verən devalivasiya ilə əlaqədar olaraq kredit ödənişlərini dolların yeni kursu ilə edə bilmədiyini, ödəniş etməkdə çətinlik çəkdiyini və avtomobili banka qaytarmaq istədiyini bildirmişdir. Filialda kredit mütəxəsisi vəzifəsində işləyən Cavabdeh2, avtomobili qaytara bilməyəcəklərini və iddiaçıya narahatlığa əsas olmadığını bildirmişdir. Yaranan etibar və inam münasibətlərindən istifadə edən Cavabdeh2 iddiaçıya kömək edəcəyini bildirmiş, girov predmeti olan avtomobillə bağlı ona mülki etibarnamə verməyi təklif etmiş, mülki etibarnaməyə əsasən girov predmetini satacağını və iddiaçının banka olan borcunu tam ödəyəcəyini bildirmişdir. İddiaçı, Cavabdeh2 səmimi və inandırıcı danışıqlarına inanmış, xx.xx.2015-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən, 40 saylı notariat kontorunda Cavabdeh2 avtomobili sataraq banka olan borcunun tam ödənilməsi üçün etibarnamə vermiş və inanmışdır ki, Cavabdeh2 avtomobili satacaq və banka olan borc ödəniləcəkdir. İddiaçı İsmayılzadə (Nuruşova) Səadət Güloğlan qızı 2023-cü ilin iyun ayında şəxsiyyət vəsiqəsini yeniləmək üçün “ASAN” Xidmətə getdikdə, orada iddiaçıya "xxxx" İKB ASC (yeni ad "xxxx" ASC) tərəfindən Qaradağ rayon Məhkəməsində borcun tutulması ilə bağlı iddia qaldırıldığını və Qaradağ rayon Məhkəməsinin 2(002)-962/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə qəbul etdiyi və qətnaməyə əsasən onun banka 22686.75 ABŞ dolları borcu olduğunu öyrənmişdir. xx.xx.2015-ci il tarixdən 2023-cü il iyun ayına kimi iddaçı İsmayılzadə (Nuruşova) Səadət Güloğlan qıznıı "xxxx" İKB ASC (yeni ad "xxxx" ASC) borcun ödənilmədiyi, iddiaçıya banka borcunun olduğu barədə heç bir məlumat və ya xəbərdarlıq edilməmişdir. Məhkəmə qətnaməsindən xəbər tutan iddiaçı İsmayılzadə (Nuruşova) Sədaqət Güloğlan qızı Cavabdeh2 barəsində Bakı şəhəri, Xətai RPİ-nin 36-cı PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, əvvəllər Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən "xxxx" bankda kredit mütəxəsisi işləmiş, 2015-ci ilin yanvar ayında bankın müştərisi kimi tanıdığı İddiaçı “SEAT Toledo” markalı avtomobili bankdan kreditə götürmüş və 2 ay ödəniş etdikdən sonra xx.xx.2015-ci il tarixdə kredit ödənişini edə bilməyəcəyi üçün banka müraciət edərək avtomobili qaytarmaq istədiyini bildirmişdir. İddiaçı banka borcu olan avtomobili qaytarmasının mümkün olmadığını, həmin avtomobilin satılaraq onun yerinə hər hansı bir kəsin ödəniş etməli olduğunu və borcunun belə bağlana biləcəyini başa saldıqdan sonra, İddiaçı devalivasiya olduğunu, avtomobili sata bilmədiyini və Cavabdeh2 avtomobili satmaq üçün köməklik göstərməsini xahiş etdikdə, Cavabdeh2 iş yoldaşı Cavabdeh1 avtomobil almaq istədiyini bildirmiş və sözü gedən avtomobili Xudakərimin həmin vaxtı üzərində şəxsiyyət vəsiqəsi olmadığından xx.xx.2015-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 40 nömrəli Notariat Kontorunda Cavabdeh2 adına rəsmiləşdirdiyini və xx.xx.2015ci il tarixdə isə mülki etibarnamə ilə Xudakərimin adına verdiyini bildirmişdir. Bakı şəhəri, Xətai RPİ-nin 36-cı PŞ-nin baş təhqiqatçısı, polis mayoru X16, icraatında olan ərizə əsasında toplanmış materialı nəzərdən keçirərək, araşdırma aparmış, 06 fevral 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin sorğularına verdiyi rəsmi cavab məktubuna əlavə etdiyi kompüter çıxarışından görünür ki, “SEAT TOLEDO” markalı, ** TP *** dövlət nömrə nişanlı avtomobillə bağlı Cavabdeh2 və Cavabdeh1tərəfindən bir çox şəxsə etibarnamə verilmişdir. Sonuncu etibarnamə Rusiya Federasiyası vətəndaşı olan X10 verilmişdir. Sözü gedən avtomobil hələ də iddiaçı İsmayılzadə (Nuruşova) Səadət Güloğlan qızının mülkiyyətindədir. Göründüyü kimi, cavabdehlər iddiaçının mülkiyyətində olan avtomobili satmaq məqsədilə etibarnamə əsasında ondan alaraq müxtəlif şəxslərə etibarnamə vermiş, avtomobili şəxsi maddi maraqları üçün istifadə etmişlər və avtomobili bir neçə müxtəlif şəxsə satmışdırlar. İddiaçının xx.xx.2015-ci il tarixdən yəni Cavabdeh2 etibarnamə verdiyi gündən bu günə kimi avtomobilin hansı vəziyyətdə və kimin istifadəsində olması ilə bağlı heç bir məlumatı olmamışdır. İddiaçı Cavabdeh2 etibarnamə verdikdən sonra, bank iddiaçıya banka olan borcun ödənilməməsi ilə bağlı hər hansı xəbərdarlıq göndərilməmiş, banka olan borcun ödənilməsini iddiaçıdan tələb etməmiş və girov predmeti olan avtomobilin aqibəti ilə bağlı maraqlanmamışdır. Qaradağ rayon Məhkəməsinin 2(002)-962/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən də görünür ki, bank hansısa onlara məlum olmayan səbəbdən iddia tələbində girov predmetinə toxunmur, təminat predmeti olan girovu tələb etmir, borcun girov predmetinə yənəldilməsi tələbini irəli sürmür. Belə qənaətə gəlmək olar ki, bankın qeyd olunan məsələlərdən xəbəri var, bank işçilərinin qanunsuz əməllərinə göz yumur, onlara qanunsuz işlərlə məşğul olmağa açıqaydın şərait yaradır. İddiaçı İsmayılzadə (Nuruşova) Səadət Güloğlan qızının avtomobillə bağlı Cavabdeh2 etibarnamə verməkdə niyyəti, girov təminatı olan avtomobili ona satmaq olmuşdur. Hesab edirlər ki, iddiaçı tərəfindən cavabdehə avtomobili satmaq niyyəti ilə verilmiş etibarnamə alqı-satqı faktı olaraq nəzərə alınmalı, etibarnamənin hüquqi nəticəsi alqı-satqı müqaviləsi baş tutmuş hesab edilməlidir. Sözü gedən avtomobil iddiaçının mülkiyyətində olmasına baxmayaraq, bu günə kimi avtomobilə faktiki sahibliyi başqa-başqa şəxslər həyata keçirmişdir. Cavabdehlər, iddiaçıya məxsus avtomobilə dair mülki etibarnamə almaqla həmin avtomobilə dair 9 (doqquz) ilə yaxındır ki, faktiki sahibliyi əldə etmiş hesab edilirlər. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi qismən, yəni ona aid hissədə qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, iddiaçıyla hər hansı bir hüquq münasibətinə daxil olmamışdır və ümumiyyətlə belə bir şəxsi tanımamışdır. İddiaçı və bank qarşısında hər hansısa öhdəlik götürməmişdir. İddiaçının digər cavabdehə qarşı, yəni Cavabdeh2 əldə etdiyi etibarnaməyə əsasən hüquqi-nəticəni alğı-satqı müqaviləsi faktını təsdiq edilməsinə yönələn tələbin, hətta təmin edildiyi halda, ona heç bir hüququi nəticə yaratmır. Belə ki, belə bir hal mövcud olarsa, bu reqres qaydada iddia qaldırılmasına əsas yarada bilər, lakin hər bir halda iddiaçı ona qarşı belə bir tələb irəli sürə bilməz. İddiaçı və onunla nə digər cavabdehlə sadə və ya notaial qaydada təqsdiqlənmiş müqavilə və ya əqdə istinad edə bilməməsiylə, istinad etdiyi halları artıq sübut edə bilməmişdir. Ona aid hissədə isə hər hansı bir müqavilənin olmaması istinad etdiyi halı təsdiqləyir. Cavabdeh2 tərəfindən ona verilən etibarnamyə gəlincə isə, etibarnamə əsasında ona etibar edilən səlahiyyətlər çərçivəsində nəqliyyat vasitəsi üzrərində nə sərəncam vermişdir, nə hansısa müqavilə bağlamışdır, nə banka girov qoymuşdur, nə də hər hansı digər maddi gəlir əldə etməmişdir. İddiaçı bu hissədə ondan pul tələb edərəkən o zaman haqlı olardı ki, o nəqliyyat vasitəsini icarə verməklə gəlir əldə edərdi. Belə olan halda iddiaçı birbaşa ona qarşı iddia irəli sürmək subyektiv hüququna malik deyil. əksinə, nəqliyyat vasitəsini əldə etmədən hər ay etibarnamənin ona verildiyi gündən ləğv olunduğu günə qədər 580 manat banka ödəmişdir. Abtomobili əldə edərkən banka 1000 manat ödəniş etmişdir. Sonradan bu öhdəliyi o, aid olmasa da üçüncü şəxsə bankda təhvil vermişdir, bu şərtlə ki, İddiaçı bank qarşısındaki öhdəliyi davam etdirəcək. İddiaçı ümumiyyətlə etibarnamə verərkən öhdəlik götürdüyü nəqliyyat vasitəsi üzərində sərancam vermək səlahiyyətini digər şəxslərə ötürərkən artıq öhdəlik əsasında əldə edəcək əmlakı risk dairəsinə daxil etmiş və gələcəkdə ola biləcək hüquqi nəticəylə razılaşır. Lakin, idiaçının nəqliyyat vasitəsi üzərində istədiyi kimi sərəncam vermək imkanı bank qarşısında pul öhdəliyini aradan qaldırmır, əksinə digər üçüncü şəxslərə belə bir öhdəliyi yaratmı. Əgər öhdəlik yaransaydı Qaradağ Rayon Məhkəməsində baxılmış 2(002)-962/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə ilə aparılmış məhkəmə icraatı zamanı digər şəxslərə qarşı da öhdəliklər müəyyən ediləcəkdi. Əgər ona qarşı hər hansı bir öhdəlik yaranıbsa Nikoil İKB ASC iddiaçı qismində iştirak edərkən, onlar da cavabdeh qismində cəlb olunmalı idilər. Qeyd edilənlərə əsasən, iddia tələbi qanunsuz, əsassız və ədalətsizdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etirazın dəlillərinə uyğun izahat verərək, məhkəmədən tələbin təmin olunmamasını xahiş etmişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsini təqribən 1 il müddətinə etibarnamə ilə idarə etmiş, 1000 manat ilkin ödəniş etmiş və hər ay təxminən 580 manat civarında banka ödəniş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada digər cavabdehə məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-962/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 11157,12 ABŞ dolları əsas borc, 10246,18 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə, 1083,45 ABŞ dolları məbləğində 05 mart 2019-cu il tarixdən 11 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış məbləğ olmaqla cəmi 22686,75 ABŞ dolları məbləğində borc pul vəsaiti (icra gününə Azərbaycan manatına olan məzənnə ilə) və 22 (iyirmi iki) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin təsviri hissəsindən görünür ki, "xxxx" İKB ASC ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 22-A-1-0-1-15 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən X2 illik 18 % olmaqla 36 ay müddətinə 15940 ABŞ dolları məbləğində kredit verilmişdir. 06 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki,qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, ərizəçiyə qeyd olunan xüsusatlarla, iddiası ilə bağlı Cavabdeh2 barəsində mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. Qərarın məzmunundan görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə Xətai rayonu, Babək prospektində yerləşən "Seat" avtomobil salonundan, d.n.n-ı **-TP-*** olan "Seat Toledo" markalı avtomobili 15.900 manata kreditə almış, həmin məbləği "xxxx" bankdan götürərək avtomobil salonuna tam şəkildə ödəniş etmişdir. İddiaçı avtomobili aldıqdan sonra 2 ay müddətində 450 manat olmaqla ödəniş etmiş, daha sonra devalivasiya baş verdiyindən ödəniş edə bilməmiş və bu səbəbdən də, özünə məxsus "Seat Toledo" markalı avtomobili Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən "xxxx" bankın 10 saylı filialına təhvil vermək üçün getmiş və bankda olarkən onu Cavabdeh2 adlı bank işçisinə yönləndirdikdə, Orxan adlı şəxs onun adına mülki etibarnamə verməyini və avtomobili sataraq ödənişi qaytaracağını bildirmiş, sonuncu Orxan adlı şəxsə inanaraq xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanda yerləşən Notariat kontorunda ona mülki etibarnamə vermiş və sözü gedən avtomobili Cavabdeh2 təhvil vermişdir. İddiaçı 2023-cü ilin iyun ayında şəxsiyyət vəsiqəsini yeniləmək üçün "Asan" xidmətə getdikdə, orada sonuncunun Qaradağ rayon məhkəməsi tərəfindən d.n.n-ı **-TP-*** olan "Seat Toledo" markalı avtomobilin 22.686 ABŞ dolları kredit borcu olduğu barədə qətnamə qəbul edildiyi məlum olmuşdur. Vət. İddiaçı adına yaranmış borc məbləğinin silinməsinə və Cavabdeh2 barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətləri toplanmış təhqiqat materialına əlavə edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, əvvəllər Xətai rayonu, Zığ yolu küçəsində yerləşən "xxxx" bankda kredit mütəxəssisi işləmiş, 2015-ci ilin yanvar ayında bankın müştərisi kimi tanıdığı İddiaçı "Seat Toledo" markalı avtomobili bankdan kreditə götürmüş və 2 ay ödəniş etdikdən sonra xx.xx.2025-ci il tarixdə kredit ödənişini edə bilmədiyi üçün banka müraciət edərək avtomobili qaytaramaq istədiyini bildirmiş, sonuncu İddiaçı banka borcu olan avtomobili qaytarılmasının mümkün olmadığını həmin avtomobilin satılaraq onun yerinə hər hansı bir kəsin ödəniş etməli olduğunu və borcunun belə bağlana biləcəyini başa saldıqdan sonra, Səadət devalvasiya olduğunu avtomobili sata bilmədiyini və Cavabdeh2 avtomobili satmaq üçün köməklik göstərilməsini xahiş etdikdə, Cavabdeh2 iş yoldaşı Cavabdeh1 avtomobil almaq istədiyini bildirmiş və sözü gedən avtomobili Xudakərimin həmin vaxtı üzərində şəxsiyyət vəsiqəsi olmadığından xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanda yerləşən 40 nömrəli Notariat Kontorunda Cavabdeh2 adına rəsmləşdirildiyini və xx.xx.2025-ci il tarixdə isə mülki etibarnamə ilə isə Xudakərimin adına verildiyini bildirmişdir. Cavabdeh2 əvvəllər işlədiyi bankın müştərisi olmuş İddiaçı aldatmadığını ona avtomobilin hansı şərtlərlə banka qaytara biləcəyinin şərtlərini izah etdiyini və İddiaçı də, onunla razılaşdığını bildirmişdir. ƏN-İ seriyalı 437848 nömrəli xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, X5 mülkiyyətində olan daşınar əmlakı idarə etməyi, onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, o cümlədən bank orqanlarından ona çatası pulu, eləcə də sənədləri almağı və s 10 il müddətinə Cavabdeh2 etibar etmişdir. Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin "Seat Toledo" markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların komputer çıxarışının surətindən görünür ki, "Seat Toledo" markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r, nəqliyyat vasitəsi ipoteka müqaviləsinə əsasən Nikoyl İKBnın 10 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X6, xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh2, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Cavabdeh1, xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Talıb-zadə Rauf Arif oğluna, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Cavabdeh1, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək X4, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Cavabdeh1, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X11, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X17, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X13, xx.xx.2017-ci il tarixdən xx.xx.2018ci il tarixədək X8, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X12, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X9, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X7, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X10 nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 650-ci maddəsinə əsasən Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" İKB ASC ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 22-A-1-0-1-15 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən X2 illik 18 % olmaqla 36 ay müddətinə 15940 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçının borcunun təminatı qismində "Seat Toledo" markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh2, xx.xx.2015-ci il tarixdə Cavabdeh1 avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Hazırda iddiaçı Cavabdeh2 verilmiş etibarnamənin hüquqi nəticəsinin alqı-satqı müqaviləsi faktı kimi təsdiq edilməsini, Qaradağ Rayon Məhkəməsinin 2(002)-962/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı İsmayılzadə (Nuruşova) Sədaqət Güloğlan qızının "xxxx" İKB ASC-nə (yeni ad "xxxx" ASC) 22686.75 ABŞ dolları borcu, məhkəməyə ödənilmiş dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 izahatında iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Digər cavabdeh məhkəməyə gəlməmiş və iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə qeyd edir ki, avtomobilin alqı-satqı müqaviləsi yazılı formada bağlanmalı və DİN X25 Qeydiyyat-imtahan məntəqələrində təsdiq olunmalıdır. Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.9-cu bəndinə görə nəqliyyat vasitələrinə sahibliyi təsdiq edən sənədlərdən biri də nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və DİN X25 Qeydiyyat-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı müqaviləsidir. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Nəqliyyat vasitəsinin idarə olunması üçün verilmiş etibarnamə hüquqi təbiətinə görə alqı-satqı müqaviləsinə bərabər əqd kimi götürülə bilməz. Odur ki, iddiaçının Cavabdeh2 verdiyi etibarnamənin hüquqi nəticəsinin “avtomobilin alqısatqısı” müqaviləsi kimi təsdiq edilməsi barədə iddiası əsassız olduğundan təmin oluna bilməz. İddia tələbinin ikinci hissəsinə, yəni 22686.75 ABŞ dolları məbləğində pulun cavabdehlər Cavabdeh2 İbarət oğlu və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, kredit müqaviləsi iddiaçı ilə bank arasında bağlanmışdır, cavabdehlər qeyd olunan kredit müqaviləsinin tərəfləri deyil və bank qarşısında həmin kredit borcunun ödənilməsi barədə öhdəlik götürməmişdirlər. Odur ki, iddia tələbi pul tələbi hissəsində də təmin edilə bilməz. Məhkəmə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi faktının təsdiq edilməsi və pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2018/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2018/2024
07.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver