Məhkəmə qərarları › İş №e-2(004)-2032/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2032/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2032/2021 30.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı “xxxx” ASC - nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və “xxxx” MMC – yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və “xxxx” MMC – yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə edərək, cavabdehlərdən 1085 (bir min səksən beş) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə, 1115 (bir min yüz on beş) manat tutularaq iddiaçı “xxxx” ASC – yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh xx xxxx 2020-ci il tarixdə idarə etdiyi "Hyundai Sonata" markalı ** PZ *** dövlət nömrə nişanlı avtomobillə Şirvan şəhəri, H.Əliyev prospekti ilə hərəkət edən zaman yol ayırıcını keçmə qaydalarını pozmuş və nəticədə, "Mercedes Benz C180" markalı ** EH *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Şirvan şəhəri PŞ-də tərtib olunmuş İXP № ******* saylı inzibati xəta haqqında protokola əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuş, həmçinin inzibati xəta haqqında protokolda Cavabdeh yolnəqliyyat hadisəsi baş baş verən zaman idarəetmə hüququ olmadığı (etibarnamə) qeyd olunmuşdur. Beləliklə, yuxarıda göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində "Mercedes Benz C180" markalı ** EH *** dövlət nömrə nişanlı avtomobilə 2170 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı sığorta müqaviləsinə və xx xxxxxxx 2020-ci il tarixli İAS 201020 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 1085 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, “xxxx” MMC – də müqavilə əsasında işləmiş, həmin müəssisəyə məxsus avtomobili etibarnamə əsasında idarə etmişdir. İddia ərizəsində qeyd edilən xx.xx.2020-ci il tarixdə iddiada qeyd edilən yol nəqliyyat hadisəsini törətmişdir. Bununla bağlı barəsində inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Həmin vaxt idarə etdiyi avtomobil xxxx” MMC – nin mülkiyyətində olduğundan, vurulan ziyana görə onunla bərabər xxxx” MMC də məsuliyyət daşımalıdır. Cavabdeh “xxxx” MMC – yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AD seriyalı, 360056 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Hyundai Sonata" markalı ** PZ *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi “xxxx” MMC – dir. İş materiallarından görünür ki, “xxxx” MMC – yə məxsus "Hyundai Sonata" markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə, saat 18:11-də "Hyundai Sonata" markalı ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalarını törətməkdə təqsirli bilinib 60 manat cərimə edilmişdir. İş materiallarında olan İAS201020 nömrəli sığorta aktından görünür ki, "Mercedes Benz C180" markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən maddi ziyanın ümumi məbləği 2170 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdə sığorta ödənişi "xxxx" ASC vasitəsilə X3 ödənilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, "Mercedes Benz C180" markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomaşına cəmi 1480 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 003657 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC 1085 (bir min səksən beş) manat məbləğində sığorta ödənişini X3 məxsus AZ77RBTA******************** nömrəli İBAN hesabına köçürülmüşdür. İş materiallarında olan AC seriyalı, 527421 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh BC kateqoriyalı sürüclük vəsiqəsinə sahibdir. İş materiallarında olan Cavabdeh məxsus izahatından görünür ki, o "Hyundai Sonata" markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyini və xx.xx.2016-cı il tarixdə yol-nəqliyyat hadisəsi törətdiyini etiraf etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə "xxxx" ASC – yə olan subroqasiya qaydasında borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh “xxxx” MMC-də müqavilə əsasında fəaliyyət göstərmiş və həmin müəssisəsəyə məxsus "Hyundai Sonata" markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etmişdir. xx.xx.2020-ci il tarixdə həmin nəqliyyat vasitəsi ilə X3 məxsus olan "Mercedes Benz C180" markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, həmin hadisənin baş verməsində Cavabdeh təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində "Mercedes Benz C180" markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə 1480 manat maddi ziyan dəymişdir. PME ********** saylı sığorta müqaviləsinə və xx xxxxxxx 2020-ci il tarixli İAS 201020 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 1085 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı cavabdehlərə qarşı iddia irəli sürərək X3 ödəmiş olduğu 1085 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə görə həmin Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin və «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən normalarının məzmunundan görünür ki, hazırki şəraitdə yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi həm də nəqliyyat vasitəsinin onu etibarnamə olmadan istismar etmiş şəxsin üzərinə düşür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, məhkəmə iclasında yüksək təhlükə mənbəyi olan “xxxx” MMC – yə məxsus "Hyundai Sonata" markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh tərəfindən heç bir əsas olmadan idarə edilməsi sübuta yetirildiyindən, iddiaçının cavabdehlər Cavabdeh və “xxxx” MMC – yə qarşı subroqasiya qaydasında pul tələbi qanuni və əsaslı olduğundan 1085 (bir min səksən beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh və “xxxx” MMC-dən müştərək qayadada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehlər Cavabdeh və “xxxx” MMC-dən müştərək qayadada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh və “xxxx” MMC-dən 1085 (bir min səksən beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul, cəmi 1115 (bir min yüz on beş) manat pul müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar