Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2040/2024 15.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikintisi Kooperativinə və Kooperativin sədri Cavabdeh1 qarşı “dayanacaqdan istifadə qaydalarının müəyyən edilməsi və həmin qaydalar üzrə tələblərin yerinə yetirilməsi vəzifəsinin hüquqi şəxsin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikintisi Kooperativinə və Kooperativin sədri Cavabdeh1 qarşı “dayanacaqdan istifadə qaydalarının müəyyən edilməsi və həmin qaydalar üzrə tələblərin yerinə yetirilməsi vəzifəsinin hüquqi şəxsin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-98/2022 nömrəli qətnaməsinin “qət etdi” hissəsində (səh. 11, bənd 3) təsbit olunan məzmunda qərara, Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(004)- 642/2023 nömrəli qərardadında “İddiaçı məxsus avtomobilin binanın sahəsində yerləşən açıq tipli dayanacaqda saxlanması və açıq tipli dayanacaqdan istifadə hüququna Cavabdeh2 MTK tərəfindən yaradılan maneələr aradan qaldırılsın, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ təmin edilsin və tanınsın” məzmunlu izahda təsbit olunan “dayanacaqdan istifadə” qaydalarının müəyyən edilməsi, borclu hüquqi şəxs Cavabdeh2 MTK və onun sədri Cavabdeh1 üzərinə, tələbkar İddiaçı məxsus avtomobilin ünvan üzrə binanın sahəsində yerləşən açıq tipli dayanacaqda saxlanması üçün ayrılan yerin (sahənin) dəqiq məkanı, binanın hansı mərtəbəsində yerləşməsi, ölçüləri, plan-cizgisi və digər mühüm əhəmiyyətli məlumatlar göstərilməklə, notarial qaydada təsdiq edilmiş rəsmi sənədin və avtomobilin dayanacağa maneəsiz daxil olması və çıxması üçün xüsusi pult-kartının tələbkara verilməsi vəzifəsinin qoyulması, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin üzərinə, ünvan üzrə binanın sahəsində yerləşən açıq tipli dayanacaqda iddiaçının avtomobilinin saxlanması və dayanacaqdan istifadə hüququ əsasında müəyyən edilən istifadə qaydalarına müvafiq icranın yerinə yetirilməsində icra məhdudiyyətlərinin yaradılmasına və ləngidilməsinə yönəldilən əsassız maneələrin aradan qaldırılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinin tələbinə uyğun olaraq, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Çünki, əvvəllər İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikintisi Kooperativinə və Kooperativin sədri Cavabdeh1 qarşı “müqavilə öhdəliklərinin icra olumaması, dayanacağa sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə, onunla ünvan üzrə mənzilə aid bağladıqları müqavilənin “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması, ünvan üzrə binanın sahəsində yerləşən dayanacaqda ona məxsus avtomobilin saxlanması və dayanacaqdan istifadə hüququna qarşı cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququnun təmin edilməsi və tanınması, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi nəticəsində dəymiş 15000 manat maddi zərərin və 15000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişatında İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh2 MTK-nın və Cavabdeh2 MTK-nın sədri Cavabdeh1 üzərinə, onunla ünvan üzrə mənzilə aid bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin etməli (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin etməli” (bənd 1.7.), üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması, ünvan üzrə binaın sahəsində yerləşən dayanacaqda ona məxsus avtomobilin saxlanması və dayanacaqdan istifadə hüququna cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, onun avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququnun təmin edilməsi və tanınması, cavabdehlərdən dəymiş maddi zərərin əvəzi kimi 20117 manat və vurulmuş mənəvi zərərin əvəzi kimi 15000 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-98/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikintisi Kooperativinə və Kooperativin sədri Cavabdeh1 qarşı “müqavilə öhdəliklərinin icra olumaması, dayanacağa sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir. Cavabdeh2 MTK-nın üzərinə İddiaçı ilə ünvan 2 ünvanda Cavabdeh2 MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi” (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin edilməsi” (bənd 1.7.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsi qoyulmuşdur. İddiaçı məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna Cavabdeh2 MTK tərəfindən yaradılan maneələr aradan qaldırılması, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ təmin edilməsi və tanınması, Cavabdeh2 MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 20117 (iyirmi min yüz on yeddi) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat Cavabdeh2 MTK-dan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımov tədqimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-98/2022 nömrəli icra vərəqəsinin “binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna” aid hissədə izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(004)-642/2023 nömrəli qərardadı ilə icra məmurunun tədqimatı təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində olan “binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququ” sözləri “binanın sahəsində yerləşən açıq tipli dayanacaqda saxlanması və açıq tipli dayanacaqdan istifadə hüququ” sözləri kimi başa düşülməsi qərara alınmışdır. Hazırda İddiaçı iddia tələbində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-98/2022 nömrəli qətnaməsində və həmin qətnamə izah verilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(004)-642/2023 nömrəli qərardadında həll edilmiş məsələyə yenidən baxılmasını tələb edir. Hesab edirəm ki, dayanacaqdan “istifadə qaydaları”nın müəyyən edilməsi və həmin qaydalar üzrə tələblərin yerinə yetirilməsi vəzifəsinin hüquqi şəxsin üzərinə qoyulmasına dair eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğuna görə, iddiaçı hazırkı iddianı qaldıra bilməz. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.2, 263-264, 268ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikintisi Kooperativinə və Kooperativin sədri Cavabdeh1 qarşı “dayanacaqdan “istifadə qaydaları”nın müəyyən edilməsi və həmin qaydalar üzrə tələblərin yerinə yetirilməsi vəzifəsinin hüquqi şəxsin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. "xxxx" MMC-nin milliön elektron ödəmə sistemi vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş sənədinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2040/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2040/2024
15.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver