Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2136/2023 14.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8200 manat məbləğində pulun və 102 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, 5 ay əvvəl Zaqatala rayonunda olan zaman Cavabdeh ilə tanış olmuşdur. O, kiçik sahibkarlıqla məşğul olduğundan, bir neçə dəfə Samirlə görüşmüş və bir dəfə onunla atasına dərman göndərmişdir. Həmin ərəfədə Samir ona Gürcüstan Respublikasından avtomobil gətirib, satdığını və istəsə onun üçündə avtomobilə gətirə biləcəyini demişdir. O, söhbət zamanı “Prius” avtomobili almaq istədiyini qeyd etmişdir. Samir avtomobil gətirmək üçün Gürcüstan Respublikasına pul göndərmək lazım olduğunu bildirmiş və bu məqsədlə ünvan 1 ünvanının kəsişməsində yerləşən "xxxx" ASC filialından Samirin qeyd eydiyi tanışların adına 10.650 ABŞ dolları (18105 AZN) göndərmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə Samir onunla Nərimanov rayonu, “Divan” hotelin qarşısında görüşmüş və avtomobilin gömrükdə olduğunu demiş və ondan 2660 ABŞ dolları (4522 manat) almışdır. Cavabdeh ondan aldığı puldan 800 manat kart hesabına göndərmiş və 3000 manat nəğd şəkildə ona vermişdir. Eləcə də, Cavabdeh hal-hazırda iddiaçıya 18300 manat qaytarmalıdır. Lakin Nərimanov RPİ-də dindirilən zaman Cavabdeh İddiaçı 12000 manat borcu olduğunu etiraf etmişdir. Buna görə də iddiaçı 12000 manat borcu tələb edir. Bundan əlavə bildirmək istəyir ki, cavabdeh iddiaçıya 3800 manat ödəmişdir, 8200 manat isə borclu qalmışdır. Cavabdeh özü də iddiaçıya 12000 manat borcu olduğunu etiraf etmiş, lakin iddiaçıya qaytardığını bildirdiyi məbləği qaytarması barədə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı da yalnız 3800 manat pulun qaytarıldığını etiraf edir. Ona görə də hesab edirəm ki, 8200 manat məbləğində borc tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçıdan borc almış və borcun bir hissəsini ödəmişdir. Odur ki, iddia tələbinin qismən təmin olunmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Nərimanov RPİ-nin xx.xx.2023-cü il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cavabdeh isə izahatlarında iddia tələbini qismən qəbul etdiyini, lakin borcdan 4000 manat ödədiyini bildirmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmçinin cavabdeh izahatında iddiaçıya olan borcundan 4000 manatını ödədiyini bildirsə də, cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən məhkəmə tərəfindən araşdırılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəzedilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarınımüvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8200 manat məbləğində pulun və ödənilmiş 102 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəisnə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, və Mülki Məcəllənin 739-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 8200 (səkkiz min iki yüz) manat məbləğində pul və 102 (yüz iki) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-2136/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2136/2023
14.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver