Məhkəmə qərarları › İş №e-2(004)-2139/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2139/2024

29.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2139/2024 29.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı Göyçay rayon İcra Hakimiyyəti yanında "xxxx" nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh X5 Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Göyçay rayon İcra Hakimiyyəti yanında "xxxx" cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Göyçay Rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi” Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin X3 Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi”nin su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə görə xx.xx.2018-ci il tarixə qalıq 22.992 (iyirmi iki min doqquz yüz doxsan iki) manat borcunun cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-697/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Göyçay Rayon İcra Hakimiyyəti yanında "xxxx" Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin X3 Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş və 2(004)-2139/2024 nömrə ilə qeydə alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə görə xx.xx.2018cü il tarixə qalıq 22.992 (iyirmi iki min doqquz yüz doxsan iki) manat borcunun cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay Təmir Abadlıq İdarəsinin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış kreditor borc barədə məlumatına əsasən xx.xx.2018-ci il tarixə qalıq 22992 (iyirmi ikimin doqquz yüz doxsan iki) manat borc yaranmışdır. xx.xx.2023-cü il tarixli pretenziya məktubuna və xx.xx.2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifə əsasən cavabdehdən AR Mülki Məcəlləsinin 551.2-ci maddəsinə əsasən 5 il müddət keçdiyindən 22992 manat məbləğində borcun silinməsini xahiş etmişlər. Lakin müraciət müsbət həllini tapmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi 5 il müddət keçdiyindən 22992 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı Göyçay rayon İcra Hakimiyyəti yanında "xxxx" nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında bildirdi ki, müqavilə bağlamaq hüququ var, müstəqil hüquqi şəxsdir. Məhkəmədə iddia qadıra bilərlər. Borc 2018-ci ilin yanvar ayına olan borcdur. Müddət keçdiyindən, borcun silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 551-ci maddə ilə bağlı qərarı da mövcuddur. Tərəf sözügedən maddəyə istinad edərək iddia ərizəsində tələb olaraq irəli sürdüklərinin təmin edilməsini istəyə bilməz. Yaranmış borc sudan istifadə ilə bağlı olmuşdur və 2017-ci ilin yanvar ayından yaranmışdır. Bu tarixdən sonra ödənişlər edilməmişdir. Hesabatdan göründüyü kimi, 2020-ci ildən ödənişlər edilmişdir. Hazırda 47000 manat məbləğində borc mövcuddur. İddiaçı məhz borcu deyil, borcu tələb etmə müddətinin keçməsi məsələsini mübahisələndirir. Eləcə də, iddiaçının məhkəmədə iddia qaldırması ilə bağlı subyektiv hüququnun olub-olmaması məqamı ilə bağlı qeyd edilməlidir ki, həmin idarənin Əsasnaməsində birbaşa olaraq məhkəmə proseslərində iddiaçı və cavabdeh qismində çıxış etmək hüququnun olub-olmaması təsbit olunmamışdır. Hüquqi şəxs müqavilə bağlanan zaman həmin müqavilənin tərəfi olaraq çıxış edə bilər, lakin bu hüquq özündə məhkəmə proseslərində tərəf qismində çıxış etmək hüququnu əhatə etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə digər cavabdehin nümayəndəsi ilə oxşar məzmulu izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Göyçay rayon İcra Hakimiyyəti yanında "xxxx" X5 Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərdiyi xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Göyçay Təmir Abadlıq İdarəsinin Cavabdeh2 ASCnin “Göyçay sukanal” Törəmə Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış kreditor borc barədə məlumatına əsasən xx.xx.2018-ci il tarixə qalıq 22992 manat borc yaranmışdır. AR Mülki Məcəlləsinin 551.2-ci maddəsinə əsasən 5 il müddət keçdiyindən 22992 manat məbləğində borcun silinməsi xahiş edilmişdir. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli Göyçay rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfat Birliyi” nin Əsasnaməsinin 1.7-ci bəndindən görünür ki, Birlik qanunla müəyyən edilmiş qaydada Əsasnaməsi təsdiq olunduğu gündən idarə statusuna malik olur. 8.1-ci bəndinə əsasən birliyin idarəçisi Göyçay rayon İcra Hakimiyyətidir. İş materiallarında olan 280691 saylı abonent saldosundan görünür ki, Göyçay rayon İcra Hakimiyyəti yanında "xxxx" 2017-ci il tarixinə su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 22992 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və sudan istifadə qaydalarının 2.1.9.2-ci yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. Məhkəmə qeyd edir ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyinə” xx.xx.2018-ci il tarixdə su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış kreditor borc barədə məlumatına əsasən qalıq 22992 (iyirmi ikimin doqquz yüz doxsan iki) manat borc yaranmışdır. Daha sonra iddiaçı X5 Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərərək Göyçay Təmir Abadlıq İdarəsinin Cavabdeh2 ASC-nin “Göyçay sukanal” Törəmə Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış kreditor borc barədə məlumatına əsasən xx.xx.2018-ci il tarixə qalıq yaranmış 22992 manat borcun AR Mülki Məcəlləsinin 551.2-ci maddəsinə əsasən 5 il müddət keçdiyindən silinməsini xahiş etmişdir, lakin borc silinməmişdir. Hazırda isə iddiaçı Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi”nin su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə görə xx.xx.2018-ci il tarixə qalıq 22.992 (iyirmi iki min doqquz yüz doxsan iki) manat borcun cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən silinməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. qida məhsulları satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər;[433] 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı idarə statusuna malikdir, idarə hüquqi şəxs deyildir, hüquqi şəxsin təsdiq etdiyi Əsasnamə üzrə fəaliyyət göstərir. Belə olan halda, iddiaçının hal-hazırda iddia tələbi üzrə subyektiv hüququnun olması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Bununla belə məhkəmə, eyni zamanda, qeyd edir ki, iddia tələbi öz-özlüyündə də əsassızdır. Belə ki, iddiaçı iddiasının əsasını 5 illik müddətin keçməsi ilə əlaqələndirir. Məhkəmə qeyd edir ki, 22992 manat məbləğində borc su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış kreditor borcudur. AR Mülki Məcəlləsinin 551.2-ci maddəsinə əsasən 5 il müddət keçməsi həmin borcun silinməsi üçün əsas deyildir. Cavabdeh2 ASC tərəfindən hesablanmış borc yalnız sayğac göstəricilərinə uyğun olaraq hesablanmışdır. Məhkəmə qeyd edir ki, hazır ki iddia tələbi üzrə öhdəlik aradan qalxmamışdır. Belə ki, 5 illik müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun qərarına əsasən, kəsici deyil, iddia müddətidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsalanaraq belə qənaətə gəlir ki, iddiaçı Göyçay rayon İcra Hakimiyyəti yanında "xxxx" cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə xx.xx.2018-ci il tarixə qalıq 22992 manat borcunun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Göyçay rayon İcra Hakimiyyəti yanında "xxxx" cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə xx.xx.2018-ci il tarixə qalıq 22992 manat borcunun silinməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar