Məhkəmə qərarları › İş №e-2(004)-2269/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2269/2025

03.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2269/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 arasında şərikliyə sonuncuların qanunsuz hərəkətləri nəticəsində son qoyulduğundan avadanlıqların satışından əldə olunmuş gəlirin (863576,63) yarısı, yəni 431788,30 (dörd yüz otuz bir min yeddi yüz səksən səkkiz manat 30 qəpik) manatının, habelə avadanlıqların gətirilməsi üçün yol xərci olaraq İddiaçı tərəfindən ödənilmiş 2550 (iki min beş yüz əlli) manatın cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı verilməsi; aşağıdakı avadanlıqların, yəni: 1 ədəd YGB nömrəsi **********0842 olan "SCHMİD" marka VMC1000 model CNC dəzgahı (Türkiyədən alınıb gətirilməsinə 30.000 (otuz min) manat xərclənmişdir); 1 dəst YGB nömrəsi **********2806 olan "GETTEC" CNC MACHİNE VMC- 1580L Second hand CNC dəzgahı (Çindən alınıb gətirilməsinə 77.000 (yetmiş yeddi min) manat xərclənmişdir); 1 dəst YGB nömrəsi **********5210 olan CHARMİLLES 310 TEL EROZYON TEZGAHİ (Türkiyədən alınıb gətirilməsinə 51.000 (əlli bir min) manat xərclənmişdir); 1 ədəd YGB nömrəsi **********5210 olan Freze dəzgahı FREZE DƏZGAHİ 6P62 (Türkiyədən alınıb gətirilməsinə 3500 (üç min beş yüz) manat xərclənmişdir); 5 ədəd YGB nömrəsi **********7483 olan Motorlar ELEKTRİK MOTOR VƏ VASİTƏLƏRİ (İrandan alınıb gətirilməsinə 1020 (bir min iyirmi) manat xərclənmişdir); 1 ədəd YGB nömrəsi **********7483 olan Pano PLASTİK CNC AVADANLİĞİNİN İDARƏETMƏ PANELİ VƏ MONİTORU (İrandan alınıb gətirilməsinə 255 (iki yüz əlli beş) manat xərclənmişdir); 1 ədəd YGB nömrəsi **********6376 olan Çiller soyuducu PAKET TİP SOGUTMA CİHAZİ CHİLLER AREF (Gətirilməsinə və işlək vəziyyətə salınmasına 17000 (on yeddi min) manat xərclənmişdir); 1 ədəd YGB nömrəsi **********8162 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES (Gürcüstandan 51.000 (əlli bir min) manata gətirilmişdir); 1 ədəd YGB nömrəsi **********8162 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 1 QƏLİB TSP İLƏ GƏLƏN (Gürcüstandan 11.000 (on bir min) manata gətirilib. Samir tərəfindən təmir edilərək işlək vəziyyətə gətirilib); 1 ədəd YGB nömrəsi **********4159 olan Şlifovka dəzgahı GUİ BEİ Second hand Surface grinder machinery (Çindən 40.000 (qırx min) manata gətirilmişdir); 1 ədəd YGB nömrəsi **********5639 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET (Çindən 1500 (bir min beş yüz) ABŞ dollarına alınmışdır); 1 ədəd YGB nömrəsi **********1848 olan Erezyon dəzgahı CHARMİLLES HD10 TEL EROZYON TEZGAHİ (Türkiyədən 7000 (yeddi min) ABŞ dollarına alınmışdır); 1 ədəd YGB nömrəsi **********0220 olan Drabilka "PC-600” modelli plastik tullantılarının xırdalanması üçün avadanlıq CHRUSHER (Alınıb gətirilməsinə 8000 (səkkiz min) ABŞ dollar xərclənmişdir); 1 ədəd YGB nömrəsi EK/0125 CNC olan dəzgahı WELLON WMC 1160 CNC ( EL Rado MMC-dən Samir tərəfindən 40.000 (qırx min) ABŞ dollarına alılmış, 20.000 ABŞ dolları Samir tərəfindən ödənilmiş, 20.000 ABŞ dollarını borclu qalmışdır) avadanlığın İddiaçı ilə Cavabdeh1 MMC-in direktoru Cavabdeh2 arasında bərabər bölünməsi, bölgü mümkün olmadıqda həmin avadanlıqların ümumi dəyərinin (377825 manat) yarısının, yəni 188915,50 (bir yüz səksən səkkiz min doqquz yüz on beş manat 50 qəpik) manatın, habelə digər xərclərə görə 26.746,2 (iyirmi altı min yeddi yüz qırx altı manat 20 qəpik) manatın cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 MMC-in direktoru Cavabdeh2la 2021-ci ilin yanvar ayında tanış olmuş, aralarında münasibət yaranmışdır. Həmin vaxtdan birlikdə işləmiş, Cavabdeh1 MMC-in direktoru Cavabdeh2 İddiaçı 2022-ci ilin 01 yanvara hesablanmış 110.000 manat borcu yaranmışdır. 2022-ci ilin yanvar ayında Cavabdeh1 MMC-in direktoru Cavabdeh2 İddiaçı biznes qurmaq şərikliyi təklif etmiş, İddiaçı bu təklifə razı olaraq 2022-ci ilin yanvar ayından başlayaraq istehsal avadanlıqlarının alqı-satqısı, eyni zamanda bəzi istehsal avadanlıqları ilə müxtəlif məhsulların və qəliblərin istehsalı və satışı ilə bağlı sahədə biznes qurmaq barədə şərik olmaq qərarına gəlmişlər. Birgə biznes fəaliyyəti üçün İddiaçı Cavabdeh1 MMC-in bütün xərclərini qarşılamağa başlamış, istehsal avadanlıqlarından anlayışı olduğundan özü xarici ölkələrə gedərək əcnəbi satıcılarla danışıb avadanlıqları alaraq Azərbaycan Respublikasına gətirmişdir. İddiaçı istehsal avadanlıqlarının xarici ölkələrdən alınaraq Azərbaycan Respublikasına gətirməsinə, gömrük və digər xərclərin ödənilməsinə ümumilikdə 650.000 (altı yüzəlli min) manat pul xərcləmişdir. İddiaçı Cavabdeh1 MMC-in direktoru Cavabdeh2la birlikdə şirkəti idarə edir, həm avadanlıqların alqı-satqısını həyata keçirir, həm də sözügedən avadanlıqlarla istehsal aparmışdır. Həmçinin, İddiaçı Cavabdeh1 MMC-in direktoru Cavabdeh2 güvənərək bütün sənədləşmələrin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-in adından aparılmasına etiraz etməmişdir. Sözügedən avadanlıqlar aşağıdakılardır: 1. 1 ədəd YGB nömrəsi **********0842 olan "SCHMİD" marka VMC1000 model CNC dəzgahı – Türkiyədən alınıb gətirilməsinə 30.000 (otuz min) manat xərclənmişdir; 2. 1 dəst YGB nömrəsi **********2806 olan "GETTEC" CNC MACHİNE VMC-1580L Second hand CNC dəzgahı – Çindən alınıb gətirilməsinə 77.000 (yetmiş yeddimin) manat xərclənmişdir; 3. 1 ədəd YGB nömrəsi **********0174 olan ALCK0640 CNC dəzgahı – Çindən alınıb gətirilməsinə 15.000 (on beş min) manat xərclənmişdir. 25.000 (iyirmi beş min) manata Rövşən adlışəxsə (051 225-00-70) satılmışdır; 4. 1 dəst YGB nömrəsi **********1011 olan İnjeksiyon dəzgahı PLASTİC İNJECTİON MOLDİNG MACHİNE HAİTİAN-MA4700-İİ/2950– Çindən alınıb gətirilməsinə 57.000 (əlli yeddi min) manat xərclənmişdir, 107.000 (yüz yeddi min) manata Ruslan Cahangirov adlı şəxsə (050 288-66- 16) satılmışdır; 5. 60 kq YGB nömrəsi **********5210 olan Erezyon dəzgahı EREZYON TELİ - yoxdur; 6. 3 ədəd YGB nömrəsi **********5210 olan METAL KALİP PLAKA - yoxdur; 7. 50 litr YGB nömrəsi **********5210 olan REÇİNE - yoxdur; 8. 24 ədəd YGB nömrəsi **********5210 olan TEL EREZYON FİLTRESİ – yoxdur; 9. 1 dəst YGB nömrəsi **********5210 olan CHARMİLLES 310 TEL EROZYON TEZGAHİ – Türkiyədən alınıb gətirilməsinə 51.000 (əlli bir min) manat xərclənmişdir; 10. 1 ədəd YGB nömrəsi **********5210 olan Freze dəzgahı FREZE DƏZGAHİ 6P62 Türkiyədən alınıb gətirilməsinə 3500 (üç min beş yüz) manat xərclənmişdir; 11. 1 ədəd YGB nömrəsi **********9435 olan Pano CHİLLER BESLEME PANOSU – Gürcüstandan alınıb gətirilməsinə 3800 (üç min səkkiz yüz) manat xərclənmişdir. 6800 (altımin səkkiz yüz) manata Ruslan Cahangirov adlışəxsə (050 288-66-16) satılmışdır; 12. 7 ədəd **********5470 Plastik təkərli yeşik BOAT 5500 WİTH WHEELS 5500K WHEELED, GREY YEŞİKLƏR ESKA PLASTİK – Türkiyədən cavabdeh tərəfindən alınıb, 2550 (iki min beş yüz əlli) manat Samir tərəfindən tır şoferinə gətirilmə xərci üçün pul verilmişdir. Cavabdeh STP-də saxlayır; 13. 5 ədəd YGB nömrəsi **********7483 olan Motorlar ELEKTRİK MOTOR VƏ VASİTƏLƏRİ – İrandan alınıb gətirilməsinə 1020 (bir min iyirmi) manat xərclənmişdir; 14. 1 ədəd YGB nömrəsi **********7483 olan Pano PLASTİK CNC AVADANLİĞİNİN İDARƏETMƏ PANELİ VƏ MONİTORU – İrandan alınıb gətirilməsinə 255 (iki yüzəlli beş) manat xərclənmişdir; 15. 4 ədədYGB nömrəsi **********7483 olan Qəliblər PLASTİK EMALİ ÜÇÜN QƏLİB HİSSƏLƏRİ – İrandan 6800 (altımin səkkiz yüz) manata alınaraq emal edildikdən, yəni Samir tərəfindən qəlib düzəldildikdən sonra 68.000 (altmış səkkiz min) manata El Fruits şirkətinə Mamed adlı şəxsə satılmışdır (050 711-38-00); 16. 11,000 kq. YGB nömrəsi **********7483 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ – 8800 (səkkiz min səkkiz yüz) manata alınaraq emal edildikdən, yəni meyvə yeşiyi düzəldildikdən sonra 7000 (yeddi min) manata HG Group MMC-yə (Günel Zeynalzadə *** *** ** **) satılmışdır və Ulu Agro MMCyə 14000+7700=21700 ədəd meyvə yeşiyi 19500 (on doqquz min beş yüz) manata satılmışdır; 17. 1 ədəd YGB nömrəsi **********6376 olan Çiller soyuducu PAKET TİP SOĞUTMA CİHAZİ CHİLLER AREF – gətirilib işlək vəziyyətə salınmasına 17000 (on yeddimin) manat xərclənmişdir; 18. 1 ədəd YGB nömrəsi **********8162 olan Kabel KABEL TSP İLƏ GƏLƏN 40 METR – 160 manata Gürcüstandan alınaraq, Şəmkirə avadanlığın üzərində hədiyyə verilib; 19. 1 ədəd YGB nömrəsi **********8162 olan Çən METAL RESERVOİR – cavabdeh özü gətirib başqasına satıb; 20. 1 ədəd YGB nömrəsi **********8162 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES – Gürcüstandan 51.000 (əlli bir min) manata gətirilmişdir; 21. 1 ədəd YGB nömrəsi **********8162 olan Çiller soyuducu RCMC-60 COOLİNG TOOL CHİLLER - 6000 (altı min) ABŞ dollarına Şəmkirə satılıb; 22. 1 ədəd YGB nömrəsi **********8162 olan Kompressor NASOS PUMPCAS 5.5HP CAS 4.0HP – yoxdur; 23. 1 ədəd YGB nömrəsi **********8162 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 1 QƏLİB TSP İLƏ GƏLƏN GÜRCÜSTANDAN – Gürcüstandan 11.000 (on bir min) manata gətirilib.Samir tərəfindən təmir edilərək işlək vəziyyətə gətirilib; 24. 2 ədəd YGB nömrəsi **********8162 olan SOBA – 2 soba 1000 (bir min) manata alınıb, 2000 (ikimin) manata Mingəçevir rayonuna satılıb; 25. 1 ədəd YGB nömrəsi **********7722 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES - Gürcüstandan gətirilməsinə 51.000 (əlli bir min) manat xərclənmişdir, 107.000 (yüz yeddimin) manata Şəmkir rayonuna satılıb; 26. 1 ədəd YGB nömrəsi **********7722 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 2 QƏLİB TSP İLƏ GƏLƏN GÜRCÜSTANDAN – Gürcüstandan 11.000 manata gətirilib Samir tərəfindən təmir edilərək 34.000 (otuz dörd min) manata satılıb; 27. 1 ədəd YGB nömrəsi **********7722 olan Drabilka PLASTİC SHREDDER RG5680 – Çindən 9000 (doqquz min) manata gətirilərək Şəmkir rayonuna 20.000 (iyirmimin) manata satılıb; 28. 1 ədəd YGB nömrəsi **********2478 olan Qəliblər PLASTİC ENJECTİON MOLD AND EQUİPMENT BAKHSHALİ SHAHBAZİ ASTARA / İRAN – cavabdeh özü İrandan alıb satıb 29. 1 ədəd YGB nömrəsi **********4159 olan Şlifovka dəzgahı GUİ BEİ Second hand Surface grinder machinery – Çindən 40.000 (qırx min) manata gətirilmişdir; 30. 1 ədəd YGB nömrəsi **********4159 olan İnjeksiyon dəzgahı PLASTİC İNJECTİON MOLDİNG MACHİNE BORCHE 260T(SECOND HAND) – Çindən 28.900 (iyirmisəkkiz min doqquz yüz) manata gətirilmişdir, Şəmkir rayonuna 42.500 (qırx ikimin beş yüz) manata satılmışdır; 31. 10,902 kq. YGB nömrəsi **********6036 olan Metal, qəlib üçün METAL MANUFACTURİNG STEEL VARİOUS DİMENSİONS – Türkiyədən 55.600 (əlli beş min altı yüz) manata alınaraq emal edilərək 4 ədəd qəlib düzəldilərək ümumi 103.700 (yüz üç min yeddi yüz) manata satılmışdır; 32. 6 ədəd YGB nömrəsi **********3032 olan Qəliblər İNJEKSİYON AVADANLİQ UCUN QƏLİB – cavabdeh özü başqa adamla İrandan alıb satıb; 33. 2 ədəd YGB nömrəsi **********6699 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET – Türkiyədən 1 ədədi 3525 ABŞ dollarına, 2 ədədi 7050 (yeddi min əlli) ABŞ dollarına alınmışdır, 1 ədədi 9000 ABŞ dollarına, 2 ədədi 18.000 (on səkkiz min) ABŞ dollarına satılmışdır; 34. 1 ədəd YGB nömrəsi **********5639 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET – Çindən 1500 (bir min beş yüz) ABŞ dollarına alınmışdır; 35. 5 ədəd YGB nömrəsi **********6492 olan CNC üçün ucluq CNC UCLUQ 12MM ELMAS FREZE (F12 KÜRE KARBÜR Z2 L200); 36. 100 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ 6.5MM ELMAS MATKAP (16 EL 1.75); 37. 120 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ 6MM VHM-BOHLER (16 EL 11W 55 WHİTWORH DİN 259; 38. 50 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ CCMT060204HMJT3215- CCMTO060204PFKLP1150; 39. 200 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ CNMG120408NMKLP2355; 40. 50 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ DCMT 070204 S.M.UÇ(WNMX 080704); 41. 900 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ DNMG150608NFKLP2365 və

42. 100 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ KNUX 160405R11 S.M. UÇ (WNMX 080708) – Türkiyədən 10050 (on min əlli) ABŞ dollarına alınıb, 20.032,63 (iyirmi min otuz iki manat 63 qəpik) manata "xxxx" MMC-yə satılmışdır; 43. 1 ədəd YGB nömrəsi **********1848 olan Erezyon dəzgahı CHARMİLLES HD10 TEL EROZYON TEZGAHİ – Türkiyədən 7000 (yeddi min) ABŞ dollarına alınmışdır; 44. 1 ədəd YGB nömrəsi **********0220 olan Drabilka "PC-600” modelli plastik tullantılarının xırdalanması üçün avadanlıq CHRUSHER – Alınıb gətirilməsinə 8000 (səkkiz min) ABŞ dollar xərclənmişdir;

45. 1 ədəd YGB nömrəsi **********0220 olan Yükləyici “FH-800G” AUTO LOADER polimer dənələr üçün vakkumlu monobloklu qaldırıcı qurğu – yoxdur; 46. 1 ədəd YGB nömrəsi **********0220 olan Quruducu HOPPER DRYER Polimer materialları üçün bunkerli quruducu – yoxdur; 47. 1 ədəd YGB nömrəsi **********5687 olan Yükləyici “FH-800G” AUTO LOADER polimer dənələr üçün vakkumlu monobloklu qaldırıcı qurğu – yoxdur; 48. 1 ədəd YGB nömrəsi **********5687 olan Quruducu HOPPER DRYER Polimer materialları üçün bunkerli quruducu – yoxdur; 49. 1 ədəd YGB nömrəsi **********5687 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 3 QƏLİB ARLEX İLƏ GƏLƏN ÇİN – Çindən 4500 ABŞ dollarına alınıb, 4500 ABŞ dollarına satılıb. STP-ə satılıb; 50. 15,000 kq. YGB nömrəsi MT2408 10542878 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ – 11250 (on bir min iki yüz əlli) manata alınıb yeşik emal olunaraq 22500 (iyirmi iki min beş yüz) manata satılmışdır;

51. 21,000 kq. YGB nömrəsi **********1248 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ – 13650 (on üç min altı yüz əlli) manata alınıb emal olunaraq 105000 ədəd yeşik 31500 (otuz bir min beş yüz) manata satılmışdır; 52. 4 ədəd YGB nömrəsi EBEB 481402 olan Yağ dəzgahlar üçün TRANSPARENT A BDN18 KG yağ SLA 4 ədəd – yoxdur, istifadə olunmuşdur; 53. 5 ədəd YGB nömrəsi EBEC 130920 olan Yağ dəzgahlar üçün HİDROTEXBS 46 180 KQ yağ SLA – yoxdur, istifadə olunmuşdur; 54. 1 ədəd YGB nömrəsi MT4106 10776167 olan Yağ dəzgahlar üçün HİDROTEX BS 22 15 KQ yağ SLA – yoxdur, istifadə olunmuşdur; 55. 5 ədəd YGB nömrəsi MT2411 10333346 olan Yağ dəzgahlar üçün WAYLUB 5 TNK 16 KQ yağ SLA – yoxdur, istifadə olunub; 56. 1 ədəd YGB nömrəsi MT2402 00387481 olan Printer HP 290 G4 PC printer – cavabdehin ofisində; 57. 1 ədəd YGB nömrəsi EK/0125 CNC olan dəzgahı WELLON WMC 1160 CNC – EL Rado MMC-dən Samir 40.000 (qırx min) ABŞ dollarına almışdır. 20.000 ABŞ dolları Samir ödəyib, 20.000 ABŞ dollarını borcludur. 58. 1 ədəd İnjeksion (550 T), 1 ədəd Elektrik pano, 1 ədəd Çiller (32HB), 1 ədəd qırıcı – 198.594 (bir yüz doxsan səkkiz min beş yüz doxsan dörd) manata Göyçay rayonu Soltanov Ziyad adlı şəxsə (tel: ***-***-**-**) satılmışdır. Təxminən bir neçə ay öncə İddiaçı məlum olmuşdur ki, Cavabdeh1 MMC-in direktoru Cavabdeh2 biznes şərikliyi barədə razılıqlarını pozaraq ondan xəbərsiz bir sıra avadanlıqları sataraq pulunu özünə götürmüş, işi düzgün yerinə yetirmədiyinə görə istehsal prosesi dayanmış, hətta icarə əsasında istehsal prosessini həyata keçirdikləri obyektin sahibi onu həmin ərazidən kənarlaşdırmışdır. Bununla bağlı ayrı məhkəmə mübahisəsi də mövcuddur. Bundan sonra İddiaçı Cavabdeh1 MMC-in direktoru Cavabdeh2la şərikliyə son qoymuşdur. İddiaçı Cavabdeh1 MMC-in direktoru Cavabdeh2 tərəfindən aldadılıb külli miqdarda zərərə düçar olduğu üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Onun müraciəti əsasında Sabunçu RPİ-də araşdırma aparılmış, məsələ mülki xarakterli olduğu üçün İddiaçı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Araşdırma çərçivəsində izahatı alınmış Cavabdeh1 MMC-in direktoru Cavabdeh2 İddiaçı ilə istehsal avadanlıqlarının alqı-satqısı, eyni zamanda bəzi istehsal avadanlıqları ilə müxtəlif məhsulların istehsalı və satışı ilə bağlı sahədə biznes qurmaq barədə şərik olduqlarını etiraf etmişdir. İddiaçı Cavabdeh1 MMC-in direktoru Cavabdeh2la biznes şərikliyi dövründə alınmış avadanlıqlardan aşağıda qeyd olunanlar satılmış və satışdan əldə olunmuş pul vəsaitinin yarısı İddiaçı verilməli olduğu halda verilməmişdir. 1. 1 ədəd YGB nömrəsi **********0174 olan ALCK0640 CNC dəzgahı – Çindən alınıb gətirilməsinə 15.000 (on beş min) manat xərclənmişdir. 25.000 (iyirmi beş min) manata Rövşən adlı şəxsə (051 225-00-70) satılmışdır; 2. 1 dəst YGB nömrəsi **********1011 olan İnjeksiyon dəzgahı PLASTİC İNJECTİON MOLDİNG MACHİNE HAİTİAN-MA4700-İİ/2950– Çindən alınıb gətirilməsinə 57.000 (əlli yeddi min) manat xərclənmişdir, 107.000 (yüz yeddi min) manata Ruslan Cahangirov adlı şəxsə (050 288- 66-16) satılmışdır; 3. 1 ədəd YGB nömrəsi **********9435 olan Pano CHİLLER BESLEME PANOSU – Gürcüstandan alınıb gətirilməsinə 3800 (üç min səkkiz yüz) manat xərclənmişdir. 6800 (altı min səkkiz yüz) manata Ruslan Cahangirov adlı şəxsə (050 288- 66-16) satılmışdır; 4. 7 ədəd **********5470 Plastik təkərli yeşik BOAT 5500 WİTH WHEELS 5500K WHEELED, GREY YEŞİKLƏR ESKA PLASTİK – Türkiyədən cavabdeh tərəfindən alınıb, 2550 (iki min beş yüz əlli) manat Samir tərəfindən tır şoferinə gətirilmə xərci üçün pul verilmişdir. Cavabdeh STP-də saxlayır; 5. 4 ədəd YGB nömrəsi **********7483 olan Qəliblər PLASTİK EMALİ ÜÇÜN QƏLİB HİSSƏLƏRİ – İrandan 6800 (altı min səkkiz yüz) manata alınaraq emaledildikdən, yəni Samir tərəfindən qəlib düzəldildikdən sonra 68.000 (altmış səkkiz min) manata El Fruits şirkətinə Mamed adlı şəxsə satılmışdır (050 711-38-00); 6. 11,000 kq. YGB nömrəsi **********7483 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ – 8800 (səkkiz min səkkiz yüz) manata alınaraq emal edildikdən, yəni meyvə yeşiyi düzəldildikdən sonra 7000 (yeddi min) manata HG Group MMC-yə (Günel Zeynalzadə *** *** ** **) satılmışdır və Ulu Agro MMC-yə 14000+7700=21700 ədəd meyvə yeşiyi 19500 (on doqquz min beş yüz) manata satılmışdır; 7. 1 ədəd YGB nömrəsi **********8162 olan Çiller soyuducu RCMC-60 COOLİNG TOOL CHİLLER - 6000 (altı min) ABŞ dollarına Şəmkirə satılıb; 8. 2 ədəd YGB nömrəsi **********8162 olan SOBA – 2 soba 1000 (bir min) manata alınıb, 2000 (ikimin) manata Mingəçevir rayonuna satılıb; 9. 1 ədəd YGB nömrəsi **********7722 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES - Gürcüstandan gətirilməsinə 51.000 (əlli bir min) manat xərclənmişdir, 107.000 (yüz yeddimin) manata Şəmkir rayonuna satılıb; 10. 1 ədəd YGB nömrəsi **********7722 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 2 QƏLİB TSP İLƏ GƏLƏN GÜRCÜSTANDAN – Gürcüstandan 11.000 manata gətirilib Samir tərəfindən təmir edilərək 34.000 (otuz dörd min) manata satılıb; 11. 1 ədəd YGB nömrəsi **********7722 olan Drabilka PLASTİC SHREDDER RG5680 – Çindən 9000 (doqquz min) manata gətirilərək Şəmkir rayonuna 20.000 (iyirmimin) manata satılıb; 12. 1 ədəd YGB nömrəsi **********4159 olan İnjeksiyon dəzgahı PLASTİC İNJECTİON MOLDİNG MACHİNE BORCHE 260T(SECO HAND) – Çindən 28.900 (iyirmi səkkiz min doqquz yüz) manata gətirilmişdir, Şəmkir rayonuna 42.500 (qırx ikimin beş yüz) manata satılmışdır; 13. 10,902 kq. YGB nömrəsi **********6036 olan Metal, qəlib üçün METAL MANUFACTURİNG STEEL VARİOUS DİMENSİONS – Türkiyədən 55.600 (əlli beş min altı yüz) manata alınaraq emal edilərək 4 ədəd qəlib düzəldilərək ümumi 103.700 (yüz üç min yeddi yüz) manata satılmışdır; 14. 2 ədəd YGB nömrəsi **********6699 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET – Türkiyədən 1 ədədi 3525 ABŞ dollarına, 2 ədədi 7050 (yeddi min əlli) ABŞ dollarına alınmışdır, 1 ədədi 9000 ABŞ dollarına, 2 ədədi 18.000 (on səkkiz min) ABŞ dollarına satılmışdır; 15. 5 ədəd YGB nömrəsi **********6492 olan CNC üçün ucluq CNC UCLUQ 12MM ELMAS FREZE (F12 KÜRE KARBÜR Z2 L200); 16. 100 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ 6.5MM ELMAS MATKAP(16 EL 1.75); 17. 120 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ 6MM VHM-BOHLER (16 EL 11W 55 WHİTWORH DİN 259; 18. 50 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ CCMT060204HMJT3215- CCMTO060204PFKLP1150; 19. 200 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ CNMG120408NMKLP2355; 20. 50 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ DCMT 070204 S.M.UÇ(WNMX 080704); 21. 900 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ DNMG150608NFKLP2365 və 22. 100 ədəd YGB nömrəsi **********6492olan CNC UCLUQ KNUX 160405R11 S.M. UÇ (WNMX 080708) – Türkiyədən 10050 (on min əlli) ABŞ dollarına alınıb, 20.032,63 (iyirmi min otuz iki manat 63 qəpik) manata "xxxx" MMC-yə satılmışdır; 23. 1 ədəd YGB nömrəsi **********5687 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 3 QƏLİB ARLEX İLƏ GƏLƏN ÇİN – Çindən 4500 ABŞ dollarına alınıb, 4500 ABŞ dollarına satılıb. STP-ə satılıb; 24. 15,000 kq. YGB nömrəsi MT2408 10542878 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ – 11250 (on bir min iki yüz əlli) manata alınıb yeşik emal olunaraq 22500 (iyirmi ikimin beş yüz) manata satılmışdır; 25. 21,000 kq. YGB nömrəsi **********1248 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ – 13650 (on üç min altı yüz əlli) manata alınıb emal olunaraq 105000 ədəd yeşik 31500 (otuz bir min beş yüz) manata satılmışdır; 26. 1 ədəd İnjeksion (550 T), 1 ədəd Elektrik pano, 1 ədəd Çiller (32HB), 1 ədəd qırıcı – 198.594 (bir yüz doxsan səkkiz min beş yüz doxsan dörd) manata Göyçay rayonu Soltanov Ziyad adlışəxsə (tel: ***-***-**-**) satılmışdır. Bu səbəbdən yuxarıda sadalanan avadanlıqların (25000 manat + 107000 manat + 6800 manat + 68000 manat + 7000 manat + 19500 manat + 6000$ (10200 manat) + 2000 manat + 107000 manat + 34000 + 20000 manat + 42500 manat + 103700 manat + 18000$ (30600 manat) + 20.032,63 manat + 4500 $ (7650 manat) + 22500 manat + 31500 manat + 198594 manat = 863576,63 manat) 863.576,63 (səkkiz yüz altmış üç min beş yüz yetmiş altı manat 63 qəpik) manat satış qiymətinin yarısı, yəni 431.788,30 (dörd yüz otuz bir min yeddi yüz səksən səkkiz manat 30 qəpik) manat, həmçinin 2550 (iki min beş yüzəlli) manat Samir tərəfindən tır şoferinə avadanlığın gətirilmə xərci üçün verilmiş pul olmaqla,cəmi 434.338,30 (dörd yüz otuz dörd min üç yüz otuz səkkiz manat 30 qəpik) manat cavabdehlərdən alınaraq iddiacıya verilməlidir. Həmçinin aşağıda qeyd olunan avadanlıqlar İddiaçı Cavabdeh1 MMC-in direktoru Cavabdeh2la biznes şərikliyi dövründə alınmışdır. 1. 1 ədəd YGB nömrəsi **********0842 olan “SCHMİD” marka VMC1000 model CNC dəzgahı – Türkiyədən alınıb gətirilməsinə 30.000 (otuz min) manat xərclənmişdir; 2. 1 dəst YGB nömrəsi **********2806 olan “GETTEC” CNC MACHİNE VMC-1580L Second hand CNC dəzgahı – Çindən alınıb gətirilməsinə 77.000 (yetmiş yeddi min) manat xərclənmişdir; 3. 1 dəst YGB nömrəsi **********5210 olan CHARMİLLES 310 TEL EROZYON TEZGAHİ – Türkiyədən alınıb gətirilməsinə 51.000 (əlli bir min) manat xərclənmişdir; 4. 1 ədəd YGB nömrəsi **********5210 olan Freze dəzgahı FREZE DƏZGAHİ 6P62 Türkiyədən alınıb gətirilməsinə 3500 (üç min beş yüz) manat xərclənmişdir; 5. 5 ədəd YGB nömrəsi **********7483 olan Motorlar ELEKTRİK MOTOR VƏ VASİTƏLƏRİ – İrandan alınıb gətirilməsinə 1020 (bir min iyirmi) manat xərclənmişdir; 6. 1 ədəd YGB nömrəsi **********7483 olan Pano PLASTİK CNC AVADANLİĞİNİN İDARƏETMƏ PANELİ VƏ MONİTORU – İrandan alınıb gətirilməsinə 255 (iki yüzəlli beş) manat xərclənmişdir; 7. 1 ədəd YGB nömrəsi **********6376 olan Çiller soyuducu PAKET TİP SOĞUTMA CİHAZİ CHİLLER AREF – gətirilib işlək vəziyyətə salınmasına 17000 (on yeddi min) manat xərclənmişdir; 8. 1 ədəd YGB nömrəsi **********8162 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES – Gürcüstandan 51.000 (əlli bir min) manata gətirilmişdir; 9. 1 ədəd YGB nömrəsi **********8162 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 1 QƏLİB TSP İLƏ GƏLƏN GÜRCÜSTANDAN – Gürcüstandan 11.000 (on bir min) manata gətirilib. Samir tərəfindən təmir edilərək işlək vəziyyətə gətirilib; 10. 1 ədəd YGB nömrəsi **********4159 olan Şlifovka dəzgahı GUİ BEİ Second hand Surface grinder machinery – Çindən 40.000 (qırx min) manata gətirilmişdir; 11. 1 ədəd YGB nömrəsi **********5639 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET – Çindən 1500 (bir min beş yüz) ABŞ dollarına alınmışdır; 1 ədəd YGB nömrəsi **********1848 olan Erezyon dəzgahı CHARMİLLES HD10 TEL EROZYON TEZGAHİ – Türkiyədən 7000 (yeddi min) ABŞ dollarına alınmışdır; 13. 1 ədəd YGB nömrəsi **********0220 olan Drabilka "PC-600” modelli plastik tullantılarının xırdalanması üçün avadanlıq CHRUSHER – Alınıb gətirilməsinə 8000 (səkkiz min) ABŞ dollar xərclənmişdir; 14. 1 ədəd YGB nömrəsi EK/0125 CNC olan dəzgahı WELLON WMC 1160 CNC – EL Rado MMC-dən Samir 40.000 (qırx min) ABŞ dollarına almışdır. 20.000 ABŞ dolları Samir ödəyib, 20.000 ABŞ dollarını borcludur. Bu səbəbdən yuxarıda sadalanan avadanlıqlar iddiacı İddiaçı ilə Cavabdeh1 MMC-in direktoru Cavabdeh2 arasında bərabər bölünməli, bu mümkün olmadıqda isə həmin avadanlıqların ümumi dəyərini təşkil edən (30.000 manat + 77.000 + 51.000 + 3.500 manat + 1.020 manat + 255 manat + 17.000 manat + 51.000 manat + 11.000 manat + 40.000 manat + 2.550 manat + 11.900 manat + 13.600 manat + 68.000 manat = 377.825) 377.825 (üç yüz yetmiş yeddi min səkkiz yüz iyirmi beş) manatın yarısı, yəni 188915,50 (bir yüz səksən səkkiz min doqquz yüz on beş manat 50 qəpik) cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Həmçinin bildirmişdir ki, İddiaçı ilə X16 arasında 17 yanvar 2022-ci il tarixdə Daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən ünvan 1i ünvanında yerləşən qeyriyaşayış sahəsinin 800 kv.m-iaylıq 2400 manat olmaqla İddiaçı istifadəsinə verilmiş və bugünədək sözügedən avadanlıqlar İddiaçı icarəyə götürdüyü qeyri-yaşayış sahəsində onlar tərəfindən istifadə olunmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 MMC və onun direktoru Cavabdeh2la şərikliyə sonuncuların qanunsuz hərəkətləri nəticəsində son qoyulduğundan cavabdehlər tərəfindən avadanlıqların satışından əldə olunmuş 863576,63 (səkkiz yüz altmış üç min beş yüz yetmiş altı manat 63 qəpik) manat satış qiymətinin yarısı, yəni 431788,30 (dörd yüz otuz bir min yeddi yüz səksən səkkiz manat 30 qəpik) manat, həmçinin 2550 (iki min beş yüz əlli) manat İddiaçı tərəfindən tır şoferinə avadanlığın gətirilmə xərci üçün verilmiş pul olmaqla, cəmi 434338,30 (dörd yüz otuz dörd min üç yüz otuz səkkiz manat 30 qəpik) manat, habelə yuxarıda sadalanan avadanlıqlar iddiacı İddiaçı ilə Cavabdeh1 MMC-in direktoru Cavabdeh2 arasında bərabər bölünməli, bu mümkün olmadıqda isə həmin avadanlıqların ümumi dəyərini təşkil edən 377825 (üç yüz yetmiş yeddi min səkkiz yüz iyirmi beş) manatın yarısı, yəni 188915,50 (bir yüz səksən səkkiz min doqquz yüz on beş manat 50 qəpik), eyni zamanda İddiaçı şərikli biznes fəaliyyəti üçün çəkdiyi ümumilikdə 650.000 (altı yüz əlli min) manat puldan avadanlıqlara görə tələb edilən məbləğlər (434.338,30 manat + 188915,50 manat = 623.253,80) çıxıldıqdan sonra qalıq qalmış 26.746,2 (iyirmi altı min yeddi yüz qırx altı manat 20 qəpik) manat cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı verilməlidir. Bundan başqa, İddiaçı Cavabdeh1 MMC-in direktoru Cavabdeh2la birlikdə vətəndaş X14 ilə ünvan 1i ərazisində yerləşən 0,39 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlayaraq 30.000 (otuz min) manata almışlar. Bundan sonra İddiaçı öz şəxsi vəsaiti hesabına həmin ərazidə 86.000 (səksən altımin) manat məbləğində tikinti tikmişdir. Həmin tikintidə işlədilməsi üçün İddiaçı tərəfindən Cavabdeh2 adına transformator alınmış, həmin transformatorun ödənişi, yəni 77000 (yetmiş yeddi min) manat pulİddiaçı və Cavabdeh1 MMC-in direktoru Cavabdeh2 tərəfindən ödənilmişdir. Hesab edir ki, ünvan 1i ərazisində yerləşən 0,39 ha torpaq sahəsinin alınmasına çəkilən 30.000 (otuz min) manat pulun yarısı, yəni 15000 manat, həmin torpaq sahəsində İddiaçı şəxsi vəsaiti hesabına inşa etdiyi tikilinin dəyəri, yəni 86.000 (səksən altı min) manat tam olaraq, habelə transformatorun alınmasına ödənilmiş 77000 (yetmiş yeddi min) manatın yarısı, yəni 38.500 (otuz səkkiz min beş yüz) manat Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. İddia ərizəsinin aidiyyəti ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qanunun sözügedən tələbinə əsasən hesab edir ki, iddia ərizəsinə cavabdehlərdən birinin rəsmi qeydə alındığı yer üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması qanuni və əsaslıdır. Bundan əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödənilmişdir, həmin rüsumun əvəzi də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 arasında şərikliyə sonuncuların qanunsuz hərəkətləri nəticəsində son qoyulduğundan avadanlıqların satışından əldə olunmuş gəlirin (863576,63) yarısı, yəni 431788,30 (dörd yüz otuz bir min yeddi yüz səksən səkkiz manat 30 qəpik) manatının, habelə avadanlıqların gətirilməsi üçün yol xərci olaraq İddiaçı tərəfindən ödənilmiş 2550 (iki min beş yüz əlli) manatın cavabdehlər “X30" MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı verilməsi; aşağıdakı avadanlıqların, yəni: 1 ədəd YGB nömrəsi **********0842 olan "SCHMİD" marka VMC1000 model CNC dəzgahı (Türkiyədən alınıb gətirilməsinə 30.000 (otuz min) manat xərclənmişdir); 1 dəst YGB nömrəsi **********2806 olan "GETTEC" CNC MACHİNE VMC-1580L Second hand CNC dəzgahı (Çindən alınıb gətirilməsinə 77.000 (yetmiş yeddi min) manat xərclənmişdir); 1 dəst YGB nömrəsi **********5210 olan CHARMİLLES 310 TEL EROZYON TEZGAHİ (Türkiyədən alınıb gətirilməsinə 51.000 (əlli bir min) manat xərclənmişdir); 1 ədəd YGB nömrəsi **********5210 olan Freze dəzgahı FREZE DƏZGAHİ 6P62 (Türkiyədən alınıb gətirilməsinə 3500 (üç min beş yüz) manat xərclənmişdir); 5 ədəd YGB nömrəsi **********7483 olan Motorlar ELEKTRİK MOTOR VƏ VASİTƏLƏRİ (irandan alınıb gətirilməsinə 1020 (bir min iyirmi) manat xərclənmişdir); 1 ədəd YGB nömrəsi **********7483 olan Pano PLASTİK CNC AVADANLİĞİNİN İDARƏETMƏ PANELİ VƏ MONİTORU (irandan alınıb gətirilməsinə 255 (iki yüz əlli beş) manat xərclənmişdir); 1 ədəd YGB nömrəsi **********6376 olan Çiller soyuducu PAKET TİP SOGUTMA CİHAZİ CHİLLER AREF (Gətirilməsinə və işlək vəziyyətə salınmasına 17000 (on yeddi min) manat xərclənmişdir); 1 ədəd YGB nömrəsi **********8162 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES (Gürcüstandan 51.000 (əlli bir min) manata gətirilmişdir); 1 ədəd YGB nömrəsi **********8162 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 1 QƏLİB TSP İLƏ GƏLƏN (Gürcüstandan 11.000 (on bir min) manata gətirilib. Samir tərəfindən təmir edilərək işlək vəziyyətə gətirilib); 1 ədəd YGB nömrəsi **********4159 olan Şlifovka dəzgahı GUİ BEİ Second hand Surface grinder machinery (Çindən 40.000 (qırx min) manata gətirilmişdir); 1 ədəd YGB nömrəsi **********5639 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET (Çindən 1500 (bir min beş yüz) ABŞ dollarına alınmışdır); 1 ədəd YGB nömrəsi **********1848 olan Erezyon dəzgahı CHARMİLLES HD10 TEL EROZYON TEZGAHİ (Türkiyədən 7000 (yeddi min) ABŞ dollarına alınmışdır); 1 ədəd YGB nömrəsi **********0220 olan Drabilka "PC-600” modelli plastik tullantılarının xırdalanması üçün avadanlıq CHRUSHER (Alınıb gətirilməsinə 8000 (səkkiz min) ABŞ dollar xərclənmişdir); 1 ədəd YGB nömrəsi EK/0125 CNC olan dəzgahı WELLON WMC 1160 CNC ( EL Rado MMC-dən Samir tərəfindən 40.000 (qırx min) ABŞ dollarına alılmış, 20.000 ABŞ dolları Samir tərəfindən ödənilmiş, 20.000 ABŞ dollarını borclu qalmışdır) avadanlığın İddiaçı ilə Cavabdeh1 MMC-in direktoru Cavabdeh2 arasında bərabər bölünməsi, bölgü mümkün olmadıqda həmin avadanlıqların ümumi dəyərinin (377825 manat) yarısının, yəni 188915,50 (bir yüz səksən səkkiz min doqquz yüz on beş manat 50 qəpik) manatın, habelə digər xərclərə görə 26.746,2 (iyirmi altı min yeddi yüz qırx altı manat 20 qəpik) manatın cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı verilməsi; İddiaçı Cavabdeh2 ilə paylı mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 0,39 ha torpaq sahəsinin naturada ayrılması, naturada ayrılma mümkün olmadıqda cavabdeh tərəfindən İddiaçı torpağın dəyərinin yarısı məbləğində kompensasiya ödənilməsi, cavabdeh tərəfindən kompensasiya ödənilməsinə razılıq əldə edilmədikdə isə, sözügedən torpaq sahəsinin hərracda satılması və məbləğin paylara uyğun bölünməsi, həmin torpaq sahəsində İddiaçı şəxsi vəsaiti hesabına inşa etdiyi tikilinin dəyərinin, yəni 86.000 (səksən altı min) manatın, həmçinin transformatorun alınmasına İddiaçı tərəfindən ödənilmiş vəsaitin (77000 manat) yarısının, yəni 38.500 (otuz səkkiz min beş yüz) manatın cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iddia tələbinə etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, cavabdeh iddiaçının iddia tələblərini qəbul etməyərək iddia ərizəsini əsassız hesab edir. Ümumiyyətlə, iddia ərizəsi 4 hissədən ibarətdir: 1. Avadanlıqların satışından əldə olunmuş 863.576,63 manat satış qiymətinin yarısı, yəni 431.788,30 manat, həmçinin 2550 manat İddiaçı tərəfindən tır şoferinə avadanlığın gətirilmə xərci üçün verilmiş pul olmaqla, cəmi 434.338,30 manat məbləğində pul vəsaitinin tutulması; 2. Avadanlıqların tərəflər arasında bərabər bölünməsi, bu mümkün olmadıqda isə həmin avadanlıqların ümumi dəyərini təşkil edən 377.825 manatın yarısı, yəni 188915,50 manat məbləğində pul vəsaitinin tutulması; 3. İddiaçının şərikli biznes fəaliyyəti üçün çəkdiyi ümumilikdə 650.000 manat puldan avadanlıqlara görə tələb edilən məbləğlər (434.338,30 manat + 188915,50 manat = 623.253,80) çıxıldıqdan sonra qalıq qalmış 26.746,2 manat məbləğində pul vəsaitinin tutulması; 4. ünvan 1i ərazisində yerləşən 0,39 ha torpaq sahəsinin alınmasına çəkilən 30.000 manat pulun yarısı, yəni 15000 manat, həmin torpaq sahəsində iddiaçının şəxsi vəsaiti hesabına inşa etdiyi tikilinin dəyəri, yəni 86.000 manat habelə transformatorun alınmasına ödənilmiş 77000 manatın yarısı, yəni 38.500 manat məbləğində pul vəsaitinin tutulması. Bütün bu tələblərlə bağlı bildirmişdir ki, iddia ərizəsində sadalanan avadanlıqlar Cavabdeh1 MMC-yə məxsusdur və bu fakt etiraza əlavə edilən gömrük bəyannamələri müqavilələr və digər mötəbər sübutlarla öz təsdiqini tapır. İddiaçı isə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Cavabdeh1 MMC-də icraçı direktor vəzifəsində çalışmışdır. Onun vəzifəsi MMC-nin gündəlik istehsalat fəaəliyyətinin təşkil edilməsi olub, onun qeyd edilən avadanlıqlar üzərində hər hansı sərəncamverici səlahiyyəti olmayıb. Onun şərik olduğunu iddia etdiyi hüquqi şəxs Cavabdeh1 təşkilati-hüquqi formasına görə MMC-dir. MMC-nin isə 100% nizamnamə kapitalındakı pay Cavabdeh2 məxsusdur, yəni tək təsisçi odur. MMC-nin icra orqanı fəaliyyətini həyata keçirən isə onun təkbaşına icra orqanı olan direktordur. Belə olan halda hər hansı şəriklikdən söhbət belə gedə bilməz. İcraçı direktorun MMC-nin əmlaklarının satılmasında səlahiyyətli olması və ya şərik olması istər AR MM-in tələbləri baxımından, istərsə də MMC-nin nizamnaməsi baxımından mümkün deyil. Belə ki, Cavabdeh1 MMC-yə məxsus əmlakın satılması yalnız MMC-nin ümumi yığıncağının qərarı əsasında MMC-nin direktoru tərəfindən həyata keçirilə bilərdi. Bu hal baş versə belə, bu MMC-nin icraçı direktoruna hər hansı hüquq yaratmır. Qeyd etdiyimiz kimi bu MMC-nin müstəsna səlahiyyətidir. İcrası prosesi də qanunla və nizamnamə ilə müəyyənləşmişdir. Həmçinin iddiaçı xaricə səfər etdiyini əks etdirən uçuş biletlərini məhkəməyə təqdim etsə də, bu sənədlər konkret avadanlığın hansı müqavilə əsasında və kimin adına alındığını göstərmir. Bu yolla avadanlqıların alınmasında iştirak etmək görüntüsü yaratmaq ümumiyyətlə absurd və gülüncdür. Cavabdeh1 MMC isə həmin avadanlıqların bilavasitə cəmiyyətin adına idxal və ya satın alındığını rəsmi şəkildə sübut etmişdir. Digər bir zidiyyətli məqam ondan ibarətdir ki, iddiaçı şərik olduğunu qeyd etdiyi hüquqi şəxsin eyni obyektə icarə müqaviləsi mövcud olduğu halda, həmin obyektə dair özü ilə bağlanmış icarə müqaviləsinə istinad edərək avadanlıqların onun istifadəsində olduğunu sübuta yetirməyə çalışmışdır. Bununla bağlı bildirmişdir ki, 1. Obyektin mülkiyyətçisi "xxxx" MMCdir. İddiaçı təqdim etdiyi icarə müqaviləsi isə X16 adlı fiziki şəxslə bağlanmışdır, bu isə obyektin sahibi ilə üst-üstə düşmür. 2. İddiaçı həmin dövrdə Cavabdeh1 MMC-nin icraçı direktoru olub. Eyni zamanda eyni obyektə dair “icarəçi” qismində çıxış etməsi hüquqi baxımdan ziddiyyətlidir. 3. Müqavilə üzrə ödəniş sənədləri yoxdur. Əgər icarə real olsaydı, müvafiq bank qəbzləri, kassa mədaxil orderləri və s. təqdim edilməli idi. 4. Cavabdeh1 MMC-nin icarəyə götürdüyü sahə ilə İddiaçı icarəyə götürdüyü sahələrin eyni olması təsdiq olunmur. İddiaçı iddia etdiyi obyekt ilə Cavabdeh1 MMC-nin "xxxx" MMC-dən icarəyə götürdüyü sahənin üst-üstə düşməsini göstərən plan, sxem və ya başqa inandırıcı sübutlar təqdim edilməyib. 2 Bütün bunlar İddiaçı təqdim etdiyi icarə müqaviləsinin real münasibətləri əks etdirmədiyini, müqavilənin hazırkı mübahisə yarandıqdan sonra tərtib edildiyini və görünüş üçün bağlandığını təsdiq edir. Qeyd edilənlər ümumiləşdirilsə, birinci və ikinci tələblə bağlı hər hansı sübut olmamaqla yanaşı, iddiaçının həmin avadanlıqlara subyektiv hüququnun olması da təsdiqini tapmır. Torpaq sahəsi və onunla bağlı digər tələblərdə isə ümumiyyətlə nə istənildiyini müəyyən etmək mümkün deyil. Çünki iddiaçının özünün təqdim etdiyi sənədlər həmin tələbini təkzib edir. Belə ki, alqı-satqı müqaviləsində İddiaçı ilə Cavabdeh2 torpaq sahəsini ½ payla aldıqları müəyyən edilir və buna görə ümumilikdə 30000 manat vəsait ödənilmişdir, yəni hərə öz payına görə 15000 manat. Belə olan halda Cavabdeh2 nəyə görə İddiaçı 15000 manat verməli olduğunu başa düşmək qeyri-mümkündür. Transformatora görə 77000 manatın da ödənilməsini təsdiq edən hər hansı sübut yoxdur, əksinə yenə iddiaçını təqdim etdiyi sənədlərdən görünür ki, sözügedən transformatora texniki şərt də Cavabdeh2 adına verilib. Torpaq sahəsindəki tikiliyə gəldikdə isə ona dair də hər hansı sübut mövcud deyil. Yəni belə bir tikili varmı, əgər varsa həqiqətənmi qeyd edilən xərc çəkilib, bu xərc İddiaçı tərəfindənmi çəkilib, torpaq ümumi mülkiyyət olduğundan həmin torpaq sahəsini naturada ayırmaq mümkündürmü, əgər mümkündürsə, tikili hansı mülkiyyətçiyə aid hissədə saxlanılmalıdır? Bütün bu sualların fonunda belə bir əsassız tələbin olması təəccüblüdür. Ümumilikdə iddia tələbi hər hansı mötəbər sübuta əsaslanmayan və Cavabdeh1 MMC-nin "xxxx" MMC-yə qarşı qaldırdığı iddiaya (etiraza əlavə edilir) cavab olaraq hazırlamış söz yığınından ibarətdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin həmin məcəllənin 88.1-ci maddəsinə əsasən hər bir tərəf məhkəməyə təqdim etdiyi sənədləri əsaslandırmalı və onların həqiqiliyini sübuta yetirməlidir. Beləliklə bütün yuxarıda sadalanan hallara və normalara əsaslanaraq hesab edir ki, məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. e-2(004)-2269/2025 nömrəli mülki işi üzrə iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, İddiaçı 2021-ci ildə "xxxx" MMC-də zavod direktoru işlədiyi vaxt həmin şirkətin sahibi Elnur Cəmilli İddiaçı qəlib düzəltmək lazım olduğunu bildirmiş, İddiaçı qəlib ustası olduğundan "xxxx" MMC-dən həmin qəlibləri hazırlamaq üçün sifariş kimi qəbul etmişdir. Bundan sonra İddiaçı həmin qəlibləri düzəltmək üçün 1 aylıq yer lazım olduğundan bu barədə əvvəllər bir yerdə işlədiyi Ağa adlı şəxslə danışmış, Ağa İddiaçı İsmayıl adlı şəxslə tanış etmişdir. Cavabdeh2 İddiaçı Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə apararaq həmin qeyri- yaşayış sahəsinin ona məxsus olduğunu və oranı Samirə 1 aylıq 3000 manat dəyərində icarəyə verə biləcəyini bildirmişdir. Samir onunla razılaşaraq həmin qeyri-yaşayış sahəsini 1 aylıq 3000 manat ödəməklə icarəyə götürmüşdür. İddiaçı hər gün işdən əlavə vaxtlarında həmin qeyri-yaşayış sahəsinə gələrək orada sifariş olaraq götürdüyü qəlibləri düzəltmiş, həmçinin ona kömək etməsi üçün Ağa ilə birlikdə işləmişdir. Hətta İddiaçı həmin vatlarda çox vaxt gecə yatmadan işləmiş və nəticədə səhhətində problem yaranmış və Təcili və Təxirəsalınmaz tibb xidmətinə İddiaçı adına çağırış olmuş və onlar həmin qeyri-yaşayış sahəsinə gələrək İddiaçı müayinə etmişlər. Həmin vaxtlarda sözügedən qeyri-yaşayış sahəsində Samirdən və Ağadan başqa heç kim olmamışdır. Yalnız arada Cavabdeh2 oraya gəlib getmiş, söhbət əsnasında o, İddiaçı özünün qəlib işləri sifarişləri olduğunu və həmin sifarişləri İddiaçı düzəldərsə gəlirinə şərik olmağı təklif etmişdir. Bundan sonra, artıq İddiaçı həm özünün götürdüyü qəlib sifarişlərini, həm də Cavabdeh2 götürdüyü qəlib sifarişlərini düzəldərək gəlirə Cavabdeh2la şərik olmuşlar. 2022-ci ilin əvvəllərində qeyriyaşayış sahəsində olan qapıçı onları içəriyə buraxmamış, onlara icarə borcu olduğundan həmin obyektin sahibinin “heç kimi içəri buraxma” deyə təlimat verdiyini bildirmişdir. Həmin vaxt İddiaçı bilmişdir ki, oranın sahibi Cavabdeh2 yox, Taleh İmanovdur. Taleh İmanov həmin vaxt oraya gələrək Cavabdeh2 ona 100 kv.m qeyri-yaşayış sahəsinə görə 2 illik icarə borcu olduğunu, həmçinin Cavabdeh2 ona çoxlu maddi ziyan vurduğunu bildirmişdir. X25 İddiaçı belə bir adamla qətiyyən iş görməməsini bildirmişdir. İddiaçı Taleh İmanova həmin qeyri-yaşayış sahəsini Cavabdeh2 icarəyə götürdüyünü bildirməmiş, Cavabdeh2 pis vəziyyətdə qoymaq istəməmişdir. Eyni zamanda Taleh İmanova onun Cavabdeh2la işləyəcəyini, həmçinin bundan sonra olan bütün xərcləri öz üzərinə götürəcəyini bildirmişdir. Həmçinin Cavabdeh2 tərəfindən Taleh İmanova yaranmış borcu da ödəyəcəyini bildirmişdir. Taleh İmanov həmin qeyri-yaşayış sahəsini İddiaçı işlətməsinə o, şərtlə razılıq vermişdir ki, Cavabdeh2 oraya gəlib getməsin. Həmin şərtlə İddiaçı razılaşmışdır. Bundan sonra İddiaçı ilə Taleh İmanov arasında 800 kv.m sahə üçün icarə müqaviləsi bağlanmış, həmçinin 100 kv.m sahəni də Cavabdeh1 MMC-nin admda saxlamışlar ki, xaricdən avadanlıq alıb gətirmək mümkün olsun. Həmçinin Cavabdeh2 Taleh İmanovun şərtinə əsasən həmin qeyri-yaşayış sahəsinə demək olar ki, gəlib getməmiş, həmin qeyri- yaşayış sahəsində olan istehsal İddiaçı tərəfindən aparılmışdır. Lakin İddiaçı əvvəlcə Cavabdeh2 tanıdığından onunla birgə şərik kimi işləməyi davam etdirmişdir. Həmin müddətlərdə İddiaçı qəlib sifarişləri üçün materialları Türkiyədən özü gətizdirmiş, həmçinin qeyri-yaşayış sahəsinin icarə haqqı və kommunal xərclərini özü ödəmiş, həmçinin Ağaya işinə görə hər ay 1500 manat ödəniş etmişdir. 2022-ci ilin əvvəllərinə kimi hazırlanmış qəliblərə görə bütün xərclər çıxılmaqla qəliblərdən 150.000 (bir yüz əlli min) manat mənfəət əldə olunmuşdur. Belə ki, hər düzəldilən qəlibdən orta hesabla 10.000 ABŞ dolları mənfəət əldə olunurdu. Həmin gəlirdən 110.000 (bir yüz on min) manatını İsmayıl, 40.000 manatını isə Samir götürmüş və Cavabdeh2 artıq götürdüyü pullar borc olaraq hesablanmışdır. Bundan sonra artıq 2022-ci ilin əvvəllərində yeşik istehsalına da başlanılmış, həmçinin 2022-ci ildə İddiaçı Türkiyəyə gedərək 1 ədəd YGB nömrəsi **********0842 olan "SCHMİD" marka VMC1000 model CNC dəzgahı (Türkiyədən alınıb gətirilməsinə 30.000 (otuz min) manat xərclənmiş) alıb gətirmişdir. İddiaçı tərəfindən istehsal olunan yeşiklər Cavabdeh2 və İddiaçı tərəfindən qeyri-rəsmi satılmışdır. İddiaçı bütün yeşik və qəlib istehsalını özü aparmış, bütün işçilər yalnız onu tanımışdır. İddiaçı 2022-ci ildə qohumlarına və dostuna məxsus evləri, torpaq sahəsini və özünə məxsus avtomobili sataraq pulunu bu işə qoymuş, işləri inkişaf etdirmişdir. Cavabdeh2 İddiaçı çoxlu borcu olduğundan o, İddiaçı avadanlıq alqı-satqısı üçün və ümumi şirkətə biznes şərikliyı təklif etmişdir. 2023-cü ildən isə avadanlıq alqı-satqısmı aparmağa başlamışlar. İddiaçı avadanlıqlar barədə yaxşı anlayışı olduğundan o, xaricə gedərək avadanlıqları almış və Azərbaycana gətirmişdir. İddiaçı 2021-ci ildən apardığı istehsalı Taleh İmanovun icarə obyektində yerləşdirdiyi avadanlıqlar vasitəsilə aparmışdır. Yalnız 2022 və sonrakı illərdə İddiaçı xaricə gedərək avadanlıqlar alıb gətirmiş, bundan sonra istehsalı həm gətirdiyi avadanlıqlarda, həm də Taleh İmanova məxsus avadanlıqlarda aparmışdır. 2021ci ilə qədər Cavabdeh1 MMC demək olar ki ləğv olma vəziyyətində olmuşdur. 2022-ci ildən Samir bir çox işi Cavabdeh1 MMC-nin adına apardığından artıq Cavabdeh1 MMC inkişaf etmişdir. Hətta Cavabdeh2 Cavabdeh1 MMC-də direktor olmuş, yalnız 2023-cü ildə Cavabdeh2 “X30" MMC-nin təsisçisinə olan 20.000 ABŞ dolları borcunu İddiaçı ödədikdən sonra Cavabdeh2 Cavabdeh1 MMC-nin təsisçisi olmuşdur. 2024-cü ilin iyul ayında İddiaçı Cavabdeh1 MMC-yə təsisçi olması təklif olunmuş, hətta “X33” MMC-nin mühasib işlərini aparan Ağaəli İddiaçı ərizə forması göndərərək onun həmin ərizəni notarial qaydada yazaraq təsdiq etməsini, daha sonra Cavabdeh1 MMC-nin hesabına Kapital Bankda təsisçi kimi 50 manat nizamnamə kapitalı olaraq pul qoymasını bildirmişdir. Bütün bunlar tərəfimizdən flaşkartda təqdim etdiyimiz mühasib Ağaəli ilə Samirin təsisçi olma və bölgü barədə danışıqlarında öz əksini tapmışdır. Lakin həmin vaxt İddiaçı Cavabdeh2 qanunsuz işlərini müəyyən etdiyindən və Cavabdeh2 bədxərclik edərək şirkəti borclu vəziyyətə gətirməsindən məlumatı olduğundan həmin vaxt təsisçi olmaq istəməmişdir. Artıq 2024-ü ilin sonuna yaxın Cavabdeh2la İddiaçı arasında bölgü ilə bağlı mübahisə yarandığından artıq bölgü barədə danışıqları mühasib Ağaəli və Cavabdeh2 qardaşı Əfsun aparmış, Cavabdeh2 bölgü barədə fikirlərini onlar vasitəsilə İddiaçı çatdırmışdır. Həmin danışıqlar da flaşkarta öz əksini tapmışdır. Bütün bunlara baxmayaraq, Cavabdeh2 niyyəti hər şeyin özünün olduğu kimi qələmə verməklə, İddiaçı əlindən almaqdır. Bunları da Gəncə Kommersiya Məhkəməsinə Cavabdeh1 MMC-nin "xxxx" MMC-yə qarşı verdiyi iddia ərizəsindən daha aydın görmək olur. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia tələbi 4 hissədən ibarətdir. Heç bir hissə ilə bağlı tutarlı sübut məhkəməyə təqdim edilməmişdir. Mülki Məcəllə məhdud məsuliyyətli cəmiyyətdə təsisçilərin hansı qaydada formalaşması, payların necə müəyyən edilməsinin nizamnamə ilə müəyyən ediliyini təsbit edir. Mülki Məcəlləyə əsasən MMC-də təsisçi olmaq üçün pay hüququna malik olmaq lazımdır. "xxxx" MMC-nin tək təsisçisi Cavabdeh2dur. İddiaçının həmin cəmiyyətdə heç bir pay hüququ yoxdur. Gömrük bəyannamələrindən görünür ki, əmlak "xxxx" MMC-yə məxsusdur. İddiaçı həmin müəssisədə icraçı direktor vəzifəsində işləyir. İcraçı direktorun MMC-yə məxsus olan avadanlıqlar barəsində, ümumiyyətlə əmlak barədə sərəncam vermək hüququ yoxdur. Belə ki , həmin hüquq yalnız direktora məxsusdur. İddiaçının yeganə vəzifəsi iş fəaliyyətinə nəzarət etməkdən ibarət olmuşdur. İddiaçının həmin avadanlıqların satılmasında heç bir iştirakı olmamışdır. Taleh İmanovun həmin icarə obyektinə bağlılığı sübut edilmir. Həmin icarə müqaviləsinin real, həqiqi olması sübuta yetirilmir. Transfarmatorun texniki şərti digər cavabdehin adınadır. İddiaçı və digər cavabdehin torpaq sahəsində hərəsinin ½ hissədə payları vardır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0,39 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X5 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - X16 (icarəyəverən) ilə İddiaçı (icarəçi) arasında bağlanmış 01/01/24 saylı, 17 yanvar 2022-ci il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqaviləyə əsasən “icarəyəverən”in istifadəsində olan ünvan 1i ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin 800 kv.m.-ni “icarəçinin” istifadəsinə verməyi, “icarəçi” isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş icarə haqqı məbləğini “icarəyə verən”ə ödəməyi öhdəsinə götürmüşdür. - “Satıcı” "xxxx" QSC ilə “alıcı” "xxxx" MMC arasında bağlanmış 04-01/22 saylı, 21 yanvar 2022-ci il tarixli avtomobilin alqı-satqı müqaviləsinə əsasən bu müqavilənin predmetini 2021-ci il istehsalı 1 (bir) ədəd, qara rəngli, HAVAL F7x markalı, Universal tipli, VİN: XZGFF06A4MA607321, Mühərrik № 20A3123145, avtomobili (gələcəkdə müqavilədə avtomobil kimi adlandırılacaq), həmçinin avtomobilin texniki sənədlərinin və ləvazimatlarının “Satıcı” tərəfindən “Alıcı”mn mülkiyyətinə verilməsi, tələb olunduqda “Satıcı” tərəfindən zəmanət dövrü vaxtında xidmətlərin göstərilməsi, zəruri işlərinin görülməsi (gələcəkdə müqavilədə “işlər” kimi adlandırılacaq), “Alıcı” tərəfindən isə bu avtomobillərin və işlərin haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. - “Satıcı” "xxxx" MMC-nin direktoru Cavabdeh2 ilə “alıcı” X11 arasında bağlanmış 24/2022 saylı, 24 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqaviləyə əlavə edilmiş “Təsnifat”da göstərilən miqdarda və keyfiyyətdə məhsulu alıcıya satmağı, alıcı isə həmin məhsulu kəmiyyətinə uyğun olaraq “Təsnifat”da göstərilən miqdarda, qiymətdə və müddətə qəbul edir. - “Satıcı” X15 ilə “alıcılar” Cavabdeh2 və İddiaçı arasında bağlanmış AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,39 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə alıcılar Cavabdeh2 və İddiaçı mülkiyyətinə vermişlər. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0,39 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Satıcı "xxxx" MMC ilə alıcı "xxxx" MMC arasında bağlanmış 0103/24 saylı, 01 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqaviləyə əlavə edilmiş “Təsnifat”da göstərilən miqdarda və keyfiyyətdə məhsulu alıcıya satmağı, alıcı isə həmin məhsulu kəmiyyətinə uyğun olaraq “Təsnifat”da göstərilən miqdarda, qiymətdə və müddətə qəbul edir. - Satıcı Cavabdeh2 ilə alıcı X3 arasında bağlanmış 0205/24 saylı, 02 may 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqaviləyə əlavə edilmiş “Təsnifat”da qeyd edilən xidməti alıcıya göstərməyi, alıcı isə həmin xidmətin müqabilində “Təsnifat”da göstərilən məbləği ödəməyi öz üzərinə götürür. - Alıcı "xxxx" MMC ilə satıcı "xxxx" MMC arasında bağlanmış EK/2324 saylı, 02 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı satır, alıcı isə “Wellon” WMC 1160 markalı, 3 oxlu CNC frez avadanlığı satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokollarında razılaşdırılmış vahidin qiymətinə əsasən müvafiq məbləği ödəyir. - Gəncə Kommersiya Məhkəməsinin 16(115)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilərək, ünvan 1i ərazisində yerləşən qeyriyaşayış sahəsindəki Cavabdeh1 MMC-yə məxsus 1 ədəd YGB nömrəsi **********0842 olan "SCHMİD" marka VMC1000 model CNC dəzgahı, 1 dəst YGB nömrəsi **********2806 olan "GETTEC" CNC MACHİNE VMC-1580L Second hand CNC dəzgahı, 1 ədəd YGB nömrəsi **********0174 olan ALCK0640 CNC dəzgahı, 1 dəst YGB nömrəsi **********1011 olan İnjeksiyon dəzgahı PLASTİC İNJECTİON MOLDİNG MACHİNE HAİTİAN-MA4700- İİ/2950, 60 kq YGB nömrəsi **********5210 olan Erezyon dəzgahı EREZYON TELİ, 3 ədəd YGB nömrəsi **********5210 olan METAL KALİP PLAKA, 50 litr YGB nömrəsi **********5210 olan REÇİNE, 24 ədəd YGB nömrəsi **********5210 olan TEL EREZYON FİLTRESİ, 1 dəst YGB nömrəsi **********5210 olan CHARMİLLES 310 TEL EROZYON TEZGAHİ, 1 ədəd YGB nömrəsi **********5210 olan Freze dəzgahı FREZE DƏZGAHİ 6P62, 1 ədəd YGB nömrəsi **********9435 olan Pano CHİLLER BESLEME PANOSU, 7 ədəd **********5470 Plastik təkərli yeşik BOAT 5500 WİTH WHEELS 5500K WHEELED, GREY YEŞİKLƏR ESKA PLASTİK, 4 ədəd YGB nömrəsi **********7483 olan Motorlar ELEKTRİK MOTOR VƏ VASİTƏLƏRİ, 1 ədəd YGB nömrəsi **********7483 olan Pano PLASTİK CNC AVADANLİĞİNİN İDARƏETMƏ PANELİ VƏ MONİTORU, 4 ədəd YGB nömrəsi **********7483 olan Qəliblər PLASTİK EMALİ ÜÇÜN QƏLİB HİSSƏLƏRİ, 11,000 kq. YGB nömrəsi **********7483 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ, 1 ədəd YGB nömrəsi **********6376 olan Çiller soyuducu PAKET TİP SOĞUTMA CİHAZİ CHİLLER AREF, 1 ədəd YGB nömrəsi **********8162 olan Kabel KABEL TSP İLƏ GƏLƏN 40 METR, 1 ədəd YGB nömrəsi **********8162 olan Çən METAL RESERVOİR, 1 ədəd YGB nömrəsi **********8162 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES, 1 ədəd YGB nömrəsi **********8162 olan Çiller soyuducu RCMC-60 COOLİNG TOOL CHİLLER, 1 ədəd YGB nömrəsi **********8162 olan Kompressor NASOS PUMPCAS 5.5HP CAS 4.0HP, 1 ədəd YGB nömrəsi **********8162 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 1 QƏLİB TSP İLƏ GƏLƏN GÜRCÜSTANDAN, 2 ədəd YGB nömrəsi **********8162 olan SOBA, 1 ədəd YGB nömrəsi **********7722 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES, 1 ədəd YGB nömrəsi **********7722 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 2 QƏLİB TSP İLƏ GƏLƏN GÜRCÜSTANDAN, 1 ədəd YGB nömrəsi **********7722 olan Drabilka PLASTİC SHREDDER RG5680, 1 ədəd YGB nömrəsi **********2478 olan Qəliblər PLASTİC ENJECTİON MOLD AND EQUİPMENT BAKHSHALİ SHAHBAZİ ASTARA / İRAN, 1 ədəd YGB nömrəsi **********4159 olan Şlifovka dəzgahı GUİ BEİ Second hand Surface grinder machinery, 1 ədəd YGB nömrəsi **********4159 olan İnjeksiyon dəzgahı PLASTİC İNJECTİON MOLDİNG MACHİNE BORCHE 260T(SECOND HAND), 10,902 kq. YGB nömrəsi **********6036 olan Metal, qəlib üçün METAL MANUFACTURİNG STEEL VARİOUS DİMENSİONS, 6 ədəd YGB nömrəsi **********3032 olan Qəliblər İNJEKSİYON AVADANLİQ UCUN QƏLİB, 2 ədəd YGB nömrəsi **********6699 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET, 1 ədəd YGB nömrəsi **********5639 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET, 5 ədəd YGB nömrəsi **********6492 olan CNC üçün ucluq CNC UCLUQ 12MM ELMAS FREZE (F12 KÜRE KARBÜR Z2 L200), 100 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ 6.5MM ELMAS MATKAP(16 EL 1.75), 120 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ 6MM VHM-BOHLER (16 EL 11W 55 WHİTWORH DİN 259, 50 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ CCMT060204HMJT3215- CCMTO060204PFKLP1150, 200 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ CNMG120408NMKLP2355, 50 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ DCMT 070204 S.M.UÇ(WNMX 080704), 900 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ DNMG150608NFKLP2365, 100 ədəd YGB nömrəsi **********6492olan CNC UCLUQ KNUX 160405R11 S.M. UÇ (WNMX 080708), 1 ədəd YGB nömrəsi **********1848 olan Erezyon dəzgahı CHARMİLLES HD10 TEL EROZYON TEZGAHİ, 1 ədəd YGB nömrəsi **********0220 olan Drabilka "PC-600” modelli plastik tullatılarının xırdalanması üçün avadanlıq CHRUSHER, 1 ədəd YGB nömrəsi **********0220 olan Yükləyici “FH-800G” AUTO LOADER polimer dənələr üçün vakkumlu monobloklu qaldırıcı qurğu, 1 ədəd YGB nömrəsi **********0220 olan Quruducu HOPPER DRYER Polimer materialları üçün bunkerli quruducu, 1 ədəd YGB nömrəsi **********5687 olan Yükləyici “FH-800G” AUTO LOADER polimer dənələr üçün vakkumlu monobloklu qaldırıcı qurğu, 1 ədəd YGB nömrəsi **********5687 olan Quruducu HOPPER DRYER Polimer materialları üçün bunkerli quruducu, 1 ədəd YGB nömrəsi **********5687 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 3 QƏLİB ARLEX İLƏ GƏLƏN ÇİN, 15,000 kq. YGB nömrəsi MT2408 10542878 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ, 21,000 kq. YGB nömrəsi **********1248 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ, 4 ədəd YGB nömrəsi EBEB 481402 olan Yağ dəzgahlar üçün TRANSPARENT A BDN18 KG yağ SLA 4 ədəd, 5 ədəd YGB nömrəsi EBEC 130920 olan Yağ dəzgahlar üçün HİDROTEXBS 46 180 KQ yağ SLA, 1 ədəd YGB nömrəsi MT4106 10776167 olan Yağ dəzgahlar üçün HİDROTEX BS 22 15 KQ yağ SLA, 5 ədəd YGB nömrəsi MT2411 10333346 olan Yağ dəzgahlar üçün WAYLUB 5 TNK 16 KQ yağ SLA, 1 ədəd YGB nömrəsi MT2402 00387481 olan Printer HP 290 G4 PC printer 1 ədəd YGB nömrəsi EK/0125 CNC olan dəzgahı WELLON WMC 1160 CNC məhsul və avadanlıqların istifadəsinin cavabdeh "xxxx" MMCyə və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. - 12 fevral 2025-ci il tarixli akta əsasən aktı imzalamış şəxslər ünvan 1i ərazisində yerləşən qeyri-yaşayış obyektində istehsal sahəsində çalışırlar. Onlar həmin işə İddiaçı tərəfindən qəbul edilmişlər, bütün işlərində tapşırıqları ondan almışlar, avadanlıqların sahibi kimi yalnız İddiaçı tanımışlar. Hazırda onların çalışdığı avadanlıqların üzərinə məhdudiyyət qoyulmuş və bu səbəbdən hazırda onlar işsiz qalmışlar. - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin İddiaçı ünvanladığı 17 fevral 2025-ci il tarixli cavab məktubuna əsasən müraciəti mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiq olduğu bildirilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Samir Ağayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 aprel 2025-ci il tarixli qərarına əsasən X1, Rəsul Əhmədlinin, X9 və Cavabdeh2 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onlara mübahisənin həlli ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. - X8 Məhkəməsinin 16(104)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən maraqlı şəxs İddiaçı şikayəti təmin edilmiş, ərizəçi Cavabdeh1 şikayəti təmin təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 03 fevral 2025-ci il tarixli e-16(115)-4/2025 saylı qərardadı - ərizənin təmin edilməmiş hissəsində ləğv edilmiş və həmin hissədə yeni qərardad çıxarılaraq ərizə təmin edilmiş, Cavabdeh1 MMC-yə məxsus 1 ədəd YGB nömrəsi **********0842 olan "SCHMİD" marka VMC1000 model CNC dəzgahı, 1 dəst YGB nömrəsi **********2806 olan "GETTEC" CNC MACHİNE VMC-1580L Second hand CNC dəzgahı, 1 ədəd YGB nömrəsi **********0174 olan ALCK0640 CNC dəzgahı, 1 dəst YGB nömrəsi **********1011 olan İnjeksiyon dəzgahı PLASTİC İNJECTİON MOLDİNG MACHİNE HAİTİAN-MA4700-İİ/2950, 60 kq YGB nömrəsi **********5210 olan Erezyon dəzgahı EREZYON TELİ, 3 ədəd YGB nömrəsi **********5210 olan METAL KALİP PLAKA, 50 litr YGB nömrəsi **********5210 olan REÇİNE, 24 ədəd YGB nömrəsi **********5210 olan TEL EREZYON FİLTRESİ, 1 dəst YGB nömrəsi **********5210 olan CHARMİLLES 310 TEL EROZYON TEZGAHİ, 1 ədəd YGB nömrəsi **********5210 olan Freze dəzgahı FREZE DƏZGAHİ 6P62, 1 ədəd YGB nömrəsi **********9435 olan Pano CHİLLER BESLEME PANOSU, 7 ədəd **********5470 Plastik təkərli yeşik BOAT 5500 WİTH WHEELS 5500K WHEELED, GREY YEŞİKLƏR ESKA PLASTİK, 4 ədəd YGB nömrəsi **********7483 olan Motorlar ELEKTRİK MOTOR VƏ VASİTƏLƏRİ, 1 ədəd YGB nömrəsi **********7483 olan Pano PLASTİK CNC AVADANLİĞİNİN İDARƏETMƏ PANELİ VƏ MONİTORU, 4 ədəd YGB nömrəsi **********7483 olan Qəliblər PLASTİK EMALİ ÜÇÜN QƏLİB HİSSƏLƏRİ, 11,000 kq. YGB nömrəsi **********7483 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ, 1 ədəd YGB nömrəsi **********6376 olan Çiller soyuducu PAKET TİP SOĞUTMA CİHAZİ CHİLLER AREF, 1 ədəd YGB nömrəsi **********8162 olan Kabel KABEL TSP İLƏ GƏLƏN 40 METR, 1 ədəd YGB nömrəsi **********8162 olan Çən METAL RESERVOİR, 1 ədəd YGB nömrəsi **********8162 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES, 1 ədəd YGB nömrəsi **********8162 olan Çiller soyuducu RCMC-60 COOLİNG TOOL CHİLLER, 1 ədəd YGB nömrəsi **********8162 olan Kompressor NASOS PUMPCAS 5.5HP CAS 4.0HP, 1 ədəd YGB nömrəsi **********8162 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 1 QƏLİB TSP İLƏ GƏLƏN GÜRCÜSTANDAN, 2 ədəd YGB nömrəsi **********8162 olan SOBA, 1 ədəd YGB nömrəsi **********7722 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES, 1 ədəd YGB nömrəsi **********7722 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 2 QƏLİB TSP İLƏ GƏLƏN GÜRCÜSTANDAN, 1 ədəd YGB nömrəsi **********7722 olan Drabilka PLASTİC SHREDDER RG5680, 1 ədəd YGB nömrəsi **********2478 olan Qəliblər PLASTİC ENJECTİON MOLD AND EQUİPMENT BAKHSHALİ SHAHBAZİ ASTARA / İRAN, 1 ədəd YGB nömrəsi **********4159 olan Şlifovka dəzgahı GUİ BEİ Second hand Surface grinder machinery, 1 ədəd YGB nömrəsi **********4159 olan İnjeksiyon dəzgahı PLASTİC İNJECTİON MOLDİNG MACHİNE BORCHE 260T(SECOND HAND), 10,902 kq. YGB nömrəsi **********6036 olan Metal, qəlib üçün METAL MANUFACTURİNG STEEL VARİOUS DİMENSİONS, 6 ədəd YGB nömrəsi **********3032 olan Qəliblər İNJEKSİYON AVADANLİQ UCUN QƏLİB, 2 ədəd YGB nömrəsi **********6699 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET, 1 ədəd YGB nömrəsi **********5639 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET, 5 ədəd YGB nömrəsi **********6492 olan CNC üçün ucluq CNC UCLUQ 12MM ELMAS FREZE (F12 KÜRE KARBÜR Z2 L200), 100 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ 6.5MM ELMAS MATKAP(16 EL 1.75), 120 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ 6MM VHM-BOHLER (16 EL 11W 55 WHİTWORH DİN 259, 50 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ CCMT060204HMJT3215- CCMTO060204PFKLP1150, 200 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ CNMG120408NMKLP2355, 50 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ DCMT 070204 S.M.UÇ(WNMX 080704), 900 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ DNMG150608NFKLP2365, 100 ədəd YGB nömrəsi **********6492olan CNC UCLUQ KNUX 160405R11 S.M. UÇ (WNMX 080708), 1 ədəd YGB nömrəsi **********1848 olan Erezyon dəzgahı CHARMİLLES HD10 TEL EROZYON TEZGAHİ, 1 ədəd YGB nömrəsi **********0220 olan Drabilka "PC-600” modelli plastik tullatılarının xırdalanması üçün avadanlıq CHRUSHER, 1 ədəd YGB nömrəsi **********0220 olan Yükləyici “FH-800G” AUTO LOADER polimer dənələr üçün vakkumlu monobloklu qaldırıcı qurğu, 1 ədəd YGB nömrəsi **********0220 olan Quruducu HOPPER DRYER Polimer materialları üçün bunkerli quruducu, 1 ədəd YGB nömrəsi **********5687 olan Yükləyici “FH-800G” AUTO LOADER polimer dənələr üçün vakkumlu monobloklu qaldırıcı qurğu, 1 ədəd YGB nömrəsi **********5687 olan Quruducu HOPPER DRYER Polimer materialları üçün bunkerli quruducu, 1 ədəd YGB nömrəsi **********5687 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 3 QƏLİB ARLEX İLƏ GƏLƏN ÇİN, 15,000 kq. YGB nömrəsi MT2408 10542878 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ, 21,000 kq. YGB nömrəsi **********1248 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ, 4 ədəd YGB nömrəsi EBEB 481402 olan Yağ dəzgahlar üçün TRANSPARENT A BDN18 KG yağ SLA 4 ədəd, 5 ədəd YGB nömrəsi EBEC 130920 olan Yağ dəzgahlar üçün HİDROTEXBS 46 180 KQ yağ SLA, 1 ədəd YGB nömrəsi MT4106 10776167 olan Yağ dəzgahlar üçün HİDROTEX BS 22 15 KQ yağ SLA, 5 ədəd YGB nömrəsi MT2411 10333346 olan Yağ dəzgahlar üçün WAYLUB 5 TNK 16 KQ yağ SLA, 1 ədəd YGB nömrəsi MT2402 00387481 olan Printer HP 290 G4 PC printer 1 ədəd YGB nömrəsi EK/0125 CNC olan dəzgahı WELLON WMC 1160 CNC məhsul və avadanlıqların ünvan 1i ərazisində yerləşən qeyriyaşayış sahəsindən çıxarılaraq üçüncü şəxsin məsul saxlancına verilməsi qərara alınmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3243/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək müqaviləsinin etibarsızlığı tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında bildirmişdir ki, iddiaçını və Cavabdeh2 tanıyır. Hər ikisi ilə münasibəti yaxşıdır. Qohumu vasitəsi ilə Cavabdeh2 tanımışdır. Onunla birlikdə satış məqsədi ilə İrandan qəlib almışlar. Özü ticarətlə məşğul olur. Cavabdeh2 ilə birlikdə bir müştəri üçün makina almışlar. Cavabdeh2 vasitəsi ilə iddiaçı ilə də tanış olmuşlar. Müəssisəyə iddiaçı rəhbərlik edirdi. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh2 "xxxx" MMC-nin təsisçisi kimi tanımışdır. Cavabdeh2 iddiaçını sex müdiri kimi təqdim etmişdir. Avadanlıqların satışının kim tərəfindən həyata keçirildiyini bilmir. İddiaçı vasitəsi ilə ticarət işləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında bildirmişdir ki, iddiaçını və Cavabdeh2 tanıyır. Pandemiya vaxtı zavodun təmir-tikinti işlərində fəaliyyət göstərmişdir. Həmçinin injeksion aparatların quraşdırılmasında iştirak etmişdir. Qəlib istəyən müştərilər üçün Cavabdeh2 ilə əlaqə saxlamışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçını usta kimi tanımışdır. İddiaçının Cavabdeh2 ilə şərik olması ilə bağlı məlumatı olmamışdır. Təxminən 2020-ci ildə Cavabdeh2 iddiaçını usta kimi təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, iddiaçını və Cavabdeh2 tanıyır. 2024-cü ilin avqust ayında istehsalat məqsədi ilə qəlibə ehtiyacı var idi. İnternetdə "xxxx" MMC şirkətinin saytına daxil olmuşdur. Cavabdeh2 ilə əlaqə saxlamışdır. Ofisdə onunla tanış olmuşlar. Növbəti görüşdə o, onu istehsalat sahəsinə dəvət etmişdir. İddiaçını həmin sahədən qəlib ustası olaraq tanımışdır. Oturacaq istehsalı ilə bağlı nümunə gətirmişdir. İddiaçı ona qiymət təyin etmiş, məbləğ yüksək olduğundan onu istehsal etmək qərarına gəlmişlər. Yekun qiyməti Cavabdeh2 təyin etmişdir. Qiymət 45000 ABŞ dolları idi. Aralarında şərikliliklə bağlı 4 ay müddətinə müqavilə bağlanmışdır. Həmin qəlibi iddiaçı düzəltməli idi. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçını usta kimi tanımışdır. Müqavilə onunla Cavabdeh2 arasında bağlanmışdır. İddiaçının adı heç bir sənəddə qeyd olunmamışdır. Cavabdeh2 müəsissənin direktoru, rəhbəri kimi tanımışdır. İddiaçının Cavabdeh2 ilə şərik olması ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, iddiaçını və Cavabdeh2 tanıyır. Onları sürücü olan tanışı vasitəsi ilə tanımışdır. 2023-cü ildən iddiaçını tanıyır. Masallı və Lənkəran rayonuna çiyələk yeşikləri aparmışdır. İddiaçını zavod müdiri olaraq tanımışdır. Orada işçilər Cavabdeh2 iddiaçının şəriki olduğunu bildirmişlər. Cavabdeh2 orada bir neçə dəfə, iddiaçını isə hər dəfə görmüşdür. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, 1 milyondan çox yeşik daşımışdır. Ona iddiaçı tərəfindən ödəniş edilirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 izahatında bildirmişdir ki, iddiaçı və Cavabdeh2 tanıyır. O, özü də sahibkardır. Qəliblərin hesabatını bir müddət Cavabdeh2 ilə aparmış, daha sonra Cavabdeh2 vaxtının olmadığını, ortağı olan iddiaçı ilə hesabat aparmağı tövsiyə etmişdir. Qəliblərdə meyvə səbətləri istehsal edilmişdir. O, həm qəlib düzəltdirmiş, həm də qəlib sifariş vermiş və həmin qəlib Cavabdeh2 tərəfindən İrandan gətirilmişdir. Ödənişi həm kart, həm nağd formada həyata keçirmişdir. Müəssisə rəhbəri kimi Cavabdeh2 tanımışdır. Cavabdeh2 iddiaçını ortağı kimi təqdim etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı qəlib ustası olmuş, qəlibləri hazırlamaq üçün sifarişləri qəbul edirdi. İddiaçı iddia edir ki, Cavabdeh2 ona qəlib sifarişləri vermiş və onun gəlirinə şərik olmağı təklif etmişdir. O, həm özünün götürdüyü qəlib sifarişlərini, həm də Cavabdeh2 götürdüyü qəlib sifarişlərini düzəldərək gəlirə onunla şərik olmuşlar. Hal-hazırda iddiaçı cavabdehlər arasında şərikliyə sonuncuların qanunsuz hərəkətləri nəticəsində son qoyulduğundan avadanlıqların satışından əldə olunmuş gəlirin (863576,63) yarısı, yəni 431788,30 (dörd yüz otuz bir min yeddi yüz səksən səkkiz manat 30 qəpik) manatının, habelə avadanlıqların gətirilməsi üçün yol xərci olaraq İddiaçı tərəfindən ödənilmiş 2550 (iki min beş yüz əlli) manatın cavabdehlər Cavabdeh1 MMCdən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı verilməsi və iddia ərizəsinin həcminin azaldılması barədə ərizəsində qeyd olunan avadanlıqların İddiaçı ilə Cavabdeh1 MMC-in direktoru Cavabdeh2 arasında bərabər bölünməsi, bölgü mümkün olmadıqda həmin avadanlıqların ümumi dəyərinin (377825 manat) yarısının, yəni 188915,50 (bir yüz səksən səkkiz min doqquz yüz on beş manat 50 qəpik) manatın, habelə digər xərclərə görə 26.746,2 (iyirmi altı min yeddi yüz qırx altı manat 20 qəpik) manatın cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq ona verilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh1 MMC-də Cavabdeh2 ilə şərik olduğunu bildirsə də, bu barədə məhkəməyə hər hansı bir tutarlı sübutlar təqdim etməmiş, bunu əksi olaraq işin halları eləcə də, məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə müəyyən olunmuşdur ki, bəziləri İddiaçı şərik kimi tanımış, bəziləri isə Cavabdeh2 rəhbər kimi tanıdıqlarını, iddiaçını isə direktor kimi oranı işlətdiyini bildirmişlər. Həmçinin, cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı peşəkar usta olmuş, Cavabdeh2 onu direktor kimi təyin etmiş və hamını onun yanına göndərirmiş, iddiaçı Cavabdeh2 şəriki olmamışdır. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3243/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMCyə qarşı əmək müqaviləsinin etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bu hal onu təsdiq edir ki, İddiaçı Cavabdeh2 ilə şərik yox, onun tabeçiliyində çalışan icraçı direktor olmuşdur. Eyni zamanda iş materiallarında olan CD-diskdən görünür ki, iddiaçı Cavabdeh1 MMCdə usta (fəhlə) kimi işləyirdi. Həmçinin, iş materiallarında olan flaşkada Cavabdeh2 qardaşının səs yazısına əsasən o, orada “şəriklik” qeyd etdiyini, lakin kimin şərik olduğu bilinmir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi Cavabdeh1 MMC-yə aid əsas avadanlıqların siyahısını sübut kimi qəbul etmir. Belə ki, həmin siyahı imzalanmamış, tərəflər onu təsdiq etməmiş, həmin siyahı hər iki tərəfin iradəsini əks etdirməmişdir. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfindən onun hüquqlarını pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı X12 cavabdehlər X2 və X4 qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar