Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2271/2025 05.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksinə aid olan, “H” blokunun 2- ci mərtəbəsində yerləşən 900 kv.m və “C” blokunun 2-ci mərtəbəsində yerləşən 100 kv.m olmaqla, ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin əmlak hüquqlarındakı (sahiblik və əmlakdan istifadə etmək hüququndakı) paylara uyğun olaraq bölgüsü, açıq hərracın keçirilməsi ilə bağlı gələcək xərclərin də əmlak hüquqlarındakı (sahiblik və əmlakdan istifadə etmək hüququndakı) paylara uyğun olaraq bölünməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksinə aid olan, “H” blokunun 2- ci mərtəbəsində yerləşən 900 kv.m və “C” blokunun 2-ci mərtəbəsində yerləşən 100 kv.m olmaqla, ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin əmlak hüquqlarındakı (sahiblik və əmlakdan istifadə etmək hüququndakı) paylara uyğun olaraq bölgüsü, açıq hərracın keçirilməsi ilə bağlı gələcək xərclərin də əmlak hüquqlarındakı (sahiblik və əmlakdan istifadə etmək hüququndakı) paylara uyğun olaraq bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, cavabdeh Əliyev X2 rayonu, Y/Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 33 ünvanında qeydiyyatdadır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, cavabdeh Əliyeva X1 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Dalan-3 , 19 ünvanında qeydiyyatdadır. Hazırki iddia tələbi MPM-in 39.1-ci maddəsinin tələblərinə əsasən müstəsna ərazi aidiyyatı qaydasının hüquqi təsiri altına düşmür. Belə ki, tələbin mahiyyəti MPM-in 39.1-ci maddəsinin dispozitiv şərtlərinə uyğun deyildir. Odur ki, iddia ərizəsi ümumi ərazi aidiyyatı qaydasında müvafiq məhkəməyə ünvanlanmalıdır. Mülki işin prosessual qaydaların pozulması ilə icraata qəbul edilməsi yolverilməzdir. Bu səbəbdən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı izah olunur ki, iddia ərizəsi ilə cavabdehlərin ünvanı üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksinə aid olan, “H” blokunun 2- ci mərtəbəsində yerləşən 900 kv.m və “C” blokunun 2-ci mərtəbəsində yerləşən 100 kv.m olmaqla, ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin əmlak hüquqlarındakı (sahiblik və əmlakdan istifadə etmək hüququndakı) paylara uyğun olaraq bölgüsü, açıq hərracın keçirilməsi ilə bağlı gələcək xərclərin də əmlak hüquqlarındakı (sahiblik və əmlakdan istifadə etmək hüququndakı) paylara uyğun olaraq bölünməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. İddiaçı izah olunur ki, iddia ərizəsi ilə cavabdehlərin ünvanı üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2271/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2271/2025
05.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver