Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2273/2021 14.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Əmrulla oğlunun Cavabdeh qarşı “himayədə olma faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X1 iddiaçının himayəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 iddiaçının qardaşıdır. O, ruhi-əsəb xəstəsidir, 1987-ci ildən “Şizofreniya Paranoid” xəstəliyindən əziyyət çəkir, idddiaçı həmin vaxtdan xəstə qardaşına baxır. O, həmişə iddiaçının himayəsində olmuşdur və indi də himayəsindədir. Cavabdeh xəstə qardaşı Ağacanın oğludur. Onlar hamısı bir həyətdə yaşamışlar. Cavabdeh hələ 2 yaşından və onun ruhi xəstə atası Ağacan Zeynalova iddiaçı baxmışdır. İddiaçının arvadı qadın kimi, həm iddiaçının atası Əmrullaya, həm də qardaşı övladı Ruslana, eyni zamanda Ağacan Zeynalovun özünə qayğı ilə baxmış, onun yeməyini, içməyini təşkil amiş, evini mütəmadi təmizləmişdir. Cavabdeh iddiaçı böyütmüşdür. O, atası Ağacan Zeynalov ilə birlikdə iddiaçının himayəsində olmuşdur. Hazırda Cavabdeh 25 yaşı vardır. Onun özü uşaq ola-ola atasına baxa bilməzdi. Ağacan Zeynalovun reseptləri üzrə dərmanlarını aptekdən həmişə iddiaçı almışdır. 29.08.2019-cu ildə iddiaçının atası Əmrulla Zeynalov vəfat etmişdir. Evdə yas verilən məqamda Cavabdeh babası Əmrulla Zeynalova məxsus olan seyfi açmış, oradan 13000-15000 manat civarında pul və külli miqdarda qızıl-zinət əşyalarını oğurlamışdır. Cavabdeh niyyəti pul, mal dövlət əldə etmək olmuşdur. Onu başqa heç nə maraqlandırmamışdır. Atası Ağacan onu maraqlandırmır. Cavabdeh Ağacan Zeynalova məxsus olan pensiya kartını almış, pulunu alıb özü xərcləyir. X12 məxsus olan dərmanları iddiaçı faktiki olaraq öz maddi vəsaiti hesabına almışdır. Babası Əmrullanın ölümündən sonra Cavabdeh atasını tərk edib çıxıb getmişdir. Cavabdeh özü həmin evdə qalmır. Ağacan Zeynalov sonuncu dəfə 2020-ci ilin aprel ayında xəstə olarkən iddiaçının çağırışı əsasında xəstəxanaya yerləşdirilmişdir. Yəni onda da Cavabdeh atasının yanında olmamışdır. O, atasına xəstəxanada olarkən belə baş çəkməmişdir. Telefon yazışmalarında Cavabdeh özü bildirir ki, atası Ağacanı xəstəxanaya yerləşdirib, evi ələ keçirib satıb xaricə birdəfəlik yaşamağa gedəcəkdir. Ağacan Zeynalovun fəaliyyət qabiliyyətsiz olması məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Maraqlı şəxsndə qəyyumun təyin edilməsi ilə bağlı mübahisə olduğundan Ağacan Zeynalov üzərində qəyyum təyin edilməmişdir. Belə ki, iddiaçı və cavabdeh Maraqlı şəxsnə Ağacan Zeynalov üzərində qəyyum təyin edilməsinə dair müraciət etmişlər. Mübahisə olduğundan məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndələri iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o atasının qayğısına qalır. O, 2 yaşında olarkən atası ilə anası ayrılmışlar və bundan sonra o və psixoloji xəstə olan atasına babası və onun ikinci evliliyindən olan həyat yoldaşı baxmış və onların gündəlik qayğılarını çəkmişlər. Atası psixoloji xəstə olduğuna görə ödənilən pensiyanı o, atasının tələbatları üçün xərcləmişdir. Atası xəstəxanada olarkən ona baş çəkmiş və ehtiyacı olan bəzi şeyləri almışdır. Babası dünyasını dəyişdikdən sonra seyfdən götürdüyü pulları isə babasının dəfn xərclərini ödəmək üçün xərcləmişdir və bunu həmin məhəllədə olan bəzi şəxslər də təsdiq edə bilərlər. İddiaçı tərəfin atasını himayəyə götürmək istəməkdə məqsədi atasının adına olan miras payını ələ keçirməkdir. Göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, iddiaçı və Zeynalov Ağacan onun əmisi oğlanlarıdır. Zeynalov Ağacan xəstələndikdən sonra ona İddiaçı və onun yoldaşı Nümayəndə baxmışlar. Onun bütün ehtiyaclarını İddiaçı və ailə üzvləri qarşılamışdır. Zeynalov Ağacanın gündəlik tələbatlarının ödənilməsi, ona yeməyin bişirilməsi, duş almasına və s. İddiaçı köməklik edib. Əmrulla Zeynalovun ikinci evliliyindən həyat yoldaşı sadəcə evdə olan ümümi işləri görüb, yəni onun Zeynalov Ağacana baxdığını demək olmaz. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə flziki və hüquqi şəxslərin və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş üzrə sübutlardan və izahatlardan görünür ki, həqiqətən X5 daim İddiaçı Əmrulla oğlunun himayəsində olmuşdur. Məhkəmə X2 X3 1999-su ildən Ağacanın atası Əmrulla ilə ailə həyatı qurduqdan sonra o, və yalnız əri tərəfindən baxılması, Ağacanın oğlu Ruslanın da böyüdükdən sonra atasına baxması barədə ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, ərizə notariat qaydasında təsdiq edilmiş olmasına baxmayaraq sübut kimi qəbul edilə bilməz. Belə ki, X6 şahid qismində məhkəməyə təqdim edilməmiş və onun ifadəsi alınmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : Ərizə təmin edilsin. 09.12.1968-ci il təvəllüdlü X1 İddiaçı himayəsində olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-2273/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2273/2021
14.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver