Məhkəmə qərarları › İş №e-2(004)-2295/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2295/2023

18.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2295/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı hərracın nəticələrinə dair yekun protokolunun etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı “hərracın nəticələrinə dair yekun protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2295/2023 saylı qərardadı ilə mülki işin icraatı mümkün hesab edilmiş və işin hazırlıq iclası xx.xx.2023-cü il tarixinə, saat 10:00-a təyin edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və iş üzrə məhkəmənin hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" QSC, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi cavabdehin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Üçüncü şəxslərə məhkəmə bildirişlərinin çatdırılması və tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 10:00-a təxirə salınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə yenidən ərizə ünvanlayaraq iş üzrə xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin olunmuş hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi hazırkı iddianın bankın iddiası üzrə çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törədilməsi məqsədi ilə qaldırıldığını, iddiaçının nümayəndəsinin təkrarən məhkəmə iclasına gəlmədiyini və bunun üzrlü səbəbləri barədə məhkəməyə sübut təqdim etmədiyini bildirərək məhkəmə iclasının təxirə salınmasına etiraz etmiş və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh MMC və digər üçüncü şəxslər məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə... Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasına təkrar gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə sübutlar təqdim etmədiyindən və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” “31” mart 2011-ci il 3 saylı Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa... 114.2. ...... Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydaları 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardad dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1 H Tel: (012) 510-74-99 www.yasamalcourt.gov.az Faks: (012) 537-22-76 Elektron ünvan İş № 2(004)-2295/2023 22 may 2023-cü il Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə (AZ1001 Bakı şəhəri İstiqlaliyyət küçəsi 18) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2295/2023 saylı qərardadı icra olunması üçün Sizə göndərilir. Qoşma: qərardad Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar