Məhkəmə qərarları › İş №e-2(004)-2324/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2324/2025

03.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2324/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X19 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilə dair müqavilə və maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin mülkiyyətçisi İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı mənzili İddiaçı MMC-nin mülkiyyətindədir. İddiaçı MMC 2024-cü ilin sonunda mülkiyyətində olan binada mülkiyyətçilər barədə məlumatları təftiş edərkən və yoxlayarkən müəyyən etmişdir ki, cavabdeh heç bir hüquqi əsas olmadan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı mənzilində yaşayır. Eyni zamanda müəyyən edilmişdir ki, mənzilin kommunal xidmətləri üzrə müqavilələr də Cavabdeh adına qeydiyyata alınmışdır. Yoxlama zamanı cavabdehlə mübahisəli mənzilə dair hər hansı müqavilənin bağlanılması faktı da aşkar edilməmişdir. Bu da onu göstərir ki, cavabdeh heç bir hüquqi əsas olmadan mənzili zəbt etmiş və həmin mənzildə yaşayır. Cavabdeh mənzildə daimi yaşamadığı üçün və mənzilə ara-bir gəldiyi üçün, mənzilin könüllü şəkildə boşaldılması ilə bağlı onunla söhbətlər aparılması mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı mübahisəli mənzilin məcburi qaydada boşaldılması ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “reyestr qeydinin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilə dair müqavilə və maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi; Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi ev 112C, mənzil 51-ə (yeni qaydalarla AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 150, M15, m3) dair İddiaçı MMC-nin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2022-ci il tarixli, ********** saylı reyestr qeydinin etibarsız hesab edilməsi; mübahisəli mənzilə dair pay hüququnun tanınması; onunla İddiaçı MMC arasında mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin və maliyyə arayışının ona təqdim edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, təqribən 2007-2008-ci illərdə ünvan 1 ünvanında çoxmənzilli yaşayış binasında mübahisəli mənzilin satılması barədə məlumat almışdır. Mənzil şəhərin mərkəzində, perspektivli ərazidə yerləşdiyindən həmin binadan mənzil almağa qərar vermiş və mənzilin alınması ilə bağlı İddiaçı MMC ilə müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə mənzilin hər kv.m-nin dəyəri təqribən 1200-1300 ABŞ dollarına idi və o, mənzilin dəyəri kimi təqribən 140000 -150000 ABŞ dollarını 2008-ci ildə tam məbləğdə ödəmişdir. Bunu təsdiq edən maliyyə arayışı ona təqdim edilmiş və mənzili təhvil almışdır. Mənzilin təhvil verilməsindən sonra kommunal (elektrik və su təchizat) xidmətlərin göstərilməsi üçün "xxxx" ASC və "xxxx" ASC dövlət orqanları ilə abonent müqavilələri bağlandı. Həmin vaxtdan başlayaraq mənzildə təmir işlərinə başladı. Lakin başqa mənzili olduğundan və orada yaşadığından yeni mənzilin təmirini xüsusi intensivlik olmadan bir müddət davam etdirdi və sonra dayandırdı. 2022-ci ildə yaranmış zərurətlə bağlı böyük həcmdə olan sənədlərinin bir yerdən başqa yerə daşınması zamanı əməkdaşların səhlənkar yanaşması səbəbindən bir neçə qutu sənədləri itdi. Həmin sənədlərin içində mübahisəli mənzilə dair müqavilə, ödəniş sənədləri və maliyyə arayışı da var idi. Bu səbəbdən o, İddiaçı MMC-yə müraciət edərək mənzilin alqısatqısına dair müqavilənin, ödəniş sənədlərinin və maliyyə arayışının təsdiqlənmiş surətinin ona təqdim edilməsini xahiş etdi. Cavabında şirkət əməkdaşları rəhbərliyin məzuniyyətdə olmasını əsas gətirərək onun qayıtmasından sonra sənədlərin təqdim ediləcəyini bildirdilər. Lakin mənzilin təmirinə hər hansı məhdudiyyət qoyulmadığından, təmir işlərini davam etdirdiyindən, işləri ilə bağlı mütəmadi olaraq səfərlərdə olduğundan mənzilin sənədlərinin təsdiqlənmiş surətlərinin alınmasında və mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyat alınmasında inadkarlıq göstərmədi. 2024-cü ilin sentyabr ayında İddiaçı MMC-dən xəbərdarlıq məktubu aldı. Həmin məktubda qeyd edilmişdir ki, onunla şirkət arasında bağlanmış müqaviləyə əsasən aldığı mənzilin kommunal xidmətlərə görə İddiaçı MMC-yə 5097 manat borcu yaranıb və həmin borc xx.xx.2024-cü ilədək ödənilməlidir. Məktubu aldıqdan sonra İddiaçı MMC-nin ofisinə yaxınlaşaraq borcu ödədi və mənzilə dair iki ildən artıq vaxt ərzində ona təqdim edilməyən sənədləri tələb etdi. Ona bildirildi ki, bütün sənədlər, həmçinin kommunal borcun olmaması barədə arayış yaxın günlərdə ona təqdim ediləcək. Lakin bu günə qədər müxtəlif bəhanələrlə sənədlər ona təqdim edilmədi. 05 aprel 2025-ci ildə mənzilində təmir işlərini aparan iş icraçısı X8 binanın Mehman adlı komendantının ona Yasamal Rayon Məhkəməsindən onun adına gələn məktubları verdiyini bildirdi və həmin gündə məktubları ona çatdırdı. Məktublarla tanış olduqda ona məlum oldu ki, İddiaçı MMC mənzilini tamamilə qanunsuz olaraq saxta sənədlər əsasında öz mülkiyyətinə keçirib və mənzilindən çıxarılmağı tələbi ilə məhkəməyə müraciət edib. İddia ərizəsi onunla əsaslandırılıb ki, guya cavabdeh mənzilə dair sənədlər üzrə araşdırma apararkən ona məxsus mənzilin tərəfindən alınması ilə bağlı sənədlər aşkar edilmədiyindən müəyyən olunub ki, o, mənzili qanunsuz olaraq zəbt etmiş və qanunsuz təmir işləri aparır. Bu səbəbdən iddianın təmin edilməsi xahiş edilib. Hətta məlumatı olmadan məhkəmənin e- 16(004)-78/2025 saylı, 05 mart 2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi təmin edilərək mənzilində təmir işlərinin aparılması ona və digər şəxlərə qadağan edilib. Aşağıdakılara əsasən hesab edir ki, ilk iddia qanunsuz və əsassız olduğu üçün təmin edilməməli, qarşılıqlı iddia tam təmin edilməlidir: o, 2008-ci ildə mənzilin dəyərini tam həcmdə ödəyərək qanuni əsaslarla mübahisəli mənzili İddiaçı MMC-dən almışdır. Bu fakt aşağıdakılarla tam təsdiq olunur: birinci, mənzilin alqı-satqısına dair müqavilə, ödəniş sənədləri və maliyyə arayışı əsasında 2008-ci ildə mənzil ona təhvil verildikdən sonra 2010-cu ildən o, mənzildə kommunal xidmətlərin göstərilməsi üçün müxtəlif səlahiyyətli dövlət orqanları ilə müqavilələr bağlamışdır. Həmin mənzili zəbt etmiş olsaydı və mənzilə dair hər hansı hüququ olmasaydı dövlət orqanları onunla müqavilələr bağlamaz, komunal xidmətlərin göstərilməsindən imtina edərdi. İkinci, mənzil 2008-ci ildə ona təhvil verildikdən sonra 17 il müddətində o, mənzildə qanunsuz olaraq təmir işləri görmüş olsaydı, İddiaçı MMC bu iddianı təmirə başladığı zaman irəli sürərdi. Üçüncü, onun mübahisəli mənzilə hər hansı hüququ olmasaydı 05 sentyabr 2024-cü ildə mənzilinə dair yaranmış 5097 manat kommunal borcun tələb edilməsinə dair ona xəbərdarlıq məktubu göndərilməzdi. İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ona məxsus mənzil 14 sentyabr 2022-ci ildə qanunsuz və saxta sənədlər əsasında İddiaçı MMC-nin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, həmin şirkətə bu faktı təsdiq edən çıxarış və mənzilin texniki pasportu təqdim edilib. Göründüyü kimi o, 2022-ci ildə mənzilinə dair sənədləri itirdiyi barədə İddiaçı MMC-yə məlumat verərək sənədlərin təsdiqlənmiş surətini tələb etdikdə şirkət bundan sui-istifadə edərək həmin mənzilə dair öz adına saxta sənədlər hazırlayıb və həmin sənədlər əsasında mənzilinə mülkiyyət hüququ əldə edib. Sonradan isə bu faktı gizlədərək məhz bu səbəbdən üç ilə yaxın müddətdə müxtəlif bəhanələrlə mənzilə dair sənədlərin təsdiqlənmiş surətini ona təqdim etməkdən boyun qaçırıb. Hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi ev 112C, mənzil 51-ə (yeni qaydalarla AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 150, M15, m3) dair İddiaçı MMC-nin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı reyestr qeydi etibarsız hesab edilməli, həmin mənzilə dair onunla İddiaçı MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin və maliyyə arayışının ona təqdim edilməsi vəzifəsi İddiaçı MMC-nin üzərinə qoyulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2324/2025 saylı, 22 aprel 2025-ci il tarixli qərardadı ilə Hacıyev Fı̇ krət Balaca oğlunun ”nal̇ıG“ Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi ev 112C, mənzil 51-ə (yeni qaydalarla AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 150, M15, m3) dair İddiaçı MMC-nin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2022-ci il tarixli, ********** saylı reyestr qeydinin etibarsız hesab edilməsi, mübahisəli mənzilə dair pay hüququnun tanınması, onunla İddiaçı MMC arasında mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin və maliyyə arayışının ona təqdim edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ilk iddianın təmin edilməməsi, ünvan 5-ə (yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) dair İddiaçı MMC-nin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2022-ci il tarixli, ********** saylı reyestr qeydinin etibarsız hesab edilməsi, mübahisəli mənzildən istifadə və ona sahiblik hüququnun tanınması, onunla İddiaçı MMC arasında mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin və maliyyə arayışının ona təqdim edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə dair etiraz təqdim edərək bildirmişdir ki, qarşılıqlı iddia ərizəsi AR MPM-nin 153.2.1-ci maddəsinin tələbləri baxımından icraata qəbul edilməməli idi, qəbul edildiyi təqdirdə isə AR MPM-in 261.0.1-ci maddəsinə əsasən qarşılıqlı iddia üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalıdır. Cavabdeh tərəfindən irəli sürülmüş qarşılıqlı iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşmlı küçəsi ev 112C, 51 saylı mənzili İddiaçı MMC-nin tam qanuni mülkiyyətindədir. Sözügedən mənzilin yerləşdiyi bina İddiaçı MMC tərəfindən inşa edilmiş, həmin bina yeni yaranmış daşınmaz əmlak olaraq iddiaçının müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən üçüncü şəxslərin hər hansı hüquqlarına xələl gəlmədən İddiaçı MMC-nin mülkiyyəti hesab edilmiş və bu mülkiyyət hüququnu təsdiq edən çıxarış iddiaçıya təqdim edilmişdir. Həmçinin binada yerləşən mənzillər (həmçinin hazırkı işdə mübahisə predmeti olan mənzil) ayrı-ayrılıqda iddiaçının mülkiyyəti hesab edilərək, hər bir mənzilə dair müvafiq çıxarışlar iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı MMC-nin adına mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeyd hər hansı əqd əsasında aparılmamışdır. Digər tərəfdən həmin qeydin aparılmasına cavabdehlə bağlanılmış hər hansı əqd də, əsas olmamışdır. Yəni İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd inzibati akt əsasında aparılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda sözügedən qərarında göstərilən mövqeyə söykənərək bildirmişdir ki, mübahisə predmeti olan mənzilə dair İddiaçı MMC-nin hüquqlarının qeydiyyatı mülki-hüquqi əqdlərin əsasında aparılmamışdır və bu baxımdan tələbə mülki məhkəmə icraatı qaydasında baxılması istisna olunur. Hazırkı mübahisə üzrə mübahisəli mənzilə dair qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi olduğundan inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırki iş üzrə Cavabdeh İddiaçı MMC-nin mübahisəli mənzilə dair çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinə hər nə qədər müqavilə münasibətləri ilə əlaqəli olması kimi göstərilməyə çalışılsa da tərəflər arasında mübahisəli mənzilə dair müqavilə münasibəti olmamışdır. Bu da sözügedən iddianın mülki məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Belə olan halda hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmasına yol verilmir və bu səbəbdən qarşılıqlı iddianın icraatına MPM-in 261.0.1- ci maddəsinə əsasən xitam verilməlidir. Eyni zamanda burada diqqət yetirilməli olan digər məqam Cavabdeh qarşılıqlı iddia tələbində qeyd olunan məsələlərlə bağlı subyektiv hüququnun olub-olmaması məsələsidir. Bununla bağlı bildirmişdir ki, Cavabdeh qarşılıqlı iddiada faktiki hallarla bağlı bildirdikləri həqiqətə uyğun deyil, sadəcə öz mövqeyini müdafiə etmək məqsədilə düşünülmüş, lakin əsası olmayan iddialardır. Sözügedən mənzilə dair şirkətlə cavabdeh arasında hər hansı müqavilə bağlanmamışdır. Eləcə də, mənzilin ona təhvil verilməsi, maliyyə arayışının təqdim edilməsi barədə Cavabdeh bildirdikləri real deyildir. Real olmuş olsaydı bu sənədləri (ən azından ödənişlə bağlı mədaxil qəbzi və s.) məhkəməyə təqdim etmiş olardı. Cavabdeh bildirir ki, mübahisəli mənzilə dair sənədləri 2022-ci ildə itirmişdir. Sual olunur ki, 2022-ci ilə qədər mənzilə dair müqavilə, ödəniş qəbzləri və maliyyə arayışı var idisə niyə o vaxta qədər çıxarışı əldə etməmişdir? Cavabdeh həmin mənzildə hansı əsasla məskunlaşmış, bütün kommunal ödənişləri öz adına hansı əsasla rəsmiləşdirməsi onlara naməlumdur. Çünki yuxarıda da, qeyd etdiyi kimi bu barədə Cavabdeh ilə aralarında hər hansı razılaşma olmamışdır. Buradan da məlum olduğu kimi Cavabdeh mübahisəli mənzilə dair nə müqavilədən, nə də digər bir əsasdan əmələ gələn hüququ mövcud deyildir. İlkin iddia üzrə iddiaçı Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi ev 112C, 51 saylı mənzili üzərində mülkiyyət hüququnu tam qanuni əsaslarla əldə etmişdir. Mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışı tam qanuni əsasla əldə etməsi işin mübahisəsiz halıdır. Belə olan halda çıxarış hansı əsasla ləğv edilməlidir? Tam qanuni şəkildə həyata keçirilmiş daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydiyyatının və onun əsasında verilmiş çıxarışın ləğvi AR Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərinin, eyni zamanda İddiaçı MMC-nin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi ilə qorunan mülkiyyət hüququnun kobud surətdə pozulmasına gətirib çıxarar. Eyni zamanda yenə də qeyd etmişdir ki, sözügedən mənzil heç bir vaxt şirkət tərəfindən Cavabdeh təqdim edilməmişdir. Bu faktı təsdiq edən hər hansı müqavilə və ya digər bir sənəd mövcud deyildir. Cavabdeh da belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh mübahisəli mənzilin ona təqdim olunmasını təsdiq edən sübutunun olmaması onun sözügedən mənzil üzrə hər hansı hüquqlarının olmamasına dəlalət edir. Bu isə onu göstərir ki, Cavabdeh qarşılıqlı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Cavabdehin mənzil üzrə hüquqları o halda yarana bilərdi ki, o, İddiaçı MMC ilə onun arasında mənzilin ona verilməsinə dair hər hansı müqavilə olmuş olsun. Cavabdeh onunla İddiaçı MMC arasında mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin və maliyyə arayışının ona təqdim edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə iddiası da əsassızdır. Çünki ilk növbədə belə bir müqavilənin və maliyyə arayışının mövcudluğunu sübuta yetirməlidir. Mövcud olmayan bir şeyin təqdim edilməsi vəzifəsi şirkətin üzərinə necə qoyula bilər? Nəzərə alınmalıdır ki, AR Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsində söhbət gedə bilməz. Şirkət ilə Cavabdeh arasında mübahisəli mənzilin sonuncunun mülkiyyətinə verilməsi ilə bağlı iradə ifadəsi və vahidliyi heç vaxt mövcud olmamışdır. Belə olan halda Cavabdeh mübahisəli mənzilə dair hansı subyektiv hüququndan söz gedə bilər? Hətta fərz edilsə belə ki, Cavabdeh mübahisəli mənzil üzərində vicdanlığı sahibliyi həyata keçirir, İddiaçı MMC-yə məxsus daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququnu təsdiq edən qeydin etibarsız hesab edilməsi halında mülkiyyət hüququnun sonuncuya ötürülməsi hüquqi olaraq mümkünsüz olacaqdır. Bütün bunlara əsasən hesab edir ki, Cavabdeh tərəfindən irəli sürülmüş qarşılıqlı iddia ərizəsi aidiyyət qaydalarına riayət edilmədən verilmiş, mülki məhkəmə icraatında baxılmalı olmayan bir iddiadır. Eyni zamanda qarşılıqlı iddianın mahiyyətinə əsasən ilkin iddia ilə birlikdə baxılmasını mümkün edən AR MPM-nin 156-cı maddəsinin tələblərinə zidd olaraq, eləcə də qarşılıqlı iddianın verilməsi üçün qanunda nəzərdə tutulan müddət ərzində verilməmişdir. Bundan başqa, qarşılıqlı iddia tələblərinə dair Cavabdeh subyektiv hüququ mövcud deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2324/2025 saylı, 03 iyul 2025-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “reyestr qeydinin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilə dair müqavilə və maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinə “ünvan 5-ə (yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) dair İddiaçı MMC-nin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2022-ci il tarixli, ********** saylı reyestr qeydinin etibarsız hesab edilməsi” tələbi hissəsində icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbininin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, cavabdehin həmin mənzillə bağlı hər hansı müqavilə və ya başqa bir sənədi şirkətdə aşkarlanmamışdır və hesab edirlər ki, cavabdeh həmin əmlaka qanunsuz sahiblik edir. Cavabdehin 5900 manat borcu var, o borcu bu günə qədər ödəməyib və bu barədə tərəflər arasında yazışmalar və səs yazıları var. Bundan başqa tərəfindən X21 İdarəsinə sorğu verilmiş, lakin həmin sorğuya cavab daxil olmamışdır. Tərəflər iş yoldaşı olmuşlar və cavabdeh aralarında olan etimaddan istifadə edərək, bacısının əməliyyat olunması üçün iddiaçıdan iddia ərizəsində göstərilən məbləğdə pulu almışdır. Həmçinin qeyd etmişdir ki, o, İddiaçı satış MMC-nin nümayəndəsi olmadığına görə həmin şirkətin direktorları və s. barədə məlumat verə bilməyəcək. Lakin bütün müqavilələr İddiaçı satış tərəfindən bağlanılaraq satış həyata keçirilib və satış müqavilələri onlara təhvil verilib. Lakin təhvil verilmiş sənədlər arasında cavabdehə məxsus müqavilə olmayıb. Mənzil iddiaçının mülkiyyətindədir. Tərəflərindən aparılmış təftişlərlə müəyyən edilmişdir ki, mənzil cavabdeh tərəfindən zəbt edilmişdir və qanunsuz olaraq onun istifadəsindədir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilkin iddia tələbininin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o, təxmini 2006-2007-ci illərdə həmin evi İbrahim Quliyev adlı şəxsin vasitəsi ilə almışdır. İbrahim Quliyev AR FHN-nin ekspertiza idarəsində işləyən vəzifəli şəxs idi. İbrahim Quliyevlə onu onun qohumu tanış etmişdir. Həmin vaxtı ona hazırki binada qohumu tərəfindən sərfəli şərtlərlə mənzil təklif olunmuşdur. O da övladı üçün gələcəkdə hədiyyə etmək məqsədilə mənzil almışdır. Mənzili alarkən İbrahim Quliyevlə görüşmüşdür. O da Cəfər adlı qohumuna mənzilin alqısatqısının həyata keçirilməsi üçün tapşırıq verdi. Bundan sonra bütün lazımi sənədləşmə işləri aparıldı. Lakin alqı-satqı ilə bağlı bütün sənədləri evə deyil, ofisinə apardı. Müqavilə bağlanarkən mənzilin qiymətinin yarısını ödəmiş, digər yarısının isə 1 il ərzində ödəməyi öhdəsinə götürmüş və 2008-2009-cu illərdə bütün ödənişləri etmişdir. Bundan sonra Cəfər onunla əlaqə saxlamış, ofisə gəlməyini və arayış veriləcəyini bildirmişdir. O, Cəfərlə görüşmüş və o ona borcunun olmaması barədə arayış da vermişdir. Bundan sonra o, 2011-2012-ci illərdə həmin mənzildə yüngül təmir işləri aparmışdır. Oğlunun yaşı az olduğu üçün mənzili təmir etməyə tələsmirdi. Həmin mənzilin ona məxsus olmasını o binada ayrı-ayrı vaxtlarda komendant işləmiş şəxslər də təsdiq edə bilər. Hətta orada komendant işləmiş Əli adlı şəxs ona binada onsuzda yaşamadığını və orada təmizlik işçisi işləyən şəxsə mənzili təmizlətdirəcəyini və kommunal ödəniş etməyəcəyini bildirmişdir. Lakin həmin vaxtdan kommunal ödənişlər borc kimi yığılırdı. İddiaçı şirkətin 5097 manat kommunal borcun ondan tələb etməsi, onu sübut edir ki, həmin mənzil ona məxsusdur. Bundan başqa həmin ev əgər ona məxsus deyildirsə, niyə görə iddiaçı şirkət evi başqa şəxsə satmırdı. Faktiki olaraq həmin mənzili istəyən şəxslər də var idi. O, sadəcə olaraq ofisini başqa yerə köçürdüyünə görə evə məxsus olan sənədlər itmişdir. 2024-cü ilin iyun ayında həmin sənədlərin itməsi ilə bağlı iddiaçı şirkət ondan kommunal borcu tələb etdikdə onlara sənədlərin itməsini bildirmiş və arxivdən həmin sənədlərin yenidən ona təqdim edilməsini xahiş etmişdir. İddiaçı şirkət sənədlərin onda olmadığını bildikdən sonra, sanki onun ümumiyyətlə sənədlərinin olmadığını bildirirərək, ona qarşı olan münasibəti dəyişdirdilər. Ona verilən suallara cavab olaraq bildirdi ki, İbrahim Quliyev rəsmi olmasa da həmin şirkətə rəhbərliyi həyata keçirirdi. Müqavilədə direktor kimi kimin adının qeyd olunmasını və müqavilənin tarixini xatırlamır. X9 adı yazılmamışdır. Həmin vaxtı evin qiymətinin yarısını ABŞ dolları ilə ödəmişdir. Qalan pulu isə aylıq 4000-5000 ABŞ dolları olmaqla ödəyib bütün borcunu bağlamışdır. Ümumilikdə təxmini 120000 ABŞ dolları ödəniş etmişdir. Evin açarını ilk dəfə onun köməkçisi Əli adlı komendantdan təhvil almışdır. Daha sonra o, evə getmişdir. O, kommunal xətlərin çəkilməsi ilə bağlı özü müraciət etsə də, ona şirkətin özü tərəfindən müraciət ediləcəyi bildirilmişdir. Bundan sonra 2010-cu ildə həm qaz, həm də su xəttinin çəkilməsi ilə bağlı müvafiq qurumlarla ayrı-ayrı müqavilə imzalamışdır. Çıxarışın verilməsi ilə bağlı bir neçə dəfə şirkətə müraciət etsə də, müraciəti cavabsız qalıb. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilkin iddia tələbininin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, tərəflərindən İddiaçı MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2022-ci il tarixli, ********** saylı reyestr qeydinin etibarsız hesab edilməsi, mübahisəli mənzilə dair pay hüququnun tanınması, onunla İddiaçı MMC arasında mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin və maliyyə arayışının ona təqdim edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsində qoyduqları tələblərin əsaslılığı məhkəməyə təqdim edilən aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, xx.xx.2010-cu il tarixdə “İri Şəhərlərin Su Təchizatı Xidməti publika hüquqi şəxs Yasamal rayon Sukanal idarəsi ilə istehlakçı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, ev 112C, mənzil 51-də yaşayan Cavabdeh arasında tərəflərin hüquq və öhdəliklərini müəyyən edən müqavilə bağlanmışdır. İstehlakçıya **********510 saylı kod verilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2010-cu il tarixdə "xxxx" ASC Yasamal rayon ETSİ ilə istehlakçı X3 arasında elektrik enerjisinin alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. İstehlakçıya **********C0051 nömrəli abonent kodu verilmişdir. Həmin vaxtdan abonent tərəfindən elektrik sayğacının göstəriçilərinə uyğun ödənişlər edilmişdir. 14 mart 2025-ci il tarixdə yeni tariflərin təyin edilməsi ilə əlaqədər tərəflər arasında müqavilə təzələnmişdir. Bundan başqa abunə haqqında məlumat təqdim edilmişdir. Həmin məlumatdan görünür ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi abonent Cavabdeh 84,27 manat dəyərində elektrik enerjisindən istifadə etmiş, onun tərəfindən 74 manat ödənilmiş, hesabat dövrünə 10,64 manat borcu qalmışdır. Mövcud qaydalara görə istehlakçı ilə kommunal qurumlar arasında müqavilə mülkiyyət, icarə və yaxud digər sənədlər təqdim edildikdə bağlanır. Son illərin tikinti təcrübəsində formalaşmış adətə görə sakinlərin yeni inşa edilmiş binalarda su, işiq və qazla təchiz edilməsi barədə ilkin müraciət tikinti təşkilatı tərəfindən edilir. Bu müraciətdə kommunal xidmətlər göstərən qurumlara binada yaşayan və MMC ilə müqavilə bağlamış şəxslərin adları göstərilir və həmin siyahıya uyğun olaraq müqavilələr bağlanır. Beləliklə, məhkəməyə təqdim edilən sənədlərlə Cavabdeh 2010-cu ildən 2025-ci ilə qədər Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı, ev 112C, mənzil 51 sahiblik və ondan istifadə etdiyi faktı öz təsdiqini tapır. ünvan 5 əldə etdiyi tarix dəqiq yadında deyil. Belə hesab edir ki, bu barədə danışıqları 2007-2008-ci illərə təsadüf edir. Onun tikinti sahəsində çalışan və həmin binada tikinti işlərini aparan X4 adlı tanışı ona bildirmişdir ki, Gömrük Komitəsinin yaxınlığında yeni bina inşa edilir, çox yaxşı yerdədir, binanın tikintisinə rəhbərlik edən İbrahim Quliyevdən xahiş edə bilər ki, həmin binadan ona münasib qiymətə mənzil satılsın. O, İbrahim müəllimlə görüşmüş, söhbət etmiş, doğurdan da İbrahim müəllim ona həmin vaxt mövcud olan qiymətdən 10-15% aşağı qiymətə mənzil satılmasına razılıq vermişdir. İbrahim müəllim MTK-nin əməkdaşı X5 bu barədə göstəriş vermiş və ona ödəniş etməli olduğunu bildirmişdir. O, 2007-2008-ci illər ərzində tam ödəniş etmişdir. Təxminən 2009-cu ildə pulun tam ödənilməsi haqqında arayış almaq üçün Cəfərə müraciət etmiş, o ona bildirmişdir ki, Rusiya səfirliyinin yanında, Səməd Vurğun küçəsinə çatmamış yolun sağında, “stalinka” tipli binada İddiaçı şirkətinin tikinti ofisi var, ora gəlsin. Həmin yer onun bu gündə xatirində qalıb, lakin hal-hazırda orada İddiaçıın ofisi yoxdur. Ofisdə o, Cəfərlə görüşmüş və o, ona pul ödənilməsi barədə maliyyə arayışı vermişdir. Bildirmişdir ki, həmin vaxt X7 Hallar Nazirliyində məsul vəzifədə çalışırdı, fikrincə, tikintiyə qeyri-rəsmi rəhbərlik edirdi. Əldə etdiyi məlumata görə Əsgərov Cəfər vəfat edib. X4, Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 114, mənzil 25-də yaşayır. Qeyd etmişdir ki, həmin binanın 52-ci mənzilində yaşayan X2 binanın komendantı vasitəsi ilə ona müraciət edərək ona məxsus mənzilin ona satılmasını istəmişdir. O, komendanta mənzili satmaq fikrində olmadığını bildirmişdir. F.Bayramov faktı təsdiq edir. Onun istifadəsində olan mənzildə müxtəlif vaxtlarda təmir işləri aparılması faktı şahid ifadələrindən başqa fotoşəkillərlə təsdiq olunur. Mənzilin komendantı Şahid3 icazəsi ilə tərəfindən komendantda olan binanın sakinlərinin siyahısının şəkili çəkildi. Həmin siyahılarda bina istifadəyə verilən vaxtdan onun adının olması əks olunub. Bir daha bildirmişdir ki, o, özbaşına mənzilinə su və işıq çəkdirə bilməzdi. Mövcud qaydalara uyğun olaraq yeni tikilmiş binanın su, işiq və qazla təchiz edilməsi barədə MTK-nin rəhbərliyi müraciət edir və MTK həmin təşkilatlara sakinlərin siyahısını təqdim edir. Tərəfindən Yasamal Rayon Sukanal İdarəsinə verilmiş abonentlərin su ilə təchiz edilməsinə əsas olmuş sənədin onlara təqdim edilməsi barədə sorğuya cavab olaraq İdarə bildirilmişdir ki, “Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C, mənzil 51 ünvandakı yaşayış binasının su təchizatı və tulantı suların axıdılması xidmətlərindən istifadəyə görə mənzillər MTK-nın təqdim etdiyi sənədlər əsasında qeydiyyata alınaraq kodlaşdırılmışdır”. Yasamal RETSİ-nə Cavabdeh işıqla təmin edilməsinə əsas olmuş sənədin onlara təqdim edilməsi barədə poçtla verdiyi sorğunu həmin təşkilat qəbul etməkdən imtina etmişdir. Yalnız sorğu RETSİ-yə bilavasitə təqdim edildikdən sonra cavab məktubunda bildirilir ki, MTK-nin 51 saylı mənzili "xxxx" AZC-nin kompüter məlumat bazasında xx.xx.2010-cu il tarixdə, **********C0051 abunə kodu altında, Cavabdeh adına qeydiyyata alınmışdır və hal-hazırda Cavabdeh adınadır. Bu cavablarla təsdiq olunur ki, birinci, onun mənzili zəbt etməyindən söhbət gedə bilməz, ikinci, onunla MTK arasında müqavilə mövcud olmuşdur. İddiaçı MMC-nin əməkdaşlarının tapşırığı ilə komendant və başqa işçilər dəfələrlə ona zəng vuraraq gəlib çıxarışın alınmasını təklif ediblər. Belə ki, ona məxsus 050 *** ** ** mobil telefona təxminən 2024-cü ilin aprel-may aylarında Ülkər adlı xanım +994 10 228 80 nömrəli mobil telefondan zəng vuraraq mənzilə çıxarış almağı və kommunal borcu ödəməyi təklif etmişdir. O, hesab etmişdir ki, tərəflər arasında müqavilə olduğuna görə çıxarışın nə vaxt alınmasını o, özü həll etməlidir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 ilkin iddia üzrə İddiaçı MMC-nin qarşılıqlı iddiaya dair etirazına mülahizəsinə əsasən İddiaçı MMC qarşılıqlı iddiaya etiraz verərək qarşılıqlı iddia üzrə icraata xitam verilməsi barədə qərardadın çıxarılmasını məhkəmədən xahiş edib. Bu xahiş aşağıdakı arqumentlərlə əsaslandırılıb: 1. qarşılıqlı iddiaya mülki mühakimə icraatı qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır; 2. qarşılıqlı iddia ərizəsi MPM-də nəzərdə tutulmuş 20 günlük müddət ərzində təqdim edilməyib; 3. qarşılıqı iddianı irəli sürməsi üçün Cavabdeh subyektiv hüququ yoxdur. İddiaçı MMC-nin etirazının birinci hissəsi ilə bağlı: İddiaçı MMC etirazının bu hissəsini onunla əsaslandırıb ki, onun mübahisəli mənzilə dair mülkiyyət hüququ mülki-hüquqi əqd əsasında deyil, inzibati əqd əsasında qeydə alındığından Cavabdeh qarşılıqlı iddia tələbini mülki mühakimə icraatı qaydasında ümumi yurisdiksiyalı mhkəməyə deyil, inzibati icraat qaydasında inzibati məhkəməyə təqdim etməlidir. Birincisi, İddiaçı MMC mübahisəli mənzilə mülkiyyət hüququnu mülki-hüquqi əqd əsasında deyil, inzibati akt əsasında əldə etdiyini iddia edirsə, bu iddiasını əsaslandırmalı və konkret hansı inzibati akt əsasında bu hüquqa yiyələndiyini göstərməli, eyni zamanda həmin inzibati aktı məhkəməyə təqdim etməlidir. Lakin belə bir əsaslandırma və sübut məhkəməyə təqdim edilməyib. İkincisi, İddiaçı MMC inzibati subyekt deyil, mülki subyekt olduğundan, yeni inşa olunmuş binalardakı mənzillərə mülkiyyət hüququ payçıların ümumi yığıncağının protokolu, payçı ilə MTK arasında bağlanmış payın alqı-satqısı barədə müqavilə və maliyyə arayışı əsasında qeydə alındığından, bu sənədlər isə mülki-hüquqi əqd statusu daşıdığından həmin sənədlər əsasında qeydə alınmış mülkiyyət hüququ ümumi yurisdiksiyalı məhkəmədə və mülki mühakimə icraatı qaydasında mübahisələndirilməlidir. Üçüncüsü, İddiaçı MMC-nin etirazında da qeyd edildiyi kimi Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilib ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqd, inzibati akt və ya inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi kimi aparılmalıdır. İddiaçı MMC etirazında mübahisəli mənzilə mülkiyyət hüququnun yaranmasını gah inzibati akt əsasında, gah da inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi kimi göstərməsi və bunu təsdiq edən hər hansı konkret sübuta istinad etməməsi, həmin sübutu məhkəməyə təqdim etməməsi açıq-aşkar göstərir ki, o, formal mülahizələrlə və qanunvericiliyin tələblərini öz şəxsi maraqlarına uyğun, səhv təfsir etməklə qarşılıqlı iddianın qanunvericiliyin tələblərinin pozulması ilə irəli sürüldüyünü sübut etməyə uğursuz şəkildə cəhd edir. Bir daha bildirir ki, İddiaçı MMC mülki subyekt olduğundan, inzibati aktı qəbul etmək hüququ olmadığından, mübahisəli mənzilə hər hansı hüququ yalnız mülki hüquqi əqd əsasında əldə edə biləcəyindən qarşılıqlı iddiaya yalnız mülki mühakimə icraatı qaydasında baxıla bilər. İddiaçı MMC-nin etirazının ikinci hissəsi ilə bağlı: İddiaçı MMC etirazında göstərib ki, Cavabdeh iddia ərizəsini əldə etdiyi vaxtdan 20 gün müddətində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda bu müddəti ötürüb və müddətin üzrlü səbəbdən ötürülməsinə dair sübutu məhkəməyə təqdim etməyib. Bununla bağlı qarşılıqlı iddia ərizəsində ətraflı şəkildə münasibət bildirdiyildiyi halda bir daha qeyd edir ki, məhz İddiaçı MMC Cavabdeh mübahisəli mənzildə yaşamadığını bildiyi halda iddia ərizəsində məqsədli şəkildə onun ünvanını mübahisəli mənzil olaraq qeyd edib və bununla Cavabdeh məhkəmə araşdırmasında iştirak etmək və prosessual hüquqlardan istifadə etmək hüququndan məhrum etmək məqsədi güdüb. İddiaçı MMC Cavabdeh mübahisəli mənzildə yaşamadığını bildiyi halda nə üçün ünvan kimi həmin mənzili göstərdiyini əsaslandırmayıb. Halbu ki, iddiaçı olaraq İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə Cavabdeh ünvanını dəqiq müəyyən etməli və həmin ünvanı iddia ərizəsində qeyd etməli idi. Məhz İddiaçı MMC-nin təqsirli hərəkətləri və məsuliyyətsizliyi səbəbindən Cavabdeh iddia ərizəsini vaxtında əldə etməyib, lakin əldə etdikdən dərhal sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bununla yanaşı İddiaçı MMC Cavabdeh mübahisəli mənzildə yaşamadığı halda onun ünvanını hansı əsasla həmin ünvan olaraq iddia ərizəsində göstərməsi ilə bağlı hər hansı mövqe bildirməyib. Etirazın bu hissəsində həmçinin qeyd edilib ki, ilk iddia ilə qarşılıqlı iddia tələbləri arasında hər hansı bağlılıq yoxdur, tələblər müstəqildir və birinin təmin edilməsi digərinin təmin edilməsini istisna etmir. Hesab edir ki, İddiaçı MMC-nin bu arqumenti də tamamilə əsassızdır. Çünki, qarşılıqlı iddia tələblərinin təmin ediləcəyi halda ilk iddia tələbinin təmin edilməsi mümkünsüz olur. Çünki, ilk iddia tələbi mülkiyyət hüququnun mövcudluğu faktından doğan əmlak hüquqlarından istifadəyə qoyulan maneələrin aradan qaldırılmasını ehtiva etdiyindən qarşılıqlı iddianın təmin edilməsiylə mülkiyyət hüququna xitam veriləcəyindən ilk iddia üzrə bu tələbin irəli sürülməsi üçün subyektiv hüquqa xitam verilmiş olur. İddiaçı MMC-nin etirazının üçüncü hissəsi ilə bağlı: İddiaçı MMC etirazının bu hissəsi üzrə iddia edib ki, Cavabdeh həqiqətən mənzilə dair müqavilə bağlamış, mənzilin dəyərini ödəmiş olsaydı, həmin mənzilə çıxarış əldə etmiş olardı. Birinci, Cavabdeh nə üçün mənzilə mülkiyyət hüququ əldə edə bilməməsi qarşılıqlı iddia ərizəsində qeyd edilib və bir daha bildirirlər ki, mənzilə dair müqavilənin, maliyyə arayışının itirilməsi, eyni zamanda məhz İddiaçı MMC-nin bu faktı bilməsindən sonra məqsədli şəkildə sənədlərin yeni nüsxəsini ona təqdim etməməsi, əksinə mənzili qanunsuz olaraq mənimsəməsi səbəbindən mülkiyyət hüququnun əldə edilməsi mümkün olmayıb. İkinci, mənzilə mülkiyyət hüququnun əldə edilməsi üçün hərəkət etmək vəzifə deyil, hüquqdur və bu hüquqdan yararlanmamaq mülkiyyət hüququnun itirilməsi və ya İddiaçı MMC-nin mənzili mənimsəməsi ilə nəticələnə bilməz. Belə bir nəticə hər bir halda etibarsızdır. Üçüncü, İddiaçı MMC mübahisəli mənzilə mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdisə, mənim mübahisəli əmlaka uzun illərdir sahiblik etdiyimi və orada təmir apardığımı bildiyi, bunu qanunsuz hesab etdiyi halda nə üçün bu qədər müddət ərzində hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etməyib? Yuxarıda qeyd edilənləri rəhbər tutaraq, məhkəmədən ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası tam mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. - xx.xx.2019-cu il tarixli mənzillərin sahiblərinin adları qeyd olunmuş siyahıya əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı 3 otaqlı, 115,85 kv.m. mənzili Cavabdeh adına qeyd olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 668514 saylı çıxarışına əsasən ünvan 5 (yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) tam mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. - İddiaçı MMC-nin Cavabdeh ünvanladığı 127 saylı, xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, onun mənzil üzrə göstərilən kommunal xidmətlərə görə xx.xx.2023 tarixinə ümumilikdə 5097 manat borcu qalmışdır. Dəfələrlə şifahi xəbərdarlığın edilməsinə baxmayaraq, qeyd edilən borc tərəfindən ödənilməmişdir. Bununla bağlı yaranmış borcu xx.xx.2024-cü il tarixinədək ödəməyi xahiş olunmuşdur. Həmçinin qeyd olunmuşdur ki, qısa müddət ərzində cəmiyyətlə onun arasında olan müqavilə şərtlərinə uyğun olaraq əldə edilmiş daşınmaz əmlakın mülkiyyətinə keçməsi üçün notariusda müvafiq sənədləşmə işlərinin aparılması zəruridir. Belə ki, cəmiyyət tam ləğv edildikdən sonra mənzilə mülkiyyət sənədi (çıxarış) əldə edə bilməyəcək və cəmiyyət buna dair məsuliyyət daşımayacaq. - İddiaçı MMC-nin Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan vətəndaşlara ünvanladığı 38 saylı, xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, yaşadıqları mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədlərin olmaması onların həmin mənzilə hüquqlarının olmamasını göstərir. Bu səbəbdən bildirişi aldıqları vaxtdan bir ay ərzində mənzili tam boşaldıb şirkətə təhvil verməyi, əks halda mənzildən məcburi çıxarılması ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildirmişlər. - "xxxx" ASC-nin **********C0051 saylı abonent kodu üzrə abunə haqqında çıxarışına əsasən ünvan 5 üzrə Cavabdeh tərəfindən xx.xx.2010-cu il tarixdən başlayaraq kommunal xərclər ödənilmişdir. - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh ilə (**********C0051 saylı abonent kodu) "xxxx" ASC arasında ünvan 5 üzrə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. - “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 xx.xx.2010-cu il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqaviləsinə əsasən Cavabdeh ilə (**********510 saylı abonent kodu) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Yasamal rayon Sukanal İdarəsi arasında müqavilə bağlanmışdır. - “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Yasamal rayon Sukanal İdarəsinin Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Nümayəndə2 ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən ünvan 5 ünvanındakı yaşayış binasının su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə mənzillər MTK-nın təqdim etdiyi sənədlər əsasında qeydiyyata alınaraq kodlaşdırılmışdır. - Türkiyyə Respublikasının İstanbul şəhərində müvəqqəti yaşayan, şəxsiyyət vəsiqəsi AA0214467, FİN 28LA284 olan X1 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən o, hal-hazırda əmək fəaliyyəti ilə bağlı İstanbul şəhərində yaşayır. Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C, mənzil 52 onun mülkiyyətindədir. Həmin binada onunla qonşuluqda yerləşən 51 nömrəli mənzilin ilk gündən Cavabdeh məxsus olduğunu eşitmişdir. Cavabdeh həmin mənzildə yaşamadığına görə, o, binanın komendantının vasitəsilə ona təklif etmişdir ki, əgər ona məxsus mənzili satmaq istəsə o, həmin mənzili alqı-satqı yolu ilə ondan alıb öz mənzilinə birləşdirmək istəyərdi. Lakin Cavabdeh ona mənzili satmaq niyyətində olmadığını bildirmişdir. Ərizəsində göstərdiyi faktları videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən məhkəmə iclasında təsdiq edə bildiyini bildirmişdir. - “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 elektron bazasında vətəndaş Cavabdeh adına ünvan 5 ünvanında **********510 saylı (müqavilə № 10306750 saylı, xx.xx.2010-cu il tarixli sayğac №55116) adonent kodu müəyyən edilmişdir. - İddiaçı MMC-nin cavabdeh X6 qarşı mülkiyyət hüquqlarının pozulması və mənzildən çıxarma tələbinə dair iddia ərizəsinə əsasən cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 45A saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin mülkiyyətçisi İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - **********510 kodlu, Cavabdeh adına olan abonentin kartından görünür ki, ünvan 5 ünvanı üzrə 2014-2025-ci il tarixləri üzrə 18,16 (on səkkiz manat on altı qəpik) manat məbləğində borc hesablanmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən ünvan 5 ünvanı İddiaçı MMC-nin adına 283/22 saylı, xx.xx.2022-ci il tarixli məktubuna və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ilkin qeydiyyata alınmışdır. - “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən "xxxx" ASC-nin 11 mart 2015-ci il tarixli Abonent xdmətlərinə dair təlimatın 9.1,9.2, 9.3 və 9.4-cü bəndlərinə əsasən çoxmərtəbəli yaşayış binalarında yaşayan əhali istehlakçıları üçün fərdi kod açılmazdan əvvəl binanın su təchizatı və kanalizasiya sistemi “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”na uyğun olaraq hazırlanır. İnşaat müddətində istifadə olunmuş suya görə son hesablaşma aparılır və bütün borclar ödənilir. Çoxmərtəbəli yaşayış binasındakı mənzillərin sahiblərinin adlı siyahısı, həmin binanın mənsub olduğu (idarəedici) qurumun rəhbəri tərəfindən təsdiq olunmuş formada yerli STKM-nə təqdim olunur. “X11”nın 1.8-ci bəndinə əsasən çoxmərtəbəli yaşayış binasındakı mənzil və qeyri-yaşayış sahələrinə fərdi kod açılması üçün bu təlimatın 7-ci bəndində göstərilən aidiyyəti sənədlər (müraciət sahibinin ərizəsi; şəxsiyyət vəsiqəsinin surəti; mülkiyyət haqqında şəhadətnamənin (torpaq, bina), mənzilin orderinin, daşınmaz əmlakın kirayə müqaviləsinin, yerli icra hakimiyyəti və ya bələdiyyənin sərəncamlarından aidiyyəti üzrə hər hansı birinin surəti; ailə tərkibi haqqında MİS, MTK, bələdiyyə, qəsəbə nümayəndəliyi tərəfindən verilmiş arayış; başqa şəxsin adından icra ediləcək əməliyyatlarda notariuslar tərəfindən verilmiş etibarnamənin surəti; telefon nömrəsi, e-mail ünvanı (varsa)) alınaraq müqavilə bağlanılır. Müraciətlə əlaqədar bildirilmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 elektron bazasında vətəndaş Cavabdeh adına ünvan 7 ünvanında **********510 saylı (müqavilə № 10306750 xx.xx.2010-cu il tarixli, sayğac № 55116) abonent kodu müəyyən edilmişdir. Müqavilə xx.xx.2010-cu il tarixinə təsadüf etdiyi üçün sənədlər mövcud olmadığından tərəflərindən təqdim edilməsi imkan xaricindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2011-ci ildən həmin binada xadimə işləyir. Eyni zamanda cavabdehə məxsus evdən uzun müddət istifadə etmiş və həmin evə gələn kommunal ödənişlər barədə çeklərin hamısı cavabdehin adına gəlirdi. Ona ilk dəfə su lazım olduğu üçün komendanta müraciət etmişdir. Bundan sonra komendant vasitəsilə cavabdeh ona məxsus olan evin açarını ona vermişdir. Hətta oğlu xəstə olduğuna görə həmin evdə qalmağına da icazə vermişdir. O, hal-hazırda da həmin binada işləyir və bütün mənzil mülkiyyətçiləri də onu tanıyır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, ev yarıtəmirli ev idi. O, orada işləməyə başlayanda artıq həmin evin Cavabdeh məxsus olduğunu bilirdi. Bunu ona orada həmin vaxtı komendant işləyən Əli adlı şəxs demişdi. Rəsmi əmək müqaviləsi ilə həmin binada xadimə işləyir. Mənzilin cavabdehə məxsus olmasını təsdiq edən müqaviləni görməmişdir. Komendantda evlərin sahiblərinin siyahısı var idi və təsadüfi bir adamın gəlib hər hansı mənzili zəbt etməsi mümkün deyildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, o, cavabdehlə qapı qonşudur. O, 2010-cu ildən o binaya köçmüş və həmin vaxtdan cavabdehi tanıyır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, cavabdehin öz mənzilinə gəlib-getməyini görmüşdür. Bundan başqa bina sakinlərinin iclaslarında da cavabdeh iştirak edirdi. Həmin vaxtlar şirkətin rəhbəri Mərifət adlı şəxs idi. Onun da iddiaçı şirkətlə mülkiyyətçi kimi müqaviləsi var və həmin müqaviləni o vaxt şirkət rəhbəri olan Mərifət adlı şəxs imzalayıb. Həmin vaxtı cavabdeh müqaviləsini göstərmişdir və bundan sonra bina sakinlərinin iclasında iştirak edirdi. MMC yaradılarkən bütün mənzil mülkiyyətçilərinin siyahısı şirkət tərəfindən təqdim edilmişdir və bu siyahıda cavabdehin də adı mənzil mülkiyyətçisi kimi qeyd edilmişdir. Cavabdehin evi hansı qiymətə almasını bilmir. Onlar sökülən evin müqabilində həmin binaya köçürülmüşlər və onlarla bütün sənədləşmə işləri aparılıb. Cavabdehin mənzilində təmir işlərinin getməsini görmüşdü. Binanın xadiməsi olan şahid kimi ifadə verən digər xanımı tanıyır. O, bəzi işlərdə onlara da kömək edib. Binanın mühafizəçisi var idi və təsadüfi bir adamın gəlib hər hansı mənzili zəbt etməsi mümkün deyildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, o, 2010-2023-cü illərdə həmin binada mühafizəçi kimi işləmişdir. 2023-cü ildən hal-hazıradək isə orada komendant işləyir. 15 ildir ki, cavabdeh həmin binaya gəlib gedir və bir çox kommunal xətllər onun adına rəsmiləşmişdir. Mənzil Cavabdeh məxsusdur.Ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2010-cu ildə Gilan İnşaatın rəhbəri Mərifət adlı şəxs olubdur. Hazırda isə sədr Səfərov Ramizdir. Cavabdehin hal-hazırda evinin sənədi tapılmasa da, iddiaçı qurum tərəfindən 2023-cü ildə evinə çıxarış alınması üçün cavabdehə müraciət edilmişdir. Həmin vaxtı cavabdehlə yanaşı başqa şəxslərə də eyni müraciət edilmişdir. O, bununla bağlı cavabdehlə əlaqə saxlamışdır. Cavabdehin mənzilinə məxsus müqaviləni görməmişdir. Mənzilin açarının biri cavabdehdə, biri xadimədə, biri isə binanın komendantında olub. Əvvəllər mənzil təmirsiz olduğu üçün, hazırda isə mübahisə olduğu üçün cavabdehdən kommunal ödənişlər alınmırdı. Xadimə həmin mənzildə yaşamayıb, sadəcə istifadə edib. Xadimə orada 2011-ci ildən işləyir və onlar onu İlhamə adı ilə çağırırlar. Siyahı onlara İddiaçı MMC tərəfindən verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahatında bildirmişdir ki, cavabdeh onun dayısıoğludur. Özü də həmin vaxtlar təmir-tikinti işləri ilə məşğul olurdu. Həmin mənzili təmir etdirmək üçün cavabdeh onu binanın komendantı ilə tanış etdi. Bundan sonra təxmini 2009-2010-cu illərdə orada təmir işləri görməyə başladılar. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, müqaviləni görməsə də, komendanta surətinin verilməsini xatırlayır. Evin nə vaxt alındığını bilmir. Təxmini 2-3 ay təmir işləri apardılar. Fotoşəkillərdə olan təmir işlərinin bəzisini o, etmişdir. Məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ilk öncə İddiaçı MMC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* saylı çıxarışa əsasən binaya çıxarış almış, daha sonra isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 668514 saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 112/C ünvanında yerləşən 51 saylı mənzilə çıxarış almışdır. Halhazırda ilkin iddia üzrə İddiaçı MMC cavabdehin mübahisəli mənzilə müqaviləsi olmadığından, onun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmasını və həmin mənzilin mülkiyyətçisi İddiaçı MMC-yə təhvil verilməsini tələb edir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın təmin edilməməsini, mübahisəli mənzildən istifadə və ona sahiblik hüququnun tanınmasını, onunla İddiaçı MMC arasında mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin və maliyyə arayışının ona təqdim edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə ilkin iddia tələbinin “cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin mülkiyyətçisi İddiaçı MMCyə təhvil verilməsi” hissəsinə dair qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; - 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; - 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; - 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. Belə ki, iş materiallarında olan su, işıq və s. kommunal xidmət müqavilələrindən görünür ki, ilkin iddia üzrə Cavabdeh adına abonent kodları var və 2010-cu ildən başlayaraq həmin mübahisəli mənzil üzrə kommunal ödənişlər tərəfindən həyata keçirilir. Eyni zamanda iş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı 127 saylı, xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan da görünür ki, MMC onun mənzil üzrə göstərilən kommunal xidmətlərə görə xx.xx.2023-cü il tarixinə ümumilikdə 5097 manat borcunun olduğunu qeyd etmiş və qısa müddət ərzində cəmiyyətlə onun arasında olan müqavilə şərtlərinə uyğun olaraq əldə edilmiş daşınmaz əmlakın mülkiyyətinə keçməsi üçün notariusda müvafiq sənədləşmə işlərinin aparılmasını xahiş etmişdir. Beləliklə, İddiaçı MMC qeyd olunan məktubda Cəmiyyətlə Cavabdeh arasında müqavilənin mövcud olduğunu qeyd edir. Həmçinin işin faktiki halı olaraq da müəyyən edilir ki, mübahisəli mənzilin açarları 15 ildən çoxdur ki, ilkin iddia üzrə Cavabdehdır, cavabdeh həmin illlər ərzində mübahisəli mənzilə sərbəst daxil ola bilir, yəni Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı mənzili artıq ona təhvil verilmişdir. Belə olan halda, mənzilin hansı əsasla cavabdehə verildiyi artıq iddiaçı tərəfindən sübuta yetirilməlidir. Halbuki cavabdehin təqdim etdiyi sübutlarla və şahid ifadələri ilə də tərəflər arasında yaranmış mənzilin alğı-satqısının baş tutduğu müəyyən olunur. İddiaçı tərəfin cavabdehin sözügedən mənzilə dair müqaviləni və maliyyə arayışını itirməsi və hal-hazırda təqdim edə bilməsini mənzilin cavabdehə məxsus olmaması kimi qiymətləndirilməsi ədalətsiz yanaşma olardı. Belə ki, digər sübutlar mənzilin Cavabdeh məxsusluğunu inkar etmir. Eyni zamanda hazırki ilkin iddia tələbi iddiaçı tərəfin hüquqdan sui-istifadəsi halıdır. Bundan başqa şahid ifadələri ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı mənzili ona məxsus olmuş, onun istifsadə və sahibliyində olmuşdur və hal-hazırda da həmin mənzil onun sahibliyindədir. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, çoxmərtəbəli yaşayış binasındakı mənzillərin sahiblərinin adlı siyahısı, həmin binanın mənsub olduğu (idarəedici) qurumun rəhbəri tərəfindən təsdiq olunmuş formada yerli STKM-nə təqdim olunur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mənzillərin sahiblərinin adları qeyd olunmuş siyahıya əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı 3 otaqlı, 115,85 kv.metr mənzili Cavabdeh adına qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, MMC tərəfindən Cavabdeh adının qeyd olunduğu siyahı və mənzilə dair bağlanmış müqavilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X18 təqdim olunmuş və bunun əsasında onunla 10306750 saylı, xx.xx.2010-cu il tarixli müqavilə bağlanmış və adına **********510 saylı abonent kodu qeyd olunmuşdur. İddiaçı MMC ilə Cavabdeh arasında müqavilənin mövcudluğu bununla da sübuta yetir. Məhkəmə onu da bildirir ki, 15 ildən artıq müddətə Cavabdeh qanuni əsaslar olmadan (iddiaçının qeyd etdiyi kimi zəbtetmə) mənzilə sahiblik etməsi və iddiaçının buna dair hər hansı etirazını bildirməməsi ağlabatan deyildir. Göründüyü kimi işin faktiki halı olaraq məhkəmə müəyyən edir ki, Cavabdeh mənzilə dair bağlanmış müqavilə və maliyyə arayışını itirdiyindən MMC-yə müraciət etmiş, iddiaçı tərəf isə mənzili 15 il bundan əvvəl təhvil vermələrinə baxmayaraq hal-hazırda mənzildən çıxarılma barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq ilkin iddia tələbi üzrə belə nəticəyə gəlir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin mülkiyyətçisi İddiaçı MMC-yə təhvil verilməsi barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı mənzilin dəyərini ödəyərək müqavilə əsasında mübahisəli mənzili almış, mübahisəli mənzil 2010-cu il tarixdən Cavabdeh təhvil verilmiş, müqavilə əsasında onun adına kommunal xidmətlərlə bağlı abonent kodları verilmiş, həmin tarixdən onun istifadəsində və sahibliyindədir, lakin o, müqaviləni itirdiyindən mənzili öz adına rəsmiləşdirə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C ünvanında yerləşən 51 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) sahiblik və istifadə hüquqları tanınmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C ünvanında yerləşən 51 saylı mənzilə dair (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) alğı-satqı müqaviləsinin və maliyyə arayışının verilməsi öhdəliyi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulmalıdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin mülkiyyətçisi İddiaçı MMC-yə təhvil verilməsi barədə iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C ünvanında yerləşən 51 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) sahiblik və istifadə hüquqları tanınmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C ünvanında yerləşən 51 saylı mənzilə dair (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) alqısatqı müqaviləsinin və maliyyə arayışının verilməsi öhdəliyi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin mülkiyyətçisi İddiaçı MMCyə təhvil verilməsi barədə iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C ünvanında yerləşən 51 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) sahiblik və istifadə hüquqları tanınsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C ünvanında yerləşən 51 saylı mənzilə dair (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) alğı-satqı müqaviləsinin və maliyyə arayışının verilməsi öhdəliyi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar