Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2327/2025 03.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iş üzrə (açar sözlər: mənzildən çıxarılma) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, X23 oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə3, üçüncü şəxsin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən çormərtəbəli-çoxmənzilli yaşayış binası "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası tam mülkiyyət hüququ ilə "xxxx" MMC-nin adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası tam mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.
4. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarşlaşdırma və Mlükiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı, 117935 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 546-cı məhəllə, A.Ələkbərov küçəsi, ev 8, 29 nömrəli mənzil Cavabdeh adına qeydə alınmışdır.
5. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin müvafiq sənədləşmələrə əsasən "xxxx" MMC-nin İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılığı ilə bu müqaviləyə əlavə edilən 1 nömrəli texniki şərtlərə uyğun tikilmiş halda Cavabdeh sökülən mənzilin əvəzində verilməsindən ibarətdir.
6. Müqavilənin 2-ci bəndinə görə "xxxx" MMC-nin Cavabdeh ilə tikintisini razılaşdığı yer, 5 mərtəbə, bir bloklu bina, 14 nömrəli mənzilini, ümumi dəyəri 100 kv.m 2 otaqdan ibarət mənzil Bakı şəhəri, Yasamal rayonu, 546-cı məhəllə, ünvanında yerləşən qəza vəziyyətində olan binanın 30 nömrəli mənzilin əvəzinə verilir.
7. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin müvafiq sənədləşmələrə əsasən "xxxx" MMC-nin İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılığı ilə bu müqaviləyə əlavə edilən 1 nömrəli texniki şərtlərə uyğun tikilmiş halda Cavabdeh sökülən mənzilin əvəzində verilməsindən ibarətdir.
8. Müqavilənin 2-ci bəndinə görə "xxxx" MMC-nin Cavabdeh ilə tikintisini razılaşdığı yer, 5 mərtəbə, bir bloklu bina, 14a nömrəli mənzilini, ümumi dəyəri 100 kv.m 2 otaqdan ibarət mənzil Bakı şəhəri, Yasamal rayonu, 546-cı məhəllə, ünvanında yerləşən qəza vəziyyətində olan binanın 30 nömrəli mənzilin əvəzinə verilir.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 7 (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır.
10. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 7 (yeni qaydalarla: ünvan 5 ünvanı üzrə təyin olunan abnent kodu "xxxx" adınadır. ünvan 6 ünvanında **********141 abonent kodu, ünvan 7 ünvanında isə ata adı qeyd edilmədən Cavabdeh adına **********451 abonent kodu müəyyən olunmuşdur.
11. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-18-2/2-6857/2025 nömrəli məktubundan görünür ki, ünvan 8 ünvanında yerləşən yaşayış binasında Agentlik tərəfindən hər hansı söküntü və sakinlərin köçürülməsi işləri aparılmamışdır. Cavabdeh Agentlik tərəfindən zəmanət məktubu verilməmişdir.
12. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış xx.xx.2013cü il tarixli müqavilədən görünür ki, ünvan 7 ünvanı üzrə istehlakçının təbii qazla təmin edilməsi ilə bağlı Cavabdeh ilə müqavilə bağlanmışdır.
13. Ödəniş qəbzlərindən görünür ki, ünvan 7 ünvanı üzrə kommunal ödənişlər Cavabdeh tərəfindən həyata keçirilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C nömrəli evin 45A nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin mülkiyyətçisi İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddianın əsaslarına görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xİdməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C nömrəli evin 45A nömrəli mənzili İddiaçı MMC-nin mülkiyyətindədir. İddiaçı MMC 2024-cü ilin sonunda mülkiyyətində olan binada mülkiyyətçilər barədə məlumatları təftiş edərkən və yoxlayarkən müəyyən etmişdir ki, cavabdeh heç bir hüquqi əsas olmadan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C nömrəli evin 45A nömrəli mənzilində yaşayır. Eyni zamanda müəyyən edilmişdir ki, mənzilin kommunal xidmətləri üzrə müqavilələr də Cavabdeh adına qeydiyyata alınmışdır. Yoxlama zamanı cavabdehlə mübahisəli mənzilə dair hər hansı müqavilənin bağlanılması faktı da aşkar edilməmişdir. Bu da onu göstərir ki, cavabdeh heç bir hüquqi əsas olmadan mənzili zəbt etmiş və həmin mənzildə yaşayır. Cavabdeh mənzildə daimi yaşamadığı üçün və mənzilə ara-bir gəldiyi üçün, mənzilin könüllü şəkildə boşaldılması ilə bağlı onunla söhbətlər aparılması mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı mübahisəli mənzilin məcburi qaydada boşaldılması ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.
16. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia üzrə iddia tələbinin tam təmin edilərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** Qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin mənzilə dair müqavilənin onunla bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 2327/2025 nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə icraata xitam verilməsi qərara alınmışdır.
b) iddiaya qarşı etiraz
18. Cavabdeh iddiaya qarşı etirazla müraciət edərək təmin olunmamasını xahiş etmişdir.
19. Etirazın əsaslarına görə, Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 117935 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, 546-cı məhəllə, A.Ələkbərov küçəsindəki 8 nömrəli yaşayış evinin 29 nömrəli mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 651 nömrəli reyestr kitabında 30 nömrəli qeydəalma qeydi və 29938 nömrə ilə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Həmin mənzili isə o, xx.xx.1996-cı il tarixində notarial qaydada bağlanmış 017238 nömrəli alqısatqı müqaviləsinə əsasən ******* manat əvəzini ödəməklə X14 almışdır. 2007-ci il tarixdə yaşadığı binanı sökmüşlər, bu zaman həmin binanın sakinlərini 3 təklif üzrə qrupa bölmüşlər: Birinci qrupa bildirdilər ki, bina sökülür, əgər kim bu sökülən binanın yerində inşa oluncaq binaya və köhnə məhəlləsinə qayıtmaq istəyirsə onlara müvəqqəti yaşamaları üçün yeni tikililərdən ev verir və buna görə onlara kirayə haqqı ödəmir, nə zaman köhnə məhəllələrindəki bina hazır olacaqsa o zaman müvəqqəti məskunlaşdıqları mənzildən çıxıb bura köçəcəklər. İkinci qrupa təklif olundu ki, kimin əgər başqa yaşayış yeri varsa və kirayədə və ya müvəqqəti verdiyi mənzillərdə qalmaq istəmirsə öz evində qala bilər və bunun müqabilində hər ay 400 manat kirayə haqqı olmaqla kompensasiya məbləği ödəniləcək. Üçüncü qrupa isə təklif olundu ki, kim əgər kirayədə qalmaq istəmirsə və yeni inşa olunacaq mənzili gözləmək və buraya qayıtmaq istəmirsə onların sökülən mənzilinin əvəzinə onlara İddiaçı MTK tərəfindən “Salyan Kazarması” adlanan ərazidə inşa olunmuş binalardan öz mənzillərindən artıq kvadrata malik olan hazır mənzillə əvəzləşdirilsin. O da ikinci təklif olunan qrupun sırasında olmuşdur. Belə ki, həmin dövrdə onun öz evi olduğu üçün o nə kirayədə, nə də onların müvəqqəti yaşamaq üçün verdikləri mənzildə qalmaq istəməmişdir, eyni zamanda “Salyan Kazarması” adlanan ərazidə iddiaçı tərəfindən inşa olunmuş binaları bəyənmədiyi üçün oradan mənzil verilməsini istəməmişdir və beləliklə də, razılaşmışdır ki, o özünə məxsus mənzildə qalacaq, sökülən binanın yerində yeni bina inşa olunduqdan sonra İddiaçı MTK tərəfindən həmin məhləyə yaxın ərazidə tikilmiş və hazır olan binalarda müvəqqəti məskunlaşan şəxslər yeni tikilən binaya köçdükdən sonra onlardan boşalan mənzil veriləcəkdir. Bu səbəbdən o 2007-ci ildən 2013-cü ilədək gözləmiş və yalnız 2013-cü ildə sökülən binanın yerində inşa olunacaq bina hazır olduqdan sonra indiki binadan sökülən binanın yerinə sakinlər köçdükdən sonra, sökülən binada olan 29 nömrəli mənzilin əvəzinə hazırkı binada olan 45A nömrəli mənzil təqdim edilmişdir. İlk növbədə sual doğurur ki, İddiaçı MMC 2024-cü ildə hansı əsasla təftiş və yoxlama aparmışdır?! İkinci sual ondan ibarətdir ki, mənzilin bütün komunal ödənişlərinin onun adına olduğunu bilə-bilə nə üçün öz adına çıxarış əldə etmişdir?! Hansı əsasla?! Üçüncü sual ondan ibarətdir ki, o sözügedən binada yerləşən 45A nömrəli mənzilə onlar həmin mənzili təqdim edikləri tarixdən, yəni, 2013-cü ildən köçmüş və həmin mənzili təmir etmiş, bütün bu dövr ərzində də həmin mənzildə onun bacısı yaşamışdır, sual ondan ibarətdir ki, 2022-ci ildə çıxarış almışdısa nə üçün 2025-ci ildə məhkəməyə müraciət etmişdir?! Etiraza əlavə etdiyi kommunal xidmətlə bağlı müqavilədən görünür ki, hələ 2013-cü ildən sözügedən mənzil onun adına olduğu üçün kommunal xidmətlər də, o cümlədən, qaz, su və işıq sayğacları da onun adına qeydiyyata alınmışdır. Mübahisəli mənzilə dair müqavilənin bağlanmasının aşkar edilməməsi ilə bağlı qeyd edir ki, həmin mənzillərə dair müqavilənin bağlanması şərti belə idi ki, köhnə binanın mülkiyyətçiləri sökülən mənzilin yerinə onlarda olan orijinal çıxarışı MTK-ya təqdim etməli və bunun əvəzində həmin mənzilə aid müqaviləni almalı idilər. Həmin ərəfələrdə də, ona MTK-zəng edərək bildirdi ki, onun müqaviləsi hazırdır və o yaxınlaşıb sökülən mənzilin çıxarışını təqdim etməklə yeni müqaviləni götürə bilər. O isə həmin vaxtlarda Azərbaycanda olmamış, 2019-da qayıtmışdır. Bu səbəbdən çıxarışın onda olduğunu, müqavilənin isə hazır olduğunu hesab edərək və hər hansı təhlükə görməyərək o müqavilənin təqdim olunması üçün onlara yaxınlaşmamışdır, çünki Azərbaycanda çox az müddətdə və məhdud vaxtda olmuş, sonrasında isə 2 il pandemiya olmuş, işlərlə əlaqədar o daha çox xaricdə yaşamalı olmuşdur. Hesab etmişdir ki, MTK burda, o da burda, nə vaxt olsa müraciət edib müqaviləni götürüb çıxarışı adına ala bilər. Belə ki, heç ağlabatan deyil ki, kimsə hər hansı şəxs kiməsə məxsus olan mənzili gəlsin zəbt etsin, oranı təmir etdirsin, həmin mənzilin qaz, su, işıq sayğaclarını, o cümlədən, kommunal xərcləri öz adma qeydiyyata aldırsın və hətta həmin mənzili ldrayə verərək ondan gəlir əldə etsin. Cavabdeh mənzildə daimi yaşamadığı üçün və mənzilə ara-bir gəldiyi üçün, mənzilin könülü şəkildə boşaldılması ilə bağlı onunla söhbətlər aparılması mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı mübahisəli mənzilin məcburi qaydada boşaldılması ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Bu hissə ilə bağlı qeyd edir ki, iddiaçının istinad eldiyi bu halda belə görünür ki, mənzil taktiki olaraq onun mülkiyyətinə verilmişdir və o orada yaşamır, əvvəldə də qeyd etdiyi kimi, onun başqa mənzili var və ailəsi ilə birlikdə həmin mənzildə yaşayır, bu mənzildə isə uzun müddət bacısı yaşamışdır, daha sonra isə bu mənzil onun tərəfindən kirayə verilmişdir. Əksinə iddiaçı qanunsuz olaraq ona məxsus mənzilə saxta yollarla çıxarış əldə etmişdir. Hər nə qədər iddiaçı öz uydurmalarına istinad edərək onunla söhbətlər aparılmasının guya mümkün olmadığını qeyd etsə də, danışıqlar olmuşdur. Onlar müqaviləni təqdim etməyi xahiş etmişlər, o isə onlara yuxanda qeyd etdiklərini bildirmiş və qeyd etmişdir ki, köhnə sökülən mənzilin çıxarışı ondadır, o hazırda onu təqdim edə bilər. Bu zaman onlar bildirmişlər ki, bütün sənədləri itirmiş və bu rəhbərlik dəyişib, əgər tapa bilirsə köhnə rəhbəri tapıb sənədləri versin, əks halda onlar mənzilə çıxarış alır və yenidən çıxarış verilməsi üçün məhkəmə qərarı lazım olacaqdır. Bu səbəbdən o Laçın Ağayevə müraciət etmişdir. Bu binaların satışını həyata keçirən MTK-nın rəhbəri Laçın Ağayev bildirmişdir ki, “Sona xanım, sizin adınız siyahıda mövcuddur, mən bu siyahını İddiaçı MMC-yə vermişəm.” Bu barədə ona “Whatsapp” tətbiqi vasitəsilə yazışma zamanı bu qeyd etdiklərini özü də təsdiq etmiş və səs mesajları şəklində ona göndərmişdir. Bütün bu sübutlar məhkəməyə təqdim ediləcəkdir. Yuxarıda qeyd etdiyi hal, yəni ona məxsus bir mənzil və atasına məxsus 2 sayda mənzillər siyahıda mövcuddur. Həmçinin onu da aşağıda adlarını sadaladıqları şəxslər də, onunla eyni vaxtda sökülən binada mənzilləri olan və eyni zamanda hazırkı mübahisəli mənzilin ona təqdim olunmasını təsdiq edə biləcək şahidlər və binanın sakinləridir: X12; X1; X8; X9; X15.
20. İddiaçı MMC yyəti qarşılıqlı iddiaya etiraz edərək qarşılıqlı iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir.
c) məhkəmə icraat iştiakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi ilk iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib, qarşılıqlı iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir.
22. Üçüncü şəxsin vəkili və nümayəndəsi eyniməzmunlu izahat verib iddianın təmin edilməsini xahiş etdi.
23. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili və nümayəndəsi qarşılıqlı iddianı və etirazı müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmiş, qarşılıqlı iddianın və etirazın məzmununa uyğun izahat verdilər.
24. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Cavabdeh yaşadığı binadan tanıyır. 15 ildir Sonanı tanıyır. 2010-cu ildən 2023-cü ilədək mühafizəçi işləmiş, daha sonra həmin binada komendant olaraq çalışır. Cavabdeh 2010cu ildən binanın sakini olaraq tanıyır.
25. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Cavabdeh 1988-ci ildən tanıyır, həmin vaxt Sona məktəbli olmuşdur, üzbəüz qonşu idilər. 28 nömrəli mənzil onların, 29 nömrəli mənzil başqasının və 30 nömrəli mənzil Sonagilin mənzili olub. Sonagil sonradan 29 nömrəli mənzili almışlar. Ev söküləndə İddiaçı MMC Sonagilə indiki yaşadığı mənzili vermişlər.
26. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Bakıda doğulub, hazırda da Yasamalda yaşayır. Sonanı uşaqlıqdan tanıyır. Qapı qonşusu olub. 2013-2014-cü illərdə evlərini sökmüşlər. Söküləndən sonra da İ.Qutqaşınlıda onlara da, Sonagilə də ev vermişlər.
27. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 1976-cı ildə Bakıda doğulub, hazırda Nəsimidə yaşayır. Sona ilə birlikdə böyüyüblər, yan qonşusu olub. Sonanın 2 mənzili olub, biri özünün, digəri də atasının adına. Söküləndən sonra hamıya mənzil verirdilər. Atasının mənzilinə görə Sonaya 2 mənzil veriblər.
28. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 1952-ci ildə doğulub, hazırda İ.Qutqaşınlıda yaşayır. Sonanı çoxdan tanıyır. Sonagil 3 otaqlı mənzildə yaşayırdılar, yandakı evin sahibi rəhmətə getdikdən sonra Sonagil o evi də almışlar. 3 otaq ayrı, 1 otaq da ayrı idi. 29 nömrəli mənzil Sonanın, 30 isə başqasının idi. Hamıya 1 otaq artıq mənzil verirdilər. Kirayədə qalırdılar, sonra mənzili vermişlər. Sonaya 1 otaqlı mənzil üçün 2 otaqlı mənzil vermişlər.
29. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, O, o həmin vaxt Fövqəladə Hallar Nazirliyində Azərdövlətlayihə institunun rəhbəri olmuşdur. Nazirlər Kabinetinin sərəncamı və Fövqəladə Hallar Nazirliyinin göstərişi ilə mənzillər köçürülüb. Onların səlahiyyəti vətəndaşların mənzillərini və ölçüsünü müəyyənləşdirmək və hansı texniki şərtlərdə yeni mənzil alacaqlarını müəyyənləşdirməkdən ibarət olmuşdur. Həmin vaxt hər hansı vətəndaşın nəzarətdən kənar köçürülməsi ola bilməzdi. Cavabdeh həmin vaxt bir neçə dəfə görüb, daha çox atası gəlib maraqlanmışdır. Vətəndaşda olan siyahını o, vermişdir, lakin həmin siyahının möhürlü variantını Nazirlər Kabinetinə göndərirdilər. Bütün vətəndaşlara möhürsüz siyahı verilmişdir. Möhürlü siyahı hazırda Nazirlikdə olmalıdır.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12. İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 13. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; Maddə 29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Maddə 43. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 2.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır; Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; Maddə 9. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır; Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Maddə 18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Maddə 560.3.5.1. Alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
34. Məhkəmə işin hallarını maddi hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməməlidir.
35. İddiaçı mübahisəli Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C nömrəli evin 45A nömrəli mənzilinin onun mülkiyyətində olmasını, cavabdehin həmin mənzili qanunsuz zəbt etdiyini irəli sürərək mənzilin təhvil verilməsini tələb edir.
36. İddiaçı mülkiyyətçi olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədi təqdim etsə və mənzilin cavabdehin faktiki sahibliyində olması mübahisəsiz olsa belə, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi ilə bağlı iddiaların təmin edilməsi üçün digər zəruri şərt - cavabdehin sahibliyinin qanunsuz olması faktı iş materialları ilə öz təsdiqini tapmır.
37. Əksinə, işdəki sübutlarla müəyyən olunur ki, cavabdehin əvvəl yaşadığı mənzilin yerləşdiyi bina sökülmüş, yeni inşa edilmiş binada əvvəlki binanın sakinlərin mənzillərinə müvafiq yeni mənzillər verilmişdir. İddiaçı tərəfin dəlilləri ondan ibarətdir ki, köhnə binada cavabdeh və onun atasının iki mənzili olmuş, həmin mənzillərin əvəzində yeni binada 2 mənzil – 14 və 14A nömrəli mənzillər verilmişdir. Lakin, iş materiallarında olan müqavilələrdən görünür ki, hər iki mənzil 100 kv.m-dən ibarət olan 30 nömrəli mənzilin əvəzində verilmişdir. Cavabdehin mülkiyyətində olan mənzil isə 29 nömrəli mənzil olmuş, bu mənzilin əvəzində isə yeni mənzildə heç bir mənzil verilməməsi məntiqsizdir. Görünən odur ki, yeni bina istismara verilərkən mənzil cavabdehin sahibliyinə verilmiş, cavabdeh mənzili sahibliyinə qəbul etmiş, uzun illər ərzində idarə etmişdir.
38. İş materiallarında olan su, işıq və s. kommunal xidmət müqavilələrindən və ödəniş qəbzlərindən görünür ki, cavabdehin adına abonent kodları var və həmin mübahisəli mənzil üzrə kommunal ödənişlər onun tərəfindən həyata keçirilir. Həmçinin işin faktiki halı olaraq da müəyyən edilir ki, mübahisəli mənzilin açarları 10 ildən çoxdur ki, Cavabdehdır, cavabdeh həmin illlər ərzində mübahisəli mənzilə sərbəst daxil ola bilir, yəni Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C nömrəli evin 45A nömrəli mənzili artıq ona təhvil verilmişdir. Belə olan halda, mənzilin hansı əsasla cavabdehə verildiyi artıq iddiaçı tərəfindən sübuta yetirilməlidir. Halbuki cavabdehin təqdim etdiyi sübutlarla və şahid ifadələri ilə də tərəflər arasında yaranmış mənzilin alqı-satqısının baş tutduğu müəyyən olunur.
39. Sözügedən mənzilə dair müqavilənin təqdim edilməməsi mənzilin cavabdehə məxsus olmaması kimi qiymətləndirilməsi ədalətsiz yanaşma olardı. Belə ki, digər sübutlar mənzilin cavabdehə verildiyini və ona məxsus olmasını inkar etmir.
40. Məhkəmə onu da qeyd edir ki, uzun illər ərzində cavabdehin qanuni əsaslar olmadan (iddiaçının qeyd etdiyi kimi zəbtetmə) mənzilə sahiblik etməsi və iddiaçının buna dair hər hansı etirazını bildirməməsi ağlabatan deyildir.
41. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
42. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə