Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2339/2024 02.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh X3 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdeh X3 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bağı oğlundan X6 oğlunun ölümünə görə ödənilmiş 5000 manat (beş min manat), az ağır dərəcəli bədən xəsarətinə görə X4 oğluna ödənilmiş 1500 manat pulun, “Mercedes Benz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4000 manat pulun və ödənilmiş 121,50 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci il tarixdə Cavabdeh Bağı oğlu tərəfindən etibarnamə əsasında idarə olunan “Kia Optima” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Mercedes Benz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X6 oğlu vəfat etmiş, X4 oğlu az ağır dərəcəli bədən xəsarəti almış, “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə isə maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş İcbari sığorta bürosundan çıxarışdan və 060975 nömrəli sığorta aktından göründüyü kimi hadisə zamanı “Kia Optima” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər müddətə İddiaçı SŞ-da “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)- 344/2019 nömrəli hökmündən görünür ki, hadisə zamanı Cavabdeh Bağı oğlu nəqliyyat vasitəsini sərxoş halda idarə etmiş və nəqliyyat vasitəsinin istismar qaydalarını pozaraq yolnəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. “İcbari Sığorta Haqqında” Qanunun 14-cü maddəsinə əsasən, ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. X6 oğlunun ölümünə görə isə 3650 nömrəli ödəniş tapşırığından da göründüyü kimi onun qanuni nümayəndəsi X1 5000 manat məbləğində sığorta ödənişi olunmuşdur. Həmin maddənin 14.2.4-cü bəndinə əsasən, sağlamlığa vurulmuş az ağır və ya ağır dərəcəli bədən xəsarətinə görə sığorta ödənişi sığorta məbləğinin (5000) 30 %-ni təşkil edir (1500 manat). Əlavə olunmuş 2848 nömrəli ödəniş tapşırığından da görünür ki, İddiaçı Sığorta Şirkəti az ağır dərəcəli bədən xəsarətinə görə X4 oğluna 1500 manat sığorta ödənişi həyata keçirmişdir. Həmçinin iş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin rəyinə əsasən zərərçəkən X7 oğlunun idarə etdiyi “Mercedes Benz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 6090 AZN zərərin 4000 AZN hissəsi xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən, ödənilmişdir. Bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh Bağı oğlu yuxarıda qeyd etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, sərxoş olaraq nəqliyyat vasitəsini idarə etmişdir və buna görə də ona qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edir ki, ümumilikdə 10500 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini və iclasların onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin məhkəmə eletron SMS vasitəsi ilə məlumatlandırılmış) iş üzrə Cavabdeh Bağı oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə prosesində iştirak edən Cavabdeh Bağı oğlu məhkəməyə ərizə təqdim edərək, iddia tələbini etiraf etdiyini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, Cavabdeh Bağı oğlu xx.xx.2018-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Kia Optima” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi, Cavabdeh Bağı oğlunun idarə etdiyi “Kia Optima” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər İddiaçı SŞ-da sığortalanmışdır. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-344/2019 nömrəli hökmündən görünür ki, hadisə zamanı Cavabdeh Bağı oğlu nəqliyyat vasitəsini sərxoş halda idarə etmiş və nəqliyyat vasitəsinin istismar qaydalarını pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. “İcbari Sığorta Haqqında” Qanunun 14-cü maddəsinə əsasən, ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. X6 oğlunun ölümünə görə isə 3650 nömrəli ödəniş tapşırığından da göründüyü kimi onun qanuni nümayəndəsi X1 5000 manat məbləğində sığorta ödənişi olunmuşdur. Həmin maddənin 14.2.4-cü bəndinə əsasən, sağlamlığa vurulmuş az ağır və ya ağır dərəcəli bədən xəsarətinə görə sığorta ödənişi sığorta məbləğinin (5000) 30 %-ni təşkil edir (1500 manat). Əlavə olunmuş 2848 nömrəli ödəniş tapşırığından da görünür ki, İddiaçı Sığorta Şirkəti az ağır dərəcəli bədən xəsarətinə görə X4 oğluna 1500 manat sığorta ödənişi həyata keçirmişdir. Həmçinin iş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin rəyinə əsasən zərərçəkən X7 oğlunun idarə etdiyi “Mercedes Benz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 6090 AZN zərərin 4000 AZN hissəsi xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən, ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı subroqasiya qaydasında pul tələbi qanuni və əsaslı olduğundan, eləcə də, iddia cavabdeh tərəfindən etiraf edildiyindən cavabdeh X2 10500 (on min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 121,50 (yüz iyirmi bir manat 50 qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X2 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 10500 (on min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 121,50 (yüz iyirmi bir manat 50 qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X2 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2339/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2339/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver