Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2352/2023 08.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı “X1” QSC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “X1” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 MMC-yə, Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, əmlakın geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işin məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə dair Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş vəsatətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 MMC-yə, Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Entegra avtobusunun Cavabdeh1 tərəfindən iddiaçı “X1” QSC-yə qaytarılması, mübahisə predmeti olan, Entegra avtobusunun Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC-yə satılmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin avtobusla bağlı Cavabdeh3 MMC-nin adından Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsində aparılmış qeydiyyatın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə məhkəməyə vəsatət göndərərək bildirmişdir ki, iddiaçı kommersiya hüquqi şəxsidir, iddiaçının göstərdiyi cavabdehlər Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC və Cavabdeh3 MMC də kommersiya hüquqi şəxsləridir. Cavabdeh qismində göstərilən Cavabdeh1 aid hissə də birbaşa kommersiya fəaliyyəti ilə bağlıdır. Belə olmadığı halda belə, Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Odur ki, iddia ərizəsini və ona aid edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin hazırlıq iclasında vəsatətini müdafiə etdi və izatında bildirdi ki, iddiaçı “X1” QSC kommersiya hüquqi şəxsidir, iddiaçının göstərdiyi cavabdehlər Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC və Cavabdeh3 MMC də kommersiya hüquqi şəxsləridir. Cavabdeh qismində göstərilən Cavabdeh1 da sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir və mübahisə onun rəhbəri olduğu Cavabdeh3 MMC-nin kommersiya fəaliyyəti ilə bağlı yaranmışdır. Belə olmadığı halda belə, Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC hazırkı mülki iş üzrə mübahisənin predmetini təşkil edən Entegra səyyar ev yük markalı 99AA112 dövlət qeydiyyat nişanlı avtobusunun geri qaytarılmasına dair iddia ərizəsi ilə X2 QSC-yə qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir və e-2-2(113)-1977/2023 nömrəli mülki iş həmin məhkəmənin icraatındadır. Odur ki, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı “X1” QSC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmənin hazırlıq iclasında vəsatəti əsassız hesab etdi və bildirdi ki, cavabdehlərdən biri Cavabdeh1 fiziki şəxsdir. Bu səbəbdən hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Odur ki, cavabdehin vəsatətinin rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-yə məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə bildiriş göndərilsə də, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədlərini araşdırıb hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Çünki, İddiaçı “X1” QSC (VÖEN **********, FİN 151JCMZ) hüquqi şəxs kimi - AZ1029, ünvan 1 ünvan üzrə xx.xx.2009-cu il tarixdə Vergilər Nazirliyində uçota alınmışdır. “AZEMİS” və Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları ilə təsdiq edilir ki, Cavabdeh1 (VÖEN **********2, FİN xxxxxxx) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi - AZ1012, ünvan 2 ünvan üzrə xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyində uçota alınmışdır. Cavabdeh3 MMC (VÖEN **********, FİN xxxxxxx) hüquqi şəxs kimi - AZ1006, ünvan 3 ünvan üzrə xx.xx.2004-cü il tarixdə Vergilər Nazirliyində uçota alınmışdır. Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC (VÖEN **********, FİN 0VKDQ15) hüquqi şəxs kimi - AZ1006, ünvan 3 ünvan üzrə xx.xx.2014-cü il tarixdə Vergilər Nazirliyində uçota alınmışdır. Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC hazırkı mülki iş üzrə mübahisənin predmetini təşkil edən Entegra səyyar ev yük markalı 99AA112 dövlət qeydiyyat nişanlı avtobusunun geri qaytarılmasına dair iddia ərizəsi ilə X2 QSC-yə qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir və e-2-2(113)-1977/2023 nömrəli mülki iş həmin məhkəmənin icraatındadır. Yaranmış mübahisə hüquqi şəxslərlə və həmçinin qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs arasındadır. Həmçinin mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisədir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 30, 32, 263264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 MMC-yə, Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, əmlakın geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki iş, kommersiya mübahisəsi kimi mülki icraat qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2352/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2352/2023
08.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver