Məhkəmə qərarları › İş №e-2(004)-237/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-237/2023

16.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-237/2023 16.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X11 və X4 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi, Maraqlı şəxs, X11 və X8 cəlb edilməklə Cavabdehnə qarşı "hərracın və hərrac nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin sifarişi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 nömrəli xx.xx.2019cu il tarixli icra vərəqi və Nəsimi Rayon Məhkəməsinin 8(006)-193/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qərardadı əsasında,"X15” MMC hərracın təşkilatçısı olaraq xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirdiyi Hərracların, “Hərracın nəticələri haqqında” Y-712\21 nömrəli, xx.xx.2022-ci il tarixli yekun protokolun, eləcə də “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli bağlamış müqavilənin və “Hərracın nəticələri haqqında” Y-434\21 nömrəli, xx.xx.2021-ci il tarixli yekun protokolun, eləcə də “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli bağlamış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 3-cü şəxs-Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin sifarişi əsasında, cavabdeh "X15” MMC (bundan sonra MMC adlanacaq) hərracın təşkilatçısı olaraq, “Hərracın nəticələri haqqında” Y-712\21 nömrəli, xx.xx.2022-ci il tarixli yekun protokol tərtib etmiş, eləcə də “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli müqavilə bağlamış və “Hərracın nəticələri haqqında” Y- 434\21 nömrəli, xx.xx.2021-ci il tarixli yekun protokol tərtib etmiş, eləcə də “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli müqavilə bağlamışdır. Qeyd edir ki, cavabdeh MMC-nin təşkilatçılığı ilə keçirilən hər 2 hərrac maddi hüquqda nəzərdə tutulan imperativ normaların tələblərinin pozulması ilə keçirildiyindən və İcra çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsində formalaşmış hüquqi mövqeyə zidd olduğundan, həmin hərraclar və hərracların yekunları üzrə tərtib olunmuş sənədlər etibarsız hesab edilməlidir. Belə ki, hərracların yekun protokollarında aşağıdakılar göstərilir: 2.1.Sifarişçi - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsidir; 2.2.Əsas - Nərimanov Rayon Məhkəməsinin icra vərəqi - 2(005)-27/2019, xx.xx.2019-cu il; Nəsimi rayon Məhkəməsinin Qərardadı - 8(006)-193/2021, xx.xx.2021-ci il. 2.3. Hərracın təşkilatçısı - "BAKİ HƏRRAC MƏRKƏZ” MMC-dir; 2.4.Satılan əmlak- Nəsimi Rayon Məhkəməsinin 8(006)-193/2021, xx.xx.2021-ci il tarixli Qərardadına əsasən – İddiaçı adına Bakı şəhəri Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 2.4.1.-torpaq sahəsi üzərində yerləşən əmlakın 3\8 hissəsi; Əmlakın ilkin satış qiyməti- 60.000 manat: Əmlakın satılmış son qiyməti – 60.000 manat (xx.xx.2022-ci il tarixli Protokol üzrə) 2.4.2.9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin İddiaçı aid olan 1\4 hissəsi; Əmlakın ilkin satış qiyməti- 630.000 manat: Əmlakın satılmış son qiyməti – 630.000 manat (xx.xx.2021-ci il tarixli Protokol üzrə) 2.5.Əmlakın alıcıları - Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019, xx.xx.2019-cu il tarixli icra vərəqinə əsasən iş üzrə tələbkarlardır; 2.6.Alıcılar - Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019, xx.xx.2019-cu il tarixli icra sənədlərinə uyğun olaraq tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunurlar; 2.7. Hərracın nəticələri haqqında protokol üzrə satılan əmlaka dair hüquqların dövlət qeydıyyatına alınmasının hüquqi əsasları 2.7.1. AR MM-nin 415.5-ci maddəsi; 2.7.2.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8.0.2-ci maddəsi. 3.Eyni zamanda, hərracların yekun protokollarına müvafiq olaraq, demək olar ki, eyni forma və məzmunlu “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Göstərilənlərlə yanaşı, onu da qeyd etmək lazımdır ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin sifarişi ilə, "xxxx" MMC-nin rəyləri əsasında, İddiaçı adına Bakı şəhəri Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən əmlakın 3\8 hissəsinin likvid dəyəri 60.000 manat və İddiaçı adına Bakı şəhəri Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin İddiaçı aid olan 1\4 hissəsinin likvid dəyəri 630.000 manat müəyyən edilmişdir. Xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 000539 nömrəli, xx.xx.2003-cü il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnamə ilə rəsmiləşdirilmiş Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsi - paylar müəyyənləşdirilmədən, 3 nəfərin, yəni X5, X9 və İddiaçı xüsusi mülkiyyətindədir. Tələblərin əsası kimi istinad edilən halların sübut olunması və tətbiq olunan hüquq normaları haqqında: 000539 nömrəli, xx.xx.2003-cü il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsi üzərində 3 nəfər şəxsin adı göstərilməklə mülkiyyətçilərin payları müəyyənləşdirilmədiyindən, mülki qanunvericiyin tələbinə görə İddiaçı, o cümlədən digər mülkiyyətçilərin əmlak üzərindəki mülkiyyət payı tam əmlakın 1\3 hissəsini təşkil etməlidir. Odur ki, əmlak qiymətləndirilən zaman, eləcə də və hərraclar keçirilərkən İddiaçı əmlak üzərində olan mülkiyyətdəki payının ilk dəfə 1\4 hissə və sonra isə 3\8 hissə müəyyən edilməsi qəbul edilən deyil və maddi hüquq normasının tələbinə açıq-aşkar ziddir. Digər tərəfdən, qanunvericiliyin tələbinə görə payları bərabər sayılan eyni mülkiyyət üzrə, İddiaçı payının əvvəlcə 1\4, sonra isə 3\8 hissə, yəni açıq-aşkar fərqli bölgülərin müəyyən edilməsi halı onu sübut edir ki, cavabdeh və 3-cü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüquqlarına qarşı ədalətsiz və qeyri-mütənasib müdaxiləyə yol verilmişdir. Bundan başqa, 000539 nömrəli, xx.xx.2003-cü il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əlavə olunmuş özəlləşdirilmiş obyektin faktiki torpaq sahəsinin plan sxeminə əsasən 10253,4 kv.m. torpaq sahəsinin İddiaçı aid edilmiş 1\4 hissəsinin likvid dəyərinin 630.000 manat və həmin ünvanda yerləşən əmlakın İddiaçı aid edilmiş 3\8 hissəsinin likvid dəyərinin 60.000 manat manat hesablamaqla, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin sifarişi əsasında, cavabdeh tərəfindən keçirilmiş Hərracların etibarsızlığı, iddia ərizəsinin 6.1-ci və 6.2-ci bəndlərində göstərilənlərlə yanaşı, həm də aşağıda qeyd olunan 2 əsasla da tam sübut olunur. Belə ki, müvafiq qiymətləndirmə hesabatlarında İddiaçı aid edilmiş 3\8 və 1\4 hissələr üzrə əmlakın və torpaq sahəsinin likvid dəyərinin müəyyən olunması açıq-aşkar göstərildiyi halda, cavabdeh tərəfindən həmin likvid dəyərləri heç bir hüquqi əsas olmadan ilkin satış qiyməti kimi qəbul olunmuş və İcra çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsində formalaşmış hüquqi mövqeyə zidd olan hərəkətə yol verilmişdir. xx.xx.2022-ci il tarixdə X11 və X8 vəsatətl məhkəməyə müraciət edərək mülki iş üzrə X11 və X4 üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "X15" MMC və maraqlı şəxs "xxxx" MMC-yə qarşı iddia ərizəs ilə məhkəməyə müraciət etmişdir. Bildirir ki, həmin mülki iş və gələcəkdə çıxarılacaq qətnamə X11 və X6 münasibətdə hüquq və vəzifələrinə birbaşa təsir edir və ona görə də bu mülki iş üzrə onlar da 3-cü şəxs qismində cəlb edilməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X11 və X4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək İddiaçı tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə, 3-cü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə, "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin sifarişi ilə, Nərimanov rayon Məhkəməsinin 2(005)-27/2019, xx.xx.2019-cu il tarixli icra vərəqi və Nəsimi rayon Məhkəməsinin 8(006)-193/2021, xx.xx.2021-ci il tarixli Qərardadı əsasında, "xxxx" MMC hərracın təşkilatçısı olaraq xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirdiyi Hərracların; “Hərracın nəticələri haqqında” Y-712\21 nömrəli, xx.xx.2022-ci il tarixli yekun protokolun, eləcə də “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” xx.xx.2022-ci il tarixli bağlamış müqavilənin və “Hərracın nəticələri haqqında” Y-434Y21 nömrəli, xx.xx.2021 -ci il tarixli yekun protokolun, eləcə də “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli bağlamış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələblərini qəbul etməyərək ilk öncə bildirir ki, iddia ərizəsi və orada göstərilən dəlillər əsassızdır. Belə ki, İddiaçı iddia ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(005)-43/2022 saylı qərardadı ilə əsaslandırılmışdır. Həmin qərardaddan 3-cü şəxslər X11 və X8 tərəfindən şikayət verilərək qərardadının ləğv edilməsi və borclu İddiaçı ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-43/2022 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 8(005)-43/2022 nömrəli qərardadından tələbkarlar X11 və X4 şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 8(005)-43/2022 nömrəli qərardadı ləğv olunmuş və Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Ramin Quliyevin hərəkətlərindən borclu İddiaçı nümayəndəsi və vəkili X10 tərəfindən verilmiş şikayət (ərizə) rədd olunmuşdur. Məhkəmə şikayətin dəlillərini əsaslı hesab edirək, qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllə 9 saylı Yük avtomobilnəqliyyat müəssisəsi kimi qeydə alınmış əmlak kompleksində borclu İddiaçı payının 3/8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli, **********88-12301 saylı çıxarışla müəyyən edilmişdir. Buna görə də, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin xx.xx.2021 -ci il tarixli, 19703- 84174 5-6 saylı məktubunda borclu İddiaçı məxsus əmlakın 3/8 hissə olaraq göstərilməsi qanunsuz sayıla bilməzdi. Göründüyü kimi, iddiaçının hərrac keçirilərkən payların düzgün müəyyən olunmaması ilə bağlı dəlili qanunsuz və əsassızdır. Bundan əlavə, iddia ərizəsində hərracların beh məbləğinin ödənilmədən keçirilməsi qeyd olunmuşdur. Hesab edir ki, iddiaçının bununla bağlı göstərdikləri dəlil də əsassızdır. Belə ki, “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur qaydaları”nın 1.4-cü bəndinə görə hərracda iştirak üçün behin məbləği daşınmaz əmlaka münasibətdə ilkin satış qiymətinin 5 faizi, daşınar əmlaka münasibətdə isə həmin qiymətin 10 faizi həcmində müəyyən edilir. Tələbkar beh ödəməkdən azaddır. Həmçinin, iddiaçı tərəfindən iddia tələbində əmlakın dəyəri ilə bağlı mütəxəssis rəyi təqdim olunmuşdur. Hesab edir ki, həmin sənədin sübut qismində qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi, MPM-də mütəxəssis rəyi növündə sübut müəyyən edilməmişdir və yalnız məhkəmədə mütəxəssisin iştirakı nəzərdə tutmuşdur. Ona görə də hesab edir ki, hərraclar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsində müəyyən olunmuş qaydalara əməl edilməklə keçirilmişdir və bu zaman hərracın nəticələrinə təsir göstərə biləcək hər hansı pozuntuya yol verilməmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X11 və X4 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim etdiyi etirazla eyni məzmunlu izahat verərərk iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron formada ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini müdafiə edir və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-43/2022 saylı qərardadı ilə İddiaçı şikayəti qismən təmin edilərək Nəsimi rayon icra şöbəsinin icra məmuru Ramin Quliyevin xx.xx.2021-ci il tarixli 19703-84147 5-6 saylı məktubunda borclu İddiaçı məxsus əmlakın 3/8 hissə olaraq göstərilməsinin qanunsuz hesab olunması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-43/2022 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-43/2022 saylı qərardadından borclu İddiaçı tərəfindən verilmiş şikayətinin təmin olunmaması, tələbkarlar X11 və X4 şikayətinin təmin olunması və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-43/2022 saylı qərardadının ləğv olunması qərara alınmışdır. Əmlak Ekspert Mərkəzinin 10 sentyabr 2021-ci il tarixli ƏEM/S 24-875/21-2 nömrəli Daşınmaz Əmlakın Bazar Dəyərinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, torpaq sahəsinin bazar dəyərini tapmaq üçün analoqlar müəyyən edilmişdir. Düzəlişlər edildikdən sonra düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla qiymətləndirilən əmlakın torpaq sahəsinin 1 sotunun bazar dəyəri yuvarlaq şəkildə 175.000 manat/0,01 ha təşkil edir. Beləliklə, Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyatı müəssisənin yerləşdiyi 10253,4 kv.m torpaq sahəsinin bazar dəyəri 102,534 sot X 175.000 manat/1sot = 17943450 manat, İddiaçı məxsus 1/3 payın dəyəri – ******* manat təşkil edir. Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyatı müəssisənin yerləşdiyi 10253,4 kv.m torpaq sahəsinin üzərində mövcud olan qeyri-yaşayış sahələri ilə birlikdə bazar dəyərini, həmçinin İddiaçı məxsus 1/3 payın dəyərini müəyyən etmək məqsədilə sifarişçi tərəfindən təqdim edilmiş icraə dəyərləri barədə hesabatlar müqayisəli şəkildə təhlil edilmişdir. Bakı şəhəri üzrə obyektinin bazar dəyərinin aylıq icarə haqqının faizi həcmində müəyyən edildiyini nəzərə alsaq ******* manat/0,05% - 10% = 20428794 manat təşkil edir. Beləliklə aparılan araşdırmalar və təhlillərə əsasən Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyatı müəssisənin yerləşdiyi 10253,4 kv.m torpaq sahəsinin üzrəində mövcud olan qeyri-yaşayış sahələri ilə birlikdə bazar dəyəri, həmçinin İddiaçı məxsus 1/3 pay=20428794 manat, İddiaçı məxsus 1/3 pay=6809598 manat təşkil edir. "X15” MMC-nin “Hərracın nəticələri haqqında” Y-712/21 nömrəli, xx.xx.2022-ci il tarixli yekun protokoldan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 8(006)-193/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında Nəsimi rayon icra və probasiya şöbəsinin sifarişi əsasında İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən torpaq sahəsi üzərində yerləşən əmlakın 3/8 hissəsi 60000 manata Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə tələbkarlar X11 və X1. "X15” MMC-nin “Hərracın nəticələri haqqında” Y-434/21 nömrəli, xx.xx.2021-ci il tarixli yekun protokoldan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 8(006)-193/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında Nəsimi rayon icra və probasiya şöbəsinin sifarişi əsasında İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisənin İddiaçı aid olan ¼ hissəsi 63000 manata Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə tələbkarlar X11 və X1. X3 və X2 Rayon Məhkəməsinin 2(005)- 27/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə uyğun olaraq tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olmuşlar. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında xx.xx.2003-cü il tarixli 000539 nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyatı müəssisəsi İddiaçı, X11 və X4 adına qeydə alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli 2(005)- 27/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ******* mnata məbləğində pulun "xxxx" MMC-nin təsisçiləri X11 və X4 xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 2(103)-5057/2020 saylı qətnaməsi ilə iddiaçılar X11 və X8 və cavabdeh İddiaçı tərəindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2019cu il tarixli 2(005)-27/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-718/2021 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2020-ci i tarixli 2(103)-5057/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Hazırda İddiaçı hərracın və onun nəticələri haqqında protokolun etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının hərrac keçirilərkən payların düzgün müəyyən olunmaması ilə bağlı iddiası qanunsuz və əsassızdır. İddiaçı müdafiə etdiyi tələbi əsaslandırmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla əksi təsdiq olunaraq, qeyd olunan hərraclarla bağlı bildirişlərin qanunla nəzərdə tutulmuş qaydada ipoteka qoyana təqdim olunması təsdiq edilmişdir. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə gedişatında hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi, Maraqlı şəxs, X11 və X8 cəlb edilməklə Cavabdehnə qarşı "hərracın və hərrac nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi" tələbinə dair iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi, Maraqlı şəxs, X11 və X8 cəlb edilməklə Cavabdehnə qarşı "hərracın və hərrac nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar