Məhkəmə qərarları › İş №e-2(004)-2386/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2386/2024

04.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2386/2024 04.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı “hərrac yekunlarının, protokollarının, müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı “hərrac yekunlarının, protokollarının, müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Abşeron rayonu Məmmədli kəndi Ə.Bayramov küçəsində yerləşən 0,007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ü/s 62,83 kv.m olan qeyri-yaşayış binasının açıq hərracda satılması barədə 05 yanvar 2022-ci il tarixli, 574/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-73/2020 saylı qətnaməsinə əsasən, Əsədova Kamilə Xanlar qızı, İddiaçı, X5 və X3 78.372,34 (yetmiş səkkiz min üç yüz yetmiş iki dollar 34 sent) ABŞ dolları pul vəsaitinin LPO Cavabdeh2 ASC-nin xeyrinə tutulması tutmanın İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0,007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi qərara alınmışdır. Həmin qətnamə üzrə icra vərəqəsi Abşeron Rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Abşeron Rayon İcra və Probasiya şöbəsinin sifarişi ilə “Bakı Hərrac mərkəzində” 05 yanvar 2022-ci il tarixində hərrac keçirilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-73/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndi Ə.Bayramov küçəsində yerləşən 0,007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ü/s 62,83 kv.m olan qeyri -yaşayış binası satışa çıxarılmış, əmlakın ilkin satış qiyməti 70000 (yetmiş min) manat müəyyən edilmiş, əmlakın satılmış son qiyməti 44625 (qırx dörd min altı yüz iyirmi beş) manat müəyyən olunmuşdur. Hərrac barədə onun məlumatı olmamış, ona bu haqda yalnız tələbkarın 06 mart 2024-cü il tarixli məktubundan sonra məlum olmuşdur. Məktubda qeyd edilirdi: “Şöbənin icraatında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-73/2020 saylı qətnaməsi üzrə Əsədova Kamilə Xanlar qızı, İddiaçı, X5 və X1 78.372,34 (yetmiş səkkiz min üç yüz yetmiş iki dollar 34 sent) ABŞ dolları pul vəsaitinin LPO Cavabdeh2 ASC-nin xeyrinə tutulması tutmanın İddiaçı mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv. metr ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi qərara alınmışdır. Qeyd olunan əmlak 44625 (qırx dörd min altı yüz iyirmi beş) manata qalib alıcı (ipoteka saxlayan ) LPO Cavabdeh2 ASC tərəfindən hərracdan alınmışdır. Qeyd olunanları nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-73/2020 saylı icra sənədi üzrə qalıq borcun Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi və LPO Cavabdeh2 ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binası boşaldılaraq tələbkara təhvil verilməsi üçün zəruri tədbirlər görülməsini xahiş edir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-73/2020 saylı qətnaməsi üzrə icra vərəqəsinin icraya yönəldilməsi, icra məmuru tərəfindən aparılmış hər hansı bir hərəkət və hərracın keçirilməsi barədə heç bir məlumat göndərilməmişdir. "xxxx" MMC tərəfindən keçirilmiş hərrac barədə heç bir məlumat verilməmiş və bununla da hərrac formal qaydada keçirərək ona məxsus olan daşınmaz əmlak dəyərindən qat-qat aşağı məbləğə satılmışdır. Əvvəla hərracı keçirən "xxxx" fəaliyyətə başladığı tarix 5 il müddəti əhatə etmir və qanunvericilikdə nəzərdə tutulmuş 5 il müddətindən az fəaliyyət göstərildiyi müəyyən olunur. Həmçinin hərrac sifarişini həyata keçirən Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən hərracın könüllü qaydada, yəni 5 gün müddətində borclu və tələbkar arasında razılıq əsasında qanunvericiliklə müəyyən olunmuş 5 ildən az olmayan daima fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata əmlakın hərracda satılmasından ötrü borclu və tələbkar arasında qarşılıqlı razılıq müəyyən etmədən əmlakı “Bakı hərrac mərkəzinə” hərracın keçirilməsi üçün sifariş göndərmişdir. Bu onu göstərir ki, icra məmuru “ipoteka haqqında qanunun”da nəzərdə tutulmuş maddələri kobud və qanunsuz olaraq, birbaşa tələbkarın marağı əsasında həyata keçirmişdir. Həmçinin hərracın keçirilməsi ilə əlaqədar ümumiyyətlə borcluya heç bir bildiriş, icraata başlamaq haqqında qərar, rəsmi və qeyri-rəsmi qaydada təqdim edilməmişdir. Onlar bu barədə yalnız tələbkarın 2024-cü il tarixli məktubundan sonra məlumatı olmuşdur. Protokolda sifarişçinin imzası yoxdur. Belə ki, Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru qrafasında imza və möhür yoxdur. Beləliklə bu protokolun etibarsızlığı açıqaydındır və hesab edir ki, mübahisələndirilən protokol məhkəmə qaydasında etibarsız sayılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, hərrac məlumatlarından da görünür ki, qanuni şəkildə keçirilmişdir, borclu və tələbkara bildiriş göndərilmiş, ən əsası isə kütləvi informasiya vasitəsində, yəni “Market” qəzetində hərracın keçirilməsi barədə elan verilmişdir. Hərracın etibarsızlığı üçün əsas yoxdur. İddianın təmin olunmamasını xahiş etmişdir. Digər cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin nümayəndələri məhkəməyə gəlməmişlər, məhkəmə Azərbaycan Respublikası MPM-nin müddəalarını nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1994-cü il tarixdə şəhid olmuşdur. İş materiallarında olan "xxxx" ASC, borcalan Əsədova Kamilə Xanlar qızı və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İPİ-1359114 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka ila yüklü edilmiş əmlak 170.000 manat məbləğində qiymətləndirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(105)-73/20 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-479/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsinin faiz, cərimə borcu və ipoteka predmetinin qiymətinə dair hissədə dəyişdirilməsi, apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdehlər Əsədova Kamilə Xanlar qızından, X2 və X1 14.521,86 (on dörd min beş yüz iyirmi bir dollar, səksən altı sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə borcu, cəmi 78.372,34 (yetmiş səkkiz min üç yüz yetmiş iki dollar otuz dörd sent) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq iddiaçıya ödənilməsi, ipoteka predmeti - Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı və cavabdehlərdən müştərək qaydada ekspertiza xərci olan 50 (əlli) manatın dövlət büdcəsinə, 350 (üç yüz əlli) manatın S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzini hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-4493/2020 saylı qərarına əsasən iddiaçı LPO Cavabdeh2 ASC-nin və cavabdeh Əsədova Kamilə Xanlar qızının kassasiya şikayətləri təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-73/2020 saylı iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmışdır. Həmin qərarda olan Abşeron Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli 2(012)- 479/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Əsədova Kamilə Xanlar qızından, X2 və X1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 63350,48 ABŞ dolları, əsas borca hesablanmış faiz borcu 39993,07 ABŞ dolları, cərimə borcu üzrə 10.000 ABŞ dolları olmaqla, cəmi 113343,55 ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, habelə iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin iddiaçı LPO Cavabdeh2 ASC-yə verilməsi, tələbin İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 66500 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 574/21 №-li, xx.xx.2021-ci il tarixli 574/21 №-li bildirişlərin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 11:00-də ilkin satış qiyməti 70000 manat və xx.xx.2021-ci il tarixdə, saat 11:00-də ilkin satış qiyməti 59500 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə bildirişlər Əsədova Kamilə Xanlar qızı, X5, X6, İddiaçı və Cavabdeh2 ASC-yə göndərilmiş, İddiaçı iddiada qeyd etdiyi ünvan üzrə (Abşeron rayonu Məhəmmədi kəndi) Əsədova Kamilə Xanlar qızı və X5 tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş “Market reklam və elanlar” qəzetinin xx.xx.2021xx.xx.2021-ci tarixli və xx.xx.2021-xx.xx.2021-ci il tarixli qəzetlərin surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyriyaşayış binası üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 05 yanvar 2022-ci il tarixli 574/2021 nömrəli protokolunun surətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(105)- 73/20 nömrəli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binası keçirilən 2 hərrac baş tutmadığına görə ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh2 ASC əmlakı 44625 manata aldı. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli 2(012)-479/2018 saylı qətnaməsi ilə cavabdehlər Əsədova Kamilə Xanlar qızından, X2 və X1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 63350,48 ABŞ dolları, əsas borca hesablanmış faiz borcu 39993,07 ABŞ dolları, cərimə borcu üzrə 10.000 ABŞ dolları olmaqla, cəmi 113343,55 ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, habelə iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin iddiaçı LPO Cavabdeh2 ASC-yə verilməsi, tələbin İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 66500 manat müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(105)-73/20 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-479/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsinin faiz, cərimə borcu və ipoteka predmetinin qiymətinə dair hissədə dəyişdirilməsi, apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdehlər Əsədova Kamilə Xanlar qızından, X2 və X1 14.521,86 (on dörd min beş yüz iyirmi bir dollar, səksən altı sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə borcu, cəmi 78.372,34 (yetmiş səkkiz min üç yüz yetmiş iki dollar otuz dörd sent) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq iddiaçıya ödənilməsi, ipoteka predmeti - Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı və cavabdehlərdən müştərək qaydada ekspertiza xərci olan 50 (əlli) manatın dövlət büdcəsinə, 350 (üç yüz əlli) manatın S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzini hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)- 4493/2020 saylı qərarına əsasən iddiaçı LPO Cavabdeh2 ASC-nin və cavabdeh Əsədova Kamilə Xanlar qızının kassasiya şikayətləri təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-73/2020 saylı iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmışdır. Daha sonra Abşeron rayon icra şöbəsinin sifarişi əsasında hərrac keçirilmiş, iki dəfə keçirilmiş hərrac zamanı alıcı olmadığından hərrac baş tutmamış, "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 05 yanvar 2022-ci il tarixli 574/2021 nömrəli protokolunun surətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(105)-73/20 nömrəli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binası keçirilən 2 hərrac baş tutmadığına görə ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh2 ASC əmlakı 44625 manata almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur İş materiallarından gorundur ki, hərracların keçirilməsi ilə bağlı bütün iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elanlar dərc edilmişdir. Buna baxmayaraq iddiaçı hərrac barədə məlumatsız olduğuna, hərracın qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmaqla keçirildiyinə istinad edərək, bu əsaslarla da hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla da, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. İddiaçının iddia ərizəsində istinad etdiyi digər hallar (5 il daimi fəaliyyət göstərməyən hərrac təşkilatının seçilməsi, həmin təşkilata sifariş verilməsi və s.) cavabdeh qismində cəlb etdiyi hüquqi şəxsin səlahiyyət dairəsinə deyil, müvafiq icra qurumunun səlahiyyətlərinə aid olan məsələlərdir. Nəzərə alınmalıdır ki, müvafiq hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, cavabdeh "xxxx" MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilməmişdir, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı "xxxx" MMC-nin Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən 0,007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ü/s 62,83 kv.m olan qeyri-yaşayış binasının açıq hərracda satılması barədə 05 yanvar 2022-ci il tarixli, 574/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı "xxxx" MMC-nin Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən 0,007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ü/s 62,83 kv.m olan qeyri-yaşayış binasının açıq hərracda satılması barədə 05 yanvar 2022-ci il tarixli, 574/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar