Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2409/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı «xxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxx» ASC Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “Fiat Doblo” markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli MİC1900002 nömrəli avtonəqliyat vasitələrinin könüllü sığortası şəhadətnaməsi (KASKO) əsasında ödənilmiş 10.000,46 manat sığorta ödənişi (subroqasiya qaydasında), ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10.030,46 manat pulun tutularaq iddiaçı «xxxxxxxxxxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Nissan Sunny” markalı ** HX *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ilə hərəkət edən zaman üstünlük tələbini pozmuş, nəticədə «xxxxxxxxxxxx» ASC-də xx.xx.2019-cu il tarixli MİC1900002 nömrəli avtonəqliyat vasitələrinin könüllü sığortası şəhadətnaməsi (KASKO) əsasında sığortalanmış “Fiat Doblo” markalı ** JN *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı Sabunçu DYPİ-nin İŞ-də tərtib olunmuş cinayət işinin rədd olunması haqqında xx.xx.2019-cu il tarixli qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh müəyyən edilmişdir. Hadisə nəticəsində “Fiat Doblo” markalı ** JN *** dövlət nömrə nişanlı avtomobilə 15.100,46 manat maddi zərər dəymişdir. xx.xx.2019-cu il tarixli MİC ******* saylı sığorta şəhadətnaməsinə və AKS 190388 saylı xx xxxxxx 2019-cu il tarixli sığorta ödənişi aktına əsasən «xxxxxxxxxxxx» ASC tərəfindən 15.000,46 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti icbari sığorta şəhadətnaməsinə əsasən “xxxxxxxxxxxx” ASC-də sığortalandığından 5.000 manat sığorta ödənişi “xxxxxxxxxxxx” ASC-dən alınmışdır, iddiaçı qalan 10.000,46 manat sığorta ödənişini cavabdehdən tələb edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildiriş göndərilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiaəsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatından və işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, «xxxxxxxxxxxx» ASC-də xx.xx.2019-cu il tarixli MİC1900002 nömrəli avtonəqliyat vasitələrinin könüllü sığortası şəhadətnaməsi (KASKO) əsasən “xxxxxxx” MMC-yə məxsus olan “Fiat Doblo” markalı, 2017-ci il buraxılışlı, ** JN *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi 25.000 manat dəyərində sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Nissan Sunny” markalı ** HX *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ilə hərəkət edən zaman üstünlük tələbini pozmuş, nəticədə «xxxxxxxxxxxx» ASC-də xx.xx.2019-cu il tarixli MİC1900002 nömrəli avtonəqliyat vasitələrinin könüllü sığortası şəhadətnaməsi (KASKO) əsasında sığortalanmış “Fiat Doblo” markalı ** JN *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı Sabunçu DYPİ-nin İŞ-də tərtib olunmuş cinayət işinin rədd olunması haqqında xx.xx.2019-cu il tarixli qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh müəyyən edilmişdir. Hadisə nəticəsində “Fiat Doblo” markalı ** JN *** dövlət nömrə nişanlı avtomobilə 15.100,46 manat maddi zərər dəymişdir. xx.xx.2019-cu il tarixli MİC ******* saylı sığorta şəhadətnaməsinə və AKS 190388 saylı xx xxxxxx 2019-cu il tarixli sığorta ödənişi aktına əsasən «xxxxxxxxxxxx» ASC tərəfindən “xxxxxxx” MMC-yə 15.000,46 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti icbari sığorta şəhadətnaməsinə əsasən “xxxxxxxxxxxx” ASC-də sığortalandığından 5.000 manat sığorta ödənişini “xxxxxxxxxxxx” ASC «xxxxxxxxxxxx» ASC-yə ödəmişdir. İddiaçı qalan 10.000,46 manat sığorta ödənişini cavabdehdən tələb edir. «xxxxxxxxxxxx» ASC cavabdehlərə geriyə tələb (subroqasiya) məktubu göndərsə də, cavabdeh müvafiq sığorta ödənişi məbləğini ödəməmişlər. Çünki, Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkən Mülki Məcəllənin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. Hazırkı halda «xxxxxxxxxxxx» ASC sığorta müqaviləsi əsasında zərərin əvəzini zərərçəkənə tam ödədiyinə görə, qeyd olunan tələb hüququ Mülki Məcəllənin 936.2-ci maddəsinin tələbinə uyğun olaraq sığorta ödənişi qismində Sığortaçı «xxxxxxxxxxxx» ASC-yə keçmişdir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Qanunun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh “Fiat Doblo” markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli avtonəqliyat vasitələrinin könüllü sığortası şəhadətnaməsi (KASKO) əsasında ödənilmiş 10.000,46 manat sığorta ödənişi (subroqasiya qaydasında) və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10.030,46 manat pul tutularaq iddiaçı «xxxxxxxxxxxx» ASCyə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Fiat Doblo” markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli MİC1900002 nömrəli avtonəqliyat vasitələrinin könüllü sığortası şəhadətnaməsi (KASKO) əsasında ödənilmiş 10.000,46 manat sığorta ödənişi (subroqasiya qaydasında), ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10.030,46 (on min otuz manat qırx altı qəpik) manat pul tutularaq iddiaçı «xxxxxxxxxxxx» ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2409/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2409/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver