Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2417/2022 04.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs qismində cəlb etdiyi 05 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs qismində cəlb etdiyi 05 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11.07.2016-cı ildə dövlət qeydiyyatına alınmış PKF AUDİT AZERBAİJAN MMC-nin təsis payının 85%-nin satın alınmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış Bakı şəhəri 5 saylı Notariat ofisində 3M- 980 nömrə ilə qeydiyyata alınmış 26.08.2020-ci il tarixli payın alqı-satqı müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə vəsatət verərək bildirmişdir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “payın alqı-satqı müqaviləsini etibarsız sayılması” tələbinə dair 2(004)-2417/2022 saylı mülki iş üzrə məhkəmə hazırlıq iclası 04.05.2022-ci il tarixə təyin edilmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra bizə məlum olmuşdur ki, Bakı Kommersiya Məhkəməsinin icraatında iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı “payın alqı-satqı müqaviləsini etibarsız sayılması” tələbinə dair 2-2(113)-1211/2022 saylı kommersiya işi mövcuddur və iş üzrə məhkəmə iclası 06.05.2022-ci il tarixə təyin edilmişdir. Hər iki iş üzrə məhkəmə mübahisəsinin predmetini -11.07.2016-cı ildə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis payının 85%-nin satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış Bakı şəhəri 5 saylı Notariat Ofisində “3M-980” nömrə ilə qeydiyyata alınmış 26.08.2020-ci il tarixli “Payın alqı-satqı müqaviləsi”nin etibarsızlığı təşkil edir. Belə olan halda hər iki işin bir-biri ilə əlaqəli olması və onların bir icraatda baxılması zəruridir. Nəzərə alsaq ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)- 1211/2022 saylı kommersiya işi daha öncə (2022-ci ilin fevral ayında) məhkəməyə təqdim edilib, o zaman hazırkı mülki işin sözügedən kommersiya işi ilə birgə baxılması məqsədəmüvafiqdir. Bu səbəbdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-2417/2022 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2- 2(113)- 1211/2022 saylı kommersiya işi ilə birlikdə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məluüçüncü maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını və vəsatəti araşdıraraq hesab edir ki, mülki iş materialları aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə qeyd edir ki, mübahisə bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisə olduğundan 2(004)-2417/2022 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia tələbinin əsasını 11.07.2016-cı ildə dövlət qeydiyyatına alınmış PKF AUDİT AZERBAİJAN MMC-nin təsis payının 85%-nin satın alınmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış Bakı şəhəri 5 saylı Notariat ofisində 3M- 980 nömrə ilə qeydiyyata alınmış 26.08.2020-ci il tarixli payın alqı-satqı müqaviləsinin etibarsız sayılması təşkil edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 31, 35, 44, 45, 263-269cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs qismində cəlb etdiyi 05 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində, qərardaddan işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-2417/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2417/2022
04.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver