Məhkəmə qərarları › İş №e-2(004)-2421/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2421/2025

23.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2421/2025 23.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14ə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14ə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ilə Rza Quliyev küçələrinin kəsişməsindəki magistral kanalizasiya xəttində profilaktik və qabaqlayıcı tədbirlərin vaxtında görülməməsi ucbatından şəxsinə və ünvan 1 ünvanındakı xüsusi mülkiyyət hüququ ilə ona məxsus mənzilinə kanalizasiya çirkabının dolması ilə vurduğu zərərə görə 3 000 manat maddi, 5 000 manat mənəvi ziyanın – cəmi 8 000 (səkkiz min) manatın cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 tutularaq xeyrinə ödənilməsi barədə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 tabeliyindəki Bakı Şəhəri Səbail Rayon Sukanal İdarəsindəndir. İŞBSTX PHŞ-in sələfi "xxxx" ASC-ninstrukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2011-ci il tarixli 68 №-li qərarı ilə təsdiq edilmişdir və sənəddə "xxxx" ASC-nin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatlar sırasında Səbail Rayon Sukanal İdarəsinin də adı göstərilmişdir. Odur ki, iddia ərizəsi üzrə cavabdeh "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin davamçısı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13. ünvan 2 ünvandakı mənzilin sahibidir və həmin ünvanda rəsmən qeydiyyatdadır. Bu mənzil əslində qədim ikimərtəbəli binaya bitişik peşəkar memar, AMEA-nın müxbir üzvü Cəfər Qiyasının layihəsi əsasında rekonstruksiya olunmuş ümumi sahəsi 223,36 kvadratmetr olan müstəqil üçmərtəbəli evdir və bütün kommunikasıya xətləri özünə məxsusdur, yəni, ayrıcadır. Ailəsinin maddi ehtiyaclarını ödəmək məqsədilə mənzilini müxtəlif vaxtlarda müxtəlif hüquqi şəxslərə və fərdi sahibkarlara icarəyə vermiş, hazırda da icarədədir. Mənzilə aid kommunal xərclərı, o cümlədən su-kanalizasiya xərclərini icarədə olanlar kommersiya qiymətləri ilə ödəyirlər. Bu il yanvarın 22-də Səbail Rayon Sukanal İdarəsinin məsuliyyət zonasına aid Nizami küçəsindəki magistral kanalizasiya xətti gecə vaxtı tutulmuş, çirkab sular mənzilə dolmuş, aləmi batırmışdır (vəziyyəti əks etdirən fotoşəkillər və binaya xidmət edən 9 saylı MKİS-nin tərtib etdiyi akt təqdim olunur). Cavabdehə təcili zəng etməyinə baxmayaraq, özünü mühəndis kimi təqdim edən Fazil adlı əməkdaşın rəhbərliyi ilə bir qrup işçi 5 saat sonra gəlib qüsuru əvvəlki primitiv üsulla açmaq istəmiş, lakin xəttin tamamilə sökdüyünü deyərək getmişdir. Ardıcıl həyəcanlı zənglərindən sonra həmin mühəndis dəstəsi ilə gələrək əsgi parçaları ilə xəttin evinə giriş hissəsini tıxayaraq şirkab axınının qarşısını müvəqqəti almış, həmin gündən 14 sutka keçməsinə baxmayaraq, magistral xətdəki əsas qüsuru aradan qaldırmamışlar, bunun nə vaxt ediləcəyini də bildirməmişlər. Yanvarın 22-dən sonra yarım ay qanuni mənzilindən istifadə hüququ tamamilə məhdudlaşmışdır. Mənzilində icarədə olan fərdi sahibkar çətin vəziyyətdə qalmış, işi pozulmuşdur, bu səbəbdən də həm fərdi sahibkarın, həm də onun maddi və mənəvi itkiləri artmaqda davam etmişdir. Musiqi kursları kimi istifadə olunması məqsədilə müddətli icarədə olan evdəki otaqlarda musuqi alətlərində ifaçılıq kursları tamamilə dayanmışdır. Müdavimlərin çoxu vəziyyətin nə vaxt düzələcəyini bilmədiyi üçün kursları tərk etmişdir. Yeni müdavimlərin gəlişi də dayanmışdır. Odur ki, icarəçi müqaviləni dərhal ləğv etmək üçün ona müraciət etmiş, icarə müqaviləsinin ləğv edilməsi və boşdayanmalara görə onlara dəymiş zərərin kompensasiyasını tələb etmişdir. Əvvəllər də eyni səbəbdən icarəçilər obyekti vaxtından əvvəl tərk etmiş, kanalizasiya xəttinin törətdiyi fəsadların aradan qaldırılmasına, otaqların təmirinə və yeni icarəçinin cəlb olunmasına külli miqdarda xərc çəkməli, zaman itirməli olmuşdur. Odur ki, həm icarəçinin, həm də icarəyəverən kimi onun stabil gəlirdən mərhum olmağının həcmini mümkün qədər azaltmaq məqsədilə məcbur qalıb icarəçi X6 (VÖEN: **********) ilə çətinliklə də olsa, razılığa gəlmişdir ki, icarə haqqından onlara 3000 (üç min) manat güzəşt etsin, otaqlarda təmir-bərpa işlərini özləri həyata keçirsinlər və fəaliyyətlərini davam etdirsinlər. Qəzanın baş verdiyi gün – 2025-ci il yanvarın 22-də elektron poçt, 23 yanvarda isə "xxxx" MMC-nin AZ1001 indeksli poçt şöbəsindən rəsmi pretenziya göndərərək vəziyyəti izah etmiş və Səbail Rayon Sukanal İdarəsinin yarıtmaz fəaliyyəti, səhlənkarlığı ucbatından Nizami küçəsinin müvafiq hissəsindəki magistral kanalizasiya xəttində baş vermiş qəzalı vəziyyət dayanandan sonra mənzilinin əvvəlki təmirli vəziyyətdə tam bərpasını, yaxud bərpa xərcinin, icarəyəgötürənin məcburi boşdayanmalarına görə dəymiş maddi ziyanın kompensasiya edilməsini tələb ediyini bildirmişdir. Lakin bugünədək pretenziyasına cavab verilməmişdir. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 və bazasında yaradılan hüquqi şəxs olmayan struktur bölməsi Səbail Rayon Sukanal İdarəsinin səhlənkarlığı üzündən Nizami küçəsinin Rza Quliyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələri arasındakı təxminən 30 metrlik hissəsindəki 200 sm diametrində olan magistral kanalizasiya xəttində vaxtlıvaxtında profilaktik tədbirlər görülmür, xətt və birləşdirici quyular yuyulub təmizlənmir, nəticədə, tez-tez eyni nöqtədə tutulur, çirkab sular şişərək yuxarıya doğru əks istiqamətə yönəlib təxminən 20 - 30 metr məsafədə yerləşən evinin təmirli mətbəxinin, sanitar qovşağının trapından çıxaraq 100 kvadratmetrdən artıq sahəsini antisanitar vəziyyətə salır. Nizami küçəsindəki əsas kanalizasiya xəttinin xarab, problemli hissəsində qüsurun əsaslı şəkildə aradan qaldırılması xahişi ilə 2014-cü ildən başlayaraq həyəcan təbili çalmaqdadır. Hər il azı 5 dəfə cavabdehə və onunhüquqi şəxs olmayan Səbail Sukanal İdarəsinin rəhbərliyinə rəsmi müraciətlər etmiş, hər dəfə gəlib balanslarında olan xətti məftilləyib açmış, bəzənsə su şırnağı ilə yumuşlar, az keçmiş yenə fəsadlar təkrarlanmaqda davam etmişdir. Müraciətlərindən birinə Səbail Rayon Sukanal İdarəsi rəisinin göndərdiyi xx.xx.2020-ci il tarixli cavab məktubunnda yazmışdır: “Səbail rayon Sukanal İdarəsi bildirir ki, daxil olmuş müraciətlə əlaqədar N.Rəfibəyli küçəsi 3/5 saylı binanın həyət və küçə kanalizasiya xətləri əməkdaşlarımız tərəfindən yerində müvafiq qaydada araşdırılmışdır. Nəzərinizə çatdıraq ki, bu binanın 13 a saylı mənzilinin kanalizasiya xətti Nizami küçəsi ilə fəaliyyət göstərən kanalizasiya xəttinə qoşulmuşdur. Küçə xətti uzun illər istismar olunan xəttdir və müəyyən vaxtlarda xəttin fəaliyyətində problemlər yaşanır və tərəfimizdən zəruri profilaktiki tədbirlər icra olunsa da, nəticəsi müvəqqəti olur. Yaranmış problemin çözülməsi üçün Nizami küçəsində asfalt örtüyü qazılmalı və xəttin müəyyən hissəsi dəyişilməlidir. Qazılacaq məkan yeri strateji inzibati binanın yaxınlığı olduğu üçün müvafiq qurumlarla razılaşdırılmalıdır. Bu məqsədlə lazımi qurumlara müraciət olunmuş və razılıq alınan kimi qazıntı işləri icra olunacaq. Bununla yanaşı hələlik xəttin fəaliyyəti tərəfimizdən nəzarətə götürülmüşdür”. Dəfələrlə məktub müəllifindən xahiş etmişdir ki, qəzalı asfalt örtüyün qazılmasına icasə üçün müraciət etdikləri məktubların tarix və nömrələrini bildirsinlər, həmin qurumlardan icazəni alsın. Lakin bunu da etməmişdirlər. Əgər cavabdeh vaxtında xahişinə əməl etsə idi, sonrakı ağır nəticələr də baş verməzdi. Bu hal 2014-cü ildə (may, avqust) 2 dəfə , 2015-ci ildə 4 dəfə (may, iyul, sentyabr, dekabr), sonrakı illərdə də bunun kimi, dəfələrlə baş vermiş, daşınmaz əmlakı ağır fəsadlara məruz qalmış, külli miqdarda xərci hesabına yenidən təmir olunmuşdur. Göründüyü kimi, yuxarıda qeyd etdikləri cavabdehin birbaşa nizamnamə öhdəlikləridir və hər il dövlətdən milyonlarla manat vəsait alan, 13 min nəfər işçisi olan bu nəhəng təşkilat əgər respublikanın paytaxtında, Baş Prokurorluğun 20 – 30 metrliyindəki bir kanalizasiya xəttindəkı qüsuru illərdən bəri aradan qaldırmaqa acizdirsə, yaxud, istəmirsə, paytaxt əhalisinə belə yarıtmaz xidmət göstərirsə, buna nə ad vermək olar? Magistral kanalizasiya xəttinin nasazlığı üzündən baş verən ağır nəticələrə görə mənzilində icarədə olan nüfuzlu təşkilatlar obyekti vaxtından qabaq tərk etmək məcburuyyətində qalmışlar, nəticədə ona külli miqdarda maddi ziyan dəymişdir. Təkcə 2024-cü ildə magistral xətt 9 dəfə tutulmuşdur. Xoşbəxtlikdən bu hallar gündüz vaxtlarında baş vermiş, təcili telefon zənglərindən sonra cavabdehin əməkdaşları gəlib tıxanmaları məftilləyib açmışlar. 2025-ci ilin yanvarında da 3 dəfə belə hal baş vermiş, son hadisə isə daha fəsadlı olmuşdur. Bu növ fövqaladə halı dərhal aradan qaldırmaq əvəzinə cavabdeh işi 15 gün uzatmış, nəhayət bir gecədə asfalt örtüyü qazaraq qüsuru aradan qaldıra bilmişlər. Lakin bu iş indi deyil, illər öncə görülməli idi. Cavabdehin yarıtmaz xidməti ona nəinki maddi, həm də kifayət qədər mənəvi zərər vurmuş, dəfələrlə mənzilinin yararsız hala düşməsi ilə yanaşı həm də evin içərisi insan sağlamlığı üçün təhlükəli natəmiz çirkablara qərq olmuş, ekoloji təhlükə yaratmışdır. Bu ziyanın nəticələrini ləğv edərkən həm də mənzilində bahalı kimyəvi preparatlarla dezinfeksiya tədbirləri görülməsi məcburiyyətində də qalmışdır. Yaranmış vəziyyət və cavabdehin bu məsələyə biganəliyi kifayət qədər əsəb gərginliyi, mənəvi iztirab keçirməyinə səbəb olmuşdur. 77 yaşı vardır. Qarabağ müharibəsi iştirakçısıdır, İİ qrup əlildir. Düz 3 il xidməti vəzifəni bu hadisələrin bilavasitə episentrində - Xankəndində yerinə yetirməli olmuş, müharibə dəhşətlərini öz vücudunda hiss etmişdir. Odur ki, nə qədər özünü ələ almağa çalışsa da, şəxsinə qarşı qanunsuz hərəkətlərə biganə qala bilmir, əsəb gərginliyi, kəskin stress keçirir. Bu səbəbdən həkimlərin tibbi müdaxiləsi də lazımi səmərə verə bilmir. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 tabeliyindəki Səbail Rayon Sukanal İdarəsinin öz işinə biganə, qeyri-peşəkar münasibəti nəticəsində əmlakına dəyən maddi, səhhətinə və ruhuna vurulan mənəvi ziyanın nəticəsidir ki, bu günlərdə 4 dəfə əsəb və ürək problemi yaşamış, hipertonik krizlər keçirmiş, məcbur qalıb qeydiyyatda olduğu 2 saylı şəhər poliklinikasında ambulator müalicələr almış, həkimlərin təkidi ilə fevralın 19dan martın 5-dək ixtisaslaşmış sanatoriya səhiyyə müəssisəsində 14 günlük ciddi müalicə kursu keçmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş şahid X9 ifadəsində İddiaçı icarəyə götürülən obyektin sahibi, Bağırzadə Sevincin həmin obyekti icarəyə götürən olduğunu, həmin yerdə özünü icraçı, Sevincin rəhbər olduğunu, həmin yeri musiqi məktəbi olaraq işlətdiklərini, məktəbin daxili işlərini idarə etdiyini, icarə haqqının 1000 manat olduğunu, hadisə baş verən gün orada olduğunu, ümumiyyətlə isə orada olduqları müddətdə bir neçə dəfə tutulmaların baş verdiyini, Azərsunun əməkdaşlarını bu barədə xəbərdar etdiklərini və onların gəlib düzəltməyə çalışdıqlarını, bu halın 2 aydan bir, ayda bir baş verdiyini, amma hər hansı tədbirin görülmədiyini, 22 yanvar səhər saat 9-da işə gəldiyini, birinci mərtəbənin tamamilə çirkab suları ilə dolduğunu, Azərsunun əməkdaşlarına məlumat verdiyini, onların gəlib bir neçə saat ərzində oranı açmaq üçün çalışdıqlarını, oranı yumaq üçün maşın gətirdiklərini, lakin kanalizasiya xəttinin çökdüyünü dediklərini, borunun dəyişdirilməli olduğunu, Səbail Rayon Sukanal İdarəsinə zəng vurduqlarını, problemin həll olunmadığını gördükdə isə Eldara iş dayandığından obyektdən çıxmaq istədiklərini bildirdiklərini, onun isə 3 ay icarə haqqını güzəşt etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X6 ifadəsində İddiaçı icarəyə götürdüyü obyektin sahibi olduğunu, hadisənin yanvarın ortası baş verdiyini, ona video atdıqlarını, videoda hər şeyi gördüyünü, sonra həmin yerə gəldiyini, hər yeri su basdığını, iy gəldiyini, Azərsu əməkdaşlarına hadisə barədə məlumat verdiklərini, lakin heç bir geri dönüş olmadığını, oranı təmizləmək üçün su olmadığını, üfunət iyinin qaldığını, 10 gün ərzində ora getmədiklərini, birinci mərtəbədə parketlərin içinə su dolduğunu, sonradan bəzi təmir işlərinin aparıldığını, dəqiq nə qədər xərc çəkildiyinin yadında olmadığını, bu hadisə baş verəndən sonra fəaliyyətlərini dayandırmalı olduqlarını, fəaliyyətlərini dayandırdıqları üçün heç bir tələbənin gəlmədiyini, ziyan dəydiyi üçün gəlirləri olmadığını, obyektdən istifadə etmədikləri üçün icarə pulunu vermədiklərini, sonuncu dəfə icarə haqqını dekabrın sonu (yanvar, fevral və mart ayları üçün) ödədiyini, aprel may iyun ayları üçün icarə haqqının güzəşt olduğunu, növbəti 3 ay, yəni iyul, avqust, sentyabr ayını ödədiklərini bildirmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Səbail Sukanal İdarəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 1 nömrəli məktubuna əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 3/5, mənzil 13a, AZ1001 (ünvan 4 ünvanda rəsmi qeydiyyatdadır. Bu mənzil əslində qədim ikimərtəbəli binaya bitişik şəkildə rekonstruksiya olunmuş, ümumi sahəsi 235 kvadratmetr olan müstəqil üçmərtəbəli yaşayış evidir. Evin bütün kommunikasiya xətləri avtonom xarakter daşıyır və ayrıca kanalizasiya xətti mövcuddur. Həmin avtonom xəttin çirklənməsinin və tutulmasının qarşısının alınması məqsədilə daimi nəzarət edilir. Lakin təşkilatın səhlənkarlığı nəticəsində Nizami küçəsində yerləşən magistral kanalizasiya xəttində vaxtında profilaktik tədbirlərin görülməməsi, xəttin yuyulub təmizlənməməsi səbəbindən tez-tez tutulmalar baş verir. Nəticədə çirkab sular şişərək əks istiqamətə yönəlir və 15 metrdən artıq məsafədə yerləşən mənzilin təmirli mətbəxinin və sanitar qovşağının trapından çıxaraq ətrafda antisanitar vəziyyət yaradır. Ötən il bu cür hal bir dəfə baş vermişdir. Əməkdaşların əraziyə gec gəlməsi səbəbindən çirkab sular mənzilə axaraq əhəmiyyətli maddi ziyan vurmuşdur. Analoji vəziyyətin yenidən təkrarlanması və mənzilə zərər dəyməsi halında, vurulmuş zərərin, habelə həmin zərərin aradan qaldırılmasına sərf olunmuş vaxt itkisinə görə dəymiş maddi ziyanın mülki qanunvericiliyə uyğun olaraq təşkilatdan tələb ediləcəyi bildirilir. "xxxx" ASC-nin rəsmi internet səhifəsində göstərilən, “Bakı Sukanal” idarəsinin fəaliyyətinin əsas istiqaməti su təchizatı və kanalizasiya şəbəkələrinə müasir standartlar səviyyəsində xidmət göstərmək, Bakı şəhəri əhalisini içməli su və kanalizasiya xidmətləri ilə təmin etməkdən ifadəsi ilə Bakı şəhəri əhalisi qarşısında müvafiq öhdəlik götürülmüşdür. Müasir kanalizasiya standartları üzrə mövcud məlumatlara əsasən, kanalizasiya xətləri insan orqanizmindəki damar sisteminə bənzədilir. Necə ki, damarların tutulması ciddi fəsadlara, hətta ölümlə nəticələnə bilirsə, kanalizasiya xətlərinin tutulması da ağır nəticələrə səbəb olur. Bu səbəbdən müasir yanaşmalara görə kanalizasiya xətləri qrafik əsasında, vaxtında və mütəmadi şəkildə güclü su şırnağı ilə yuyulmalı, ara quyularında qumyığan qurğular quraşdırılmalı və toplanmış çöküntülər mütəmadi təmizlənməlidir. Diametri 200 mm olan kanalizasiya xətlərinin (Nizami küçəsində də mövcud olan ölçü) ildə azı dörd dəfə güclü su şırnağı ilə yuyulması tələb olunur. 4–5 ay ərzində xəttinin yuyulması müşahidə edilməmişdir. Bir neçə il əvvəl Nadir adlı əməkdaş tərəfindən xəttin rübdə bir dəfə güclü su şırnağı ilə yuyulmasının qrafikə salındığı və buna ciddi əməl ediləcəyi bildirilsə də, faktiki olaraq bu tədbirlər görülmür və nəticədə əmlaka zərər vurmaqda davam olunur. Bu səbəbdən hər üç ayda bir dəfə aidiyyəti quruma rəsmi müraciət etməklə əsas vəzifələrin xatırladılmasının zəruri olduğu qeyd edilir. Sözügedən magistral kanalizasiya xəttinin həssas hissələri təxminən 4 ay əvvəl yuyulmuşdur və hər an tutulmaq təhlükəsi mövcuddur. Yeni fəsadların qarşısının alınması məqsədilə Nizami küçəsinin İbrahimli, Rza Quliyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələri arasında yerləşən, təxminən 200–300 metr məsafəni əhatə edən magistral kanalizasiya xəttinin və onun birləşmələrinin həssas hissələrinin 1 (bir) həftə ərzində güclü su şırnağı ilə təcili qaydada yuyulub təmizlənməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Səbail Sukanal İdarəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 8 nömrəli məktubuna əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 3/5, mənzil 13a, AZ1001 (ünvan 4 ünvanda rəsmi qeydiyyatdadır. Bu mənzil əslində qədim ikimərtəbəli binaya bitişik şəkildə rekonstruksiya olunmuş, ümumi sahəsi 235 kvadratmetr olan müstəqil üçmərtəbəli yaşayış evidir. Evin bütün kommunikasiya xətləri avtonom xarakter daşıyır və ayrıca kanalizasiya xətti mövcuddur. Həmin avtonom xəttin çirklənməsinin və tutulmasının qarşısının alınması məqsədilə daimi nəzarət edilir. Lakin təşkilatın səhlənkarlığı nəticəsində Nizami küçəsində yerləşən magistral kanalizasiya xəttində vaxtında profilaktik tədbirlərin görülməməsi, xəttin yuyulub təmizlənməməsi səbəbindən tez-tez tutulmalar baş verir. Nəticədə çirkab sular şişərək əks istiqamətə yönəlir və 15 metrdən artıq məsafədə yerləşən mənzilin təmirli mətbəxinin və sanitar qovşağının trapından çıxaraq ətrafda antisanitar vəziyyət yaradır. Ötən il bu cür hal bir dəfə baş vermişdir. Əməkdaşların əraziyə gec gəlməsi səbəbindən çirkab sular mənzilə axaraq əhəmiyyətli maddi ziyan vurmuşdur. Analoji vəziyyətin yenidən təkrarlanması və mənzilə zərər dəyməsi halında, vurulmuş zərərin, habelə həmin zərərin aradan qaldırılmasına sərf olunmuş vaxt itkisinə görə dəymiş maddi ziyanın mülki qanunvericiliyə uyğun olaraq təşkilatdan tələb ediləcəyi bildirilir. "xxxx" ASC-nin rəsmi internet səhifəsində göstərilən, “Bakı Sukanal” idarəsinin fəaliyyətinin əsas istiqaməti su təchizatı və kanalizasiya şəbəkələrinə müasir standartlar səviyyəsində xidmət göstərmək, Bakı şəhəri əhalisini içməli su və kanalizasiya xidmətləri ilə təmin etməkdən ifadəsi ilə Bakı şəhəri əhalisi qarşısında müvafiq öhdəlik götürülmüşdür. Müasir kanalizasiya standartları üzrə mövcud məlumatlara əsasən, kanalizasiya xətləri insan orqanizmindəki damar sisteminə bənzədilir. Necə ki, damarların tutulması ciddi fəsadlara, hətta ölümlə nəticələnə bilirsə, kanalizasiya xətlərinin tutulması da ağır nəticələrə səbəb olur. Bu səbəbdən müasir yanaşmalara görə kanalizasiya xətləri qrafik əsasında, vaxtında və mütəmadi şəkildə güclü su şırnağı ilə yuyulmalı, ara quyularında qumyığan qurğular quraşdırılmalı və toplanmış çöküntülər mütəmadi təmizlənməlidir. Diametri 200 mm olan kanalizasiya xətlərinin (Nizami küçəsində də mövcud olan ölçü) ildə azı dörd dəfə güclü su şırnağı ilə yuyulması tələb olunur. 4–5 ay ərzində xəttinin yuyulması müşahidə edilməmişdir. Bir neçə il əvvəl Nadir adlı əməkdaş tərəfindən xəttin rübdə bir dəfə güclü su şırnağı ilə yuyulmasının qrafikə salındığı və buna ciddi əməl ediləcəyi bildirilsə də, faktiki olaraq bu tədbirlər görülmür və nəticədə əmlaka zərər vurmaqda davam olunur. Bu səbəbdən hər üç ayda bir dəfə aidiyyəti quruma rəsmi müraciət etməklə əsas vəzifələrin xatırladılmasının zəruri olduğu qeyd edilir. Sözügedən magistral kanalizasiya xəttinin həssas hissələri təxminən 4 ay əvvəl yuyulmuşdur və hər an tutulmaq təhlükəsi mövcuddur. Yeni fəsadların yaranmasının qarşısının alınması məqsədilə Nizami küçəsinin İbrahimli, Rza Quliyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələri arasında yerləşən, təxminən 200–300 metr məsafəni əhatə edən magistral kanalizasiya xəttinin və onun birləşmələrinin həssas hissələrinin təcili olaraq güclü su şırnağı ilə yuyulub təmizlənməsi xahiş olunmuşdur. İş materiallarında olan 9 saylı MKİS-nin mühəndisi Anar Ramazanov, 9 saylı MKİSnin sahə bələdçisi Cavidan Əhmədli, N.Rəfiləyli küçəsi 3/5, mənzil 13a sakini İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli akta əsasən Nigar Rəfibəyli küçəsi 3,5 mənzil 13 a ünvanındakı mənzilin birinci mərtəbəsindəki sanitar qovşağının trapından çıxan çirkab suları otaqlara dolmuş, ümumi sahəsi 100 kvadratmetrə yaxın olan mərtəbənin laminat döşəmələrini və divarlarının döşəməyə yaxın hissələrini isladaraq yararsız hala saldığı təsdiqlənmişdir. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli müqavilə üzrə icarəyə verən İddiaçı tərəfindən X5 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubuna əsasən 28 yanvar 2025-ci il tarixli məktuba cavab olaraq, tərəflər arasında bağlanmış 24 iyun 2024-cü il tarixli icarə müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, sənədlər üzrə rəsmi ünvanı ünvan 5nci ünvanı ünvan 7 kv.m) təşkil edən mənzil musiqi kursları kimi istifadə olunması məqsədilə X5 icarəçi qismində müddətli istifadəyə verilmişdir. Obyektin qoşulduğu Nizami küçəsində yerləşən və Səbail Rayon Sukanal İdarəsinin balansında olan magistral kanalizasiya xəttinin Rza Quliyev küçəsi ilə kəsişməsində uzun illərdir problemli hissə mövcuddur. İcarə müqaviləsi bağlanmazdan əvvəl bu hal barədə məlumat verildiyini, eyni zamanda Səbail Rayon Sukanal İdarəsinin də bu problemdən xəbərdar olduğu və həmin hissənin daim nəzarətdə saxlanıldığı bildirilmişdir. Keçən il və cari ilin ilk ayında kanalizasiya sistemində mütəmadi baş verən fəsadlar, xüsusilə 22 yanvar 2025-ci il tarixdə birinci mərtəbəyə çirkab suların dolması nəticəsində antisanitar vəziyyətin yaranması və təxminən 100 kv.m sahənin yararsız hala düşməsi səbəbindən obyekt üzrə fəaliyyətin qeyri-müəyyən müddətə dayanması və obyektdən normal istifadənin mümkünsüz olması faktı İddiaçı tərəfindən başa düşülən hesab edilmiş, bu əsaslarla icarəçi tərəfindən irəli sürülmüş tələbin haqlı olduğu qəbul olunmuşdur. Hadisə baş verən gün onun tərəfindən dərhal Səbail Rayon Sukanal İdarəsinə, habelə idarənin tabe olduğu İŞST X14 rəhbərliyinə müraciət edilmiş, Nizami küçəsində yerləşən magistral kanalizasiya xəttindəki qüsurun əsaslı şəkildə aradan qaldırılması, dəfələrlə yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq işlərin vaxtında görülməməsi nəticəsində xəttin tamamilə çökməsi və çirkab suların mənzilə axması səbəbindən dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə pretenziya təqdim olunmuşdur. Bununla yanaşı, aidiyyəti qurumlara yazılı şikayətlər göndərilmiş, məsul vəzifəli şəxslərlə görüşlər keçirilmişdir. Aidiyyəti qurumlar tərəfindən yaxın bir neçə gün ərzində küçədə asfalt örtüyünün açılacağı və xəttin qüsurlu hissəsinin yenisi ilə əvəz olunacağı bildirilmişdir. İcarəçinin tələbi haqlı hesab edilərək, kursların uzun müddət fəaliyyət göstərməməsi nəticəsində icarəçiyə əhəmiyyətli maliyyə itkiləri dəymişdir. Qəza nəticəsində obyektin birinci mərtəbəsində yaranmış arzuolunmaz vəziyyətin aradan qaldırılması, divar və döşəmələrin təmir-bərpa işlərinin aparılması, habelə iş qrafikinin bərpası məqsədilə ödənilməli olan icarə haqqından 3000 (üç min) manat məbləğində birdəfəlik güzəşt edilməsi barədə icarəçinin tələbinin nəzərə alınacağı və həmin güzəştin qısa müddət ərzində həyata keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli müqavilə üzrə icarəçi X6 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubuna əsasən tərəflər arasında 24 iyun 2024-cü il tarixli icarə müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, sənədlər üzrə rəsmi ünvanı ünvan 8nci ünvanı ünvan 7 kv.m) təşkil edən mənzil musiqi kursları kimi istifadə olunması məqsədilə müddətli istifadəyə icarəçiyə verilmişdir. Obyektin daxilində qarşılıqlı razılıq əsasında xeyli xərc çəkilərək müəyyən dəyişikliklər, xırda təmir və dizayn işləri aparılmış, əmlak müqavilə şərtlərinə uyğun şəkildə istifadə edilmiş, obyektin fəaliyyət üçün tam yararlı olduğu və uzun müddət istifadəsinin nəzərdə tutulduğu bildirilmişdir. Lakin ötən il və cari ilin ilk ayında icarəçidən asılı olmayan səbəblərdən kanalizasiya sistemində mütəmadi fəsadlar baş vermiş, xüsusilə 22 yanvar 2025-ci il tarixdə birinci mərtəbəyə çirkab suların dolması nəticəsində antisanitar vəziyyət yaranmış, təxminən 100 kv.m sahə yararsız hala düşmüşdür. Bu hal obyektin normal istifadəsini mümkünsüz etmiş və fəaliyyətin qeyri-müəyyən müddətə dayandırılmasına səbəb olmuşdur. Bu səbəbdən icarəçi 24 iyun 2024-cü il tarixli icarə müqaviləsinə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək məcburiyyətində qaldığını, obyektin dərhal təhvil alınmasını, yaxud kanalizasiya probleminin yaxın günlərdə tam həll olunacağı təqdirdə, qəza nəticəsində fəaliyyət qrafikinin pozulması, kurs müdavimlərinin əhəmiyyətli hissəsinin itirilməsi, yeni müdavimlərin cəlb olunmasının dayanması və ciddi maliyyə zərərlərinin yaranması səbəbindən aparılacaq yeni təmir işləri və iş qrafikinin bərpası məqsədilə ödənilməli olan icarə haqqından ən azı 3000 (üç min) manat məbləğində birdəfəlik güzəşt edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli prentenziya (xəbərdarlıq) məktubuna əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 3/5, mənzil 13a, AZ1001 (ünvan 4 ünvanda rəsmi qeydiyyatdadır. Bu mənzil əslində qədim ikimərtəbəli binaya bitişik şəkildə rekonstruksiya olunmuş, ümumi sahəsi 235 kvadratmetr olan müstəqil üçmərtəbəli yaşayış evidir. Evin bütün kommunikasiya xətləri avtonom xarakter daşıyır və ayrıca kanalizasiya xətti mövcuddur. Həmin avtonom xəttin tutulmasının qarşısının alınması məqsədilə daimi nəzarət edilir. Lakin Səbail Rayon Sukanal İdarəsinin balansında olan Nizami küçəsində yerləşən magistral kanalizasiya xəttində uzun müddətdir ki, vaxtında profilaktik tədbirlərin görülməməsi, xəttin yuyulub təmizlənməməsi səbəbindən mütəmadi tutulmalar baş verir. Nəticədə çirkab sular xətt üzrə şişərək əks istiqamətə yönəlir və təxminən 15 metrdən artıq məsafədə yerləşən qeyd olunan mənzilin təmirli mətbəxinin və sanitar qovşağının trapından çıxaraq antisanitar vəziyyət yaradır. Bu hallar ildə bir neçə dəfə təkrarlanır. Aidiyyəti əməkdaşların əraziyə gec gəlməsi səbəbindən çirkab sular mənzilə axaraq əhəmiyyətli maddi ziyan vurur. Əvvəlki illərdə dəfələrlə Səbail Rayon Sukanal İdarəsinə rəsmi müraciətlər edilmişdir. Səbail Rayon Sukanal İdarəsinin sabiq rəisi Rauf Osmanov tərəfindən 29 yanvar 2020-ci il tarixli RO- 02/2-57 nömrəli cavab məktubunda problemin əsaslı həlli üçün Nizami küçəsində asfalt örtüyünün qazılmasının və magistral kanalizasiya xəttinin müəyyən hissəsinin dəyişdirilməsinin zəruri olduğu, bu məqsədlə aidiyyəti qurumlara müraciət edildiyi, razılıq alındıqdan sonra qazıntı işlərinin aparılacağı, bu müddət ərzində isə xəttin nəzarətdə saxlanıldığı bildirilmişdir. Lakin həmin cavab məktubunun verilməsindən 5 ildən artıq vaxt keçməsinə baxmayaraq, qeyd olunan istiqamətdə hər hansı əsaslı tədbir görülməmişdir. Nizami küçəsində yerləşən qüsurlu magistral kanalizasiya xətti hazırda da istənilən vaxt tutulmaqla əmlaka ciddi ziyan vurmaq təhlükəsi yaratmaqdadır. Təxminən bir ay əvvəl də analoji hal baş vermiş, magistral xəttin güclü su təzyiqi ilə yuyulmasının vacibliyi bildirilsə də, işçilər xətti məftilləməklə işlərini bitirmiş hesab etmişlər. Nəticədə 22 yanvar 2025-ci il tarixdə səhər saatlarında magistral kanalizasiya xətti yenidən tutulmuş, çirkab axıntı quyularda şişərək yuxarı qalxmış və mənzilə dolaraq ciddi maddi zərər vurmuşdur. Dərhal 955 qaynar xəttinə müraciət edilmiş, lakin operativ və effektiv tədbirlər görülməmişdir. Daha sonra Səbail Rayon Sukanal İdarəsinin əməkdaşı Fazil adlı mühəndis və onun briqadası tərəfindən əraziyə baxış keçirilmiş, magistral xəttin çökməsi səbəbindən asfalt örtüyünün qazılaraq boru xəttinin əsaslı şəkildə bərpa edilməsinin zəruri olduğu bildirilmişdir. Sahə rəisi Namiq Əsgərov tərəfindən vəziyyətin qarşısının alınması üçün təcili tədbirlər görüləcəyi bildirilsə də, mövcud vəziyyət kritik olaraq qalmaqdadır. Mənzilin bütün otaqları kəskin qoxu ilə dolmuşdur. Mənzil musiqi kursları kimi istifadə olunduğundan, yaranmış vəziyyət səbəbindən icarəçi fəaliyyətini günlərlə dayandırmaq məcburiyyətində qalacaq, bu hal isə əlavə və ciddi maddi zərərlərə səbəb olacaqdır. Əgər Səbail Rayon Sukanal İdarəsi tərəfindən əvvəllər edilmiş çoxsaylı xəbərdarlıqlar vaxtında və ciddi şəkildə nəzərə alınsaydı, baş vermiş bu ağır qəzanın qarşısı alına bilərdi. Nizami küçəsində yerləşən qeyd olunan magistral kanalizasiya xətti təcili bərpa edilmədiyi təqdirdə, həmin xəttə qoşulmuş küçəboyu çoxsaylı yaşayış və qeyri-yaşayış obyektləri də ciddi ziyan çəkəcəklərdir. Səbail Rayon Sukanal İdarəsinin balansında olan Nizami küçəsinin müvafiq hissəsində baş vermiş qəzanın təcili aradan qaldırılması, nəticədə mənzilin əvvəlki təmirli vəziyyətinə tam bərpa olunması və ya bərpa xərclərinin ödənilməsi, habelə icarəyəgötürənin məcburi boşdayanmalarına görə hər boşdayanma günü üçün 115 manat 30 qəpik (3500 : 30,4), ödənilməyən icarə haqqına görə isə hər boşdayanma günü üçün 37 manat 50 qəpik (1140 : 30,4) olmaqla, gündəlik ümumilikdə 152 manat 80 qəpik məbləğində dəymiş maddi ziyanın kompensasiya edilməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti ünvan 10 ünvanda yaşayan vətəndaş İddiaçı ünvanlandığı xx.xx.2019-cu il tarixli RO-02/2- 301 nömrəli müraciətə cavab məktubuna əsasən yoxlama zamanı həyətdən küçə quyusuna qədər olar məsafədə kanalizasiya xəttində bugünki gündə tutulmalar qeydə alınmadığı, lakin qabaqlayıcı tədbirlər tədbirlər çərçivəsində xəttdə tutulmalar yaranmaması üçün tərflərindən zəruri profilaktik tədbirlər görüldüyünü, həyət və küçə kanalizasiya xətti xüsusi avtomaşınla su şırnağı ilə yuyulduğunu, quyuların təmizləndiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti ünvan 10 ünvanda yaşayan vətəndaş İddiaçı ünvanlandığı xx.xx.2019-cu il tarixli RO-02/2- 57 nömrəli müraciətə cavab məktubuna əsasən bu binanın 13 “a” saylı mənzilinin kanalizasiya xətti Nizami küçəsi ilə fəaliyyət göstərən kanalizasiya xəttinə qoşulduğu, küçə xəttinin uzun illər istismar olunan xətt olduğu və müəyyən vaxtlarda xəttin fəaliyyətində problemlər yaşandığı, tərəflərindən zəruri profilaktiki tədbirlər icra olunsa da, nəticəsinin müvəqqəti olduğu, yaranmış problemin çözülməsi üçün Nizami küçəsində asfalt örtüyünün qazılmalı olduğu və xəttin müəyyən hissəsinin dəyişdirilməli olduğu, qazılacaq məkan yerinin strateji inzibati binanın yaxınlığı olduğu üçün müvafiq qurumlarla razılaşdırmalı olunduğu, bu məqsədlə lazımi qurumlara müraciət olunduğu və razılıq alınan kimi qazıntı işlərinin icra olunacağı, bununla yanaşı hələlik xəttin fəaliyyətinin nəzarətə götürüldüyü bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti ünvan 10 ünvanda yaşayan vətəndaş İddiaçı ünvanlandığı xx.xx.2020-ci il tarixli RO-02/2- 581 nömrəli müraciətə cavab məktubuna əsasən bu binanın 13 “a” saylı mənzilinin kanalizasiya xətti Nizami küçəsi ilə fəaliyyət göstərən kanalizasiya xəttinə qoşulduğu, küçə xətti uzun illər istismar olunan xətt olduğu və müəyyən vaxtlarda xəttin fəaliyyətində problemlər yaşandığı, zəruri profilaktiki tədbirlər icra olunduğu, lakin nəticəsinin müvəqqəti olduğu, yaranmış problemin həlli üçün Nizami küçəsində asfalt örtüyü qazılmalı və xəttin müəyyən hissəsi dəyişdirilməli olduğu, qazılacaq məkan yeri strateji inzibati binanın yaxınlığında yerləşdiyi üçün müvafiq qurumlarla razılaşdırılmalı olduğu, bu məqsədlə aidiyyəti qurumlara müraciət edildiyi və razılıq alındıqdan sonra qazıntı işləri icra olunacaağı, bununla yanaşı, hələlik xəttin fəaliyyətinin təmin edilməsi üçün xüsusi avtomaşınla yuyulduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, ev 3/5, mənzil 13a ünvanında yerləşən ümumi sahəsi 223.36 kv.m olan mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən bu müqavilə üzrə icarəyəverən xüsusi mülkiyyət hüququ ilə ona məxsus, sənədlər üzrə rəsmi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küç., ev 3/5, m. 13a, eyni zamanda ikinci ünvanı Nizami küçəsi,16 (30D) olan, sənədlər üzrə ümumi sahəsi 223,36 (faktiki sahəsi 250 kv.m.) kvadrat metr təşkil edən evini (mənzilini) musiqi kursları kimi istifadə olunması məqsədilə icarəçinin müddətli istifadəsinə verir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 090798 nömrəli geri qaytarılan talonuna əsasən İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sağlamlıq müəssisəsində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkilinin (Ombudsmanın) X1 ünvanladığı xx.xx.2025-ci il tarixli 2-5/2-8505/2025 nömrəli müraciətə cavab məktubuna əsasən mütəxəssislər tərəfindən qeyd olunan ünvanın mövcud kanalizasiya xətti yerində təftiş olunduğu və xəttin bir hissəsinin qəzalı olduğu məlum olduğu, xidmətin tabeli qurumu tərəfindən görülmüş tədbirlər nəticəsində kanalizasiya xəttinin qəzalı hissəsi dəyişdirildiyi və axıntının qarşısı alındığı, həmçinin, hazırda göstərilən ünvanda kanalizasiya xətlərinin istismarı normal şəkildə həyata keçirildiyi bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CC/0xx/xx-2025 nömrəli qiymətlənidirilmə rəyinə əsasən ünvan 13 ünvanında yerləşən mənzilə vurulmuş zərərin aradan qaldırılması üçün cəmi 2687 AZN (iki min altı yüz səksən yeddi manat) xərc tələb olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 2025-ci il tarixli 20 nömrəli qərarının 5.5-ci bəndinə əsasən fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 3/5, ümumi sahəsi 223.36 kv.m olan mənzil 13a İddiaçı mülkiyyətindədir və xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus evini (mənzilini) musiqi kursları kimi istifadə olunması məqsədilə icarəçi X4 müddətli istifadəsinə vermişdir. 2025-ci il yanvarın 22-də cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 tabeliyində olan Səbail Rayon Sukanal İdarəsinin məsuliyyət zonasına aid Nizami küçəsində yerləşən magistral kanalizasiya xəttində qəza baş vermiş, nəticədə çirkab sular iddiaçıya məxsus sözügedən mənzilə dolmuş və mənzilin istifadəsi mümkün olmamışdır. Hadisədən sonra Səbail Rayon Sukanal İdarəsinin əməkdaşları ünvana gəlmiş, xəttin açılması istiqamətində tədbirlər görmüş, lakin əsas qüsur aradan qaldırılmamış, yalnız müvəqqəti tədbirlərlə kifayətlənilmişdir. Bu müddət ərzində mənzildən istifadə mümkün olmamış, mənzil icarədə olduğuna görə icarəçinin fəaliyyəti dayanmış və nasazlıq tam aradan qaldırılanadək istifadə bərpa edilməmişdir. Hazırda iddiaçı İsmayılov X2 ilə Rza Quliyev küçələrinin kəsişməsində yerləşən magistral kanalizasiya xəttinə vaxtında profilaktik tədbirlərin görülməməsi nəticəsində ona dəymiş 3 000 manat maddi və 5 000 manat mənəvi ziyanın, cəmi 8 000 manatın cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tutularaq xeyrinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Mülki hüquq ziyanın iki növünü: əmlak ziyanı və mənəvi ziyanı fərqləndirir. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Əmlak itkiləri mülki hüquqda zərər adlandırılır. Beləliklə, zərər öz növbəsində ziyanın nəticələrinin pulla dəyərləndirilməsidir. Mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərin əsas hissəsini əmlak münasibətləri təşkil etdiyindən, mülki-hüquqi məsuliyyətdə əsasən əmlak xarakteri daşıyır. Zərərin əvəzinin ödənilməsi də məhz əmlak xarakterli mülki hüquq sanksiyasıdır. Məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, ev 3/5, mənzil 13a ünvanında yerləşən mənzilə vurulmuş zərərin aradan qaldırılması üçün cəmi 2687 AZN xərc tələb olunduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı dəymiş maddi zərərin əvəzi kimi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 2687 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə İddiaçı mənəvi zərərə görə 5000 manat məbləğində pulun cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tutulması tələbinə münasibətdə bildirir ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülkihüquq məsuliyyətinin, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Göründüyü kimi, iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, hansı mənəvi sarsıntı və iztirablar keçirməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər, əmlak hüquqlarının pozulması isə yalnız o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. İş materiallarına əsasən müəyyən edilmişdir ki, mübahisə yalnız əmlak hüquqları ilə bağlı olmuş və iddiaçının hər hansı şəxsiyyət hüquqlarına o cümlədən şərəf və ləyaqətinə, şəxsi və ailə həyatına və ya digər qeyri-əmlak hüquqlarına müdaxilə edildiyi təsdiq olunmamışdır. Bu səbəbdən mənəvi zərərin ödənilməsi tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" MMC-nin hesabına ödənilmiş 400 manat məbləğində pul “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tutularaq İddiaçı ödənilməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün 46.87 manat məbləğində ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 vurulmuş maddi zərərin əvəzi kimi 2687 manat və məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı "xxxx" MMC-nin hesabına ödənilmiş 400 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 46.87 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 vurulmuş maddi zərərin əvəzi kimi 2687 (iki min altı yüz səksən yeddi) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı "xxxx" MMC-nin hesabına ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 46.87 (qırx altı manat səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar