Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2490/2024 30.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X4, "xxxx" ASC-nin, «Azəriqaz» İstehsalat Birliyinin və "xxxx" ASC-nin üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı kommunal borcların ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4, "xxxx" ASC-nin, «Azəriqaz» İstehsalat Birliyinin və "xxxx" ASC-nin üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı kommunal borcların ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “A” literli(sol tərəf) mənzil üzrə kommunal xidmətlərə görə: 1.mərhum X6 adına qeydiyyatda olan, abonent kodu **********00010 №-li qaz sayğacı üzrə yığılıb qalmış 15 (on beş) manat məbləğdə borcun ADNŞ-nin (SOCAR) “Azəriqaz” İB-nin xeyrinə; 2.mərhum X6 adına qeydiyyatda olan, abonent kodu **********000 №-li su sayğacı üzrə yığılıb qalmış 594,03 (beş yüz doxsan dörd manat üç qəpik) manat məbləğdə borcun "xxxx" ASC-nin xeyrinə; 3.mərhum X7 adına qeydiyyatda olan, abonent kodu 04000060T150012 №-li işıq enerjisi sayğacına üzrə yığılıb qalmış 538,63 (beş yüz otuz səkkiz manat altmış üç qəpik) manat məbləğdə borcun ”Azərişıq” ASC-nin xeyrinə Cavabdeh tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********40-10301 reyestr №-li, ********** qeydiyyat №-li çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsi, dalan 15, 12 saylı, ümumi sahəsi 92.30 kv.m olan fərdi yaşayış evi rəsmi qeydlərdə bir ünvan kimi göstərilsə də, faktiki olaraq biri-birinə heç bir aidiyyatı olmayan, texniki cəhətdən bölünmüş, giriş qapıları ayrı, bir-biri ilə əlaqəsi olmayan, öz mülkiyyətçilərinə məxsus 2 (iki) fərqli “A” və “B” literli mənzillərdən ibarətdir: “A” (sol tərəf) literli yaşayış sahəsi: - ¼ hissə-İddiaçı və ¼ hissə - X8; “B” (sağ tərəf) literli yaşayış sahəsi: -¼ hissə X17 və ¼ hissə-X18 məxsusdur. Qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli 4Ə/11 reyestr №-li notariat işi üzrə Daşınmaz əmlakın alqı-satqısına dair 1 AN-1№ ******* №-li müqaviləyə əsasən, satıcı X9 ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 92.3 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 2/8 hissəsini ona satmışdır. Lakin, 2021-ci ildən etibarən dəfələrlə müxtəlif vaxtlarda həmin ünvana gələrək sahibi olduğu mənzilə daxil olmaq istəsə də, həmin vaxtlar evdə kimsənin olduğunu bilsə də qapını açmamış, daima bağlı olmuş və evə girməyi mümkünsüz olmuşdur. Bu günkü gündə də ona və digər mülkiyyətçi A.Sadiqovaya maneə yaratmaq, sahibi olduğu “A” literli mənzilə buraxmamaq məqsədi ilə ünvanda pasport qeydiyyatında olan Cavabdeh qanunsuz əməlləri, giriş qapısının açarlarının gizlətməsi, verməməsi səbəbindən sahibi olduğu mənzildə özünə aid olan hissəyə daxil olub sahiblik edib və istədiyi kimi istifadə edə bilmirlər. Bununla bağlı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-24/2023-044 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin ƏN Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/6247 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərildiyi kimi, texniki pasportun göstəricilərinə əsasən “A” literli yaşayış evinin 1-ci mərtəbədə yerləşən 1 və 4 saylı otaqlar, 2-ci mərtəbədə yerləşən 2 saylı otaq tələbkar İddiaçı istifadəsinə verilməklə o, həmin otaqlara köçürülməli, həmin fərdi yaşayış evinin giriş-çıxış qapılarının açarları tələbkar İddiaçı təqdim edilməli və fərdi yaşayış evinin tələbkar İddiaçı məxsus 1/4 hissədə mülkiyyət hüququnu pozan hərəkətlərin edilməsi borclular: N.Şirinovaya, R.Əliyevaya, X8, Cavabdeh, Aynur Əliyevaya, Anar Əliyevə, E.Şirinova, A.Əzizova və A.Mustafazadəyə qadağan olunmuşdur. Həmin icra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin icra məmurunun qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla iş üzrə icraata başlanılmış, könüllü icra üçün borclulara bildiriş göndərilmişdir. Lakin, əsas səbəbkar və evi faktiki olaraq tək idarə edən Cavabdeh yerini müəyyən etmək mümkün olmadığı, gizləndiyi üçün icra sənədində göstərilən tələbin icrası bugünkü gündə hələ də təmin edilməmiş və icra olunmadan qalmışdır. Məcburi icra tədbiri olaraq icra məmuru tərəfindən xx.xx.2024-cü ildə mənzilin “A” (sol tərəf) yaşayış hissəsinin giriş qapısının açarı təşkil edilmiş komissiyada dəvət edilmiş usta vasitəsi ilə yeni qıfılla əvəzləşdirildi, o, və digər mülkiyyətçi A.Sadiqova nəhayət ki, evə daxil ola bildilər. Həmin vaxt evin 2-ci mərtəbəsində hər iki otaqda hansısa şəxsin yaşadığı məyyən edildiyi, onun şəxsiyyəti bilinmədiyi və özünə məxsus şəxsi əşyalarının olması səbəbindən icra məmuru icra sənədində göstərilən tələbi qismən təmin etdi, mənzilə giriş məhdudlaşdırıldı, giriş qapısında çağırış vərəqəsi və icra məmurunun telefon nömrəsi qoyularaq ünvandan uzaqlaşdılar. 2 (iki) gün sonra xx.xx.2024-cü ildə, saat 12:00-da o, həmin mənzilə yaxınlaşaraq qıfılın və evin vəziyyətini yoxlamaq istəsəm də, qıfılın sındırılaraq yararsız vəziyyətə gətirildiyi, tanımadığı şəxsin yenidən evə daxil olduğu məlum oldu və bununla bağlı tərəfindən dərhal Yasamal İcra şöbəsinin icra məmuruna məlumat verildi. Hal-hazırda da borclu Cavabdeh yerini müəyyən etmək mümkün olmadığı, icradan yayındığı, gizləndiyi üçün icra məmuru tərəfindən icra tədbirləri davam etdirilir. 8. Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadənin icraatında olaraq baxılmış 2(004)-4841/2021 saylı mülki iş üzrə iddiaçılar Cavabdeh və s. cavabdehlər: Aybəniz Sadiqovaya, İddiaçı və s. qarşı iddia ərizəsi əsasında məhkəmə prosesi getdiyi müddətdə hakim yerli baxış təyin etdi və mənzilə baxış keçirildi. Yerli baxış zamanı mənzili hakim Gülnar x. şəxsən Cavabdeh təqdim etdi və həmin vaxt evin 2-ci mərtəbəsində kirayəçi qadınların yaşadığı onlara məlum oldu və hamısı bunun şahidi oldular. Mənzilə baxış zamanı hakim Gülnar xanım evin 2-ci mərtəbəsində yaşayan şəxslərdən soruşanda ki, “bəs Siz kimsiniz, burada nə edirsiniz?” Onlar da cavabında təxminən 2015-ci ildən etibarən bu evdə kirayəçi kimi yaşadıqlarını bildirdilər. Cavabdeh da həmin şəxslərin dediklərini təsdiq etdi, özü evdə yaşamasa da mütəmadi şəkildə gəlib-getdiyini, evi tək özü idarə etdiyini və müvafiq məbləğdə pul vəsaiti qazanmaq üçün mənzili kirayə verdiyini hakimə etiraf etmişdir. Evə baxış kecirilən vaxt Cavabdeh və evdə faktiki olaraq yaşayan şəxslərin məsuliyyətsizliyi, mənzili baxımsız saxlaması səbəbindən bərbad vəziyyətdə olduğu, təhlükəsizlik qaydalarının kobud şəkildə pozulduğu, hər an yanğın, partlayış, qısaqapanma, daxili tikililərin uçması, dəm qazı təhlükəsi, qəzalar baş verə biləcəyi, bitişik digər qonşu mənzillərə, ətraf mühitə və insanlara ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola biləcək və hər an fövqəladə hallar baş verə biləcək böyük fəlakət mənbəyi olması məlum oldu. Belə ki, evdə 2015-ci ildən yaşayan şəxslərin dediyinə görə mənzildə elektrik cihaz və qurğular-naqillər, sukanalizasiya sistemi-borular, qazistismar avadanlıqları, soba və s. müvafiq dövlət qurumları, mütəxəssisləri tərəfindən ümumiyyətlə heç vaxt yoxlanılmayıb, nəzarət olmayıb, qurğular, xətlər və tüstü bacaları, sızma, havalandırma və havadəyişmə xətlərin sazlığı heç vaxt müayinə olunmayıb. Bütün bunları şəxsən gördükdən və şahidi olduqdan sonra o, və digər mülkiyyətçi Aybəniz Sadiqova fərdi yaşayış evin sahibi olduğu “A” (sol tərəf) hissəsində cüzi qayda-qanun yaradana, elektrik, qaz, su təsərrüfatı işlərini nizamlayana, yaşayış sahəsində yüngül kosmetik təmir işləri görüb nöqsanları aradan qaldırana qədər elektrik, su və qaz təchizatının müvəqqəti dayandırılması qərarına gəldilər. Yasamal Rayon Məhkəməsinin 2(004)-24/2023-044 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin təmin edilməsinə evi faktiki olaraq tək idarə edən Cavabdeh tərəfindən maneə yaradıldığı, icra məmuru giriş qapısının açarını dəyişsə də Aytəkin onu sındırlaraq qapıya yeni qıfıl qoyduğu və o, qanunsuz əməllər törətməkdə davam etdiyi, bütün bu proseslər üzun müddət baş verdiyi üçün tərəfindən AR Baş nazirə, AR fövqəladə hallar nazirinə, ”Azərişıq” ASC-nin sədrinə, “Azəriqaz” İB-nin sədrinəvə "xxxx" ASC-nin sədrinəşikayət ərizəsi ilə müraciət edilərək, Z.Adıgözəlov küç., 15-ci dalan, 12 saylı ünvanda yerləşən fərdi yaşayış evin sahibi olduğu “A” (sol tərəf) hissəsinin elektrik, su və qaz təchizatının müvəqqəti dayandırılmasına göstəriş verilməsini xahiş etmişdir. Müraciətinə bü günə kimi rəsmi qaydada cavab verilməsə də, ilk öncə “Azəriqaz” İB-nin Yasamal rayonu üzrə qazın satışı üzrə Departamentinin işçiləri onunla əlaqə saxlayıb sözügedən ünvana gəlməyini istədilər. Ərazidə görüşüb ünvana yaxınlaşdılar, işçilər qapını döydükdə özü də gözləmədən kirayəçi xanım qapını açdı, xanıma özünü məzilin sahibi olaraq təqdim etdi, hətta mülkiyyət sənədlərini də ona göstərdi və onun kimliyini soruşdu, o da özünü Fidan xanım olaraq təqdim etdi, mənzilə hansı səbəbdən gəldiklərini ona anlatdı. Həmin vaxt kirayəçi xanım, bir daha bu evdə təxminən 2015-ci ildən, artıq 9 (doqquz) ilə yaxındır ki, ailəsi ilə birgə yaşadığını, evi ona şəxsən Cavabdeh verdiyi, başqa heç kəsi tanımadığı, Aytəkin evdə yaşamasa da, özünə məxsus digər mənzildə yaşasa da mütəmadi gəlib-getdiyi, hər ay Aytəkinə 200 (iki yüz) manat kirayə pulu verdiyini təsdiq etdi, eləcə də, aralarında elə ilk əvvəldən baş tutmuş razılaşmaya əsasən bütün kommunal xərclərin Aytəkin tərəfindən ödənilməli olduğunu, icra məmuru tərəfindən dəyişdirilmiş giriş qapısının qıfılını da məhz Aytəkin sındırdıraraq onu yenidən evə buraxdığını etiraf etdi və bütün bunları qaz mütəxəssisinin yanında ona bildirdi. Həmin vaxt qaz mütəxəssisi ilə aparılmış araşdırma nəticəsində məlum oldu ki, abonent kodu **********00010 №-li sayğac, hələ xx.xx.2008-ci ildə dünyasını dəyişmiş mərhum X6 adına qeydiyyatdadır və həmin sayğaca görə təxminən 2015-ci ildən yəni, evi kirayə verildiyi müddətdən etibarən fərqli vaxtlara görə bu günə kimi yığılıb qalmış 15 (on beş) manat borc olduğu müəyyən edilmişdir. Mütəxəssi həmin borcun dərhal ödənilməsini tələb etsə də, Fidan xanım, Aytəkinlə əldə edilmiş razılaşmaya əsasən, kommunal xərclər Aytəkin tərəfindən ödənilməli olduğunu bildirdi. Fidan xanıma, onun ərizəsi əsasında mənzilin qaz təchizatının dayandırılacağını bildirəndə, etirazının olmadığı, sadəcə digər mənzil tapıb köçmək üçün ona qısa vaxt verilməsini istədi. Elə həmin gün qaz mütəxəssisi mənzilin təchizatını dayandırıldı. Daha sonra ”Azərişıq” ASC-nin və "xxxx" ASC-nin işçiləri onunla əlaqə saxlayaraq, mənzildə görüşmək barədə razılaşdılar. O, da bununla bağlı kirayəçi Fidan xanıma məlumat verdi ki, həmin vaxt evdə olsun. Mütəxəssislərlə ərazidə görüşüb ünvana yaxınlaşdılar, işçilər giriş qapısını döydükdən sonra kirayəçi xanım qapını açdı, xanıma özünü təqdim etdi və mənzilə hansı səbəbdən gəldiyini ona anlatdı. "xxxx" ASCnin işçisinin araşdırması nəticəsində məlum oldu ki, abonent kodu **********000 №-li sayğac xx.xx.2008-ci ildə dünyasını dəyişmiş mərhum X6 adına qeydiyyatdadır və həmin sayğaca görə təxminən 2015-ci ildən etibarən bu günə kimi yığılıb qalmış 594,03 (beş yüz doxsan dörd) manat borc olduğu müəyyən edilmişdir. Mütəxəssis həmin borcun dərhal ödənilməsini tələb etsə də, Fidan xanım, yenə də Aytəkinlə əldə edilmiş razılaşmaya əsasən, kommunal xərcləri onun ödəməli olduğunu bildirdi. Fidan xanıma, onun ərizəsi əsasında mənzilin su təchizatının dayandırılacağını bildirəndə, etirazının olmadığı, sadəcə digər mənzil tapıb köçmək üçün qısa vaxt verilməsini istədi. Lakin, aydın olmayan səbəblərdən hələ də evin su təchizatı dayandırılmamışdır. Eyni zamanda, "xxxx" ASC-nin işçisinin apardığı araşdırma nəticəsində məlum oldu ki, abonent kodu 04000060T150012 №-li sayğac xx.xx.1976-cı ildə dünyasını dəyişmiş mərhum X7 adına qeydiyyatdadır və təxminən 2015-ci ildən etibarən bu günə kimi yığılıb qalmış 538,63 (beş yüz otuz səkkiz manat altmış üç qəpik) manat borc olduğu müəyyən edildi. Mütəxəssisi də eyni qaydada borcun dərhal ödənilməsini tələb etsə də, Fidan xanım, sözlərini təkrar etdi və kommunal xərclər Aytəkin tərəfindən ödənilməli olduğunu bildirdi. Fidan xanıma, onun ərizəsi əsasında mənzilin işıq enerjisinin təchizatının dayandırılacağını bildirəndə, etirazının olmadığı, sadəcə çox qısa vaxt verilməsini ondan istədi. Elə həmin gün mənzilin işıq təchizatı da dayandırıldı. Yuxarıda qeyd olunan faktları nəzərə alıb hesab edir ki, Cavabdeh Yasamal ray., Zülfi Adıgözəlov küçəsi, dalan 15, 12 saylı fərdi yaşayış evin sahibi olduğu “A” (sol tərəf) hissəsində yerləşən mənzili faktiki olaraq şəxsən özü tək idarə etdiyi, təxminən 2015-ci ildən etibarən 9 (doqquz) ilə yaxın müddət ərzində evi kirayə verərək çoxlu pul qazandığı, əlavə qazanc əldə etdiyi üçün, evin kommunal xidmətlər görə ödənişlərini də özü həyata keçirməli, özü məsuliyyət daşımalı, onun üzərinə düşdüyü və bütün bunlara nəzarət etməli olduğundan, abonent kodu **********00010 №-li qaz sayğacı üzrə yığılıb qalmış 15 manat borcun ADNŞ-nin (SOCAR) “Azəriqaz” İB-nin xeyrinə; abonent kodu **********000 №-li su sayğacı üzrə yığılıb qalmış 594,03 manat borcun "xxxx" ASC-nin xeyrinə; abonent kodu 04000060T150012 №-li işıq enerjisi sayğacına üzrə yığılıb qalmış 538,63 manat borcun ”Azərişıq” ASC-nin xeyrinə Cavabdeh tutularaq ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməlidir. Qeyd olunan faktiki hallar və qanunverciliyin tələbini nəzərə alıb hesab edir ki, Cavabdeh Yasamal ray., Zülfi Adıgözəlov küçəsi, dalan 15, 12 saylı fərdi yaşayış evin sahibi olduğumuz “A” (sol tərəf) hissəsində yerlşən mənzili təxminən 2015-ci ildən kirayə verərək hər ay 200 (iki yüz) manat pul qazandığı üçün kommunal xidmətlərə görə 2015-ci ildən yığılıb qalmış, ödənilməmiş pul vəsaitinin vaxtında ödənilməsinə də nəzarət etməli olduğundan və birbaşa cavabdehlik, məsuliyyət daşıdığı üçün abonent kodu **********00010 №-li qaz sayğacı üzrə yığılıb qalmış 15 manat borcun “Azəriqaz” İB-nin xeyrinə; abonent kodu **********000 №-li su sayğacı üzrə yığılıb qalmış 594,03 manat borcun "xxxx" ASC-nin xeyrinə; abonent kodu 04000060T150012 №-li işıq enerjisi sayğacına üzrə yığılıb qalmış 538,63 manat borcun ”Azərişıq” ASC-nin xeyrinə ödənilməsi məhz Cavabdeh tərəfindən təmin edilməlidir. Eyni zamanda bildirmişdir ki, AR Müdafiə Nazirliyinin ehtiyatda olan hərbi qulluqçusu olaraq, Vətən Müharibəsi qazisi, Qarabağ və Silahlı Qüvvələrin veteranıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin elektron SMS vasitəsi ilə) cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməyərək, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Oktyabr Rayon Qeydiyyat Şöbəsinin 09 iyul 1987-ci il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən X16 20 sentyabr 1976-cı il tarixdə vəfat etmişdir. - Yasamal Rayon Qeydiyyat Şöbəsinin 18 iyun 2008-ci il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən X19 24 aprel 2008-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperiza Mərkəzinin 10/6247 saylı, 30 dekabr 2022-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalanda yerləşən Azərbaycan Respublikası MDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********40-10301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı paylı mülkiyyət kimi qeydiyyata alınmış ümumi sahəsi 92,30 kv.m olan 12 nömrəli evini 4 hissəyə naturada təcrid mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X12 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Eyni zamanda tədqiq olunan yaşayış evindən İddiaçı payına düşən % (dörddə bir) hissə - 23,075 kv.m sahənin yardımçı sahələri ilə birlikdə naturada təcrid mənzillər şəklində ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89*- nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X12 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Bunun üçün texniki pasportun göstəricilərinə əsasən A literli yaşayış evinin birinci mərtəbəsində yerləşən 1 və 4 mərtəbədə yerləşən 2 saylı otaq İddiaçı istifadəsinə verilə bilər. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-24/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən “İddiaçı cavabdehlər X29, X13, X14, X33, Cavabdeh, X41, X30, X31 və X2 qarşı “paylı mülkiyyətdə olan evin sahiblik və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair” ilkin, iddiaçı X20 cavabdehlər İddiaçı, X3, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışların ləğvi edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə ilkin iddia tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/6247 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərildiyi kimi, texniki pasportun göstəricilərinə əsasən A literli yaşayış evinin birinci mərtəbəsində yerləşən 1 və 4 saylı otaqlar, ikinci mərtəbədə yerləşən 2 saylı otaq İddiaçı istifadəsinə verilməklə, o, həmin otaqlara köçürülsün. Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin giriş-çıxış qapılarının açarları İddiaçı təqdim edilsin. Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin İddiaçı məxsus ¼ hissədə mülkiyyət hüququnu pozan hərəkətlərin edilməsi cavabdehlər X18, X10, X8, X24, Cavabdeh, X34, X21, X22 və X2 qadağan olunsun. İddiaçı X20 cavabdehlər İddiaçı, X3, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “alqısatqı müqaviləsinin və çıxarışların ləğvi edilməsi tələbinə dair” qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul cavabdehlər X29, X13, X14, X33, Cavabdeh, X41, X30, X31 və X1 tutularaq, X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün”. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 24/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Həmin ünvanda Cavabdeh, X33, X41, X31, X15, X14, X29, X32, X11 qeydiyyatdadırlar. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsi, dalan 15, 12 saylı, ümumi sahəsi 92.30 kv.m olan fərdi yaşayış evi texniki cəhətdən bölünmüş, giriş qapıları öz mülkiyyətçilərinə məxsus 2 (iki) fərqli “A” və “B” literli mənzillərdən ibarətdir: “A” (sol tərəf) literli yaşayış sahəsi: - ¼ hissə-İddiaçı və ¼ hissə - X8; “B” (sağ tərəf) literli yaşayış sahəsi: -¼ hissə X17 və ¼ hissə-X18 məxsusdur. xx.xx.2021-ci il tarixli 4Ə/11 reyestr №-li notariat işi üzrə Daşınmaz əmlakın alqı-satqısına dair 1 AN-1№ ******* №-li müqaviləyə əsasən, satıcı X9 ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 92.3 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 2/8 hissəsini İddiaçı satmışdır. İddiaçı cavabdehlər X29, X13, X14, X33, Cavabdeh, X41, X30, X31 və X2 qarşı “paylı mülkiyyətdə olan evin sahiblik və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair” ilkin, iddiaçı X20 cavabdehlər İddiaçı, X3, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışların ləğvi edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə ilkin iddia tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/6247 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərildiyi kimi, texniki pasportun göstəricilərinə əsasən A literli yaşayış evinin birinci mərtəbəsində yerləşən 1 və 4 saylı otaqlar, ikinci mərtəbədə yerləşən 2 saylı otaq İddiaçı istifadəsinə verilməklə, onun həmin otaqlara köçürülməsi, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin giriş-çıxış qapılarının açarları İddiaçı təqdim edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin İddiaçı məxsus ¼ hissədə mülkiyyət hüququnu pozan hərəkətlərin edilməsi cavabdehlər X18, X10, X8, X24, Cavabdeh, X34, X21, X22 və X2 qadağan olunması, iddiaçı X20 cavabdehlər İddiaçı, X3, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “alqısatqı müqaviləsinin və çıxarışların ləğvi edilməsi tələbinə dair” qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı X4, "xxxx" ASC-nin, «Azəriqaz» İstehsalat Birliyinin və "xxxx" ASC-nin üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı kommunal borcların ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “A” literli(sol tərəf) mənzil üzrə kommunal xidmətlərə görə: 1.mərhum X6 adına qeydiyyatda olan, abonent kodu **********00010 №-li qaz sayğacı üzrə yığılıb qalmış 15 (on beş) manat məbləğdə borcun ADNŞ-nin (SOCAR) “Azəriqaz” İB-nin xeyrinə; 2.mərhum X6 adına qeydiyyatda olan, abonent kodu **********000 №-li su sayğacı üzrə yığılıb qalmış 594,03 (beş yüz doxsan dörd manat üç qəpik) manat məbləğdə borcun "xxxx" ASC-nin xeyrinə; 3.mərhum X7 adına qeydiyyatda olan, abonent kodu 04000060T150012 №-li işıq enerjisi sayğacına üzrə yığılıb qalmış 538,63 (beş yüz otuz səkkiz manat altmış üç qəpik) manat məbləğdə borcun ”Azərişıq” ASC-nin xeyrinə Cavabdeh tutularaq ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə çıxış etmək, subyektiv hüququ olaraq aidiyyəti qrumlara, "xxxx" ASC, «Azəriqaz» İstehsalat Birliyi və "xxxx" ASC-yə məxsusdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı X4, "xxxx" ASC-nin, «Azəriqaz» İstehsalat Birliyinin və "xxxx" ASC-nin üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı kommunal borcların ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X4, "xxxx" ASC-nin, «Azəriqaz» İstehsalat Birliyinin və "xxxx" ASC-nin üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı kommunal borcların ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2490/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2490/2024
30.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver