Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2496/2025 17.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yarımtikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yarımtikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvan üzrə) yerləşən 19 (on doqquz) mərtəbəli yaşayış binada xx.xx.2020-ci il tarixindən idarəçilik fəaliyyəti göstərən "xxxx" MMMC və onun sədri Cavabdeh2 tərəfindən "xxxx" MMMC–nin “Nizamnaməsi”nin 2.2.2., 2.2.3., 2.2.4., 4.1.6., 4.1.7., 4.1.8., 6.3.9., 9.1.9. bəndlərində təsbit olunan tələblərin pozulması qanunsuz hesab edilməsi, "xxxx" MMMC-nin idarə heyətinin və onun sədri Cavabdeh2 xx.xx.2020-ci il tarixdən 62 (altmış iki) aylıq idarəçilik fəaliyyəti dövründə ünvan üzrə binanın və bina sahəsində yerləşən dayanacağa aid tikinti layihə sənədlərini və digər mühüm əhəmiyyətli rəsmi sənədləri əldə etmədən fəaliyyət göstərməsi, həmin sənədləri bu günədək əldə etməməsi, binanın həyətyanı sahəsində qanunsuz inşa edilmiş 2 (iki) və 5 (beş) mərtəbəli tikililərə aid mötəbərliyi ciddi şübhə doğuran sənədlərin mənbəyinin müəyyənləşdirilməməsi, həmin qanunsuz tikililərin sökülməməsinə müəmmalı və qeyri-prinsipial mövqe nümayiş etdirilməsi, binada və binanın həyətyanı sahəsində sakinlərin yaşayışı üçün əlverişsiz şəraitin və təhlükəli halların aradan qaldırılmaması kimi hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilməsi, ünvan üzrə binanın həyətyanı mərkəzi hissəsində, 1-ci və 2-ci girişlərin qarşısında zəbt olunmuş sahədə binanın sahə mülkiyyətçilərinin hüquqlarına və qanuni mənafelərinə zidd olaraq, sakinlərin istirahətinə ciddi maneə yaradan, həyətyanı sahədə əlverişsiz şəraitə səbəb olan, tikintiyə icazə sənədi olmayan və qanunsuz inşa edilmiş 2 (iki) mərtəbəli yarıtikilinin sökülməsi, ünvan üzrə binanın həyətyanı sahəsində 19 (on doqquz) mətəbəli binanın 1-ci girişinə bitişik, tikinti layihə sənədlərində 2 (iki) mərtəbəli ofis binası kimi göstərilən, reallıqda 2 (iki) mərtəbəli ofis binasının yerində ölçüləri genişləndirilərək qanunsuz inşa edilmiş və müxtəlif sahəli biznes təyinatla fəaliyyət göstərən 5 (beş) mərtəbəli binanın səlahiyyətli qurumlar tərəfindən təsdiq edilmiş rəsmi tikinti layihə sənədinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin xx.xx.2015-ci il tarixli № 531 nömrəli rəyinə və Bakı şəhəri İcra Hakimiyyətinin 27 dekabr 2016-cı il tarixli, № 00083 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinə müvafiq ölçüdə saxlanılması və qanunsuz inşa edilmiş hissəsinin sökülməsi, ünvan üzrə binanın Eldar Ağayev küçəsi istiqamətindən binanın həyət sahəsinə aid olan girəcək hissədə strateji əhəmiyyətə malik yeganə giriş və yeganə təxliyyə yolunda avtomobillərin qanunsuz parklanmasının qarşısını almaq məqsədi ilə həmin yol hissəsində qanunsuz yerdə quraşdırılmış şlaqbaumun yeri dəyişdirilərək, həmin şlaqbaum binanın Eldar Ağayev küçəsinə tərəf sərhədində quraşdırılması, ünvan üzrə binada yarana bilən hər hansı bir təhlükəli vəziyyət, təxirəsalınmaz hallar, yaxud hər hansı bir məsələ ilə bağlı sakinlərin 24 saat ərzində müraciət etməsi üçün dispetçer və xilasetmə məntəqəsinin yaradılması,. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İddiaçı müraciətlərinə cavab verməməsi, yaxud müraciətin mahiyyəti üzrə təhrif olunmuş və natamam məzmunda geçikdirilmiş cavab verməsi qanunsuz hesab edilməsi və onun üzərinə müraciətlərə qanunvericiliyin tələblərinə müvafiq, müraciətlərin məzmununu təhrif etmədən, mahiyyəti üzrə tam məzmunda və vaxtında cavab verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu müştərək qaydada “Yasamal 43’' Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən və Cavabdeh2 tutularaq, İddiaçı ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçı bir iddia ərizəsində bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yarımtikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, **********89 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-2496/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2496/2025
17.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver