Məhkəmə qərarları › İş №e-2(004)-2510/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2510/2024

15.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2510/2024 15.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 400 (dörd yüz) manat və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 430 (dörd yüz otuz) manat tutularaq, İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02 aprel 2022-ci il tarixində cavabdeh X2 qarşı “pul” tələbi barədə iddia ərizəsi yazaraq, Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Hüquqi xidmət göstərilməsi üçün 14 dekabr 2022-ci il tarixində 53 №-li müqavilə imzalamışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, “Sifarişçi” göstərilən xidmətlərin müqabilində “İcraçı”nın hesabına köçürmə və yaxud da xəzinəsinə nağd qaydada 500 manat ödənilməsi barədə razılaşaraq, müqaviləni iki tərəli imzalamışlar. Göstərilən məbləğin 100 manatı ödənilmişdir. Lakin qalan 400 manat bu günə kimi ödənilməmiş qalmışdır. Pretenziya yazaraq, göstərdiyi hüquqi xidmətə görə ödənilməmiş 400 manatı, bank hesabına 5 gün müddətinə ödəməsini cavabdehdən xahiş etmişdir. Əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, müqavilədəki imza ona məxsusdur, lakin 500 manat barədə bənddən məlumatı yoxdur. Müqavilənin 1 il qüvvəsi var. Həmin müddətdən də 5-6 ay keçmişdir. İddiaçıya iddia ərizəsinin tərtibi üçün 100 manat vermişdir, iddiaçı iddia ərizəsi və qiyabi qaydada baxılma barədə ərizəni tərtib etmişdir, bir dəfə işin icrası ilə bağlı Xətai rayon icra şöbəsinə birlikdə getmişlər. Lakin borclu vəfat etmişdir, bugünədək qətnamə çıxsa da, borc hələdə ödənilməmişdir. Düzdür, o, pretenziya məktubu ünvanladıqdan sonra onunla əlaqə saxlamışdır ki, zəhmətinin əvəzini ödəyəcəkdir, lakin 400 manat sözünü bildirməmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 53 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı MMC qüvvədə olan qanunverciliyə müvafiq olaraq nəzərdə tutulan xidmətləri peşəkar səviyyəsində və keyfiyyətlə göstərmək, həmçinin sifarişçi Cavabdeh xidmətlərin göstərilməsi üçün lazımi təminatları ödəmək öhdəliklərini götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi göstərilən xidmətin müqabilində icraçının hesabına və ya xəzinəsinə nağd qaydada 500 manat ödəyir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 534/2022 saylı qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilərək cavabdeh X1 iddiaçı Cavabdeh xeyrinə borc qismində 3800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İddiaçı MMC tərəfindən Biləsuvar rayon İcra və Probasiya şöbəsinə göndərilən məktubdan görünür ki, borclu X3 3800 manat məbləğində borcu ödənilməmişdir. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh 25 mart 2024-cü il tarixdə göndərilən pretenziyadan görünür ki, 02 aprel 2022-ci il tarixdə cavabdeh X2 qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişlər. Hüquqi xidmət göstərilməsi üçün 14 dekabr 2022-ci il tarixdə 53 nömrəli müqavilə imzalamışlar. Müqavilənin 2.1-ci bəndinə əsasən “sifarişçi” göstərilən xidmətlərin müqabilində “icraçının” hesabına köçürmə və yaxud da xəzinəsinə 500 manat ödənilməsi barədə razılaşaraq müqaviləni iki tərəfli imzalamışlar. Göstərilən məbləğin 100 manatı ödənilmişdir. Lakin qalan 400 manat bugünə qədər ödənilməmiş qalmışdır. Göstərilən hüquqi xidmətə görə ödənilməmiş 400 manatı, bank hesablarına 5 gün müddətində ödənilməsi xahiş olunmuşdur.Məktub 26 mart 2024-cü il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş diskin məhkəmə iclasında tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı arasında “whatsapp” vasitəsilə xx.xx.2024-cü il tarixdə səsli mesajlarla danışıqlar olmuşdur. Həmin səsli mesajlarda Cavabdeh bildirmişdir ki: “sənin çəkdiyin əziyyətin pulunu özüm gətirib nağd şəkildə verəcəm. Mən də çalışıram, narahat olma, gətirib verəcəm. Mən haqq-hesabını ödəyəcəm. Biraz müddət lazımdır. Nə qədər əziyyət çəkmisən hamısını ödəyəcəm. Mən sənin zəhmətini qiymətsiz qoymaram, indi başım qarışıqdır. Məktub göndərmisən, buna ehtiyac yoxdur.” İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hüquqi xidmətlərə görə bağlanmış müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən İddiaçı MMC iddiaçının iddia ərizəsini tərtib etmiş, işin qiyabi icraat qaydasında baxılması barədə ərizəni tərtib etmiş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-534/2022 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin olunmuşdur. Göstərilən hüquqi xidmətlərin edilməsini cavabdeh qəbul etmişdir. Həmçinin iddiaçı eyni zamanda, borcun ödənilməsi, yəni qətnamənin icrası üçün İddiaçı MMC tərəfindən icra şöbəsinə müraciətlər edildiyini, cavabdehlə birlikdə icra şöbəsinə getdiyini, daha sonra müvafiq qərardadlardan verilən şikayətlərin tərtib edildiyini bildirmişdir. Belə ki, Cavabdeh izahatında məbləğlə bağlı razılaşma olmadığını və səs yazısında məbləğin deyilmədiyini bildirsə də, İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş 25 mart 2024-cü il tarixdə göndərilən pretenziya məktubunda göstərilən hüquqi xidmətə görə ödənilməmiş 400 manatı, bank hesablarına 5 gün müddətində ödənilməsi xahiş olunmuşdur, yəni Cavabdeh iddiaçı tərəfindən 400 manat ödənilməsinin tələb olunduğundan məlumatlı olmuşdur. Tərəflər arasında diskdə olan danışıqlar da pretenziyanı qəbul etdikdən sonra aparılmışdır. Belə olan halda məhkəmə bildirir ki, müqavilə göstərilən məbləğdən məlumatlı olmasa idi belə, cavabdeh həmin müqaviləni bəyənmiş olmuşdur. Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında məbləği həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPMnin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Mülki Prosessual Məcllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 400 (dörd yüz) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 430 (dörd yüz otuz) manat pul tutularaq İddiaçı MMCyə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh göstərilmiş hüquqi xidmətə görə 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 430 (dörd yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar