Məhkəmə qərarları › İş №e-2(004)-2533/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-2533/2024

27.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2533/2024 27.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 27285 manat pul vəsaitinin, vəkilə etdiyi ödənişə görə 300 manat və 173 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24250 manat pul vəsaitinin, vəkilə etdiyi ödənişə görə 300 manat və 173 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23986 manat pul vəsaitinin, vəkilə etdiyi ödənişə görə 300 manat və 161,96 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə onlayn ticarət xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, o, 4250 manat məbləği balansa köçürməli idi. Balansa qoyulan məbləğ tam qaytarılanadək aylıq əldə olunan gəlirin 50 %-i onun bank hesabına köçürülməli idi. Məbləğ qaytarıldıqdan sonra 1 il ərzində aylıq əldə olunan gəlirin 30 %-i bank hesabına köçürülməli idi. Daha sonra isə xx.xx.2022-ci il tarixdə həmin balansa onun tərəfindən 6000 manat, daha sonra 6200 manat pul vəsaiti, ümumilikdə isə 16450 manat pul vəsaiti köçürülmüşdür. Müqavilənin müddətinin xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq Cavabdeh bu günədək balansa köçürdüyü 16450 manat pulu qaytarmamışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə onun tərəfindən “Bank of Baku" ASC-dən 48 ay müddətinə hər ay 264 manat ödəmək şərti ilə 7800 manat kredit götürülərək Cavabdeh verilmişdir. Kredit götürülən zaman banka 940 manat komission və 1 il ərzində 2095 manat faiz ödənilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, onun əvəzinə ödənişləri hal hazırda özü həyata keçirir. Bu hal Cavabdeh ilə aralarındakı xx.xx.2024-cü il tarixli razılaşma ilə öz təsdiqini tapır. Bundan başqa məhkəməyə müraciət etmək üçün vəkilə 300 manat və dövlət rüsumu olaraq 171 manat ödəniş etmişdir. Həmin məbləğlər də, cavabdehdən tutulmalıdır. Dəfələrlə cavabdehə öhdəliyin yerinə yetirilməsi barədə müraciət olunsa da, heç nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən 173 manat məbləğində dövlət rüsumu məhkəmənin hesabına ödənilmişdir. İş materiallarında olan İddiaçı (sifarişçi) ilə Cavabdeh (icraçı) arasında bağlanmış Mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında 07 mart 2022-ci il tarixli, 3/X saylı müqavilədən görünür ki, sifarişçi onlayn ticarət xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada onlayn ticarət xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi onlayn ticarət vasitəsilə əldə olunan gəlir ilə ölçülür, balansa qoyulan məbləğin tam qaytarılmasına qədər aylıq əldə olunan gəlirin 50 faizi sifarişçinin bank hesabına köçürülür, gəlirlərin məxaric olunma vaxtları sifarişçi tərəfindən müəyyən olunur. Məbləğin qaytarılmasından sonra 1 il ərzində aylıq əldə olunan gəlirin 30 faizi sifarişçinin bank hesabına köçürülür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən Banka yatırılan məbləğ 2500 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 300 manat məbləğində vəsait iddiaçı tərəfindən Yusif Allahverdiyev Vəkil Bürosunun hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli razılaşmadan görünür ki, Cavabdeh ümumi olaraq İddiaçı onlayn ticarətin aparılması üçün 16450 manat götürmüş və əldə olunan gəlirdən 8593 manat pulu ödəmişdir. İddiaçı onun anasının xəstəliyi üçün Bank oğf Bakudan xx.xx.2023cü il tarixdə 48 ay olmaqla 7800 manat kredit götürmüş və borc olaraq ona vermiş, hər ay o, 264 manat kredit ödənişi etməlidir. xx.xx.2023-cü il tarixdə bir ay 264 manat kredit ödənişi etmişdir. Maddi vəziyyəti olmadığından İddiaçı 10 ay onun yerinə 264 manat banka pul ödəmişdir. Cavabdeh kredit üzrə fevral ayından başlayaraq hər ayın 8-i olmaqla, 264 manat ödəməyi və müqavilə üzrə (onlayn biznesə görə) fevral ayının 28-dən başlayaraq hər ay borc tam bağlanıb qutarana kimi 1736 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bank of Baku ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 48 ay müddətinə illik 21,5 faiz dərəcəsi ilə 18800 manat kredit verilmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı ilə Cavabdeh arasında 07 mart 2022-ci il tarixdə onlayn ticarət xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə 4250 manat, xx.xx.2022-ci il tarixdə 6000 manat, daha sonra 6200 manat pul vəsaiti, ümumilikdə isə 16450 manat pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh verilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən Bank of Baku ASC-dən 48 ay müddətinə hər ay 264 manat ödəmək şərtilə 7800 manat kredit götürülərək ona verilmişdir. Kredit götürülən zaman 940 manat komission və 1 il ərzində 2095 manat faiz ödənilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə və razılaşmaya əsasən Cavabdeh İddiaçı 27285 manat borcu vardır. Pul məbləğinin 14 gün ərzində geri qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 07 mart 2022-ci il tarixdə Mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. İddiaçı (sifarişçi) ilə Cavabdeh (icraçı) arasında bağlanmış Mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında 07 mart 2022-ci il tarixli, 3/X saylı müqaviləyə əsasən sifarişçi onlayn ticarət xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada onlayn ticarət xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi onlayn ticarət vasitəsilə əldə olunan gəlir ilə ölçülür, balansa qoyulan məbləğin tam qaytarılmasına qədər aylıq əldə olunan gəlirin 50 faizi sifarişçinin bank hesabına köçürülür, gəlirlərin məxaric olunma vaxtları sifarişçi tərəfindən müəyyən olunur. Məbləğin qaytarılmasından sonra 1 il ərzində aylıq əldə olunan gəlirin 30 faizi sifarişçinin bank hesabına köçürülür. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma ilə müəyyən olunur ki, Cavabdeh ümumi olaraq İddiaçı onlayn ticarətin aparılması üçün 16450 manat götürmüş, əldə olunan gəlirdən 8593 manat pulu İddiaçı ödəmişdir. Daha sonra İddiaçı Bank of Baku ASC ilə xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlamış və bank tərəfindən ona 48 ay müddətinə illik 21,5 faiz dərəcəsi ilə 18800 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma ilə müəyyən olunur ki, İddiaçı bankdan götürdüyü vəsaitin 7800 manatını Cavabdeh vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə yalnız bir ay 264 manat kredit ödənişi etmişdir. Yekun olaraq Cavabdeh İddiaçı ödəməli olduğu məbləğ (16450+7800)-264=23986 manat təşkil edir. Hazırda İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27285 manat pul vəsaitinin, vəkilə etdiyi ödənişə görə 300 manat və 173 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmadan Cavabdeh Mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında 07 mart 2022-ci il tarixli, 3/X saylı müqavilədən irəli gələn öhdəliyi üzrə, həmçinin İddiaçı aldığı 7800 manat borcdan ödəməli olduğu məbləğin nə qədər təşkil etdiyi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, razılaşmada qeyd edilmişdir ki, Cavabdeh ümumi olaraq İddiaçı onlayn ticarətin aparılması üçün 16450 manat götürmüş, əldə olunan gəlirdən 8593 manat pulu İddiaçı ödəmişdir. Göründüyü kimi, 8593 manat pul tərəflər arasında bağlanmış müqaviləyə əsasən əldə edilmiş gəlir olaraq iddiaçıya ödənildiyindən, həmin məbləğ cavabdehin iddiaçıdan götürdüyü ümumi 16450 manat qaytarılmalı olan məbləğdən çıxıla bilməz. Hər iki tərəf həmin razılaşmanı öz imzları ilə təsdiqləmişlər. Odur ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh tərəfindən iddiaçıdan alınmış (16450+7800)-264=23986 manat pul iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 23986 (iyirmi üç min doqquz yüz səksən altı) manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilən maddələri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçının hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat, həmçinin dövlət rüsumu olaraq ödədiyi 161,96 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238, 244, 358 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 23986 (iyirmi üç min doqquz yüz səksən altı) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 161,96 (bir yüz altmış bir manat doxsan altı qəpik) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar