Məhkəmə qərarları › İş №e-2(004)-2557/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2557/2025

03.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2557/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 210000 ABŞ dolları əsas vəsaitin,15750 ABŞ dolları dəymiş ziyanın və iddianın verilməsi üçün ödənilmiş 674 manat dövlət rüsumunun, vəkil xidməti üçün ödənilmiş 520 manat Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X15 dünyaya gəlmişdir. İddiaçı cavabdehin Türkiyyə Respublikasının İstanbul şəhərində əmlak alqı-satqısı ilə məşğul olaraq birgə gəlir əldə etmək barədə ona və valideyinlərinə təklifləri üzrə valideyinlərinin razılığı ilə faktiki valideyinlərinə məxsus (ilkin olaraq MTK-dan bacısı Nərmin Rəhmanovun adına alınmış, dha sonra onun adına keçirilmiş), lakin onun adına Dövlət Reyestrində qeydə alınmış Bakı şəhəri, Xətai Rayonu, Məhəmməd Hadi küçəsi 41 ünvanında yerləşən qeyri yaşayış obyektini 210000 ABŞ dollarına sataraq cavabdehə vermişdir. Belə ki, iddiaçının X1 30 dekabr 2006-cı il tarixdə "xxxx" MTK ilə qızı X2 adına müqavilə bağlanması yolu ilə, dəyəri tam ödənilməklə ünvan 1 ünvan Məhəmməd Hadi küçəsi, ev 39D) ünvanında yerləşən qeyri-yaşayış obyektini satın almışdır. Daha sonra bu daşınmaz əmlakı icarəyə verilməsi, özgəninkiləşdirilməsi ilə bağlı çoxlu sayda prosessual hərəkətlərin edilməsində qızı bu işlərdə get-gələ düşməsin deyə qızının adından oğlu İddiaçı adına keçirilməsi qənaətinə gəlmişlər və İddiaçı razılığı ilə həmin əmlakı MTK-da bağışlanma yolu ilə İddiaçı adına rəsmiləşdirmişlər. Daha sonra Cavabdeh 2021-ci ilin əvvəllərində İddiaçı inandıraraq Türkiyə Respublikasının İstanbul şəhərinə yerləşərək yaşamağa başlamışlar. Cavabdeh 2021-ci ilin ortalarında İddiaçı və onun valideynləri Rəhmanova Gülnarə və Rəhmanov Rəfaeli inandırmışdır ki, İstanbul şəhərində əmlak biznesi ilə məşğul olarsa, çox gəlir əldə edə bilərlər. Cavabdehin ailədən biri olması onları inandırmış və onlar razılaşmışlar. İddiaçı valideynləri onlara məxsus, lakin iddiaçının adına olan Məhəmməd Hadi küçəsi 41 (sonrakı ünvan Məhəmməd Hadi küçəsi, ev 39D) ünvanında yerləşən qeyri-yaşayış obyektinin satılması və satışdan əldə edilən bütün gəlirlərin əmlak alqı-satqı biznesinə yatırılmasına razılıq verdiyindən həmin əmlakı 520.000 manata sataraq pul vəsaitini 290.000 ABŞ dollarına çevirməklə cavabdehə vermişlər. Qısa zaman içərisində əlavə X7 10.000 ABŞ dollarını da cavabdehə verilməsi üçün oğlu İddiaçı vermiş və İddiaçı da həmin pul vəsaitini Cavabdeh vermişdir. Cavabdeh qeyd edilən vəsaitlə 2021-ci ilin dekabr ayında İstanbul şəhərinin Əsənyurd rayonunda 400.000 tl-yə 2 otaqlı mənzil almış, 2022-ci ilin mart ayında 450.000 tl-yə satmış, 2021-ci ilin dekabr ayında İstanbul şəhəri, Sparta qülləsi rayonunda 2.204.000 tl-yə 4 otaqlı mənzil almış, 2022-ci ilin avqust ayında 3.000.000 tl-yə satmışdır. Lakin satışlar barədə iddiaçı və onun valideynlərinə məlumat verməmişdir. Bir müddət sonra cavabdehin instaqram səhifəsində paylaşdığı Dubay səyahəti və Dubayda aparılan tikintilər barədəki məlumatlar iddiaçının valideynlərini çox narahat etmiş və onların razılığı olmadan vəsaiti Dubayda tikintiyə yatırmasını qəbul etməmişlər və İddiaçı pullarını tələb etmişlər. İddiaçı 2023-cü ilin may ayında Cavabdeh ilə razılığa gəlmişlər ki, ona verilən 300000 ABŞ dollarından 210000 ABŞ dollarını qaytarsın, qalan pulu İddiaçı torpağı satıb valideynlərinə qaytarsın. Hətta 210.000 ABŞ dollarının qaytarılması və boşanmaları halında bu pulu və daşınmaz əmlakları mübahisə mövzusu etməyəcəkləri barədə xx.xx.2023-cü il tarixdə Protokol (Saziş) imzalamışlar. İddiaçı 2023-cü ilin sentyabr ayında Cavabdeh məlumat alarkən cavabdeh bildirmişdir ki, Türkiyə Respublikasında yaşamaq icazəsi almalıdır, buna görə onun adında 200000 ABŞ dolları dəyərində mənzil olmalıdır ki, yaşamaq icazəsini alsın, 2023-ci ilin oktyabr ayında isə pulu qaytaracaqdır. İddiaçı 2023-cü ilin oktyabr ayında Cavabdeh zəng vururb pulu tələb etmişdir. Bundan sonra Cavabdeh onun zənglərinə cavab verməmiş və onun zənglərini blok etmişdir. İddiaçı bu barədə valideynlərini məlumatlandırmışdır. X1 cavabdehin bu hərəkətlərindən Səbail rayon Polis İdarəsinə şikayət etmiş və 01 fevral 2024-cü il tarixdə cinayət işi açılmışdır. Cinayət işinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarında Cavabdeh yuxarıda qeyd edilənləri təsdiq etdiyi və həyat yoldaşı İddiaçıla razılığa gələrək “Protokol” imzalandığını əsas götürərək işin mülki mübahisə olduğu bildirmişdir. Məhkəmənin diqqətinə çatdırırlar ki, 2023-cü ilin noyabr ayında onlara məlum olmuşdur ki, Cavabdeh 2022-ci ilin avqust ayının sonu, yəni o və atası X18 Rəhmanova ilə görüşə çağırılan gündən əvvəl mənzili satıblarmış. Bundan sonra onlar aldandıqlarını başa düşmüşlər və 09 dekabr 2023-cü il tarixdə anası Gülnarə Cavabdeh Rəhmanova barəsində polisə şikayət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini 110000 manata satmış və vəsaiti valideynlərinə vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixədək 210000 ABŞ dollarını İddiaçı geri qaytarmağı qəbul etmişdir. Lakin Protokolun üzərindən təxmini 1 il 6 ay keçməsinə baxmayaraq Cavabdeh hələ də 210000 ABŞ dollarını geri qaytarmamışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab edirlər ki, son bir il ərzində ödənişləri etmədiyinə görə illik beş faiz olmaqla dəymiş zərər, vəkilə ödənilən 520 manat xidmət haqqı və 674 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Müqavilə şərtləri 1 il 6 aydır ki, icra edilmir. 21000 ABŞ dolları x 5% = 10500 ABŞ dolları : 12 ay = 875 ABŞ dolları x 18 ay = 15750 ABŞ dolları. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh 210000 ABŞ dolları əsas vəsaitin, iddianın verilməsi üçün ödənilmiş 674 manat dövlət rüsumunun və vəkil xidməti üçün ödənilmiş 520 manat alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əsasən İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AM-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 39D Yeni qaydalarla : AZ 1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi; T53C ünvanında yerləşən, ümumi sahəsi 62.9 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) "Alıcının" mülkiyyətinə verir(lər). Həmin müqavilənin 4-cü bəndinə əsasən Satıcı(lar) daşınmaz əmlakı 568000 manat 00 qəpik (beş yüz altmış səkkiz min manat sıfır qəpik) qiymətinə satdı(iar), Alıcı(lar) isə həmin qiymətə aldı(lar). İş materiallarında olan İddiaçı və Rəhmanov İlahə arasında bağlanmış xx.xx.2023-cü il tarixli protokola əsasən tərəflərdən İddiaçı həyat yoldaşı Cavabdeh investisiya məqsədi ilə daşınmaz əmlakın alınması üçün verilmiş 300.000 ABŞ dollarının geri qaytarılması ilə bağlı şərtləri özündə əks etdirən və tərəflərin artıqlıq hüquqlarından qarşılıqlı olaraq imtina etdiklərini, boşanma halında bu qiymətə və alman daşınmaz əmlaka mülkiyyət rejimi iddiası və ya hər hansı qanuni iddia açılmayacağını bildirən protokoldur. Tərəflərin öhdəlikləri: Bu protokola uyğun olaraq; 1. İddiaçı özü üçün sərmayə qoymaq məqsədi ilə daşınmaz əmlak almaq üçün Cavabdeh 300.000 ABŞ dolları vermiş, İlahə Rəhmanov isə bu Protokolun 12ci il tarixli 12-ci maddəsinə uyğun olaraq pulun 70 faizini, yəni 210.000 ABŞ dollarını İddiaçı qaytarmağı qəbul etmiş, bəyan etmiş və öhdəsinə götürmüşdür. Bununla bağlı İlahə Rəhmanov xx.xx.2023-cü il tarixli 210000 ABŞ dolları dəyərində veksel hazırlayıb təhvil verib. 2. Tərəflər boşanma halında sözügedən pul və daşınmaz əmlakı əmlak rejimi iddiasına məruz qoymayacaqlarını qəbul edir, bəyan edir və öhdəlik götürürlər. 3. Bundan əlavə, daşınmaz əmlakın üçüncü şəxsə verilməsi halında tərəflər boşanma zamanı yaranmış sərəncamın ləğvi üçün yaranmış vəziyyəti məhkəməyə təqdim etməyəcəklərini qəbul edir, bəyan edir və öhdəlik götürürlər. 4. Bu protokol tərəflər tərəfindən imzalanmış və tərəflər protokolun predmeti olan daşınmaz əmlak və pullarla bağlı digər hüquqi tədbirlər görmək hüquqlarından imtina etdiklərini qarşılıqlı olaraq qəbul etmiş, bəyan etmiş və öhdəlik götürmüşlər. 5. Bu protokol xx.xx.2023-cü il tarixdə iki nüsxədə hazırlanmış və tərəflər tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli T.R. Bakırköy 7-ci İnstansiya Ticarət Məhkəməsinin Türk milləti adına müxtəlif iş qərarlarına əsasən 1. Tələb qəbul edildikdən sonra İcra və İflas Qanununun 257/1-ci maddəsinə uyğun olaraq yuxarıda qeyd olunan 5.980.800,00 TL məbləğində debitor borcunun tutulmasını təmin etmək məqsədi ilə borcluların yeddinci və ya üçüncü şəxsin borcuna kifayət qədər məbləğdə olan daşınar və daşınmaz əmlakına, hüquqlarına və debitor borclarına qabaqcadan həbs qoyulması. 2. İcra və İflas Qanununun 259/1-ci maddəsinə uyğun olaraq müvəqqəti həbs tələb edən kreditorun həbsdə haqsız olduğu müəyyən edildikdə, ixtiyari olaraq 20% (1.196.160,00 TL) nağd pul və ya müəyyən və qeyri-məhdud bank məktubu alına bilər ki, bu da borclunun bütün zərərlərini ödəmək üçün üçüncü şəxsə zəmanət verə bilər. 3. Təminat ödənildikdə qərar icra olunmaq üçün məhkəməmizin yurisdiksiyasına daxil olan İcra Bürosuna göndərilmək üçün kreditora (onun vəkilinə) çatdırılacaq. 4. “İcra və iflas haqqında” qanunun 261/1-ci maddəsinə əsasən, bu qərar 10 gün müddətində icra olunmazsa, avtomatik olaraq ləğv edilmiş sayılır. 5. 752,85 TL məhkəmə xərcləri borcludan alınaraq kreditora ödəniləcək. 6. Ödəniş əvvəlcədən alındığı üçün yenidən götürməyə ehtiyac yoxdur. 7. Mövcud Vəkillər üçün Minimum Tarifə uyğun olaraq hesablanmış 4.700,00 TL-lik vəkil haqqı borcludan alınacaq və xeyrinə müvəqqəti həbs qərarı çıxarılan kreditora ödəniləcək. 8. Mülki Prosessual Məcəllənin 333-cü maddəsinə uyğun olaraq depozitə qoyulmuş avansdan istifadə olunmamış məsrəf avansı qərar qanuni qüvvəyə mindikdən sonra (bu qərarın bildiriş xərclərinin avans hesabına ödənilməsi və bu xərcin əvəzləşdirilməsi şərti ilə) iddiaçıya əvəzi qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmin qərarla cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 46-da qeydiyyatda olsa da, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 12, mənzil 15-də bacısı Şəlalə Cəfərova ilə birlikdə yaşayır. 1999-cu il tarixdə Gəncə şəhərində yerləşən 14 nömrəli orta məktəbi, 1999-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini, 2004-2006-cı illərdə həmin universitetinin magistr pilləsini Azərbaycan dilində bitirmişdir. 2004-cü ildə İddiaçıla rəfiqəsi vasitəsi ilə tanış olmuş və münasibətləri yaranmışdır. 2008-ci il tarixdə o, İddiaçıla ailə həyatı qurmuş, 2008-ci il tarixdə X20a, 2011-ci il tarixdə oğlu Ramal Rəhmanov və 2016-cı il tarixdə oğlu Raııl Rəhmanov anadan olmuşlar. 2010-ci il tarixdə onunla İddiaçı nikaha düşmüşlər. 2009-cu il tarixdən 2021-ci il tarixə kimi o, əri İddiaçı və övladları ilə birlikdə ... yaşamışlar. Əri İddiaçı 2004-cü il tarixdən 2016-cı il tarixə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etmişdir. 2021-ci ildə X20a Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Baku Modern" məktəbində rus dilində, oğlu Ramal Rəhmanov Bakı şəhəri, Nizami rayonunda yerləşən “X14" məktəbində ingilis dilində təhsil alırmış və Raul Rəhmanov isə ingilis dil kurslarına gedirmiş. 2021-ci ilin əvvəllərində əri İddiaçıla razılaşmışlar ki, Türkiyə Respublikasına köçüb orada yaşasınlar və uşaqlar təhsillərini orada davam etdirsin. Yəni Türkiyə Respublikasında təhsil nisbətən yüksək səviyyədədir. 2021-ci ilin avqust ayının əvvəlləri onların Türkiyə Respublikasına getməkləri qətiləşdi və 07 avqust 2021-ci il tarixdə o, üç övladı və baldızı Nərmin Rəhmanova ilə birlikdə təyyarə ilə Bakı şəhərindən Türkiyə Respublikası İstanbul şəhərinə getmişlər. Onlar İstanbul şəhəri, Ata rayonunda olan və Rəfael Rəhmanovun beş il bundan qabaq kirayə tutduğu 02 otaqlı mənzildə qalmışlar. Bundan sonra o, oğlanları Ramal və Raul Rəhmanovun təhsil alması üçün İstanbul şəhəri, Ata rayonunda yerləşən “Göy qurşağı" kollecini danışmış və bir uşağın bir ilk təhsilini 9000 ABS dolları, iki uşağa görə 18000 ABŞ dollarına razılaşmışdır. Qızı Gülnarə rus ilində təhsil aldığı üçün bir il təhsilini Bakı şəhərində davam etdirsin. Bir ildən sonra onların yanına gələr. Ona qədərdə İstanbul şəhərində özlərinə əri İddiaçıla razılaşdıqları kimi 03 otaqlı mənzil alarlar. Təxminən 25 avqust 2021-ci il tarixdə üç övladı və baldızı Nərmin Bakı şəhərinə qayıdıb getmişlər. O, isə İstanbul şəhərində qaldı ki, yaşamaq icazəsi alsın. Təxminən 07 sentyabr 2021-ci il tarixdə oğlanları Ramal və Raul əri İddiaçı qohumu ilə birlikdə İstanbul şəhərinə gəldilər. Oğlanları Ramal və X23 rayonunda, qızı Gülnarə isə Bakı şəhərinə təhsili davam etdirməyə başladılar. Əri İddiaçı isə Bakı şəhərində olan obyekləri satışı və obyeklərin icarə nüqaviləsinin təzələnməsi ilə məşğul olurmuş. 2021-ci ilin noyabr ayının əvvəlləri İddiaçı ona demişdir ki, o, ünvan 5 ünvanda qeyri-yaşayış iahəsini 520000 manata satır, sənə pul göndərəcək, qeyri-yaşayı sahəsinə və mənzillər baxarsan. O, razılıq vermiş və 10 noyabr 2021-ci il tarixdə İddiaçı ona WhatsApp proqramı vasitəsi ilə zəng vurub demişdir ki, sənə notarial ofisinin işçisi zəng vurub qeyri-yaşayış sahəsinin satılmasına dair sənin razılıq ərizə olmalıdır. O, əri İddiaçı demişdir ki, zəng vursun, o, da razılıq verəcək. Bundan sonra ona notariat ofisinin qadın işçisi WhatsApp proqramı vasitəsi ilə zəng vurub demişdir ki, ünvan 5 ünvanda qeyri-yaşayış sahəsini satılmasına etiraz etmirsiniz. O, qadın işçiyə demişdir ki, “yox" etiräz etmir. Notariat-ofisinin qadın işçisinin 35-38 yaşlarında, ağ bəniz, saçı qəhvəyi rəngli qadın imiş. 2021-ci ilin noyabr ayının ortaları İddiaçı ona zəng vurub demişdir ki, İstabul şəhəri, Fatih rayonun, “qapalı çarşı” deyilən yerə gedərsən və ona mobil telefon nömrəsi və ad verdi, həmin şəxsdən 290000 ABŞ dolları götürərsən. O, əri İddiaçı demişdir ki, o qədər pulu götürməyə qorxur, sən gəl özün götür. İddiaçı ona demişdir ki, heç kimə ehtiyac yoxdur, pulu hansı bankın hesabına köçürərcəksənsə həmin bankın nümayəndəsi ilə get götür və pulu banka aparın. Bundan sonra o, İstanbul şəhərinə yerləşən “Albaraka" bank ilə danışmış və onlara demişdir ki, pulun gölütülməsi və gətirilməsində mənə köməklik etsinlər. Bank işçisi ona valyuta dəyişdirmə məntəqəsində işləyən şəxsin nömrəsini vermiş və demişdir ki, onlar sənə silahlı mühafizəçi verəcəklər və həmin pulu götürüb Fatih rayon filialına təhvil verin. O, da elə etmiş və pulu banka gətirmiş və 290000 ABŞ dollarını səhf etmirsə 28000000 tl dəyişib banka yatınm etmişdir. 2021-ci ilin dekabr ayında istanbul şəhəri, Sparta Qülləsi rayonundan 4 otaqlı mənzili ******* tl almış və həmin evin çıxarışını 20 yanvar 2022-çi il tarixdə almışdır. 04 yanvar 2022-ci il tarixdə İstanbul şəhəri, Əsən Yurd rayonundan 2 otaqlı mənzili 400000 tl alsada, müqavilədə isə 750000 tl göstərilmişdir ki, ev satanda az vergi tutulsun. O, hər iki mənzilin alınması barədə əri İddiaçı bildirmiş və mənzillərin çıxarışın şəkilini çəkib göndərmişdir. 2021-ci ilin dekabr ayında İddiaçı və X20a onlar qaldığı mənzilə gəlmişlər və mobil telefonun üstündə aralarında mübahisə yaranmış və səs-küy olduğu üçün qonşular polisə məlumat vermişlər. Polislər onu və üç uşağını məhəlləyə düşürmüş və ondan soruşmuşlar ki, şikayətçisiniz ? O, polislər demişdir ki, yox, onun əridir. Bundan sonra polislər İddiaçı mənzildən çıxarmışlar. Bundan sonra onların arasında münasibətdə soyuqluq başlamışdır. 31 dekabr 2021-ci il tarixdə X8 onların yanma gəlmiş və demişdir ki, ev sahibi şikayət edir. O, demişdir ki, sənin oğlun edib. 31 dekabr 2021-ci il tarixdə o, üç övladı, X8 və əri Zamiq Rəhamanovla birlikdə İstanbul şəhəri, Ata rayonunda yerləşən “Köşə başı” restoranında əyləşmişlər. Səhv etmirsə, 03 yanvar 2022-ci il tarixdə qızı Gülnarə babası ilə Bakı şəhərinə getmişdir. 2022-ci ilin yanvar ayının axırları o, iki oğlu ilə birlikdə Bakı şəhərinə getmiş və X8un yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, AFF mərkəzinə qalmış və bir gündən sonra İddiaçı gəlib onu və üç övladını götürmüş və yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan bağ evinə aparmışdır. X8 İddiaçı yanında ondan və uşaqlardan İstanbul şəhərində nə baş verdiyini soruşmuşdur. Zamiq Rəhimov mübahisə ilə bağlı üzr istəmiş və demişdir ki. birdə belə bir şey olmayacaq. 05 və ya 06 fevral 2022-Cİ il tarixdə o və iki oğlu ilə birlikdə Türkiyə Respublikası, İstanbul şəhərinə qayıtmışlar. Mənzilin kirayəsini X8 versədə, uşaqların məktəbə, ərzaq, geyim və digər xərclərlə bağlı Zanıiq Rəhmanov və ya valideyinləri pul göndərmədilər. 2022-ci ilin fevral ayında X8 demişdir ki, may ayına kimi kirayə tutduğu evdən çıxın, özü gəlib qalacaq. 2022-ci ilin fevral ayının axırlar mart ayının əvvəlləri o, yığılan borcları vermək üçün İstabul şəhəri, Əsər Yurd rayonunda olan 2 otaqlı mənzili 450000 tl satmış və borclarından vermişdir. Belə ki, o, iki oğluna görə məktəbin illlik ödənişi üçün 200000 tl, avtobus servisinə görə 78000 tl və hər ay 30000 tl xərclənirmiş. Həmin ərəfədə də o, işləmirmiş. 2022-ci ilin iyun ayında qızı X9 şəhərinə gəlmək istəyirmiş, atası Zamiq Rəhmanobv ona imkan vermirmiş. 2022-ci ilin may ayında kirayə yaşadığı evdən çıxmış və Ata rayonunda digər kirayə mənzil tutub orada yaşamağa başlamışdır. O, bu barədə X8a demişdir. İddiaçı evə vurduğu ziyanları özü ödəmişdir. Belə ki, qapıya yetirdiyi zədəyə görə 1000 ABŞ dollar, divarların rənglənməsi üçün 300 ABŞ dollar ödəniş etmişdir. 2022-cı İlin avqust ayında İddiaçıla qızı X9 şəhərinə gəlmişlər. O, iki oğlu ilə birlikdə onlarla restoranda görüşmüş və onların arasında mübahisə olduğu üçün o, iki oğlunu götürüb getmişdir. 1-2 gündən sonra X8 ona zəng vurub demişdir ki, o, İstanbul şəhərindədir, nəvəsi Gülnarə Rəhmanova onun yanındadır. “Paladyum” ticarət mərkəzində görüşək Gülnarə Rəhmanovanın sənə təhvil versin. Onlar razılaşdığı ticarət mərkəzində görüşmüş və X5 Rəhmanova ona təhvil vermişdir. X10 yanında qalsada pasportunu verilmədi. İstanbul Ailə Məhkəməsinin qərarı ilə üç övladının onunla yaşamasına 1 illik qəyyumluq verildi. O, dəfələrlə İddiaçı.demişdir ki, üç uşaq onun öhdəsində, bütün xərcləri o, ödəyir, sən isə bir manat göndərmirsən. İddiaçı demişdir ki, o, razı deyil, siz Türkiyə Respublikasında qalasınız, bütün xərclər onun üçün maraqlı deyil. Bundan sonra üç uşağın bütün xərcləri və digər xərcləri qarşılaya bilmədiyi üçün məcbur olub ikinci evi ******* tl satmışdır. Bundan sonra onun İddiaçı və onun valideyinləri ilə əlaqəsi kəsilmişdir. 2023-cü ilin may ayında İddiaçı zəng vurub demişdir ki, sizinlə barışmaq istəyir. O, İddiaçı demişdir ki, ilk əvvəl uşaqların könlünü al, uşaqları gəzmək üçün Dubay şəhərinə apar. İddiaçı demişdir ki, o, razı, uşaqları Dubay şəhərinə aparıb gəzdirəcək və İstanbul şəhərinə gətirəcək. Səhv etmirsə, 10 may 2023-cü il tarixdə İddiaçı İstanbul şəhərinə gəlmiş və üç övladını ondan təhvil alıb, Dubay şəhərinə getmiş, ancaq İddiaçı uşaqlan istanbul şəhərinə yox, Bakı şəhərinə gətirib saxlamış və demişdir ki, uşaqlan gəl özün apar. O, İddiaçı demişdir ki, o, Bakı şəhərinə gəlsə, siz onu şərliyəcəksiniz. O, bununla bağlı vəkilin vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə bu iddianı təmin etməmişdir. 2023-cü il may ayında İddiaçı və vəkili Oktay Doğan ona demişdir ki, ona ev almaq üçün verilən 290000 ABŞ dollardan məktəb pulu, yəni 80000 ABŞ dolları çıxır, 210000 ABŞ dolları qaytar. Uşaqlarının Bakı şəhərindən İstanbul şəhərinə gəlməsini nəzərə alıb məcbur olub borc müqaviləsinin etirafına dair ərizəyə imza etmiş və demişlər ki, uşaqları qayınanası Gülnarə Rəhmanova gətirmişdir. Həmin günü qayınanası Gülnarə Rəhmanova üç övladını İstanbul şəhərində yaşadığı kirayə mənzilə gətirib təhvil vermişdir. Cavabdeh ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, 290000 ABŞ dolları ünvan 6 ünvanda qeyri-yaşayış sahəsini satılması nəticəsində əldə olunmuş puldur. Həmin obyekt birgə nikah dövründə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-400/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı əsasında əldə edilmiş 110000 manatın 1/2 hissəsi olan 55000 manat məbləğində pul və ödənilmiş 256 manat dövlət rüsumu cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 6(007)-2/2025 nömrəli qərarına əsasən X3 nümayəndəsi Vəkil Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Səbuhi İsmayılovun cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı ilə Vəkil arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, EM-1141VK-14391/25 nömrəli müqaviləyə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 520 manat müəyyən olunmuş və başqa razılaşma yoxdursa, bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilməsi qeyd olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan,lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında 22 may 2023-cü il tarixində protokol imzalanmış, həmin protokola əsasən İddiaçı Cavabdeh 300000 ABŞ dolları vermiş, Cavabdeh isə pulun 70%-ni, yəni 210000 ABŞ dollarını geri qaytarmağı öhdəsinə götürmüş və bununla bağlı xx.xx.2023-cü il taixli 210000 ABŞ dolları dəyərində veksel hazırlayıb təhvil vermişdir. Cavabdeh müəyyən olunmuş müddətdə borcu qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunu qaytarmamışdır. Hazırda İddiaçı Cavabdeh 210000 ABŞ dolları əsas vəsaitin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun və vəkil xidməti üçün ödənilmiş pulun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə (protokol) və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, tərəflər arasında protokol tərtib edilsə də, həmin protokolun məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtlərinə) uyğun gəlmişdir. Qanunla nəzərdə tutulmuş yazılı müqavilənin formasına dair tələblərinə tam cavab verməsə də, tərəflərın aralarındakı münasibətin nə ilə bağlı yarandığını göstərən sadə yazılı formada tərtib etdiyi hər hansı bir sənəd yazılı borc müqaviləsi kimi qəbul oluna bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə əsasən cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə (protokol üzrə) öhdəliyi yerinə yetirməmişdir. Borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasından da görünür ki, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları borcluya verməklə, həmin əşyalara mülkiyyət hüququnu borc alana keçirməsi borc müqaviləsinin bağlanmasının əsas şərtlərindən biridir. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı tələb etdiyi pul vəsaitini (pula dair mülkiyyət hüququnu) cavabdehə vermiş, cavabdeh həmin pulu qəbul etmiş, onun qaytarılması müddəti və qaydası barədə öhdəlik də götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş və pulu qaytarmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının məhkəmə xərcləri ilə əlaqədar pul tələblərinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 520 manat və iddia ərizəsinin verilməsinə görə məhkəməyə ödənilmiş 647 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 210000 ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 520 manat və və dövlət rüsumu olaraq ödənilmiş 647 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 210000 (iki yüz on min) ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 520 (beş yüz iyirmi) manat və dövlət rüsumu olaraq ödənilmiş 647 (altı yüz qırx yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar