Məhkəmə qərarları › İş №e-2(004)-2584/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2584/2023

01.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2584/2023 01.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ üzrə mübahisələr” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 27 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 3M-335 reyestr nömrəli xx.xx.2020-ci il tarixli 4Ə-34 saylı alqı-satqı müqaviləsinə dair sazişin etibarsız hesab edilməsi və həmin sazişə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının Cavabdeh məxsus olan 230 kv.metr sahəsindən 96.5 kv.m hissəsinin satıcıya qaytarılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının və qeyri-yaşayış binasının 133.5 kv.m sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə dair çıxarışın ləğv edilməsi, Bakı şəhəri 27 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə34 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, Cavabdeh mülkiyyətinə verilmiş qeyriyaşayış binasının 230 kv.metr sahəsinin 96.5 kv.m hissəsinin satıcıdan Cavabdeh mülkiyyətinə geri qaytarılmaqla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 230 kv.metr hissəsinə Cavabdeh oglunun tam mülkiyyət hüququnun tanınması(bərpa edilməsi) barədə və Cavabdeh oglu və X1 oglu arasında xx.xx.2020-ci il tarixdə şifahi formada baglanmış borc müqaviləsinə əsasən Cavabdeh oglunun qeyriyaşayış sahəsi əldə etmək məqsədilə X1 oglundan 400.000(dörd yüz min) manat pul götürülməsi barədə Bakı 6 saylı Mediasiya təşkilatında baglanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin etibarsız sayılması, ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla verildiyindən, geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh qeydiyyatda olduğu ünvan Sumqayıt, Yat-1, H.Əliyev prospekti, 34 ünvanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin tələbinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə- yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə daxil olmuş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, Cavabdeh qeydiyyatda olduğu ünvan Sumqayıt rayonu olduğundan, yəni həmin ünvan Yasamal rayonunun inzibati ərazisinə aid olmadığından İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixli (Qəbz nömrəsi: **********) qəbzi üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar