Məhkəmə qərarları › İş №e-2(004)-259/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-259/2023

11.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-259/2023 11.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı payın naturada ayrılması və hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı “payın naturada ayrılması və hüquqların dövlət qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Nağı oğlu məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə təqdim etmişdir. Cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0.11. İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə... Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş N 2(004)-259/2023 MƏHKƏMƏ BAXİŞ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏR YASAMAL RAYON MƏHKƏMƏSİ xx.xx.2023-cü il Bakı şəhəri Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı payın naturada ayrılması və hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən saat 11:50-də məhkəmə iclasını açır və baxılan işi elan edir. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 179-cu maddəsinə əsasən proses iştirakçılarının gəlmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Həmçinin cavabdehlər mülki işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdirlər. Sədrlik edən tərəflərə məhkəmə bildirişlərinin çatdırılmasının nəticəsini araşdırır. Sədrlik edən müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıdır. Tərəflər məhkəmə iclasına gəlmədiyindən qərardad elan edilmir. Məhkəmə iclası saat 12:10-da bağlı elan olunur. Protokol xx.xx.2023-cü il tarixdə tərtib olundu. Sədrlik edən: İclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar