Məhkəmə qərarları › İş №e-2(004)-2600/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2600/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2600/2020 18.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, iddiaçı «xxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1, Cavabdeh2 ASC-nin nümayəndəsi Gasan Guseinovun iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxxxxxxxxxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxxxxxxxxxxx» ASC ilə “xxxxxxxxxxx” MMC arasında xx.xx.2017-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və Mİ- 009167 №-li şəhadətnamə üzrə **-JM-*** dövlət qeydiyvat nişanlı, “Ford Transit” markalı avtomobil 53300 manat məbləğində sığortalanmışdır. Sığortalanmış avtomobil xx xxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, ərazisində hərəkət edərkən mülkiyyət hüququ Cavabdeh2 ASC-yə məxsus, etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə edilə **-AD-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtomobil ilə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Binəqədi rayon X3 Şöbəsində CM-nin 263.1-ci maddi ilə cinayət işi başlanaraq istintaq aparılmış və ibtidai istintaqın yekunu olaraq tərtib edılən ittiham aktına əsasən yol nəqliyyat hadisəsini törədilməsində təqsirli şəxs kimi **-AD-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtomobilin sürücüsü Cavabdeh1 göstərilmişdir. Qeyd edilən iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Binəqəd Rayon Məhkəməsinin 1(001)-290/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmü ilə Cavabdeh1 CMnin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin qiymətləndirilməsi, müştərinin müraciətinə müvafiq olaraq “xxxxxxxxxxxxx” MMC-nin servis məntəqəsində həyata keçirilmiş və tərtib edilən xx.xx.2019-cu il tarixli “Qüsur aktı”na əsasən, avtomobilə dəymiş zərər 40657 (qırx min altı yüz əlli yeddi) manat məbləğində müəyyən olunmuşdur. Avtomobilə dəymiş zərər real bazar dəyərinin 70%-ni keçdiyi üçün avtomobil tam məhv kimi dəyərləndirilmişdir. Bu halda avtomobilin real bazar dəyərindən 15% azadolma məbləği və 13000 manat avtomobilin qalıqları çıxılmaqla qalan 19300 (on doqquz min üç yüz) manat həcmində sığorta ödənişi tərəflərindən sığortalı avtomobilin təmiri üçün “xxxxxxxxxxx” ASC-yə ödənilmiş və bu ödəniş xx.xx.2019-cu il tarixli 195 nömrəli ödəniş tapşırığında və xx.xx.2019-cu il tarixli 1013 nömrəli ödəniş tapşırığında öz əksini tapmışdır. Göstərilənlərə əsasən tərəflərindən ödənilmiş 19300 manat məbləğində sığorta ödənişinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti daxil olmaqla, cəmi 19330.40 manat məbləğində pulun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 ASC-dən tutularaq «xxxxxxxxxxxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, xx xxxxxxx 2018-ci il tarixdə saat 23 radələrində ona məxsus BC kateqoriyası ilə idarə etdiyi “Daevoo Gentra” markalı, **-AD-*** dövlət nömrə nişanlı avtomobillə Binəqədi rayonu, Naxçıvani küçəsinin A.Gəraybəyli küçəsi ilə kəsişməsi istiqamətində hərəkət edən zaman A.Gəraybəyli küçəsi ilə hərəkət edən “Ford Tranzit” markalı, **-JM-*** nömrə nişanlı yük avtomobilinin qabaq sol qanadından zərbə ilə vurmuşdur. Toqquşma nəticəsində hər iki avtomobil yarasız vəziyyətə düşmüşdür. Hadisə zamanı avtomobildə olan sərnişinlər və yük avtomobilinin sürücüsü, yanında olan digər bir nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Daha sonra o, Binəqədi Rayon Məhkəməsinin 1(001)-290/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmü ilə CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququmdan məhrum edilməklə, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İnsan bir əmələ görə bir dəfə təqsirlənər və o, artıq cəzasını çəkib qutarmışdır. Zərərçəkmiş şəxs X2 dəymiş ziyanı ödəməyə imkanı yoxdur. Həmçinin o, avtomobilə dəymiş ziyanla bağlı razı deyildir. Belə ki, sığorta şirkəti tərəfindən dəymiş ziyan dəfələrlə şişirdilmişdir. O, iş hələ sığorta şirkətində olarkən onların qiymətləndirilməsi ilə razı olmadığını bildirərək, onun iştirakı ilə maşına dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilməsini xahiş etsə də, onun xahişi nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi Gasan Guseinov iddia tələbini etiraz edərək bildirdi ki, Cavabdeh2” ASC ilə X5 arasında xx xxxxxxx 2016-cı il tarixdə AL-1184(1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və Cavabdeh2 ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil Lizinq X1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq X1 xahişi əsasında şirkət tərəfindən Cavabdeh1 lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakdar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i. a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən “İşdə iştirak edən şəxs iddiaya qarşı etiraz və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr iizrə isə mülahizənin digər tərəfə göndərilməsi zarədə sübutlar işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır.” Yuxarıda göstərilənlərdən aydın olur ki, “‘xxxxxxxxxxxxx” ASC cavabdehlər "Cavabdeh2” ASC və Cavabdeh1 cəmi 19330.40 manat məbləğin iddiaçıya ödənilməsi tələbinin Cavabdeh2 ASC-dən tutulması hissəsi əsassızdır və buna görə də iddianın həmin hissədə təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxlərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitələrinin kasko sığortası şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit” markalı, **-JM-*** d/q nişanlı avtomobil “xxxxxxxxxxxxx” ASC-də xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kasko səğorta edilmiş və sığorta haqqı 3091.40 manat təşkil etmişdir. İş materiallarında olan AC 868668 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit” markalı, **-JM-*** d/q nişanlı avtomobilin sahibi “xxxxxxxxxx” MMC-dir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-290/2019 saylı hökmün surətindən görünür ki, Cavabdeh1 AR CM-nin 263.1ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə Cavabdeh1 “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etdiyi müəyyən edilmişdir. İş materiallarında olan NL-1465 nömrəli, xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, “Ford Transit” markalı, **-JM-*** d/q nişanlı avtomobilə dəymiş zərərin ümumi dəyəri 40657 manat təşkil etmişdir. İş materiallarında olan «xxxxxxxxxxxxx» ASC tərəfindən verilmiş sığorta aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “xxxxxxxxxx” MMC-yə məxsus sığortalanmış“Ford Transit” markalı, **-JM-*** d/q nişanlı avtomobilə dəymiş ziyana görə sığortalıya 19300 manat ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 195 nömrəli və xx.xx.2019-cu il tarixli, 1013 nömrəli ödəniş tapşırıqlarından görünür ki, «xxxxxxxxxxxxx» ASC tərəfindən “xxxxxxxxxx” MMC-yə ümumilikdə 19300 manat məbləğində kasko sığorta ödənişi edilmişdir. İş materiallarında olan AC seriyalı, 250193 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 ASC-dir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 ASC tərəfindən “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Cavabdeh1 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək etibarnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/3669 nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, “Ford Transit” markalı, **-JM-***dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın salamat qalan yararlı hissələrin dəyəri çıxmaqla təxminən 21600 (36000m – 40%) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriya tələb (reqress) hüququ vardır. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə sürücü Cavabdeh1 idarə etdiyi “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən “xxxxxxxxxx” MMCyə məxsusiddiaçı «xxxxxxxxxxxxx» ASC-də sığortalanmış “Ford Transit” markalı, **-JM-*** d/q nişanlı avtomobillə toqquşmuş və nəticədə sığortalanmış “Ford Transit” markalı, **-JM- *** d/q nişanlı avtomobil əzilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 1(001)-290/2019 saylı hökmünə əsasən, Cavabdeh1 AR CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli “Qüsur aktı”na əsasən, avtomobilə dəymiş zərər 40657 (qırx min altı yüz əlli yeddi) manat məbləğində müəyyən olunmuş, avtomobilə dəymiş zərər real bazar dəyərinin 70%-ni keçdiyi üçün avtomobil tam məhv kimi dəyərləndirilmiş, avtomobilin real bazar dəyərindən 15% azadolma məbləği və 13000 manat avtomobilin qalıqları çıxılmaqla qalan 19300 (on doqquz min üç yüz) manat həcmində sığorta ödənişi tərəflərindən sığortalı avtomobilin təmiri üçün “xxxxxxxxxxx” ASC-yə ödənilmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən sığorta ödənişinin əvəzi olaraq 19300 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/3669 nömrəli, xx.xx.2020-ci il tarixli rəyinə əsasən avtomobilə dəymiş zərər 21600 manat müəyyən edilsə də, iddia, iddia tələbində irəli sürülmüş tələb həcmində, yəni 19300 manat pul vəsaitinə münasibətdə təmin edilməli və Cavabdeh1 19300 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı «xxxxxxxxxxxxx» ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni zamanda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 ASC-dən vurulmuş ziyanın tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmə iclasında yüksək təhlükə mənbəyi olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh1 tərəfindən qanuni əsasla idarə edilməsi sübuta yetirildiyindən, iddiaçının Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbi qanuni və əsaslı olduğundan 19300 (on doqquz min üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, xidmət haqqı 40 (qırx) qəpik Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh1 tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 19300 (on doqquz min üç yüz) manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı «xxxxxxxxxxxxx» ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı Cavabdeh1 tutularaq iddiaçı «xxxxxxxxxxxxx» ASC-yə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh1 tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar