Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2602/2020 27.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında xx.xx.2014-cü il tarixli PMİ-011170 nömrəli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 9.400 manat sığorta ödənişindən ödənilməmiş qalan 4.819 manat hissəsi, ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 4.849,40 manat pulun müştərək qaydada tutularaq iddiaçı “xxxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(004)-2602/2020 nömrəli qərardadı ilə Cavabdeh1 məxsus olan “Mercedes Benz 190” markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, “xxxxxxxxxxxxx” ASC ilə X2 arasında xx.xx.2014-cü il tarixli sığorta müqaviləsi bağlanmış və PMİ-011170 nömrəli sığorta şəhadətnaməsi üzrə “Nissan X-Trail” markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomobil 27.700 manat məbləğində sığortalanmışdır. Sığortalanmış avtomobil xx.xx.2019-cu il tarixdə Beyləqan rayonu ərazisində hərəkət edərkən Cavabdeh1 məxsus olan və Cavabdeh2 tərəfindən idarə olunan “Mercedes Benz 190” markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sığortalanmış avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Beyləqan RPŞ-nin DYPB-si tərəfindən AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh2 göstərilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin təmiri müştərinin mürciətinə əsasən “xxxxxxxxxxxxx” MMC-nin servis məntəqəsində həyata keçirilmiş və tərtib edilən NL1437 nömrəli xx.xx.2019-cu il tarixli “Qüsur aktı”na əsasən avtomobilə dəymiş zərər 9.400 manat müəyyən olunmuşdur. PMİ-011170 nömrəli fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin əlavə şərtlərinə dair 01-14 nömrəli razılaşmaya əsasən sığortalanmış avtomobil üzrə sığorta hadisəsi baş verdiyi zaman aşkar şəkildə bilinən subroqasiya tələbi mövcud olduqda azadolma məbləği də subroqasiya şəklində qarşı tərəfdən alınır, başqa sözlə sığortalıdan azadolma məbləği tutulmur. Odur ki, azadolma məbləği tutulmadan 9400 manat həcmində sığorta ödənişi “xxxxxxxxxxxxx” ASC tərəfindən sığortalı avtomobilin təmiri üçün “xxxxxxxxxxxxx” MMC-yə ödənilmiş və bu ödəniş xx.xx.2019-cu il tarixli 1022 nömrəli ödəniş tapşırığnda öz əksini tapmışdır. Cavabdeh2 tərəfindən idarə edilən “Mercedes Benz” markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibliyinin mülki məsuliyyətinin icbari sığortası PAA ********** nömrəli şəhadətnamə əsasında “xxxxxxxxxxx” ASC-də sığortalanmışdır. Bu səbəbdən “xxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxxxx” ASC-yə 4.581 manat ödəniş edilmişdir. Qalan 4.819 manat hissəsinin ödənilməsini cavabdehlərdən tələb edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Beyləqan RPİ-nin DYPŞ-nin «xxxxxxxxxxxxx» ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli 46/1376256 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən Cavabdeh1 mülkiyyətində olan və Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz190” minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə saat 16:00 radələrində Daşburun YQK yolunun 21-ci kilometrliyində X1 idarə etdiyi “Nissan X-Trail” minik markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Süğortalı olan sonuncu avtomobilə maddi zərər dəymişdir. xx.xx.2014-cü il tarixli PMİ-011170 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə şəhadətnaməyə (müqaviləyə) əsasən “Nissan X-Trail” minik markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxxx” ASC tərəfindən 27.700 manat həcmində sığortalanmışdır. Beyləqan RPİ DYPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu tarixli TP ******* nömrəli qərarı ilə Cavabdeh2 “Mercedes Benz190” minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, üfuqi nişanlanma xətlərinin tələblərinə riayət etməmiş, sola və ya geriyə dönmə qaydalarını pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və 60 manat inzibati cərimə edilmişdir. Sığorta hadisəsi nəticəsində sığortalı avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılması üçün həyata keçiriləcək sığorta ödənişinə dair xx.xx.2019-cu il tarixli KSN2479/19 nömrəli sığorta aktına əsasən Cavabdeh2 törətdiyi yol nəqliyyat hadisəsi zamanı X1 idarə etdiyi “Nissan X-Trail” markalı 99HU943 dövlət qeydiyyat nişanlı avtomobilə 9.400 manat miqdarında maddi zərər vurmuşdur. xx.xx.2019-cu il tarixli 1022 nömrəli ödəniş tapşırığına əsasən “xxxxxxxxxxxxx” ASC tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin məbləği (9.400 manat) sığortalı avtomobilin təmiri üçün “xxxxxxxxxxxxx” MMC-yə ödənilmişdir. Cavabdeh2 idarə etdiyi “Mercedes Benz” minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülki məsuliyyətinin icbari sığortası “xxxxxxxxxxx” ASC tərəfindən sığortlanmışdır. Bu səbəbdən “xxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxxxx “ASC-yə 4581 manat ödəniş edilmişdir. Odur ki, “xxxxxxxxxxxxx” ASC sığorta ödənişindən ödənilməmiş qalan 4.819 manat hissəni Cavabdeh2 subroqasiya qaydasında tələbində haqlıdır. Cavabdeh1 Cavabdeh2 avtomobilin idarə edilməsi üçün etibarnamə verdiyinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə etibarnamə əsasında sahiblik edən fiziki şəxs kimi Cavabdeh2 üzərinə düşür. Bu səbəbdən, iddiaçı “xxxxxxxxxxxxx» ASC Cavabdeh1 subroqasiya qaydasında sığorta ödənişinin geriyə tələb etməkdə haqlı deyildir. Çünki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “İcbari Sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. “İcbari Sığortalar haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Qanunun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 xx.xx.2014-cü il tarixli PMİ-011170 nömrəli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 9.400 manat sığorta ödənişindən ödənilməmiş qalan 4.819 manat hissəsi, və ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət xərci olmaqla, cəmi 4.849,40 manat pul tutularaq iddiaçı “xxxxxxxxxxxxx” ASC-yə ödənilməlidir. İddia tələbi - Cavabdeh1 qarşı hissəsində rədd edilməlidir. Çünki, hadisənin törədilməsində Cavabdeh1 heç bir təqsiri yoxdur, Cavabdeh1 avtomobili qanuni əsaslarla Cavabdeh2 idarə etməyə vermişdir. Cavabdeh2 avtomobili idarə edərkən sürücülük vəsiqəsi və etibarnaməsi mövcud olmuşdur. Bu səbəbdən Cavabdeh1 vurulmuş maddi zərərin əvəzinin ödənilməsi üçün iddiaçının qarşısında heç bir məsuliyyət daşımır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2014-cü il tarixli PMİ-011170 nömrəli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 9.400 manat sığorta ödənişindən ödənilməmiş qalan 4.819 manat hissəsi, və ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət xərci olmaqla, cəmi 4.849,40 (dörd min səkkiz yüz qırx doqquz manat qırx qəpik) manat pul tutularaq iddiaçı “xxxxxxxxxxxxx” ASC-yə ödənilsin. İddia tələbi - Cavabdeh1 qarşı hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2602/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2602/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver