Məhkəmə qərarları › İş №e-2(004)-2629/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2629/2025

30.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2629/2025 30.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh1 QSC BOKT-un nümayəndəsi X1, Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı maraqlı şəxs Azərbaycan Kredit Bürosu MMC cəlb edilməklə cavabdehlər Cavabdeh1 QSC BOKT və Cavabdeh2 MMC-yə qarşı “İddiaçı 28 yanvar 2025-ci il tarixinə adında göstərilən 30.996 ABŞ dolları (24.703 əsas borc və 6.293 faiz məbləği) kredit məbləğinin silinməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 QSC BOKT və Cavabdeh2 MMC-nin üzərinə qoyulması, 27 sentyabr 2013-cü il tarixli, 1270 saylı kredit müqaviləsi üzrə İddiaçı kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosu MMC-nə verilməsi öhdəliyinin Aqrarkredit QSC BOKT-nə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı maraqlı şəxs Azərbaycan Kredit Bürosu MMC cəlb edilməklə cavabdehlər Cavabdeh1 QSC BOKT və Cavabdeh2 MMC-yə qarşı “İddiaçı 28 yanvar 2025-ci il tarixinə adında göstərilən 30.996 ABŞ dolları (24.703 əsas borc və 6.293 faiz məbləği) kredit məbləğinin silinməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 QSC BOKT və Cavabdeh2 MMC-nin üzərinə qoyulması, 27 sentyabr 2013-cü il tarixli, 1270 saylı kredit müqaviləsi üzrə İddiaçı kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosu MMC-nə verilməsi öhdəliyinin Aqrarkredit QSC BOKT-nə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borc verən Azərbaycan Beynəlxalq BankıASC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1270 saylı kredit müqaviləsinə əsasən, bank borcalana avtomobil alınması məqsədi ilə 36 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək qaytarmaq, illik 17% ödəmək şərti ilə 41.294 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. "xxxx" Açıq Sahmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə baglı sagİamİaşdırma tədbirləri haqqında" Azərbaycan Respublikasi Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cu maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin probbemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum ("X4 Edilməsi Agentllyl" MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs İddiaçı dair sənədlər S-AVK-1463 saylı, 24 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən, "xxxx" QSC-yə verilmişdir. Göstərilən hüquqlardan istifadə edərək cavabdeh "xxxx" QSC BOKT İddiaçı qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı AqrarKredit QSC Bank Olmayan Kredit Təşkilatına qarşı Azərbaycan Beynəlxalq Bank ASC-nin Sənaye filialı ilə bağladığı xx.xx.2013-cü il tarixli 01270 nömrəli kredit müqaviləsinə və xx.xx.2013-cü il tarixli 01270 saylı ipoteka müqaviləsinə əsasən, iddia müddətinin keçməsi səbəbindən Aqrarkredit QSC-yə qarşı öhdəlik münasibətlərinə xitam verilməsi, “Dodge Durango” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ipoteka yüklülüyündən azad olunmasının Cavabdeh1 QSC-yə həvalə edilməsinə dair qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh AqrarKredit QSC Bank Olmayan Kredit Təşkilatının ilk iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı xx.xx.2013-cü il tarixli 01327 saylı kredit müqaviləsi üzrə əsas borca görə 21.572,57 ABŞ dolları, faiz borcuna görə 6.292,68 ABŞ dolları olmaqla cəmi 27.865,25 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 248,08 manat Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması, İddiaçınun mülkiyyətində olan Dodge Durango minik markalı **-HL-*** qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti 36.000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi qət edilmiş, İddiaçı qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6262/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddia təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-579/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6262/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı, bir neçə dəfə digər cavabdeh X4 edilməsi Agentliyi MMC müraciət edərək iddiaçının kredit tarixçəsində göstərilən borc məbləğinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mövcud olmadığını, faiz və dəbbə pulu ilə bağlı digər tələblərin də məhkəmə tərəfindən təmin edilmədiyinə görə onun kredit tarixçəsindən, yəni həmin borcların silinməsini xahiş etsə də qanuni tələb yerinə yetirilməmişdir. Yuxarıda göstərilən məhkəmə qərarları sübut edir ki, cavabdeh Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatı iddia müddətini buraxdığı üçün borcludan məcburi qaydada kredit borcunu tələb etmək hüququ yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehlərin nümayəndələrinin vəsatətə dair hüquqi mövqeyi, vəsatətə müvafiq sübutların əlavə edilməməsi, mülki iş üzrə 2 hazırlıq iclasının keçirilməsi, iddiaçı tərəfin tələb üzrə sübutlarını tam təqdim etməsi, iddia ərizəsində mübahisənin faktiki hallarını ətraflı bildirməsi, sübutları əlavə etməsi, iddia ərizəsində hüquqi mövqeyi və mübahisənin hüquqi xarakteri (mübahisəyə dair obyektiv hüquqi mövqe) nəzərə alınmaqla vəsatət təmin edilməmişdir. Cavabdeh1 QSC BOKT-un nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-617/2022 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun tutulmasının ipoteka predmeti olan nəqliyyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin açıq hərracdan satılması və sair” tələblərinə dair ilkin iddiası qismən təmin edilmiş, İddiaçı xx.xx.2013-cü il tarixli 01327 saylı kredit müqaviləsi üzrə əsas borca görə 21572,57 ABŞ dolları, faiz borcuna görə 6292,68 ABŞ dolları olmaqla cəmi 27865,25 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 248,08 manat Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması, İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 200 manat dövlət nəfinə tutulması, İddiaçınun mülkiyyətində olan Dodge Durango minik markalı **-HL-*** qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti 36000 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi qət edilmiş, İddiaçı AqrarKredit QSC Bank Olmayan Kredit Təşkilatına qarşı Azərbaycan Beynəlxalq Bank ASC-nin Sənaye filialı ilə bağladığı xx.xx.2013-cü il tarixli, 01270 nömrəli kredit müqaviləsinə və xx.xx.2013-cü il tarixli 01270 saylı ipoteka müqaviləsinə iddia müddətinin keçməsi səbəbindən Aqrarkredit QSC-yə qarşı öhdəlik münasibətlərinə xitam verilməsinə, Dodge Durango markalı, ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ipoteka yüklülüyündən azad olunmasının Aqrarkredit QSC-yə həvalə edilməsinə dair qarşlıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6262/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın təmin edildiyi hissədə ləğv edilmiş və həmin hissədə də iddia müddətinin ötürülməsi əsası ilə iddia təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən AqrarKredit QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-579/2023 nömrəli qərarı ilə iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6262/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli, 32/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 2.1.2-ci maddəsinə əsasən, məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı. Həmin Qaydaların 3.9-cu maddəsinə əsasən, məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. Həmin Qaydaların 3.10-cu maddəsinə əsasən, MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. İşin hallarında görünür ki, müvafiq kredit müqaviləsi üzrə müqavilə tərəfi İddiaçı müqavilə üzrə öhdəsinə düşən vəzifələrə əməl etməmiş və müqavilə şərtlərini pozmuşdur. İddiaçı qarşı iddia tələbi isə məhz iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Mübahisə predmeti olan müqavilələr üzrə etibarsızlıq xüsusatları mübahisə mövzusu olmamış, həmçinin məhkəmənin özü tərəfindən etibarsızlığa dair əsaslı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-579/2023 nömrəli qərarı ilə tələbin əsaslandığı kredit müqaviləsinin etibarlılığına hüquqi qiymət verilmişdir. Məhkəmə qərar qəbul edərkən nəzərə alır ki, İddiaçı kredit müqaviləsi üzrə zamin qismində deyil, məhz əsas borclu qismində çıxış etmişdir. Əgər iddiaçı müqavilə üzrə zamin qismində çıxış etmiş olsaydı, o halda zaminliklə bağlı 2 illik kəsici müddətin ötürülməsi əsası ilə iddia tələbinin təmin edilməsi yolverilən ola bilərdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddətinin ötürülməsi öhdəliyin xitamına səbəb olmamaqla sadəcə iddiaçı (bank) tərəfindən tələb etmə hüququnun itirilməsi ilə nəticələnir. Yəni, iddia müddəti ötürüldükdə iddiaçı tərəfindən tələbin məhkəmə qaydasında realizə edilərək təmin edilməsi mümkün hesab edilmir. Bunun əsası qismində qanunla imperativ qaydada müəyyənləşdirilmiş iddia müddətinin ötürülməsi çıxış edir. Lakin, icra edilməmiş öhdəlik qüvvədə qalmaqda davam edir. Çünki, öhdəliyə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsində (həmçinin müqavilə üzrə) konkret olaraq müəyyənləşdirilmişdir. Hazırki mülki iş üzrə kredit müqaviləsi üzrə əsas borclu tərəfindən öhdəliyin icra olunmaması və ya öhdəliyə xitam verilməməsi mülki işin mübahisəsiz halıdır. Bu səbəbdən, icra edilməmiş öhdəliyə görə iddia müddətinin keçməsi əsası ilə öhdəliyin xitamı və bu barədə vahid məlumat bazasında informasiyanın yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Kredit Bürosu MMC-də saxlanılan məlumatlar data (informasiya) xarakterlidir, hər hansı əlavə öhdəliyin yaranması səbəb olmur. Hazırki mülki iş üzrə Azərbaycan Kredit Bürosu MMC-də iddiaçı barəsində mövcud olan məlumatlar həqiqidir. Mülki iş üzrə cavabdeh X4 Edilməsi Agentliyi” MMC əsl olmayan cavabdehdir. Belə ki, iddia tələbi təmin olunacağı təqdirdə belə öhdəlik onun üzərinə deyil, Cavabdeh1 QSC Qeyri Bank Kredit Təşkilatının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı maraqlı şəxs Azərbaycan Kredit Bürosu MMC cəlb edilməklə cavabdehlər Cavabdeh1 QSC BOKT və Cavabdeh2 MMC-yə qarşı “İddiaçı 28 yanvar 2025-ci il tarixinə adında göstərilən 30.996 ABŞ dolları (24.703 əsas borc və 6.293 faiz məbləği) kredit məbləğinin silinməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 QSC BOKT və Cavabdeh2 MMC-nin üzərinə qoyulması, 27 sentyabr 2013-cü il tarixli, 1270 saylı kredit müqaviləsi üzrə İddiaçı kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosu MMC-nə verilməsi öhdəliyinin Aqrarkredit QSC BOKT-nə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar