Məhkəmə qərarları › İş №e-2(004)-2632/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2632/2022

07.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2632/2022 07.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçün şəxs "xxxx" BOKT-nın nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra Şöbəsi, DƏDRX-nin Bakı Ərazi İdarəsi və "xxxx" BOKT-a qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra Şöbəsi, DƏDRX-nin Bakı Ərazi İdarəsi və "xxxx" BOKT-a qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 54 nömrəli evin 63 nömrəli mənzilinə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən verilmiş “Hərracın nəticələri haqqında” Protokolla, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 171,1 kv.m. ümumi, 100 kv.m. yaşayış, 71,1 kv.m. yardımçı sahəsi olan 4 otaqlı 63 nömrəli mənzili, tələbkar "xxxx" Bank olmayan kredit təşkilat MMC-yə təklif edilərək, sonuncuya verilmişdir. 63 saylı mənzil onun adma dövlət reyestrində 554 nömrəli reyestr kitabının 51021 nömrəli vərəqində qeyd edilməklə, onun xüsusi mülkiyyətində olan və ailəsinin birgə istifadəsində olar yaşayış sahəsidir. Mübahisələndirilən hərracın nəticələrinə dair protokol və hərracın keçirilməsi, nəticə etibarı ilə əmlak sahibinin hüquqlarına münasibətdə pozulmaqla, eləcədə sifarişə nisbətdə kobud pozuntuyla yol verilməklə keçirilmiş hesab edilməli və ləğv olunmalıdır. Belə ki, iddiaçı "xxxx" Bank olmayan kredit təşkilatı MMC ilə "xxxx" Şirkəti arasında kredit üzrə mövcud borcun tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-86/2020 saylı xx.xx.2020 –ci il tarixli qərardadı ilə təsdiqlənmiş tərəflər arasında razılıq sazişinə əsasən 54.994,13 ABŞ dollar xx.xx.2020-ci il tarixdən başlayaraq, son icra tarixi xx.xx.2022-ci il olmaqla hissə-hissə ödənilməsini cavabdeh tərəf təmin etməlidir. Əks təqdirdə tələb Bakı şəhəri, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 63 nömrəli mənzilinə yönəldilib, həmin mənzil hərracdan satışa çıxarılacaqdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-86/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının icrası ilə bağl icra sənədinin icrası tapşırılmış Nəsimi rayon İcra şöbəsi tərəfindən mənzil hərraca çıxarılması barədə “X2 Mərkəzi” MMC-yə sifariş verilmiş və bununla bağlı xx.xx.2021-ci il tarixdə, hərrac mərkəzi 1975/112601/2021-5-34 saylı sifariş məktubu ünvanlamışdır. Buna səbəb pulu ödəyəcəyini üzərinə götürmüş borclu İddiaçı tərəfindən ödənişin qrafik üzrə gecikdirilməsi olmuşdur. Lakin bütün olub-keçənlərdən, obyektiv səbəblərdən onun xəbəri olmamış və olması da mümkün deyildi. Çünki həmin müddətlərdə o, ağır xəstələnmiş, bir müddət Bakı şəhərində müalicə və əməliyyat olunmuş, daha sonra isə vəziyyəti ağırlaşdığından, müalicənin xaricdə davam etməsi məcburiyyəti yarandığından o, xx.xx.2021-ci il tarixdən ölkədər getmiş, xx.xx.2022-ci il tarixdə ölkəyə qayıtmışdır. Hərracla bağlı olub keçənləri digər borclu həyat yoldaşı X6 ilk dəfə 24.11,2021-c tarixdə bilmiş, həmin tarixdə qrafik üzrə yaranmış 23.512 manat borcu tam şəkildə ödəmiş, bu barədə 3-cü şəxs Nəsimi rayon icra şöbəsinə məlumat vermiş və bank ödəniş qəbzi təqdim etmişdir. Ondan sonra da ödənişlər qrafik üzrə davam etmiş və hazırda da davam etdirilir. Borclu ilə bağlı faktiki durumu və qrafik üzrə ödənişin edildiyini nəzərə alan icra şöbəsi, xx.xx.2021-ci il tarixdə bu barədə “X1 Mərkəzi” MMC-yə bildirmiş və hərracın dayandırılıb, sifarişin geri qaytarıİmasına dair rəsmi məktub vermişdir. Bundan sonra da hər ay ödənişlər davam etdirilmişdir. Lakin buna baxmayaraq, cavabdeh mənzilin dəyərini 25% azaldaraq 82.875 manat məbləğdə xx.xx.2022-ci il tarixli “İpoteka predmetinin əldə olunmasına dair” təkliflə Banka təklif etmişdir. Göründüyü kimi qrafik üzrə həm tələbkara pul ödənilməsi təmin edilmiş və həm də mənzilin hərracı davam etmişdir. Cavabdeh adı keçən mənzillə bağlı hərracı bu şəkildə “tələbkara təklif verməklə” və bank tərəfindən qəbul edilməklə nəticələndirımişdir. Mənzilə dair hərrac keçirilərkən borcluya məlumat verilməmişdir. Bildiriş göndərililib-göndərilmədiyi isə bilinmir, bu heç bir önəm daşımır. Çünki göndərsəydi də belə, borclu xaricdə olduğundan alması mümkün deyildir. Bütün bunlara baxmayaraq, hərracın keçirilməsi barədə borclu lazımı qaydada məlumatlandırılması vəzifəsi hərracın və icra məmurun üzərində qalır. Lakin hərrac barəsində ona məlumat verilmədiyindən, mənzilə dair qanunla verilmiş hüquqdan məhrum olunmuşdur. Halbuki, hərracın ilkin nəticəsinə görə də həmin mənzil ilkin olaraq borcluya təklif olunmalı idi. Lakin cavabdeh tərəfindən hərracın keçirilməsi qaydasına riayət edilməmiş, hərracda borclunun iştirakının təmini üçün lazımi tədbirlərin görülməməsi qanunla borcluya verilmiş hüquqların istifadəsindən məhrum edilməsinə səbəb olmuş və nəticədə ona məxsus əmlakın dəyər-dəyməzə özgəsi tərəfindən ələ keçirilməsinə şərait yaradılmışdır. Bundan başqa hərracın sifarişçisi Nəsimi rayon icra şöbəsidir. İcra şöbəsi xx.xx.2021-ci il tarixdə hərrac mərkəzinə imtina məktubu yazaraq, hərracın dayandırılması və geri qaytarılmasını tələb etmişdir. Belə olan halda cavabdeh dərhal hərracı yandırıb, sifarişi geri qaytarmalı idi. Lakin cavabdeh sifarişçinin təklifinə zidd hərracı davam etdirmişdir ki, bu da cavabdehin hərracla bağlı maraqlı olduğunu göstərir. Ölkə ərazisinə qayıdandan sonra bu barədə cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, hərracın nəticəsinə dair məlumat verməmiş və sənədlər təqdim edilməmişdir. Sadəcə olaraq hərracın nəticələrinin ləğv edilməsi cavabdeh MMC-nin səlahiyyətlərindən kənarda olduğu bildirilmiş və məhkəməyə müraciət etməyi deyilmişdir. Ona görə də mübahisəni məhkəmə yolu ilə həll etmək məcburiyyəti yaranmışdır. Müstəqil tələb irəli sürməyən üçün şəxs "xxxx" BOKT iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddianı əsassız hesab edir və təmin edilməməsini vacib sayır. Belə ki, “İpoteka haqqında” AR Qanununun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir..., yəni hərrac təşkilatçısı qanunun tələbinə görə müvafiq bildirişi sifarişli poçt göndərişi (məktub) ilə göndərməlidir, lakin həmin bildirişin ünvan sahibinə (onun ailə üzvünə) faktiki olaraq verilməsini təmin etmək və ya ipotekaqoyanın faktiki yaşadığı ünvanı müəyyən etmək vəzifəsi yoxdur. "İpoteka haqqında" və “İcra haqqında” AR Qanunlarında nə birbaşa, nə də dolayısı ilə belə vəzifə hərrac təşkilatçısı üzərinə qoyulmamışdır. Hərrac təşkilatçısı öz. vəzifəsini (bildirişi göndərmək) yerinə yetirmiş və bildirişi ipotekaqoyana onun rəsmi qeydiyyatda olduğu və icra sənədində qeyd edilən ünvana göndərmişdir. Digər tərəfdən, “İpoteka haqqında” AR Qanununun 42.1-ci maddəsində qeyd edilən "ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir...” vəzifəsinin iddiaçının izah etdiyi kimi başa düşsək, onda ipoteka predmetlərinə tutma yönəldilməsi faktiki olaraq mümkünsüz olar, belə ki, istinad edilən norma məhz belə tətbiq edilsə, ipotekaqoyan fiziki şəxslər ailə üzvləri ilə birlikdə qanuni əsaslarla ölkəni tərk edərək və ya sadəcə iddiaçı kimi yaşayış yerini dəyişərək icra sənədinin icrasından yayınar və bununla da tələbkarların əmlak maraqlarına mühüm ziyan vurmuş olarlar. Hərracın dayandırılması və geri qaytarılması barədə Nəsimi İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubuna gəlincə bildirmək istəyir ki, hərracın keçirilməsi barədə sifariş məktubu mütləq icrası AR qanunları ilə təmin edilən icra sənədinin tam icra edilməsini, bu halda hərrac keçirilməsini təmin etmək məqsədilə göndərilmişdir. Hərracın dayandırılması barədə məktubun göndərilməsi hansı zərurətdən yaranıb? Əgər borc tam ödənilmişdirsə, o halda icraata xitam verilməsi və ya heç olmasa icranın dayandırılması barədə qərar qəbul edilə bilərdi. Sadə bir məktub hərracın dayandırılması (icra sənədinin həmin hissədə icrasının) üçün əsas ola bilməz, belə ki. həmin tarixə icra sənədi üzrə icraat dayandırılmamış və ya borc ödənilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçının hərracın keçirilməsindən xəbəri olmamışdır. Belə ki, onun tərəfindən icra məmurunun məlumatından sonra gecikdirilmiş vaxt üzrə bütün məbləğ bir dəfəyə ödənilmiş, daha sonra isə yerdə qalan məbləğlər də, ayba-ay banka ödənilmiş və bank tərəfindən də qəbul edilərək, hər-hansı hərrac barəsəində ona heç bir məlumat verilməmişdir. Əslində isə bank tərəfindən iddiaçının mənzili borc əvəzi olaraq qəbul edildikdən sonra, iddiaçıya borclu qaldığı xeyli məbləğ olmuşdur ki, həmin məbləğ iddiaçıya qaytarmalı olduğu halda qaytarılmamış, üstəlik hələ artıq vəsaiti də qəbul etmişdir. Qeyd olunanlar aəsasən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında üçün şəxs "xxxx" BOKT-nın nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh “X1 Mərkəzi” MMC-nin, üçüncü şəxslər Nəsimi rayon İcra Şöbəsinin və DƏDRX-nin Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-86/2020 nömrəli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər X4, İddiaçı, “Qafqazenerqoservis" Şirkətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz, dəbbə borcunun alınması, ipoteka predmetinə tutma yönəldilməsi və mənzildən məcburi qaydaqa çıxarılması tələbinə dair mülki iş üzrə iddiaçı TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC, cavabdeh "xxxx" Şirkəti və İddiaçı nümayəndəsi X7 barışıq sazişinin təsdiq edilməsi barədə ərizələri qəbul edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2576/2ü18 saylı qətnaməsi ləğv edilmişdir. Tələbkar "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin “cavabdehlər X4, İddiaçı və "xxxx" Şirkətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz, dəbbə borcunun alınması ipoteka predmetinə tutma yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılması tələbinə dair tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər əsasında təsdiq edilməlidir.

1. Tərəflər xx.xx.2011-ci il tarixli AZBA-004787 saylı kredit müqaviləsi (xx.xx.2013cü il tarixli AZBA-004787-002 saylı Razılaşma daxil olmaqla) üzrə cavabdehlərn iddiaçıya olan ümumi borc məbləğini 54994,13 (əlli dörd min'doqquz yüz doxsan dörd) ABŞ dolları və 60 (altmış) manat müəyyən edirlər.

2. Göstərilən 54994,13 ABŞ dolları məbləğində borc xx.xx.2020-ci il tarixdən başlayaraq 24 ay ərzində, lakin. xx.xx.2022-ci İ tarixdən gec olmamaqla, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək 1 (bir) təqvim ayı ərzində 200 ABŞ dolları və 60.00 manat, qalan 54 994,13 (əlli dörd min doqquz yüz doxsan dörd) ABŞ dolları isə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 23 (iyirmi üç) təqvim ayı ərzində hər təqvim ayı ən azı 1000 ABŞ dolları olmaqla tam olaraq cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalıdır.

3. Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, yəni 01.09. 2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 54 994,13 ABŞ dolları və 60 manatın qaytarılmaması, o cümlədən, bu Sazişin 1.2-ci bənd ilə müəyyən edilmiş qaydada qaytarılmaması, öhdəliklərin lazımi qaydada və vaxtında era edilməməsi hesab olunacaq.

4. Bu Sazişin 1-ci bölməsində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra cavabdehlərin xx.xx.2011-ci il tarixli AZBA-004787 say kredit müqaviləsi (02 iyul 2013-cü il tarixli AZBA-004787-002 saylı Razılaşma daxil olmaqla) iddiaçı qarşısında kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (İddiaçı məxsus olan dövlət reyestrində 554 nömrəli reyestr kitabının 51021 nömrəli vərəqində qeyd edilən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 171.1 kv.m 100.0 kv.m yaşayış. 71.1 kv.m yardımçı sahəsi olan 4 otaqlı 63 nömrə mənzili) ipoteka üklülüyündən azad ediləcək və Zaminlik müqaviləsinə xitam veriləcəkdir.

5. Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər:

6. Cavabdehlər borc məbləğini bu Sazişdə qeyd edilən müddətlərə uyğun rəqəmləri qəbul edir və cavabdehlərin ödənişləri nəzərə alınmaqla, borcun tutulma gününə olan qalıq məbləği və 8600 ABŞ dolları iddiaçının xeyrinə tutulur;

7. Tutma İddiaçı məxsus olan daşınmaz əmlakın dövlət reyestrində 554 nömrəli reyestr kitabının 51021 nömrəli vərəqində qeyd edilən Bakı şəıər. Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 171.1 kv.m ümumi, 1C0.0 kv.m yaşayış, 71.1 kv.m yardımçı sahəsi olan 4 otaqlı 63 nömrəli mənzilinə yönəldilir və tərəflərin razılığına əsasən ilkin satış qiyməti 170 000 (yüz yetmiş min) manat müəy/ən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti cavabdehlərin iddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir. İcra vərəqəsi xx.xx.2021-ci il tarixdə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru X5 icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-86/2020 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin 14925/112601/2021-5 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubunun surətindən görünür ki, Tələbkar "xxxx" BOKT MMC-nin xx.xx.2021-ci il tarixdə şöbəyə daxil olmuş sorğuya cavab məktubunda İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-86/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə hazırda 54494.13 ABŞ dolları borcunun mövcud olduğu göstərilmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsini rəhbər tutaraq, İddiaçı məxsus olan daşınmaz əmlakın dövlət reyestrində 554 nömrəli reyestr kitabının 51021 nömrəli vərəqində qeyd edilən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudc. küçəsində yerləşən 54 nömrəli evin 171.1 kv.m ümumi, 100.0 kv.m yaşayış 71.1 kv.m yardımçı sahəsi olan 4 otaqlı 63 nömrəli mənzilin satışını təşkil edilməsi “X1 Mərkəzi” MMC-yə təklif olunmuşdur. “X1 Mərkəzi” MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Nəsimi rayon icra şöbəsi tərəfindən №14925/112601/2021- 5-34 saylı xx.xx.2021 tarixli məktubla Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54, mənzil 63 açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verilmişdir. Əmlakın təkrar salış qiyməti 170000 manat təşkil edir. İlkin hərrac xx.xx.2021-ci il tarixində saat 11:00-da keçiriləcəkdir. Hərracın keçirilməsi barədə elan “Market” qəzetində dərc edilmişdir. Bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. “X1 Mərkəzi” MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Nəsimi rayon icra şöbəsi tərəfindən №14925/112601/2021- 5-34 saylı xx.xx.2021 tarixli məktubla Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 54, mənzil 63 açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verilmişdir. Əmlakın təkrar satış qiyməti 144500 manat təşkil edir. Təkrar hərrac xx.xx.2021-ci il tarixində saat 11:00-da keçiriləcəkdir. Hərracın keçirilməsi barədə elan “Market” qəzetində dərc edilmişdir. Bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. xx.xx.2021-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən kredit borcu üzrə barışıq sazişinin şərtlərinə uyğun olaraq (ən azı 1000 ABŞ dolları olmaqla) 23512 manat ödəniş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin «X1 Mərkəzi” MMC-yə ünvanlanmış 18433/112601/2021-5-34 saylı xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-86/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixli sifariş məktubla sizə müraciət olunmuşdur. İş üzrə borclu ipoteka predmetinin mülkiyyətçisi İddiaçı nümayəndəsi X10 ərizə ilə şöbəyə müraciət edərək məhkəmə qərarına uyğun tələbkarın xeyrinə ödəniş etdiyini bildirmiş, ödəniş qəbzini şöbəyə təqdim etmiş və hərracın dayandırılmasını xahiş etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq hərracın dayandırılıb sifarişin geri qaytarılması xahiş olunmuşdur. “X1 Mərkəzi” MMC-nin YP 166 nömrəli, xx.xx.2021-ci il tarixli satış protokolunun surətindən görünür ki, keçirilən hərraclarda iştirakçı olmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" BOKT MMC əmlakı 108375 manata almışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Göründüyü kimi, cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən“İcra haqqında” Azərbaycan Respublikası Qanununun icra məmurunun göstərişlərinin məcburiliyinə imperativ tələbi kobud şəkildə pozulmuş, icra qurumunun hərracın dayandırılması bardə məcburi göstərişi yerinə yetirilməmiş, yəni, mübahisə predmeti olan mənzilin hərracı dayandırılmamış və mənzilin tələbkara satılması ilə bağlı satış protokolu tərtib olunmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. İş materialları ilə müəyyən olunur ki, borclu İddiaçı tərəfindən hərracın nəticələri üzrə protokol imzalananadək, yəni xx.xx.2021-ci il tarixdə öhdəliyin gecikdirilmiş hissəsinin icra edilmiş, və daha sonrada onun tərəfindən qrafik üzrə ödənişlər həyata keçirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Girov və ipoteka borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulu olmaqla yanaşı, girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur (MM-in 269-cu maddəsi). Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmişdir. “İpoteka haqqında” xx.xx.2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, “X1 Mərkəzi” MMC tərəfindən mübahisəli hərrac qanunvericiliyin tələbləri pozulmaqla təkil edilmiş, keçirilmiş və nəticələrinə dair satış protokolu tərtib edilmişdur. Belə ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair bildirişlər ipoteka qoyan olan iddiaçıya çatdırılmamış, icra işinin materiallarında hərracın keçirilməsinə dair bilidirişlərin cavabdehin ünvanına da göndırilməsinə dair məlumatlar olsa da, bildirişlərin poçta verilməsi və iddiaçı tərəfindən qəbul edilməsinə dair heç bir sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki qanunvericiliyin tələbinə görə hərrac təşkilatı hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. Yəni bildiriş çatdırılarkən ünvan sahibinin çatdırılmanı təsdiq edən müvafiq sənədi imzalaması tələb olunur. Məhkəmənin mövqeyinə görə qanunvericilik bildirişin tərəflərə verilməsi vəzifəsini hərrac təşkilatının üzərinə birbaşa qoyduğu üçün hərrac təşkilatı tərəfindən bu prosessual qaydaya əməl edilməməsi hərracın keçirilmə qaydalarının pozulması deməkdir. Hərracın keçirilməsinin qaydaları ona hesablanmışdır ki, mülkiyyətçi ona məxsus olan mənzilin hərraca çıxarılması ilə bağlı məlumatları əldə edə bilsin və qanunda nəzərdə tutulan hüquqlarından istifadə edə bilsin. Belə ki, mülkiyyətçi özü hərracda iştirak edə bilər, başqa şəxsləri cəlb edə bilər. Digər tərəfdən, borclu tərəfindən gecikmiş ğhdəliyin tamamilə icra edilməsi və hərracın dayandırılması barədə icra qurumunun göstərişi nəzərə alınmamışdır. Bundan başqa iş materialları ilə o da müəyyən edilir ki, hətta hərracın nəticələrinə dair xx.xx.2021-ci il tarixli satış protokolu tərtib edildikdən sonra da, ödəniş qrafiki üzrə ödənilməli olan məbləğlər dekabr, 2022-ci ilin yanvar, fevral, və s.. (ödənişlər 2022-ci ilin may ayınadək davam edir) aylar üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş, cavabdeh tərəfindən isə ipoteka predmeti qəbul edilməsinə baxmayaraq istər xx.xx.2021-ci il tarixə öhdəliyin gecikdirilmiş hissəsinə görə 23512 manat, istərsə də, daha sonra da, iddiaçı tərəfindən ödənilmiş məbləğlər qəbul edilmiş və iddiaçıya xx.xx.2021-ci il tarixli satış protokoluna əsasən ipoteka pedmetinin tərəflərindən qəbul edilməsi barədə heç bir məlumat verilməmiş, iddiaçı isə icra məmurunun xx.xx.2021-ci il tarixli məktubuna əsasən, hərracın dayandırılıb sifarişin geri qaytarılmasını zənn edərək daha sonra da, ödənişlərini həyata keçirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus olan dövlət reyestrində 554 nömrəli reyestr kitabının 51021 nömrəli vərəqində qeyd edilən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 171.1 kv.m 100.0 kv.m yaşayış. 71.1 kv.m yardımçı sahəsi olan 4 otaqlı 63 nömrə mənzilin "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə satılmasına dair “X3 Mərkəzi” MMC-nin YP 166 nömrəli, xx.xx.2021-ci il tarixli satış protokolu etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh “X3 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 63 nömrəli mənzilinin satışı ilə bağlı keçirilmiş hərracın nəticələrinə dair xx.xx.2021-ci il tarixli, YP 166 saylı satış protokolu etibarsız hesab edilsin. Cavabdeh “X3 Mərkəzi” MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar