Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2667/2024 20.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “Nissan Murano” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Subaru XV” markalı ** UV *** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. PAT ********** nömrəli sığorta şəhadətnaməsinin 103331 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Nissan Murano” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. 063/18 CM- 015/18 nömərli sığorta akıtnın və MİP-10220/2018-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən görünür ki, hadisə zamanı “Subaru XV” markalı ** UV *** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsi "xxxx" ASC-də könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. xx.xx.2017-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh “Nissan Murano” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək xx.xx.2023-cü ilə qədər etibarnaməsi olmuşdur. Beləliklə, o, nəqliyyat vasitəsinə qanuni sahibliyi həyata keçirmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Subaru XV” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 397.31 AZN (üç yüz doxsan yeddi manat otuz bir qəpik) məbləğində zərər dəymişdir. 002İBB**********8 nömrəli ödəniş tapşırığının surətindən aydın olur ki, "xxxx" ASC dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Subaru XV” markalı, ** UV *** markalı, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği çıxılmaqla 297.31 AZN ( iki yüz doxsan yeddi manat otuz bir qəpik) sığorta ödənişini ödəmişdir. 2595 nömrəli ödəniş tapşırığından görünür ki, 297.31 ( iki yüz doxsan yeddi manat otuz bir qəpik) manat məbləğin 248.38 (iki yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat hissəsi “Nissan Murano” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" Sığorta ASC tərəfindən "xxxx" ASC-nə ödənilmişdir. xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2018-ci il tarixli İXP seriyalı ******* saylı protokoldan və xx.xx.2018-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi Cavabdeh İXM-nin 327.1. və 327.6-ci maddələri ilə təqsirli bilinmişdir. 248.38 (iki yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarına əlavə edilmiş PAT ********** nömrəli sığorta şəhadətnaməsinin 103331 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Nissan Murano” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş 063/18 CM-015/18 nömərli sığorta akıtnın və MİP- 10220/2018-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən görünür ki, hadisə zamanı “Subaru XV” markalı ** UV *** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsi "xxxx" ASC-də könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarına əlav edilmiş xx.xx.2017-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh “Nissan Murano” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək xx.xx.2023-cü ilə qədər etibarnaməsi olmuşdur. Beləliklə, o nəqliyyat vasitəsinə qanuni sahibliyi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Subaru XV” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 397.31 AZN (üç yüz doxsan yeddi manat otuz bir qəpik) məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 002İBB**********8 nömrəli ödəniş tapşırığının surətindən aydın olur ki, "xxxx" ASC dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Subaru XV” markalı, ** UV *** markalı, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği çıxılmaqla 297.31 ( iki yüz doxsan yeddi manat otuz bir qəpik) manat sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş 2595 nömrəli ödəniş tapşırığından görünür ki, 297.31 (iki yüz doxsan yeddi manat otuz bir qəpik) manat məbləğin 248.38 (iki yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat hissəsi “Nissan Murano” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" Sığorta ASC tərəfindən "xxxx" ASC-nə ödənilmişdir. xx.xx.2018-ci il tarixli İXP seriyalı ******* saylı protokoldan və xx.xx.2018-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan da görünür ki, Cavabdeh İXM-nin 327.1. və 327.6-ci maddələri ilə təqsirli bilinmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 936-cı maddəsi çıxış edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan delikt hüquq institutu üzrə dispozitiv şərtlərin hər üçü yerinə yetirilir. Beləliklə, müəyyən edilir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “Nissan Murano” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Subaru XV” markalı ** UV *** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. PAT ********** nömrəli sığorta şəhadətnaməsinin 103331 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Nissan Murano” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. 063/18 CM-015/18 nömərli sığorta akıtnın və MİP- 10220/2018-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən görünür ki, hadisə zamanı “Subaru XV” markalı ** UV *** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsi "xxxx" ASC-də könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. xx.xx.2017-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh “Nissan Murano” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək xx.xx.2023-cü ilə qədər etibarnaməsi olmuşdur. Beləliklə, o, nəqliyyat vasitəsinə qanuni sahibliyi həyata keçirmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Subaru XV” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 397.31 AZN (üç yüz doxsan yeddi manat otuz bir qəpik) məbləğində zərər dəymişdir. 002İBB**********8 nömrəli ödəniş tapşırığının surətindən aydın olur ki, "xxxx" ASC dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Subaru XV” markalı, ** UV *** markalı, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği çıxılmaqla 297.31 AZN ( iki yüz doxsan yeddi manat otuz bir qəpik) sığorta ödənişini ödəmişdir. 2595 nömrəli ödəniş tapşırığından görünür ki, 297.31 ( iki yüz doxsan yeddi manat otuz bir qəpik) manat məbləğin 248.38 (iki yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat hissəsi “Nissan Murano” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" Sığorta ASC tərəfindən "xxxx" ASC-nə ödənilmişdir. xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2018-ci il tarixli İXP seriyalı ******* saylı protokoldan və xx.xx.2018-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi Cavabdeh İXM-nin 327.1. və 327.6-ci maddələri ilə təqsirli bilinmişdir. Bu səbəbdən, iddiaçı subroqasiya qaydasında ödənilmiş sığorta ödənişini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumu qaydada Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Bu səbəbdən də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 248.38 (iki yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat pul və 30,00 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 248.38 (iki yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat pul və 30,00 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2667/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2667/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver