Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-267/2024 13.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi və müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “əmlaka vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi və müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan Bakı şəhəri Yasamal rayonu 556- 557-ci məhəllə Hüseyn Cavid prospekti 79 nömrəli evin 2 nömrəli mənzilindən su axıdılması nəticəsində aşağı mərtəbədə yerləşən İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvandakı qeyri-yaşayış sahəsinə dəymiş zərərin əvəzi olaraq 813 manat və iş vaxtını itirməyə görə 700 manat, ödənilmiş 35,13 manat dövlət rüsumu olmaqla, cəmi 1548,13 manat pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvandakı qeyri-yaşayış sahəsinə su sızmasının qarşısının alınması məqsədilə özünə məxsus Bakı şəhəri Yasamal rayonu 556-557-ci məhəllə Hüseyn Cavid prospekti 79 nömrəli evin 2 nömrəli mənzilində təmir işlərinin aparılmasının Cavabdeh öhdəsinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) xx.xx.2023-cü il tarixli e- 2(004)-5193/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki (inşaat) ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə ekspertiza keçirilməsindən imtina edilmiş və mülki iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisə obyektinə ekspertiza baxışının keçirilməsi xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixə təyin edilsə də, tərəflər gəlmədiyinə görə baxış keçirilməsi mümkün olmamış və ölçü işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən ekspert rəyi olmadan işə baxılması və işin məhkəmə baxışına təyin edilməsi mümkün hesab edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu 556- 557-ci məhəllə Hüseyn Cavid prospekti 79 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Banka məxsus qeyri-yaşayış sahəsi çoxmənzilli binanın ikinci və üçüncü mərtəbələrində yerləşir. Son dövrdə əmlakın üçüncü mərtəbəsində yerləşən hissəsinə yuxarı mərtəbədə yerləşən Cavabdeh məxsus Bakı şəhəri Yasamal rayonu 556-557-ci məhəllə Hüseyn Cavid prospekti 79 nömrəli evin 2 nömrəli mənzilindən mütəmadi olaraq su sızmağa başlamışdır. Məhkəməyə müraciət etməmişdən əvvəl son bir ayda isə suyun həcmi artaraq, Banka məxsus əmlakın tavan, divar və döşəməsinə ciddi zərər vurmağa başlamışdır. Cavabdeh faktla bağlı dəfələrlə xəbərdar edilsə də, problem aradan qaldırılmamışdır və su sızması davam etmişdir. Su sızması binanın idarəedici orqanının birgə iştirakı ilə İddiaçı ASC-nin Maliyyə Menecmenti Departamenti tərəfindən aktlaşdırılmışdır. "xxxx" ASC-nin zərər dəymiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli hesabatına əsasən su sızması nəticəsində dəymiş zərərin ümumi həcmi 813 manat müəyyən edilmişdir. Həmin məbləğ franşiza məbləğindən az olduğu üçün sığorta pulu Banka ödəməmişdir. Cari gündə cavabdehin etinasız əməli nəticəsində Bankın həmin binada yerləşən strukturlarının işində xeyli maneələr yaranır, su sızmasının Banka vurduğu zərər isə günü-gündən artmaqda davam edir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə, su sızıntısının qarşısının aınması tələb olunmasına baxmayaraq, cavabdeh heç bir tədbir görmür. Cavabehin bu cür davranışı Bankın mülkiyyət hüququna və əmlak mənafeyinə xələl gətirməklə, qəsdən ziyan vurulması ilə nəticələnir. Eyni zamanda bu problemin aradan qaldırılması üçün bankın bir neçə strukuru səfərbər olaraq, həm cavabdehlə şifahi danışıqlara, həm də məhkəmədə iddianın qaldırılması üçün lüzumsuz vaxt itrmişdir. Halbu ki, cavabdeh vaxtından məsuliyyətli davranaraq, baş vermiş zərərvurmanın nəticələrini aradan qaldırmış olsaydı və növbəti dəfə bu cür halların baş verməsinə yol verməsəydi, bankın əməkdaşları da öz fəaliyyətləri ilə məşğul olar, lüzumsuz yerə bu məsələ üçün vaxt itirməzdilər. Odur ki, hesab edir ki, bankın əmlakına su sızması nəticəsində vurulmuş 813 manat zərərin, cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzinin alınması üçün sənədlərin hazırlanması və məhkəmədə hüquqularının müdafiəsi üçün iş vaxtını itirməyə görə 700 manat pul və ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə su sızmasının qarşısının alınması məqsədilə özünə məxsus mənzilində təmir işlərinin aparılması cavabdehin öhdəsinə qoyulmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu 556- 557-ci məhəllə Hüseyn Cavid prospekti 79 ünvanda yerləşən ümumi sahəsi 582,0 kv.m olan qeyriyaşayış sahəsi İddiaçı ASC-nin tam mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu 556-557-ci məhəllə Hüseyn Cavid prospekti 79 nömrəli evin 2 nömrəli mənzili Cavabdeh tam mülkiyyətindədir. İddiaçı ASC-nin mülkiyyətində olan daşınmaz əmlak xx.xx.2022-ci il tarixdə 12 ay müddətində "xxxx" ASC tərəfindən icbari sığorta olunmuşdur. Digər risklər üzrə 1500 manat azad olma məbləği müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, İddiaçı ASC-nin Maliyyə Menecmenti Departamentinin Təsərrüfat və Təchizat şöbəsinin müdiri X4, həmin şöbənin Təchizat bölməsinin rəhbəri X6 və Maliyyəçi MTK-nın sədri X2 öz imzamızla təstiq etmişlər ki, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 79 ünvanda İddiaçı ASC-nin 3-cü mərtəbəsində yerləşən ofisinə yuxarı mərtəbədə yerləşən X1 məxsus mənzil 2-dən su sızma hadisəsi baş vermişdir və ofisə ziyan dəymişdir. Dəfələrlə mənzil sahibi problemin həll edilməsi üçün xəbərdarlıq edilsə də, mənzil sahibi tərəfindən problem aradan qaldırılmamışdır və su sızması hələ də davam edir. İddiaçı ASC sığorta ödənişinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli zərər dəymiş daşınmaz əmlakın qiymətləndlirilməsi hesabatından müəyyən edilir ki, İddiaçı ASC-nin mülkiyyətində olan və "xxxx" ASC tərəfindən icbari sığortalanmış Bakı şəhəri Yasamal rayonu 556-557-ci məhəllə Hüseyn Cavid prospekti 79 ünvanda yerləşən ümumi sahəsi 582,0 kv.m olan qeyri-yaşayış sahəsinə dəymiş zərərin aradan qaldırılması üçün material alınmasına 273 manat, zəhmət haqqı 540 manat olmaqla, cəmi 813 manat vəsait tələb olunur. Dəymiş maddi zərərin məbləği 813 manat azadolma məbləğindən 1500 manatdan az olduğuna görə, sığorta ödənişi həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödəlməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsulyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, cavabdeh dilekt nəticəsində vurduğu zərərə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçıya vurulmuş real zərərin məbləği iş üzrə qiymətləndirmə hesabatına əsasən 813 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh məxsus olan Bakı şəhəri Yasamal rayonu 556-557-ci məhəllə Hüseyn Cavid prospekti 79 nömrəli evin 2 nömrəli mənzilindən su axıdılması nəticəsində aşağı mərtəbədə yerləşən İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvandakı qeyri-yaşayış sahəsinə dəymiş zərərin əvəzi olaraq 813 manat və ödənilmiş 35,13 manat dövlət rüsumu olmaqla, cəmi 848,13 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvandakı qeyri-yaşayış sahəsinə su sızmasının qarşısının alınması məqsədilə özünə məxsus Bakı şəhəri Yasamal rayonu 556-557ci məhəllə Hüseyn Cavid prospekti 79 nömrəli evin 2 nömrəli mənzilində təmir işlərinin aparılması Cavabdeh öhdəsinə qoyulmalıdır. İddia tələbi - iş vaxtını itirməyə görə 700 manat pul tutulması hissəsində rədd edilməlidir. Çünki, iddiaçı 813 manatdan daha artıq məbləğdə zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məxsus olan Bakı şəhəri Yasamal rayonu 556-557-ci məhəllə Hüseyn Cavid prospekti 79 nömrəli evin 2 nömrəli mənzilindən su axıdılması nəticəsində aşağı mərtəbədə yerləşən İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvandakı qeyri-yaşayış sahəsinə dəymiş zərərin əvəzi olaraq 813 manat və ödənilmiş 35,13 manat dövlət rüsumu olmaqla, cəmi 848,13 (səkkiz yüz qırx səkkiz manat on üç qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvandakı qeyri-yaşayış sahəsinə su sızmasının qarşısının alınması məqsədilə özünə məxsus Bakı şəhəri Yasamal rayonu 556-557-ci məhəllə Hüseyn Cavid prospekti 79 nömrəli evin 2 nömrəli mənzilində təmir işlərinin aparılması Cavabdeh öhdəsinə qoyulsun. İddia tələbi - iş vaxtını itirməyə görə 700 manat pul tutulması hissəsində rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-267/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-267/2024
13.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver