Məhkəmə qərarları › İş №e-2(004)-2672/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2672/2022

13.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2672/2022 13.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin hazırkı mülki iş üzrə qəbul olunmuş yekun məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay ərzində “softline.az” elektron səhifəsində iddiaçı barəsində yaydığı məlumatın sonunda həmin şrift və ölçüdə “Təkzib” başlığı altında, mətnində heç bir dəyişiklik edilmədən, Vladimir Razuvaev adından “İddiaçıHikmət oğlu barəsində yaydığımız məlumatın həqiqəti əks etdirmədiyini etiraf edir və İddiaçı üzr istəyirik” məzmunlu təkzib verməsi və vurduğu mənəvi zərərin əvəzi olaraq 950 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 980 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-də xx.xx.2018-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək “Direktor” vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin vaxtının bitməsi səbəbindən onunla "xxxx" MMC arasında olan müqaviləyə xitam verilmişdir. Müqaviləyə xitam verilməsindən bir neçə gün sonra 2022-ci ilin aprel ayında “softline.az” elektron səhifəsində Cavabdeh MMC-nin adından Vladimir Razuvaev adlı şəxs onun barəsində məlumat yaymışdır. Məlumatda israrla göstərilmişdir ki, “...Автором таких писем является Зия Хусейнзаде Хикмат оглы (гражданин Азербайджанской Республики, xx.xx.1989 года рождения). Зия Хусейнзаде Хикмат оглы работал в азербайджанском представительстве компании Softline в должностях финансового директора, а затем директора представительства до xx.xx.2022 года. В связи с выявленными в ходе аудита неоднократными финансовыми махинациями, выводом денег из компании, было принято решение не продлевать с ним трудовые отношения. На данном этапе соответствующими службами Softline подготовлены все необходимые документы для обращения в правоохранительные органы для дальнейшей оценки его противоправных действий. Также сообщаем, что с целью избежания уголовной ответственности за свои противоправные деяния, Зия Хусейнзаде Хикмат оглы обращался к руководству компании с просьбой выдать от имени Softline письмо об отсутствии к нему претензий со стороны компании Softline. Получив отказ, он начал активную пиар-кампанию против Softline, в попытке уйти от неминуемого наказания за свои деяния во время работы в Softline.” Beləliklə, sözügedən məlumatda onun barəsində “....çoxsaylı maliyyə maxinasiyaları, şirkətdən pulların çıxarılması ilə əlaqədar əmək münasibətləri davam etdirilməyən şəxs”, “hüquqazidd hərəkətlər edən şəxs”, “hüquqazidd əməllərinə görə məsuliyyətdən yayınmağa çalışan şəxs” ifadələri işlədilmişdir. Məlumat müəllifi onu vəzifə və iqtisadi cinayətlər törətməkdə günahlandırmışdır. Məqalədə qeyd olunanlar həqiqəti əks etdirmədiyindən, yalnız əvvəlki iş yerinin vəzifəli şəxsləri tərəfindən onu bir insan, bir işçi kimi onu gözdən salmaq, insanlarda barəsində xoşagəlməz fikir formalaşdırmaq niyyəti olmuşdur. Çünki, cavabdeh qurumda onun fəaliyyəti hər hansı bir hüquq pozuntusuna görə deyil, əmək müqaviləsinin müddəti bitdiyi üçün bitmişdir və bu barədə müvafiq əmr və bildiriş ona təqdim edilmişdir. Sözügedən ifadələr bir insan kimi onun şərəf və ləyaqətini alçaldır, həmçinin bir işgüzar şəxs kimi onun işgüzar nüfuzuna xələl gətirir. Bütün bu xoşagəlməz hərəkətlər nəticəsində onu şəxsi münasibətlərdən tanıyan insanlar, o cümlədən işgüzar münasibətlərdən tanıyan insanların düşüncəsində barəsində xoş münasibətlər arzuolunmaz münasibətə çevrilmişdir və bütün bu hərkətlər onun şərəf və ləyaqətini alçatmaqla, işgüzar nüfuzuna xələl gətirməklə ona mənəvi ziyan vurmuşdur. Hesab edir ki, Cavabdeh MMC-nin hazırkı mülki iş üzrə qəbul olunmuş yekun məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay ərzində “softline.az” elektron səhifəsində barəsində yaydığı məlumatın sonunda həmin şrift və ölçüdə “Təkzib” başlığı altında, mətnində heç bir dəyişiklik edilmədən, Vladimir Razuvaev adından “İddiaçıHikmət oğlu barəsində yaydığımız məlumatın həqiqəti əks etdirmədiyini etiraf edir və İddiaçı izr istəyirik” məzmunlu təkzib verməsi və vurduğu mənəvi zərərin əvəzi olaraq 950 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 980 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizəni məhkəmə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması, yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbinin dəqiqləşdiriməsi barədə ərizəsi ilkin iddia ərizəsindən əlavə olaraq onunla əsaslandırılmışdır ki, X9 2 Oktyabr 2018-ci il tarixində işə qəbul olunduqda “Softline” şirkətlərinin banklardakı qalığı AZN 287,05 (iki yüz səksən yeddil manat 5 qəpik) olmuşdur, 31 Mart 2022-ci il tarixində “Softline”-dan ayrılanda isə banklardakı qalıq AZN ekvivalentində 3,207,436.94 (üç milyon iki yüz yeddi min dörd yüz otuz altı manat 94 qəpik) pul vəsaitlərini təsisçilərə təhvil vermişdir. Beləliklə, indi günahlandırılan X9 şirkəti iflis vəziyyətində idarəetməsinə təhvil alıb, üç milyon manatdan çox pul vəsaitləri ilə şirkəti təhvil vermişdir. Cavabdeh MMC-nin əvvəlki direktoru X16 2 Oktyabr 2018-ci il tarixində təsisçilər tərəfindən AR Əmək Məcəlləsinin 70(Ç) bəndi ilə mənimsəməyə görə işdən çıxarılıb. Bununla açıq aşkar görünür ki, təsisçilərin sübutları olan təqdirdə direktoru mənimsəməyə görə AR Əmək Məcəlləsinin müvafiq maddəsi ilə azad etmişdirlər. X4 əmək müqaviləsinin bitdiyi üçün işdən çıxıb və softline.az vebsatında haqqında yazılan təhqir ifadələri heç bir məntiqə uyğun deyil və həqiqəti əks etdirmir. Göründüyü kimi, təsisçilər X5 əmək müqaviləsi vaxtından əvvəl xitam verməyiblər, onun bitməsini gözləyiblər. Softline.az vebsaytında X5 haqqında təhqir edici məlumatlar yayan şəxslər 3 (üç) il ərzində X8 çoxsaylı təşəkkürnamələr bildirmiş, hər il (üç il) əmək müqaviləsinin uzadılmasını xahiş etmiş, Softline Rossiya vebsaytında nailiyyətləri haqqında təşəkkür xarakterli xəbərlər yaymışdır, X5 idarəetməsinin nəticəsində Azərbaycan ofisinin MDB ölkələrinin arasında iki ən böyük dövriyyəsi olan ofis kimi elan etmişdir. Bu isə öz əksini çoxsaylı elektron məktublarında tapmışdır. Əlavə olaraq, Softline şirkətlər qrupunun sahibi İgor X2 idarəetməsinə razılıq əlaməti olaraq, şirkətdə uzun müddətli saxlamaq üçün ona Softline şirkətlər qrupunun 1450 (bir min dörd yüz əlli) ədəd istiqrazını motivasiya üçün vermişdir. Bu isə öz əksini müvafiq sazişdə tapmışdır.Həmçinin, X9 şirkəti elə əhəmiyyətli mənfəətlə idarə etmişdir ki, əvvəlki rəhbərliyin idarəetməsi nəticəsində yaranmış keçmiş külli miqdarda olan zərər tam bağlandıqdan sonra belə, şirkət yenə də mənfəətlə illəri başa çatdırmışdır. Bu isə öz əksini mənfəət vergi bəyannaməsində tapmışdır. 2 Oktyabr 2018-ci il tarixindən 31 Mart 2022-ci il tarixinədək X5 idarəetməsi dövründə şirkətin heç vaxt vergi borcu qalmayıb, çoxsaylı dövlət satınalmalarını əldə etmişdir və riskli vergi ödəyicisi statusunda olmayıb. Həmin dövrdə şirkət nümunəvi vergi ödəyicilərinin siyahısına daxil olunmuşdur, direktoru X1 naziri cənab Mikayıl Cabbarov ilə şəxsən görüşə dəvət olunmuşdur. 2021-ci ilin sonunda X3 MDB ofislərinin direktoru Maksim Karamışevin şəxsi maraqlarına xidmət edən tələblərini icra etmədiyi üçün, aralarında mübahisə yaranmışdır və nəticədə Maksim Karamışev yuxarıda sadalanmış X5 və şirkətin haqqında müsbət faktları nəzərə almadan öz şəxsi qərəzli mövqesini bu şəkildə bəlli etmişdir. Qeyd edir ki, softline.az-dakı təhqir xarakterli yalan xəbər artıq ictimaiyyətə yayılmışdır. Belə ki, X5 yaxın qohumunun məhkəmə işində digər tərəf baxmayaraq ki, mübahisə predmetinin X9 ilə heç bir əlaqəsi olmadığı təqdirdə, www.softline.az-dakı xəbərdən istifadə edərək X5 qohumunu fırıldaqlarda ittiham etmişdir. Odur ki, hazırda iddia tələbini dəqiqləşdirərək Cavabdeh MMC-nin hazırkı mülki iş üzrə qəbul olunmuş yekun məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay ərzində “softline.az”' elektron səhifəsində iddiaçı barəsində yaydığı məlumatın əvvəlində həmin şrift və| ölçüdə “Təkzib” başlığı əvvəlində, əvvəlki mətni silinmək şərti ilə, Vladimir Razuvaev adından “İddiaçı barəsində yaydığımız məlumatın həqiqəti əks etdirmədiyini etiraf edir və İddiaçı üzr istəyirik” məzmunlu təkzib verməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatdan müəyyən olunur ki, Cavabdeh MMC xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı isə ünvan 1rında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli Rəsmi bildirişdə qeyd olunur ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə başa şatması ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin b) yarımbəndinə əsasən xitam veriləcəkdir. İş materiallarında olan Cavabdeh MMC-nin yeganə iştirakçısının xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, “X20 Limited” şirkətinin etibarnamə əsasında nümayəndəsi X7 tərəfindən "xxxx" MMC-nin direktoru vəzifəsində çalışan X5 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin b) yarımbəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan http://www.softline.az elektron səhifəsində Cavabdeh MMC-nin adından Vladimir Razuvaev tərəfindən yerləşdirilmiş mətn aşağıdakı kimi yayımlanmışdır: Уважаемые партнёры, Данным письмом официально уведомляем Вас о том, что в Ваш адрес могут быть отправлены письма с анонимного электронного адреса Elektron ünvan 1, Elektron ünvan 2, содержащие абсолютно неправдивую информацию о компании Softline. Данный электронный адрес не принадлежит компании Softline и не имеет к компании никакого отношения. Во вложениях к данным письмам могут быть поддельные переписки, отредактированные отправителем в целях дискредитации Softline. Более того, письма могут быть подписаны «Softline legal department», однако, такой структуры в Softline не существует. Автором таких писем является Зия Хусейнзаде Хикмат оглы (гражданин Азербайджанской Республики, xx.xx.1989 года рождения). Зия Хусейнзаде Хикмат оглы работал в азербайджанском представительстве компании Softline в должностях финансового директора, а затем директора представительства до xx.xx.2022 года. В связи с выявленными в ходе аудита неоднократными финансовыми махинациями, выводом денег из компании, было принято решение не продлевать с ним трудовые отношения. На данном этапе соответствующими службами Softline подготовлены все необходимые документы для обращения в правоохранительные органы для дальнейшей оценки его противоправных действий. Также сообщаем, что с целью избежания уголовной ответственности за свои противоправные деяния, Зия Хусейнзаде Хикмат оглы обращался к руководству компании с просьбой выдать от имени Softline письмо об отсутствии к нему претензий со стороны компании Softline. Получив отказ, он начал активную пиар-кампанию против Softline, в попытке уйти от неминуемого наказания за свои деяния во время работы в Softline. Дополнительно сообщаем, что Softline продолжает работать на рынке Азербайджана и гарантирует выполнение всех принятых обязательств перед партнёрами и заказчиками. Контактным лицом по любым вопросам является Максим Карамышев, CEO X14 and Central Asia (mailto:Maxim.Karamyshev@softline.comElektron ünvan 3). Best regards, Vladimir Razuvaev X22 Officer, PhD in Law М +**********3 | mailto:Vladimir.Razuvaev@softline.comElektron ünvan 4 Həmin mətn eyni məzmunda ingilis dilində də http://www.softline.az elektron səhifəsində yerləşdirilmişdir. Həmin mətndən görünür ki, http://www.softline.az elektron səhifəsində Cavabdeh MMC-nin adından Vladimir Razuvaev tərəfindən İddiaçı barəsində ingilis və rus dilində "неоднократными финансовыми махинациями, multiple financial frauds (çoxsaylı maliyyə fırıldaqları)", “противоправных действий, illegal actions (qanunsuz əməllər)”, “противоправные деяния, wrongful acts (qanunsuz hərəkətlər)” ifadələrin işləndiyi məlumatlar yayımlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən əlamətlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya asitələrində dətəkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həminsənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mülki Məcəllənin 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Mülki Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzununmüdafiəsinə də tətbiq edilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən kütləvi informasiya vasitəsi redaksiyasının, naşirin, yayıcının bu Qanunla müəyyənləşdirilən statusu və hüquqi vəziyyəti informasiya agentliklərinə də şamil edilir. İnformasiya agentliklərinin xəbər və materialları kütləvi informasiya vasitələrində və digər kütləvi informasiya agentliklərində yayılarkən mütləq həmin informasiya agentliyinə istinad edilməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 45-ci maddəsinə əsasən təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib bir qayda olaraq məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və "Təkzib" başlığı aktında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər. Təkzib, cavab və ya düzəliş radio və televiziya ilə, tələbin alındığı gündən sonrakı müvafiq verilişdə oxunur. Bu tələbi etmiş fiziki şəxsin özünə və ya nümayəndəsinə, hüquqi şəxsin rəhbərinə və ya onun səlahiyyətli nümayəndəsinə efirdə (ekranda) cavabla çıxış etmək imkanı verilə bilər. Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır. Plenumun qərarında həmçinin qeyd olunmuşdur ki, məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçının barəsində yayılmış məlumatın doğru olduğunu sübut etmə vəzifəsi məlumatı yayan şəxsin – cavabdehin üzərinə düşür. Cavabdeh MMC isə məlumatın doğru olduğunu, yəni İddiaçı çoxsaylı maliyyə fırıldaqlarının, qanunsuz əməllərinin, qanunsuz hərəkətlərinin olmasını təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. Plenumun qərarında həmçinin qeyd olunmuşdur ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərində göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2018-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək “Direktor” vəzifəsində çalışmış, əmək müqaviləsinin vaxtının bitməsi səbəbindən onunla Cavabdeh MMC arasında olan müqaviləyə xitam verilmişdir. Daha sonra Cavabdeh MMC-nin http://www.softline.az elektron səhifəsində Vladimir Razuvaev adından İddiaçı barəsində yayımlanmış mətndə şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən "неоднократными финансовыми махинациями, multiple financial frauds (çoxsaylı maliyyə fırıldaqları)", “противоправных действий, illegal actions (qanunsuz əməllər)”, “противоправные деяния, wrongful acts (qanunsuz hərəkətlər)” ifadələri işlədilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin http://www.softline.az elektron səhifəsində Vladimir Razuvaev adından yayımlanmış məlumatlar, "неоднократными финансовыми махинациями, multiple financial frauds (çoxsaylı maliyyə fırıldaqları)", “противоправных действий, illegal actions (qanunsuz əməllər)”, “противоправные деяния, wrongful acts (qaunsuz hərəkətlər)” ifadələri iddiaçının işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən və həqiqətə uyğun olmayan məlumatlar hesab edilməli, Cavabdeh MMC-yə məxsus http://www.softline.az elektron səhifəsində qətnamə qanuni qüvvəyə mindiyi gündən 1 ay müddətində İddiaçı barəsində (ingilis və rus dilində) yazılan məlumatların həmin internet səhifəsindən silinərək çıxarılması vəzifəsi Cavabdeh MMC -nin üzərinə qoyulmalı, Cavabdeh MMC-yə məxsus http://www.softline.az elektron səhifəsində İddiaçı barəsində (ingilis və rus dilində) yazılan məlumatlara cavabdeh "xxxx" MMC-yə məxsus http://www.softline.az elektron səhifəsində Vladimir Razuvaev adından ingilis və rus dillərində təkzib verilməsi və iddiaçıdan üzr istənilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-nin http://www.softline.az elektron səhifəsində Vladimir Razuvaev adından yayımlanmış məlumatlar, "неоднократными финансовыми махинациями, multiple financial frauds (çoxsaylı maliyyə fırıldaqları)", “противоправных действий, illegal actions (qanunsuz əməllər)”, “противоправные деяния, wrongful acts (qaunsuz hərəkətlər)” ifadələri iddiaçının işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən və həqiqətə uyğun olmayan məlumatlar hesab edilsin. Cavabdeh MMC-yə məxsus http://www.softline.az elektron səhifəsində qətnamə qanuni qüvvəyə mindiyi gündən 1 ay müddətində İddiaçı barəsində (ingilis və rus dilində) yazılan məlumatların həmin internet saytından silinərək çıxarılması vəzifəsi Cavabdeh MMC -nin üzərinə qoyulsun. Cavabdeh MMC-yə məxsus http://www.softline.az elektron səhifəsində İddiaçı barəsində (ingilis və rus dilində) yazılan məlumatlara cavabdeh "xxxx" MMC-yə məxsus http://www.softline.az elektron səhifəsində Vladimir Razuvaev adından ingilis və rus dillərində təkzib verilməsi və iddiaçıdan üzr istənilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar