Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2785/2025 11.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı1 50.000 manat, göstərilmiş hüquqi yardıma görə ödənilmiş 321 manat, İddiaçı2 15.380 manat, göstərilmiş hüquqi yardıma görə ödənilmiş 321 manat məbləğində pulun (cəmi 66.022 manat) və ödənilmiş 289 manat dövlət rüsumunun alınıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia ərazəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı1 birgə iş qurmaq üçün verdiyi 50.000 manat pul vəsaitini və İddiaçı2 borc olaraq verdiyi 15.380 manat pul vəsaitini ələ keçirmişdir. Belə ki, İddiaçı2 ilə Cavabdeh eyni məktəbdə oxumuş, 09 yanvar 2024-cü il tarixində Zahid Xəlilov küçəsi 43 ünvanında qarşılaşmış və ünsiyyətdə olmuşdurlar. Bundan təxminən 3-4 gün sonra Ramilin səhhətində problemləri olduğu üçün İddiaçı2in işlədiyi klinikaya gəlmiş və ona köməklik göstərilmişdir. Bu zaman Cavabdeh özünü polis işçisi kimi təqdim etmiş və bununla bərabər Dubaydan və Çindən tibbi aparatlar, telefon və digər elektronika mallarını qeyri-leqal yollarla gətirib Türkiyə və Azərbaycan Respublikası ərazisində satışını həyata keçirdiyini bildirmişdir. Həmin ərəfələrdə Türkiyədən İddiaçı2in rəfiqəsi Səfəralıyeva X6 Azərbaycana qonaq gəlmiş, o, İddiaçı2in iş yerinə gələrkən klinikada Ramillə rastlaşmışdırlar. Bundan sonra İddiaçı1 Oqtay qızı iləCavabdeh arasında səmimi münasibətlər yaranmış və X9 inanaraq 50.000 manat pulu iş qurmaq üçün İddiaçı2in iştirakı ilə ona vermişdir. Bu zaman Ramil həmin pulu 6 ay müddətinə qaytaracağını söyləmiş, həmçinin bu pulla ayda 5000 manat gəlir əldə edəcəyini, 3000 manatı özünə götürəcəyini və 2000 manatı İddiaçı1ə verəcəyini bildirmişdir. 2024-cü ilin mart ayının 27-də Ramil İddiaçı2in iş yerinə gələrək çətin vəziyyətə düşdüyünü, xaricdən gətirdiyi mobil telefonların və elektronika əşyalarının Gömrükdə saxlanıldığını təcili olaraq 5000 manat pul lazım olduğunu və 10 gün müddətində qaytaracağını bildirmişdir. Müddət tamam olduqdan sonra isə Ramil pulu qaytarmaqdan yayınmış və özünün çətin vəziyyətdə olduğunu bəhanə edərək, İddiaçı2dən əlavə olaraq pul istəmişdir. Sevinc aralarında olan dostluq münasibətlərinə görə ona yazığı gəldiyi üçün 06 may 2024-cü il tarixdə bankdan 13000 manat pul çəkərək Ramilə vermişdir. Bundan sonra İddiaçı2ə borclu olduğu 5000 manat puldan 1000 manatı geri qaytarmış yerdə qalan 6600 manat pulu götürərək yoxa çıxmışdır. Ramil həmin krediti maksimum 2 aya bağlayacağına söz vermiş 2 ay ayda 810 manatdan ödəmişdir. Lakin 2024-cü ilin avqust ayından etibarən isə Ramil pulunun olmadığını, geriyə qalan borcu ödəməyəcəyini bildirmiş və İddiaçı1 Oqtay qızının da pulunu qaytarmamışdır. Beləliklə, göründüyü kimi, Cavabdehetibardan sui-istifadə edib İddiaçı1 50.000 manat, İddiaçı2 15.380 manat, cəmi – 65.380 (altmış beş min üç yüzsəksən) manat məbləğində maddi ziyan vurmuşdur. Hazırda işlə bağlı cinayət işi uzandığından və Cavabdeh tərəfindən həmin məbləğ İddiaçı1 və İddiaçı2 geri qaytarılmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 6 may 2024-cü il tarixdə "xxxx" ASC-dən 13.000 manat kredit götürmüşdür. Ramil ona dedi ki, ona pul versin ki, gedib borclarını bağlasın, maşınını satıb onun pulunu qaytaracaq. Ziraat Bankda pulunun olduğunu və ona çıxarıb verəcəyini dedi. O isə Ramilin Elnurəyə olan 3400 manat borcunu Ramilin adından Elnurəyə verdi. Lakin Elnurə bunu biləndən sonra pulu geri qaytarıb dedi ki, Elnurəyə onun pulu lazım deyil, Ramilin pulu lazımdır. Ramil ona olan borcundan faiz ödəyərək 3 dəfəyə 800 manat pul ödəyib. Hamısını qaytaracağını desə də, daha sonra borcu qaytarmıram demişdi. Aprelin əvvəlində ondan 4000 manat da pul götürmüşdü. 1000 manatını qaytarıb. Verilən suallara cavab olaraq bildirdi ki, kredit öz adına idi, onu bağlayıb. 1700 manat da işçi kasasından çıxarıb Ramilə vermişdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, cinayət işində S. Səfəralıyeva, Şahid və digər şəxslər zədərçəkmiş şəxs qismində tanınıblar. Cavabdeh verdiyi izahatında faizləri ilə birlikdə İddiaçı1 50.000 manat götürdüyünü qəbul edib. İddiaçı2 götürdüyü 13.000 manat puldan Ramilə 6000 verilib, Ramil bu məbləği etiraf edib. Hazırda Cavabdeh İddiaçı1 50.000 manat, İddiaçı2 isə 6000 manat borcunun olduğunu etiraf edir, iddia tələbini bu hissədə qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Cavabdeh tanıyır, onunla düşmənçilik ya da ədavəti yoxdur. Təsadüfən tanış olmuşlar. Ramil səhhətində yaranmış narahatlıqla əlaqədar klinikaya gəlmişdi. O, həmin ərəfədə uşağın təhsili ilə əlaqədar telefonla danışırdı. Ramil ondan nə problem olduğunu soruşdu. Ona dedi ki, Türkiyədə təhsil alan uşağı imtahandan kəsilib. Ramil bildirdi ki, onun orada yaxın adamları var, hocalar tanıyır. Onlarla danışıb imtahan keçirdə bilər. O isə dedi ki, həll edilməsi çətin məsələdir. Ramil ona narahat olmamasını, onun uşağının Ankarada oxuduğunu, oradakı hocalara İzmirdəki hocalarla danışıb həll etmələrini bildirəcəyini dedi. Bildirdi ki, 2000 dollar versə problemi həll edəcək. O da Ramillə razılaşdı. 3400 manat pulu öz evinin yanındakı moykanın qabağında ona verdi. Bir müddət keçəndən sonra həyat yoldaşı da, o da Ramilə zəng etdilər, hər dəfə də bugün-sabah həll olunacaq deyirdi, bir dəfə isə hamısından qiymət yazdırdığını, bircə riyaziyyatın qaldığını bildirdi. Ondan bir müddət sonra isə uşağını məktəbdən qovdular, o da klinikada Sevincin yanına gedərək, ona Ramilə borc verdiyini dedi. Sevinc isə öz otağında 3400 manat pulu ona verərək, Ramilin ona olan borcunu qaytardığını dedi. Sonradan məhkəmə prosesləri zamanı ona məlum oldu ki, onun pulunu Ramil özü qaytarmayıb, Sevinc ya öz cibindən, ya da bankdan götürüb o pulu ona verib. O da gördü ki, onlar özləri də nə qədər ziyana düşüblər, ona görə o pulunu Sevincə qaytardı. Hazırda Ramilin hələ də ona 3400 manat borcu qalıb. Verilən suallara cavab olaraq bildirmişdir ki, Sevinc 3400 manat pulu verəndə, "Ramil bu pulu sənə qaytarır" deyə verdi, çünki əgər bilsəydi ki pulu Ramil yox Sevinc özü verir, pulu götürmək istəməzdi. Ona görə biləndən sonra aparıb pulunu Sevincin özünə qaytarmışdır. Ramil onun özünə əlbəəl heç bir pul qaytarmayıb. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-197/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi, Cavabdeh dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi qərara alınmışdır. Həmin qərarın məzmunundan müəyyən edilir ki: “Məhkəmə iclasında təqsiləndirilən şəxs Cavabdeh irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək bildirmişdir ki, İddiaçı2 adlı şəxslə yaxın münasibətləri olmuşdur. Hər üç şikayətçini İddiaçı2 vasitəsilə tanımışdır. Belə ki, Sevinc İddiaçı1 Məmmədovanın rəfiqəsi olmuşdur. İddiaçı1 ona 50000 manat məbləğində pulunun olduğunu və həmin pulu aylıq faizlə vermək istədiyini bildirmiş və ona kömək etməsini xahiş etmişdir. O isə həmin pulu ondan faizə götürmək istədiyini demiş və İddiaçı1 həmin pulu ona vermişdir. İlk üç ay İddiaçı1 2000 manat İddiaçı2 isə 1000 manat vermişdir. Daha sonra maddi imkanı olmadığından ödənişləri edə bilməmişdir. Şahid İddiaçı2 iş yoldaşı kimi tanımışdır. İddiaçı2 ona bildirmişdir ki, Şahid oğlu Türkiyə Respublikasında universitet tələbəsidir və universitetə gedibgəlmədiyindən bir sıra problemləri yaranmışdır. O tez-tez Türkiyə Respublikasına gedib gəldiyindən orada bir çox tanışları olmuşdur. O da Türkiyədəki tanışlarından birinə zəng edərək telefonu Şahid vermişdir. Onlar aralarında danışaraq problemlərin həll edilməsi üçün razılaşdıqları 2000 ABŞ dolları məbləğində pulu ona vermişdir. O həmin pulu Türkiyədəki tanışına vermişdir. Daha sonra iş alınmadığı üçün pulu İddiaçı2 vasitəsilə Şahid qaytarmışdır. Həmin məsələ uğurla nəticələnsəydi belə onun heç bir maddi xeyri olası deyildir. Bundan əlavə İddiaçı2 ona bildirmişdir ki, Məmmədyar Əliyev onun tanışıdır və vergi ilə bağlı problemləri var. Bu səbəbdən ona kömək etmək lazımdır. O da vergi sahəsində olan tanışlarından birinə zəng edərək məsələni izah etmiş və həmin şəxs bunun qarşılığında ondan 3700 manat pul istəmişdir. Məmmədyar Əliyev 3700 manat pulu ona təqdim etmiş o da həmin şəxsə vermişdir. Bundan bir müddət sonra Məmmədyar Əliyev vergi borcu silinmədiyi üçün həmin pulu geri tələb etdiyini bildirmişdir. O da həmin vaxt 2000 manat məbləğində pulu Məmmədyar Əliyevin bank kartına köçürmüşdür. Qalıq qalmış 1700 manat pulu xeyli müddətdir müstəntiq Orxan Süleymanlıya versədə Məmmədyar Əliyev həmin pulu qəbul etməkdən imtina edir. Ümumilikdə onun əməllərində hər hansı dələduzluq əməli olmamışdır. İddiaçı1 faizə pul götürmüş, Şahid və Məmmədyar Əliyevə isə kömək etmək məqsədilə onlardan pul alaraq həmin işləri görücək şəxlərə vermişdir. Şahid və Məmmədyar Əliyevdən aldığı pulları geri qaytarmışdır. Himayəsində iki uşağı olmaqla onlardan biri yetkinlik yaşına çatmamışdır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Daimi yaşayış yeri var, istintaq orqanının bütün çağırışlarına vaxtlı-vaxtında gələcəkdir. Onun istintaqa çağırılması ilə bağlı onun yaşadığı ünvana çağırış vərəqi gəlməmişdir. Müstəntiq tərəfindən 01 yanvar 2025-ci il tarixdə barəsində axtarış elan edildiyini məhkəmə zalında bilmişdir. Halbuki yanvar ayı ərzində bir neçə dəfə müdafiəçisi ilə birlikdə müstəntiqin qəbulunda olmuşdur. Belə ki, işin ədalətli araşdırılmasının tərəfdarıdır. İddiaçı1 olan borcunun qaytarılması məqsədilə evini satışa çıxarmışdır. Qısa müddət ərzində ona qalıq borcunuda qaytaracaqdır... Məhkəmə iclasında zərərçəkmiş şəxs İddiaçı1 bildirmişdir ki, bir müddətdir Türkiyə Respublikası, Antalya şəhərində müxtəlif otellərdə masajist kimi fəaliyyət göstərir. İşlədiyi dövrdə qazandığı pulları yığmış və gözdən əlil anasının təqaüdünüdə üzərinə gəldikdə ümumilikdə 50000 manat pulu olmuşdur. O Cavabdeh rəfiqəsi İddiaçı2 vasitəsilə tanışımdır. 2024-cü ilin fevral Cavabdehla ayda ona 2000 manat vermək şərti ilə özünə məxsüus 50000 manat pulu sonuncuya vermişdir. Cavabdeh ona demişdir ki, ayda 5000 manat qazanacaq və həmin qazancdan ona 2000 manat verəcəkdir. Cavabdeh dost kimi gördüyündən ticarətin qalan detallarını soruşmamış Ramilə inanmışdır. O hesab edir ki, Ramilə həmin pulu müəyyən faiz müqabilində verməmişdir, cün ki, faizlə pul verməyin nə olduğunu bilmir. Ramil öz qazancına faiz dediyindən o da Ramil ilə danışıqlarında həmin sözdən istifadə etmişdir. Cavabdeh verdiyi 50000 manat puldan cəmi 4000 manat geri qaytarılmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, cinayət işinin materiallarına əlavə edilmiş diskdəki səs yazıları ona məxsusdur. Bank tərəfindən verilən kredit ilə onun tərəfindən Cavabdeh verilmiş pul məbləği arasında hər hansı fərq yoxdur. Cavabdeh verdiyi pulun hissə-hissə qaytarılmasına razı deyildir. Pulunun tam şəkildə qaytarılmasını əks halda Cavabdeh həbs olumasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şahid bildirmişdir ki, o həkim cərrahdır. İddiaçı2 ilə birlikdə “Avrasiya” Hospitalında işləyir. Cavabdeh məhz İddiaçı2 vasitəsilə tanımışdır. Onun oğlu X14 təhsil aldığı Türkiyə Respublikasının İzmir şəhərində yerləşən universitetdə yaranmış imtahan kəsirlərini həll etmək məqsədi ilə Cavabdeh ondan 3400 manat pulunu almışdır. Bundan bir müddət sonra İddiaçı2 həmin pulu ona geri qaytarmışdır. Pulu İddiaçı2 aldıqda elə zənn etmişdir ki, həmin pulu ona verilməsi üçün Cavabdeh vermişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, həmin pulu ona İddiaçı2 öz şəxsi vəsaiti hesabına qaytarmışdır. Aralarında çox sıx dostluq münasibəti olduğundan bunu bilən kimi həmin məbləğdə pulu İddiaçı2 qaytarmışdır. Hazırda pulunun tam şəkildə ödənilməsini tələb edir. X2 1700 manat pulu qəbul etmir. Pulun hissə-hissə ödənilməsini istəmir. Ümumiyyətlə Cavabdeh tərəfindən İddiaçı1 50000 manat borcun qaytarılacağı təqdirdə ona vurulmuş zərəri qəbul edəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirmişdir ki, Cavabdeh tanışı İddiaçı2 vasitəsilə tanımışdır. 03 mart 2024-cü il tarixdə Cavabdeh ona bildirmişdir ki, 3700 manat müqabilində onun 6550 manat məbləğində vergi borcunun sildirə bilər. O da həmin məbləğdə pulu Cavabdeh vermişdir. Bir müddət sonra Ramil ona mobil telefon vasitəsilə fotoşəkil göndərərək vergi borcunun silindiyini demişdir. Bundan sonra o elektron sistemdə yoxlayarkən onun vergi borcunun silinmədiyini görmüş və pulunu geri tələb etmişdir. Cavabdeh onun bank kartına 2000 manat pul göndərmişdir. Qalıq qalmış 1700 manat pulun müstəntiq Orxan Süleymanlıya verildiyini bilsədə digər zərərçəkmiş şəxslərlə yaxın münasibətinin olması səbəbindən həmin şəxslərə dəymiş zərər tam ödənilmədiyindən həmin pulu qəbul etmir. Zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməyəcəyi təqdirdə Cavabdeh həbs edilməsini xahiş etmişdir.” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi məhkəmənin sorğusuna 53/2-26053 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvalayaraq, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi üzrə zəruri sənədlərin surətini məhkəməyə təqdim etmişdir. Həmin mətkuba əlavə edilmiş: İddiaçı2 Yasamal RPİ İŞ-nə verdiyi xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, “09 yanvar 2024-cü il tarixdə axşam saat 21 radələrində atasıgilin yaşadığı Zahid Xəlilov küçəsi 43 ünvanından çıxarkən eyni məktəbdə oxuduğu Cavabdeh Oqtay oğlu ilə rastlaşdı. Ramil ona yaxınlaşaraq onunla ünsiyyət qurdu, ondan harada işlədiyini soruşdu, telefon nömrəsini aldı. Təxminən 3-4 gündən sonra onun iş yerinə gələrək gözündə zəiflik olduğunu, göz həkiminə ehtiyacı olduğunu bildirdi. O, Ramili kliniklarında işləyən Rəhimə həkimin yanına göndərdi. Bir neçə gündən sonra yenidən klinikaya gələrək qızdırması olduğunu özünə sistem qoşdurmaq istədiyini bildirdi. 5 gün ard-arda onlar ona klinikalarında sistem qoşulmasına köməklik göstərdilər. Həmin ərəfədə sistem otağında təxminən hər dəfəsində 1 saat 30 dəqiqəyə kimi qaldığından orada olan həkimlərlə onun söhbətinə qoşulurdu. Onlara özünü polis işçisi kimi təqdim edirdi. Bununla bərabər Dubaydan və Çindən tibbi aparatlar, telefon və digər elektronika mallarını qeyri leqal yollarla gətirib Türkiyə və Azərbaycan Respublikası ərazisində satışını həyata keçirdiyini bildirirdi. Həmin ərəfələrdə Türkiyədən onun rəfiqəsi X1 Azərbaycana onlara qonaq gəlmişdi. S.Səfərəliyava onun yanına iş yerinə gələrkən klinikada Ramillə rastlaşdı, o, onları tanış etdi. Ramil onlarla səmimi münasibətə girdi. Türkiyədən gələn rəfiqəsi Sevinci Nuxa restoranına qonaq dəvət etdi. Bu hadisələr 2024-cü ilin yanvar ayının 25-rıə təsadüf edir. Bu görüşdən sonra təxminən 2-3 dəfə görüşdülər. 24 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 6-cı paralel küçəsində yerləşən Nuxa restoranında yenidən görüşərkən rəfiqə Səfərəliyeva Sevincdən nə işlə məşğul olduğunu soruşdu. Sevinc ona bildirdi ki, güvəndiyi bir insan olsa Bakıda bir iş qurardı. 11 il ərzində 50000 (əlli min) manat pul topladığını bildirdi. Ramil həmin vaxtı bildirdi ki, pulu saxlama pulun dəyəri günü gündən ölür, həmin pulu versin ona, öz puluna qatıb xaricdən mobil telefon və digər eletronika malları gətirsin ona da, özünə də pul qazandırsın. X13 soruşduqda ki, 50000 manat müqabilində onun qazancı nə olacaq? Ramil narahat olmamasını, bu pulla ayda 5000 manat gəlir əldə edəcəyini, 3000 manatı özü götürəcəyini, 2000 manatı Sevincə verəcəyini bildirdi. O, da öz növbəsində bu söhbətə müdaxilə edərək Ramildən bu pulu qaytarmağa gücünün çatıb çatmayacağını soruşdu. O, ona inamla hələ bəlkə artıq qaytaracağını dedi. Hətta onlara səs yazısı ilə vatsapda göndərdi ki, 6 ay müddətində Sevincdən aldığı 50000 manat pulu qaytaracaq. 27 fevral 2024-cü il tarixdə Ramil ona vatsapla zəng vuraraq pul barədə nə düşündüyünü soruşdu. O, ona Sevincin özünə yığıb soruşmağını bildirdi. Sevinc onu yığaraq qəti qərara gəldiyini Ramilə 50000 manat pulu verəcəyini bildirdi. Həmin günü 16:00-da Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq 21 ünvanında yerləşən Black Lounge restoranında görüşdülər. Görüş zamanı o və rəfiqəsi Sevinc dəfələrlə Ramildən soruşdular ki, o, bu pulu vaxtlı vaxtında qaytaracaqmı? Onu rəfiqəsinin yanında üzü qara etməyəcək ki? Ramil bu suallara kişi kimi söz verdi ki, onu rəfiqəsinin yanında pis vəziyyətdə qoymaz. Onu üzü qara etməz, dediyi kimi hər ay 3000 manat özünə götürəcək, 2000 manat Sevincə 6 ay müddətində qazanc verəcək. 6 ayın sonunda ümumi məbləğin tam şəkildə geri qaytaracağına söz verdi. Daha sonra istəsə öz pulu 50000 mnatı götürüb şərikliyə son qoya bilər. İstəməsə 50000 manat dövriyyədə olmaqla işlərinə davam edə bilərlər. 10 gün keçdikdən sonra yenidən xəstəlik adı ilə işlədiyi hospitalda müalicə almaq məqsədilə hospitala daxil oldu. Həmin otaqda sistem aldığı müddətdə hospitalda işləyən ümumi cərrah Şahid ilə onun söhbətimə qulaq şahidi oldu. Elnurə həkimlə o, onun Türkiyənin İzmir şəhərində oxuyan oğlunun kəsir imtahanları barədə söhbət edirdilər. Ramil kənardan onların söhbətlərinə qoşularaq narahat olmamasını, onun oğlunun da Türkiyədə oxuduğunu, onun kəsirlərini hocaları vasitəsilə düzəltdiyi bildirdi. Həmin hocalar vasitəsilə Elnurənin oğlunun kəsir imtahanını düzəldə biləcəyini bildirdi. Bununla bağlı hətta öz telefonu ilə Elnurəni Türkiyədən tanımadıqları şəxslə danışdırdı. Həmin şəxs də kəsirləri 1 aya düzəldəcəyinə söz verdi. Telefonla danışdıqdan dərhal sonra Elnurəyə onun yanında həmin Elnurənin oğlunun 3 ədəd kəsirini 1 ay müddətində 2000 ABŞ dollarına yəni 3400 manata həll edəcəyini bildirdi. Əgər alınmasa pulu geri qaytaracağına söz verdi. Təxminən 10 mart 2024-cü il tarixdə 11 radələrində Elnurə Yasamal parkı ilə üzbəüz yerləşən Turan Bankdan 3400 manat pul alaraq elə bankın qarşısında onun yanımda Ramilə həmin 3400 manat pulu verdi ki, Ramil onun övladı X10 qiymətlərinin yazılmasına köməklik edəcək. Ramil nə onun oğlunun kəsrini düzəltdi, nə də pulu qaytardı. 2024-cü ilin mart ayının 27-də Ramil onun iş yerimə gələrək çətin vəziyyətə düşdüyünü, xaricdən gətirdiyi mobil telefonların və elektronika əşyalarının Gömrükdə saxlanıldığını təcili olaraq 5000 manat pul lazım olduğunu, 10 gün müddətində qaytaracağını bildirdi. Ondan həmin 5000 manat pulu borca aldıqdan sonra rəfiqəsi Sevinc Səfəralıyevə gətirib 2000 manat pul verdi ki, bu aylıq qazancdır. Bir müddət gözdən itdi, onun verdiyi 5000 manat pulun 10-cu günü o, Ramilə zəng vuraraq pulu qaytarmasını tələb etdi. Ramil ona 1-2 günə pulu qaytaracağını bildirdi. Daha sonra Elnurə həkimin oğlunun imtahanlarının yazdırılması ilə bağlı Elnurənin oğlundan maraqlandıqda kəsirlərin düzəlmədiyi məlum oldu. Ramilə bu barədə dedikdə, Ramil yalandan imtahanın ikisi yazdırdığını birində problem yarandığını bildirdi. Onlar amma yoxlatdıranda Elnurənin övladının kəsirlərinin heç birinin düzəlmədiyinin şahidi oldular. Ramildən pulu istəyəndə Ramil həll olunacaq narahat olmayın dedi. Daha sonra o, Ramildən xahiş etdi ki, işi düzəldə bilmirsə həkimin pulunu qaytar, o, işdə biyabr olmuşdur. Həkimin və onun telefon zənglərindən yayınırdı. 05 may 2024-cü il tarixdə o, Ramilə zəng vuraraq bildirdi ki, həkimin 3400 manatını, onun 5000 manatını, rəfiqəsi Sevincin aylıq 2000 manatını verməlidir, nə fikirləşir. Ona yalvararaq dedi ki, ona bir aylıq borc tapsın, hamısını qaytaracaq şərəfinə, kişiliyinə söz verir. O, inanaraq dost bildiyi üçün ona yazığı gələrək 06 may 2024-cü il tarixdə Yasamal parı ilə üzbə üz yerləşən Turan Bankdan 13000 manat pul çəkərək Ramilə verdim. Həmin puldan 3400 manat Elnurə həkimin pulunu verdi, İddiaçı1 2000 manat verdi, həmin puldan ona borclu olduğu 5000 manat puldan 1000 manat ona qaytardı. Yerdə qalan 6600 manat pulu götürərək yoxa çıxdı. Halbuki, ona söz vermişdi ki, həmin krediti maksimum 2 aya bağlayacaq. 2 ay ayda 810 manatdan ödədi. 2024-cü ilin avqust ayında ona bildirdi ki, pulu yoxdu getsin özü ödəsin. Bu hadisələrdən sonra ona təhqirlər etdi. İddiaçı1 Oqtay qızının da pulunu vermədi. Bu günə qədər hələ də onları aldadır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Ramil yalan danışır, o və rəfiqəsi Sevinc həkimdirlər, onların öz sahələri var, faizə pul vermək kimi işlər onlarlıq deyil sadəcə olaraq rəfiqəsi Sevinc 11 il ərzində yığdığı 50000 manat pulla bir iş görmək istədi, lakin aldandı. Bildirir ki, ona faizlə bağlı heç bir söz deməmişdir. Yasamal rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı1 Azərbaycan Respublikası 178.2.2 və 178.2.4-cü maddəsi ilə ibtidai isitntaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İddiaçı1 Yasamal RPİ İŞ-nə verdiyi xx.xx.2024-cü il tarixli izhatında bildirmişdir ki, İddiaçı2 Ağamməd qızı ilə təxminən 5-6 ildir ki, rəfiqəlik edir. 2024-cü ilin 11 yanvar tarixində Türkiyə Cümhuriyyətindən Bakı şəhərinə gəldi. Bakı şəhərində rəfiqəsi İddiaçı2 ilə onun işlədiyi Avrasiya hospitalında görüşdülər. Rəfiqəsinin yanına gedib-gələrkən orada Cavabdeh gördü. Ramil orada Sevinc həkimin xəstəsi idi, müalicə və müayinələrdən ötrü gəlirdi. Orada dostluq münasibətləri yarandı. X17 xanıma bildirdi ki, qonağınla birlikdə sizi yeməyə dəvət edirəm. İlk dəfə 2024-cü ilin yanvar ayının axırlarında onlar üçü ilk dəfə Yasamal rayonu, 6-cı paralel küçəsində yerləşən Nuxa restoranında şam yeməyi etdilər. Həmin vaxtı Ramil özünü onlara polis əməkdaşı, eyni zamanda iş adamı kimi tanıtdı. 24 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 6-cı paralel küçəsində yerləşən Nuxa restoranında yenidən görüşərkən Ramil ondan nə işlə məşğul olduğunu soruşdu. O, ona bildirdi ki, güvəndiyi bir insan olsa Bakıda bir iş qurardı. 11 il ərzində 50.000 (əlli min) manat pul toplamışdır. Ramil həmin vaxtı bildirdi ki, pulu saxlama pulun dəyəri günü gündən ölür, həmin pulu ver, o öz puluna qatıb xaricdən mobil telefon və digər eletronika malları gətirərək, ona da, özünə də pul qazandırsın. O, Ramildən soruşduqda ki, 50000 manat müqabilində onun qazancı nə olacaq? Ramil narahat olmamasını, bu pulla ayda 5000 manat gəlir əldə edəcəyini, 3000 manatı özü götürəcəyini, 2000 manatı ona verəcəyini bildirdi. Rəfiqəsi İddiaçı2 da öz növbəsində bu söhbətə müdaxilə edərək Ramildən bu pulu qaytarmağa gücünün çatıb çatmayacağını soruşdu. Ramil. İddiaçı2 inamla hələ bəlkə artıq qaytaracağını dedi. Hətta onlara səs yazısı ilə vatsapda göndərdi ki, 6 ay müddətində Sevincdən aldığı 50000 manat pulu qaytaracaq. 27 fevral 2024-cü il tarixdə Ramil ona vatsapla zəng vuraraq pul barədə nə düşündüyünü soruşdu. O, Sevinci yığaraq qəti qərara gəldiyini Ramilə 50000 manat pulu verəcəyini bildirdi. Həmin günü saat 16:00-da Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq 21 ünvanında yerləşən Black Lounge restoranında görüşdülər, görüş zamanı o, və rəfiqəsi Sevinc dəfələrlə Ramildən soruşdular ki, o, bu pulu vaxtlı vaxtında qaytaracaqmı? İddiaçı2 ona sual verdi ki, onu yanımda üzü qara etməyəcək ki? Ramil bu suallara kişi kimi söz verdi ki, Sevinci rəfiqəsinin yanında pis vəziyyətdə qoymayacaq. Onu üzü qara etməz, dediyi kimi hər ay 3000 manat özünə götürəcək, 2000 manat ona 6 ay müddətində qazanc verəcək. 6 ayın sonunda ümumi məbləğin tam şəkildə geri qaytaracağına söz verdi. Daha sonra istəsə öz pulu 50000 manatı götürüb şərikliyə son qoya bilər. İstəməsə 50000 manat dövriyyədə olmaqla işlərinə davam edə bilərlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, Ramil yalan danışır, faizə pul vermək kimi işlər onluq deyil, sadəcə olaraq 11 il-ərzində öz zəhməti ilə Türkiyə Cümhuriyyətinin, Antalya şəhərində otel sistemində administrator vəzifəsində işləyə-işləyə yığdığı 50000 manat pulla bir iş görmək istədi, lakin aldandı. Bildirir ki, o, Ramillə faizlə bağlı heç bir söz deməmişdir. Ümumiyyətlə Ramil 5000 manat puldan ona cəmi 2000 manat pul vermişdir. Yasamal rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan oluması haqqında” qərarına əsasən, cinayət işi üzrə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsilədirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə yenidən ittiham elan olunması qərara alınmışdır. Yasamal rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi barədə protokoldan görünür ki, Cavabdeh ifadəsində bildirmişdir ki, İddiaçı2 2024-cü ilin yanvar ayından tanıyır. Tanışlıqları tam təsadüfi olmuşdur. O, özü X3 mobil telefonların qeyri-leqal olaraq Türkiyə Respublikasına gətirib, orada satışını təşkil edir. İddiaçı2 ilə qeyri rəsmi sevgi münasibətləri yaranmağa başladı. 25 mart 2024-cü il tarixdə İddiaçı2 və rəfiqəsi Sevinc ilə Bakı şəhəri, Yasamal rayonu 6-cı paralel küçəsində yerləşən Nuxa restoranında şam yeməyi yeyərkən Sevincin rəfiqəsi Sevinc ona bildirdi ki, tanıdığı etibarlı adamın olub-olmamasını soruşdu. O, səbəbini soruşduqda ona 50000 manat pulunun olmasını və həmin pulu faizə verərək pul qazanmaq istədiyini bildirdi. O, həmin pulu faizə ona verməsini bildirdi. O, ona 6 ay müddətində aylıq 4 faiz, yəni ayda 2000 manat olmaqla 50000 manat pulu faizə verəcəyini bildirdi. Bu söhbətdən sonra onlar iki gün adi qaydada münasibətlərinə davam etdilər. Lakin həmin 50000 manat puldan söhbət getmirdi. O da Sevinc bu mövzuda danışmadığına görə həmin mövzu barədə söhbət açmırdı. İki gündən sonra İddiaçı2 ona zəng vuraraq Yasamal rayonu, Statistika Komitəsinin yaxınlığında yerləşən Araz marketin yanında olan küçədə LUNCH kafesinə dəvət edərək onunla işinin olduğunu bildirdi. O, 27 mart 2024-cü il tarixdə saat 20:00-da həmin kafeyə yaxınlaşdı. İddiaçı2 və rəfiqəsi Sevinc orada əyləşib onu gözləyirdilər. Həmin vaxtı çay süfrəsində İddiaçı2 rəfiqəsi Sevinc 5000 manatı İddiaçı2 verdi ki, ona versin. İddiaçı2 rəfiqəsi Sevinc orada İddiaçı2 bildirdi ki, o, Sevinci tanıdığına görə pulu ona verir. İddiaçı2 həmin 50000 manat pulu Ramilə verərək bildirdi ki, ona 50000 manat pulu almağı ilə bağlı ona səs atsın, onda qalsın. O, həmin həmin vaxtı özünə məxsus +**********11 mobil nömrəsində olan vatsap ani mesajlaşma proqramı vasitəsilə İddiaçı2 istifadəsində olan 050 *** ** ** vatsup nömrəsinə səs atdı ki, “Sevinc mən səndən 50000(əlli min) manat ayda 3000 manat faiz olmaqla pul götürdüm”. Bundan sonra o, həmin 50000 (əlli min) manat pulu götürərək yaşadığı evə getdi. Bu söhbətdən 3 gün sonra İddiaçı2 tanımadığı rəfiqəsinin işi ilə bağlı Türkiyə Respublikasına getməli idi. Sevin Türkiyəyə öz işlərinin arxasıyla getdi, o da öz işlərinin. İddiaçı2 Türkiyəyə getməyinə görə 1000 dollar pul verdi. Aylıq faizin vaxtı çatanda, yəni xx.xx.2024-cü il tarixdə o, İddiaçı2 Yasamal rayonu, Qələbə dairəsində yerləşən BAKU MALL-ın qarşısında Sevincə məxsus ** DS *** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli, Lexsus markalı avtomobildə əlbəəl 3000 manat verərək, 1000 manatı özünə götürməyi, 2000 manatı faizi ödəməyini bildirdi. 4 ay müddətində o, hər ay 2000 manat olmaqla ümumilikdə İddiaçı2 8000 manat faiz ödəmişdir, 1000 manatı və 1000 dolları İddiaçı2 özünə xərclik vermişdir. 2024-cü ilin iyul ayına kimi o, faizi ödədi, lakin sonra problemləri olduğuna görə faizi və 50000 manat pulu ödəyə bilmədi. 2024-cü ilin yay aylarında İddiaçı2 onunla əlaqə saxlayaraq bildirdi ki, vəziyyətinin pis olduğunu bilir, ona ürəyi ağrıyır, istəyir ona köməklik etsin, amma bir şərti var ki, bankdan öz adına götürüb ona verəcəyi kreditin aylığını vaxtlı vaxtında ödəsin. O, öz vəziyyətinin pis olduğunu görüb İddiaçı2 ilə razılaşdı. Həmin günü Sevinc onu yığdı ki, o, Turan bankla danışmışdır ona 13.000 manat pul ayırırlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, Sevincin rəfiqəsi Elnurəni tanıyır, lakin ondan pul almamışdır. Onda olan məlumata görə Sevinc özü Elnurənin oğlunun Türkiyədə təhsil aldığı universitetdə olan kəsri həll etmək üçün Elnurədən 3400 manat pul almışdır. "xxxx" ASC-nin Yasamal filialı tərəfindən verilmiş qəbzdən görünür ki, İddiaçı2 18 ay müddətinə 13.000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cari hesaba mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən ƏK-298837/24 nömrəlli müqavilə üzrə cari hesaba 1000 manat ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cari hesaba mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən ƏK-298837/24 nömrəlli müqavilə üzrə cari hesaba 1000 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2-ci maddəsinə əsasən Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-cü maddəsinə əsasən, Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372 və 384-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyun 2025-ci il tarixli qərardadında qeyd olunur ki, “Məhkəmənin cavabdeh tərəfindən iddianın etiraf olunması halına münasibətdə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 190 və 191-ci maddələrinin məzmunundan göründüyü kimi belə etirafın təsdiq edilib-edilməməsi məsələsi hazırlıq mərhələsində deyil, məhz işə mahiyyəti üzrə baxılmağa başlandıqdan sonra həll edilir. Bu isə ondan irəli gəlir ki, cavabdehin etirafının qəbul edilməsi məhz işin mahiyyəti üzrə həllinin yekunu kimi qəbul edilən sənədin, yəni iddianın təmin edilməsi barədə qətnamənin qəbulu ilə nəticələnir. Belə ki, Mülki Prosessual Məcəllənin 190-cı maddəsinə görə, işə mahiyyəti üzrə baxılması sədrlik edənin məruzəsi ilə başlanır. Bundan sonra sədrlik edən iddianı və iddiaya etirazda göstərilmiş işin faktiki hallarını, işin mübahisəsiz hallarını və tərəflərin mübahisələndirdiyi halları, həmçinin tərəflərin təqdim etdiyi sübutları elan edir. İşin məruzəsindən sonra sədrlik edən əlavələrin və ya dəqiqləşdirmələrin olub-olmamasını aydınlaşdırır. Cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir (Mülki Prosessual Məcəllənin 191.1, 191.3, 191.4-cü maddələri). Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllədə birbaşa göstərilməsə də, onun normalarının mahiyyətindən irəli gələn dispozitivlik prinsipi mülki prosesdə mühüm əhəmiyyət kəsb edir. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə, tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). Bu prinsip işdə iştirak edən şəxslərin mülki prosesin əmələ gəlməsi, davam etməsi və sonlandırılması ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. İddianın etirafı da cavabdehin iradəsindən asılı olmaqla məhz dispozitivlik prinsipindən irəli gəlir. Lakin belə iradə heç də həmişə məhkəmə üçün mütləq xarakter daşımır. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul etməyə bilər və bu halda işin mahiyyəti üzrə baxışı davam etdirilməlidir. Cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul olunmamasının əsasları ilə bağlı göstərilməlidir ki, cavabdehin iddianı etirafı qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsi). Həmçinin Mülki Prosessual Məcəllənin 106.1 və 106.4-cü maddələrinin məzmunu belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə, o cümlədən iddianın etirafı ilə bağlı izahatlarını, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Göründüyü kimi, iddianın etirafının qanunazidd olub-olmamasını müəyyənləşdirmək, zərurət yarandıqda üçüncü şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozubpozmamasını qiymətləndirmək işə baxan məhkəmələrin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Belə qiymətləndirmə isə bəzən tərəflərin izahatlarının dinlənilməsini, əldə edilmiş sübutların tədqiq edilməsini zəruri edə bilər.” Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı2 ilə Cavabdeh sinif yoldaşı olaraq bir-birlərini məktəbdən tanımışlar, 2024-cü ilin yanvar ayında cavabdeh onun işlədiyi klinikaya müalicə almaq məqsədilə gəldiyi zaman özünü polis işçisi kimi təqdim etmiş və bununla bərabər Dubaydan və Çindən tibbi aparatlar, telefon və digər elektronika mallarını qeyri-leqal yollarla gətirib Türkiyə və Azərbaycan Respublikası ərazisində satışını həyata keçirdiyini bildirmişdir. Həmin ərəfələrdə Türkiyədən İddiaçı2in rəfiqəsi İddiaçı1 Oqtay qızı Azərbaycana gəlmiş, o, İddiaçı2in iş yerinə gələrkən klinikada Ramillə rastlaşmışdırlar. İddiaçı2 onları tanış etmişdir və İddiaçı1 Ramilə 50.000 manat pulu iş qurmaq üçün İddiaçı2in iştirakı ilə vermişdir. Bu zaman Ramil həmin pulu 6 ay müddətinə qaytaracağını söyləmiş, həmçinin bu pulla ayda 5000 manat gəlir əldə edəcəyini, 3000 manatı özünə götürəcəyini və 2000 manatı İddiaçı1 verəcəyini bildirmişdir. Cavabdeh həmin 5000 manat puldan 2000 manatını İddiaçı1 qaytarmış lakin qalan pulu və ümumilikdə 50.000 manat pulu qaytarmamışdır. Bu fakt iş materiallarında olan cinayət işinin materialları və tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə iddianı 50.000 manat pulun tutulması hissəsində əsaslı olduğu qənaətinə gələrək, hesab edir ki, həmin məbləğ cavabdehdən tutulmalıdır. Məhkəmə iddianın cavabdehdən İddiaçı2 15.380 manat pulun tutularaq ödənilməsi hissəsini isə qismən əsaslı hesab edir. Belə ki, iddiaçı iddia edir ki, cavabdeh ondan borclarını bağlamaq və maddi çətinlikdə olduğu üçün pul istədiyindən ona bir dəfə 13.000 manat bankdan kredit çəkərək, bir dəfə 5000 manat pul vermiş, cavabdeh ona olan 5000 manat borcundan 4000 manatını qaytarmış və ona 3 ay 800 manat pul ödəmiş, lakin qalan borcu ödəməkdən yayınmış, nəticədə ona 15.380 manat borcu qalmışdır. Lakin cinayət işinin materiallarında cavabdehin yazılı ifadəsindən onun İddiaçı2 8000 manat pul qaytardığını bildirir, cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasından verdiyi ifadədən müəyyən edilir ki, cavabdeh İddiaçı2 6000 manat borcunun qalmasını etiraf edir. Ona görə də məhkəmə hesab edir ki, iddianın həmin hissəsi 6000 manat pulun cavabdehdən tutulması hissəsində əsaslı hesab edilməlidir. İddiaçı cavabdehin ona ümumilikdə 15.380 manat borcunun qaldığını iddia etsə də, qalan 9380 manat borcun qalmasını təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edildiyindən ödənilmiş ödənilmiş dövlət rüsumunun 240 (iki yüz qırx) manat hissəsi cavabdehdən tutularaq İddiaçı1 ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manat hissəsi tutularaq İddiaçı2 ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçılar tərəfindən vəkilə hüquqi yardım üçün ödənilmiş məbləği təsdiq edən hər hansı sübut (müqavilə, ödəniş qəbzi və s.) məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən nəhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 50.000 (əlli min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 240 (iki yüz qırx) manat hissəsi tutularaq İddiaçı1 ödənilməli, Cavabdeh 6000 (altı min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manat hissəsi tutularaq İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 50.000 (əlli min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 240 (iki yüz qırx) manat hissəsi tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manat hissəsi tutularaq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıların özlərinə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2785/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2785/2025
11.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver