Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2819/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, ərizəçi İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs 42 saylı Dövlət Notariat Kontoruna qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs 42 saylı Dövlət Notariat Kontoruna qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqmüəyyənedici sənədlərdə X22 məxsus olan doğum haqqında şəhadətnamədə ana qrafasında olan Hacıibrahimova Muqminatın, İddiaçı məxsus olan doğum haqqında şəhadətnamədə ana qrafasında olan Hacıibrahimova Muqminatın, nikahın bağlanması haqqında şəhadətnamədə X3, ölüm haqqında şəhadətnamədə X6, qeydiyyat vəsiqəsindəki X12 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum X6 adına xüsusi mülkiyyətdə olan mənzil vardır. Həmin mənzili vərəsəlik qaydasında rəsmiləşdirmək üçün Yasamal rayon 42 saylı Notariat Kontoruna müraciət olunmuşdur. Lakin Notariat kontoru X7 hüquq müəyyənedici sənədlərində Müminarın adında müxtəlif səhvlər olduğundan sənədləşmə işini aparmaqdan imtina etmişdir. Qeyd edir ki, X8 məxsus müxtəlif hüquq müəyyənedici sənədlərdə adında müxtəlif səhvlər vardır. Lakin bütün sənədlər mərhum X13 məxsusdur. X2 1930-cu ildə Dağıstan Respublikasında anadan olmuşdur. 23 noyabr 1966-cı ildə X28 ilə ailə qurmuşdur. Birgə nikahdan 3 uşaqları 04.12.1957-ci il tarixdə X24, 20.11.1961-ci ildə İddiaçı və X26 anadan olmuşlar. X15 21 aprel 2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Həyat yoldaşı X28 (yəni onun atası) 10.10.1997- ci ildə Bakı şəhərində vəfat etmişdir. X1 xüsusi mülkiyyətində Bakı şəhəri, Yeni-Yasamal 6 saylı evin 155 saylı mənzili vardır. X11 məxsus olan sənədlərdə olan səhvlər aşağıdakılardan ibarət olmuşdur. Mənzilin qeydiyyat vəsiqəsində X16 qeyd edilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamədə X14 qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamədə X15 qeyd edilmişdir. İddiaçı Habəbovnanın doğum haqqında şəhadətnaməsində ana qrafasında Hacıibrahimova Muqminat qeyd edilmişdir. X21 doğum haqqında şəhadətnaməsində ana qrafasında Hacıibrahimova Müqminat qeyd edilmişdir. Göründüyü kimi, notariat kontoruna vərəsəliklə bağlı təqdim edilməli olan sənədlərdə mərhum X7 adı müxtəlif səhvliklərlə qeyd edilmişdir. Həmin səndlərdəki addakı səhvliklər biri birinə uyğun gəlmir. Eləcə də mənzilin çıxarışında qeyd edilən Müminar adı isə nə doğum, nə də ölüm haqqında şəhadətnamələrə uyğun gəlmir. Göstərilən hüquqmüəyyənedici sənədlərin eyni şəxsə məxsusluğunu təsdiq edən məhkəmə aktının alınması, hazırda miras obyektini-mənzili vərəsəlik qaydasında sənədləşdirmək üçün zəruridir. Göstərilənlərə əsasən İşə məhkəmədə baxılan zaman ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, adı X15 kimi qeyd edilən hüquqmüəyyənedici sənədlərin, yəni qeydiyyat vəsiqəsinin və X23 X4 aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mərhum X14 ərizəçinin anasıdır. X3 nikah haqqında şəhadətnaməs adı düzgün qeyd edilmiş, lakin Qeydiyyat Vəsiqəsi və ölüm haqqında şəhadətnamədə isə səhvən Muminar kimi yazılmışdır. Həmin adın səhv yazılmasında ərizəçiyə qanunvericliklə müəyyən edilmiş hərəkətləri etməkdə çətinlik yaradır. Qeyd edilənlərə əsasən, məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs 42 saylı Dövlət Notariat Kontoru məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs 42 saylı Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 izahatında bildirmişdir ki, ərizəçi onun bacısıdır, mərhum isə anasıdır. Mərhum anası X3 adı doğum haqqında şəhadətnamədə düzgün yazılıbdır. Anasının adına Y.Yasamal ərazisidə əmlak vardır. Çıxarışda anasının adı səhvən Muminar yazılmışdır. Anası 21.04.2005-ci ildə rəhmətə getmişdir. Ölüm şəhadətnaməsində də adı səhv yazılmışdır. X14 ilə X6 eyni şəxs olması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 izahatında bildirmişdir ki, ərizəçi onun xalasıdır, mərhum isə nənəsidir. Nənəsinin əsl adı X5. Mərhum nənəsinin adı doğum haqqında şəhadətnamədə düzgün yazılmışdır. Nənəsinin mülkiyyətində olan əmlakın çıxarışında adı səhvən Muminar kimi yazılmışdır. Nənəsi 2005-ci ildə rəhmətə getmişdir. Hətta onun ölüm haqqında şəhadətnaməsində də adı səhv yazılmışdır. Çıxarışda və ölüm haqqında şəhadətnamədə texniki hərf səhvi olmuşdur. X14 ilə X6 eyni şəxs olması faktını təsdiq edir. İş materiallarında olan: 03.07.2020-ci il tarixli arayışdan görünür ki, X28 ilə X14 23.11.1966-cı il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində 964 nörməli akt qeydi ilə nikah qeydə alınmışdır. ÖM seriyalı, 260870 nömrəli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 küçəsi, 6 saylı evin 155 saylı mənzili X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. AZ-İİ seriyalı, 085088 nömrəli X23 notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 21.04.2005-ci il tarixdə ürəyin işemik xəstəliyindən vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 küçəsi, 6 saylı evin 155 nömrəli mənzilə dair ÖM seriyalı, 260870 nömrəli Qeydiyyat Vəsiqəsi və AZ İİ seriyalı, 085088 nömrəli X23 X9 aid olması müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 küçəsi, 6 saylı evin 155 nömrəli mənzilə dair ÖM seriyalı, 260870 nömrəli Qeydiyyat Vəsiqəsi və AZ İİ seriyalı, 085088 nömrəli X23 X9 aid olması müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2819/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2819/2021
20.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver