Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2852/2025 25.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı ("Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “payın naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı ("Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi,ev 42 ünvanında inşa edilmiş ümumi sahəsi 2401.50 kv.metr olan fərdi yaşayış evinin İddiaçı1 8 mərtəbədə 1/9 hissədən y/s-100.01 kv.m, ü/s-166.86 kv.m paya, İddiaçı2 7,8 mərətəbələr 2\9 hissə paya və Cavabdeh 9-cu mərtəbə, ü/s-307.84 kv.m, y/s- 153.37 kv.m, 7-ci və 8-ci mərtəbələrdə 1/9 hissədən y/s-58.63 kv.m, ü/s-201.63 kv.m, zirzəmi, mansard və 1-6 mərtəbələr (y/s-803,03 kv.m, ü/s-2200,03 kv.m) hissə paya dair hissə olmaqla naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət olaraq üç paydan ibarətdir: 1.İddiaçı1 ona məxsus 8 mərtəbədə 1/9 hissədən y/s-100.01 kv.m, ü/s-166.86 kv.m paya dair xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmiş; 2.İddiaçı2 ona məxsus 7,8 mərətəbələr 2\9 hissə paya dair xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmiş; 3. Cavabdeh ona məxsus 9-cu mərtəbə, ü/s-307.84 kv.m, y/s-153.37 kv.m, 7-ci və 8-ci mərtəbələrdə 1/9 hissədən y/s-58.63 kv.m, ü/s-201.63 kv.m, zirzəmi, mansard və 1-6 mərtəbələr (y/s-803,03 kv.m, ü/s-2200,03 kv.m) hissə paya dair xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Dəfələrlə iddiaçılar cavabdehlə əlaqə yaradaraq əmlakların qarşılıqlı razılıq əsasında bölünməsini və ya əvəzləşdirilməsini təklif etsə də, bu günə qədər heç bir razılıq əldə edilməmişdir. Bununla bağlı hər üç tərəfin paylarının müəyyən olması üçün fərdi yaşayış evinin naturada bölünməsi ilə bağlı danışıqlar aparsalar da heç bir nəticəsi olmamışdır. Həmçinin cavabdeh tərəfə xx.xx.2025-cü il tarixli Pretenziya məktubu əlavə edilmişdir (pretenziya məktubunun üzərində X3 MMC-nin direktoru Əliyev Rahim tərəfindən qəbul edilməsi tədiqlənmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 2401.50 kv.metr olan fərdi yaşayış evi İddiaçı1 8-ci mərtəbədə 1/9 hissədən y/s-100.01 kv.m, ü/s-166.85 kv.m hissədə payı müəyyən olunmaqla xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə, İddiaçı2 7 və 8-ci mərtəbələrdə 2\9 hissədə payı müəyyən olunmaqla xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə, Cavabdeh MMC-nin 9-cu mərtəbə, ü/s-307.84 kv.m, y/s-153.37 kv.m, 7-ci və 8ci mərtəbələrdə 1/9 hissədən y/s-58.63 kv.m, ü/s-201.63 kv.m, zirzəmi, mansard və 1-6 mərtəbələr (y/s-803,03 kv.m, ü/s-2200,03 kv.m) hissədə payı müəyyən olunmaqla xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə xüsusi mülkiyyət hüququ əsasında, Cavabdeh MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 2401.50 kv.metr olan fərdi yaşayış evinin naturada bölünməsi tələbinə 10 gün müddətində münasibət bildirilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Pretenziya məktubu Cavabdeh MMC-nin direktoru Rahim Əliyev tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr 2025-ci il tarixli, 10/3830 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 42 seylı evin İddiaçı1 istifadəsində olan və 8-ci mərtəbəsində yerləşən tikililərinin (mənzilin) yerləşmə vəziyyətinə uyğun olan digər mənzillərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar-qovşaç ı və s.) tikililərin mənzilin daxilində yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının pilləkən meydançasına tərəf açıldığını, istifadəsində olan sahənin payına uyğun olduğunu, İddiaçı2 istifadəsində olan və evin 7-:i və 8-ci mərtəbəsində yerləşən tikililərinin (mənzillərin) yerləşmə vəziyyətinə uyğun olan digər mənzillərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar-qovşağı və s.) tikililərin mənzilin daxilində yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının pilləkən meydançasına tərəf açıldığını, istifadəsində olan sahənin payına uyğun olduğunu, Cavabdeh istifadəsində olan və evin zirzəmi, mansard, l-Vİ, Vİİ, Vİİİ və İX mərtəbələrində yerləşən tikililərinin (qeyri-yaşayış sahələri və mənzillərin) yerləşmə vəziyyətinə uyğun olan digər tikililərdən təcrid şəkildə yerləşdiyini, ayrıca giriş-çıxış qapılarının olduğunu, həmin qapıların pilləkən meydançasına tərəf aç İdığını, istifadəsində olan sahənin payına uyğun olduğunu nəzərə alaraq, Bakı şəhəri, Yas amal rayonu, C.Cabbarlı küçəsində yerləşən 42 saylı evin faktiki vəziyyətinə uyğun naturada ayrılmasının “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərinin və Məhkəmə Tikinti- X2 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi ümumi paylı mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh MMC-yə məxsusdur. İddiaçılar dəfələrlə cavabdehlə əlaqə yaradaraq hər üç tərəfin paylarının müəyyən olması üçün fərdi yaşayış evinin naturada bölünməsi ilə bağlı danışıqlar aparsalar da, heç bir nəticəsi olmamışdır. Bununla əlaqədar olaraq cavabdeh tərəfə xx.xx.2025-cü il tarixli pretenziya məktubu da göndərilmiş, pretenziya məktubu Cavabdeh MMC-nin direktoru Rahim Əliyev tərəfindən qəbul edilmişdir. Hazırda iddiaçılar sözügedən ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsini tələb edir. Cavabdeh isə bununla razılaşmır. Nəticə etibarilə tərəflər paylı mülkiyyətdə olan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin naturada texniki cəhətdən real bölgüsünun mümkün olub-olmamasının müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Təqdim olunan ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 42 seylı evin İddiaçı1 istifadəsində olan və 8-ci mərtəbəsində yerləşən tikililərinin (mənzilin) yerləşmə vəziyyətinə uyğun olan digər mənzillərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar-qovşaç ı və s.) tikililərin mənzilin daxilində yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının pilləkən meydançasına tərəf açıldığını, istifadəsində olan sahənin payına uyğun olduğunu, İddiaçı2 istifadəsində olan və evin 7-:i və 8-ci mərtəbəsində yerləşən tikililərinin (mənzillərin) yerləşmə vəziyyətinə uyğun olan digər mənzillərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar-qovşağı və s.) tikililərin mənzilin daxilində yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının pilləkən meydançasına tərəf açıldığını, istifadəsində olan sahənin payına uyğun olduğunu, Cavabdeh istifadəsində olan və evin zirzəmi, mansard, l-Vİ, Vİİ, Vİİİ və İX mərtəbələrində yerləşən tikililərinin (qeyri-yaşayış sahələri və mənzillərin) yerləşmə vəziyyətinə uyğun olan digər tikililərdən təcrid şəkildə yerləşdiyini, ayrıca giriş-çıxış qapılarının olduğunu, həmin qapıların pilləkən meydançasına tərəf aç İdığını, istifadəsində olan sahənin payına uyğun olduğunu nəzərə alaraq, Bakı şəhəri, Yas amal rayonu, C.Cabbarlı küçəsində yerləşən 42 saylı evin faktiki vəziyyətinə uyğun naturada ayrılmasının “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərinin və Məhkəmə Tikinti- X2 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə mübahisəli fərdi yaşayış evinə yerli baxış keçirən zaman müəyyən etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus mənzillər Cavabdeh MMC-yə məxsus mənzillərlə təcrid olunmuş şəkildə yerləşmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd edilən qanunvericilik normalarına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 3 ünvanında yerləşən tərəflərin ümumi paylı mülkiyyətində olan ümumi sahəsi 2401.50 kv.metr olan fərdi yaşayış evindən İddiaçı1 8-ci mərtəbədə 1/9 hissədən y/s-100.01 kv.m, ü/s-166.85 kv.m hissədə, İddiaçı2 7 və 8-ci mərtəbələrdə 2\9 hissədə, Cavabdeh MMC-nin 9-cu mərtəbə, ü/s-307.84 kv.m, y/s-153.37 kv.m, 7-ci və 8-ci mərtəbələrdə 1/9 hissədən y/s-58.63 kv.m, ü/s-201.63 kv.m, zirzəmi, mansard və 1-6 mərtəbələr (y/s-803,03 kv.m, ü/s-2200,03 kv.m) hissədə payları rəydə göstərilmiş vəziyyətdə naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı2 aid edilməlidir. Həmçinin iş üzrə 04 sentyabr 2025-ci il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən tərəflərin ümumi paylı mülkiyyətində olan ümumi sahəsi 2401.50 kv.metr olan fərdi yaşayış evindən İddiaçı1 8-ci mərtəbədə 1/9 hissədən y/s- 100.01 kv.m, ü/s-166.85 kv.m hissədə, İddiaçı2 7 və 8-ci mərtəbələrdə 2\9 hissədə, Cavabdeh MMC-nin 9-cu mərtəbə, ü/s-307.84 kv.m, y/s-153.37 kv.m, 7-ci və 8-ci mərtəbələrdə 1/9 hissədən y/s-58.63 kv.m, ü/s-201.63 kv.m, zirzəmi, mansard və 1-6 mərtəbələr (y/s-803,03 kv.m, ü/s-2200,03 kv.m) hissədə payları rəydə göstərilmiş vəziyyətdə naturada ayrılsın. İş üzrə 04 sentyabr 2025-ci il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı2 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2852/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2852/2025
25.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver