Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2854/2021 06.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, iddiaçı Azmark Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “inzibati xəta haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Azmark Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ərizə ilə məhkəməyə müraciət edərək, BDYPİ tərəfindən çıxarılmış xx xxxxxx 2021-ci il tarixli İXP ******* saylı protokolun qərarının ləğv edilməsi, inzibati xəa haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Azmark Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi BDYPİ tərəfindən çıxarılmış xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında qərarı mübahisələndirərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Azmark Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi BDYPİ tərəfindən çıxarılmış xx xxxxxx 2021-ci il tarixli qərarın ləğv edilməsi, inzibati xəa haqqında iş üzrə icraata xitam verilməsi tələbinə dair ümumi icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Belə ki, BDYPİ tərəfindən çıxarılmış xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında qərardan verilən şikayətə mülki mühakimə icraatı qaydasında baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin qərardan şikayət verildikdə, qeyd olunan şikayətə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası İXM-nin 128.2.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə verilir. Qanunun mənasına görə, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın qərarından verilən şikayətə və ya protestə yuxarı səlahiyyətli orqan və ya məhkəmə baxmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı müvafiq qərardan iddia icraatı qaydasında deyil, şikayət ərizəsi ilə müvafiq məhkəməyə (şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə) müraciət etməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmiş, iddia ərizəsində məhkəmə tərəfindən prosesə cavabdeh qismində cəlb edilməli olan şəxsin kim olduğu (cavabdehin adı, poçt ünvanı) göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azmark Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “inzibati xəta haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2854/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2854/2021
06.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver