Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2904/2024 10.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Toyota Rav-4” markalı, **- ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 15357,72 manat (on beş min üç yüz əlli yeddi manat yetmiş iki qəpik) sığorta ödənişinin və ödənilmiş 136,07 manat (yüz otuz altı manat yeddi qəpik) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Range Rover” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Rav-4” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********89 nömrəli sığorta şəhadətnaməsinin və 127678 nömrəli sığorta aktının çıxarışından görünür ki, “Toyota Rav- 4” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər müddətdə könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş qiymətləndirmə aktına əsasən, “Toyota Rav-4” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 18235 manat (on səkkiz min iki yüz otuz beş manat) məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 140 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Toyota Rav-4” markalı, **- ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma (franşiza) məbləği çıxılmaqla zərərçəkən X1 18135 manat (on səkkiz min yüz otuz beş manat) sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin iş meterillarında olan izahatlarda da şəxsin təqsirli olması qeyd olunmuşdur. Sığorta hadisəsinin baş verməsi və sığorta ödənişinin sığorta şirkəti tərəfindən ödənilməsi ilə ona qarşı subroqasiya hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş İAS240208 sığorta ödənişi aktına əsasən 18135 manat (on səkkiz min yüz otuz beş manat) məbləğin 2777,28 manat (iki min yeddi yüz yetmiş yeddi manat iyirmi səkkiz qəpik) hissəsi “Range Rover” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan “Meqa Sığorta” şirkəti” ASC tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Qalan məbləğ, yəni 15357,72 manat (on beş min üç yüz əlli yeddi manat yetmiş iki qəpik) məbləğində pul Cavabdeh tərəfindən hal-hazırda ödənilməmiş qalmaqdadır. Hesab edir ki, qalan 15357,72 manat (on beş min üç yüz əlli yeddi manat yetmiş iki qəpik) məbləğidə pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini və iclasların onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin məhkəmə eletron SMS vasitəsi ilə məlumatlandırılmış) iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Range Rover” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Rav-4” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi, Cavabdeh idarə etdiyi “Range Rover” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər İddiaçı SŞ-da sığortalanmışdır. İş materiallarına əlavə edilmiş 140 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Toyota Rav-4” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma (franşiza) məbləği çıxılmaqla zərərçəkən X1 18135 manat (on səkkiz min yüz otuz beş manat) sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin iş meterillarında olan izahatlarda da şəxsin təqsirli olması qeyd olunmuşdur. Sığorta hadisəsinin baş verməsi və sığorta ödənişinin sığorta şirkəti tərəfindən ödənilməsi ilə ona qarşı subroqasiya hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş İAS240208 sığorta ödənişi aktına əsasən 18135 manat (on səkkiz min yüz otuz beş manat) məbləğin 2777,28 manat (iki min yeddi yüz yetmiş yeddi manat iyirmi səkkiz qəpik) hissəsi “Range Rover” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan “Meqa Sığorta” şirkəti” ASC tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı subroqasiya qaydasında pul tələbi qanuni və əsaslı olduğundan, Cavabdeh 15357,72 (on beş min üç yüz əlli yeddi manat 72 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 136,07 (yüz otuz altı manat 07 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASCyə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15357,72 (on beş min üç yüz əlli yeddi manat 72 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 136,07 (yüz otuz altı manat 07 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2904/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2904/2024
10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver