Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2905/2023 26.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, X22 qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasına geri ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasına geri ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlaka dəymiş zərərə görə 4535,00 (dörd min beş yüz otuz beş manat), sağlamlığa (yüngül) dəymiş zərərə görə 750,00 (yeddi yüz əlli manat) məbləğində sığorta ödənişinin, 72,85 (yetmiş iki manat, səksən beş qəpik) dövlət rüsumunun və 0,40 (qırx qəpik) məbləğində xidmət haqqının, cəmi 5358,25 (beş min üç yüz əlli səkkiz manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiamı şirkətinhesabın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov pr-də Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (bundan sonra Şirkət) tərəfindən "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü ilə sığortalanmış "Mercedes Benz G500 minik" markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini Cavabdeh idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə hadisə zamanı X2 olan "Toyota Prius minik" markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuş və hadisə nəticəsində həmin avtonəqliyyat vasitəsini idarə edən X1 yüngül zərər dəymişdir. AR DİN Nərimanov RPİ-nin "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" Arayışına əsasən "Mercedes Benz G500 minik" markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, "Mercedes Benz G500 minik" markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh barəsində, vətəndaş X7 yol-nəqliyyat hadisəsi nəticəsində bədən xəsarəti alması əsasında toplanmış materiallar üzrə araşdırma aparılmış və vətəndaş Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün Bakı şəhəri Nərimanov RPİ TŞ-nin xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən cinayət işinin başlanması rədd edilmiş və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün əməlində inzibati xəta tərkibi olduğuna görə AR İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün AR DİN Nərimanov RPİ-nin DYPŞ-na göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş, "Mercedes Benz G500 minik" markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin PDS********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə Şirkət tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair akta əsasən hadisə nəticəsində "Toyota Prius minik" markalı, ** FY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 4535,00 (dörd min beş yüz otuz beş manat) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021ci il tarixli, 3912 saylı sığorta aktına və xx.xx.2021-ci il tarixli, № 7947 saylı ödəniş tapşırığına əsasən 750,00 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi hadisə nəticəsində sağlamlığına (yüngül) zərər dəymiş vətəndaş X7 "xxxx" ASC-dəki müvafiq hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, № 7946 saylı ödəniş tapşırığına və xx.xx.2021- ci il tarixli, 3751 saylı sığorta aktına əsasən 4535,00 (dörd min beş yüz otuz beş) manat məbləğində sığorta ödənişi avtomobilin sahibi X9 "xxxx" ASCdəki hesabına köçürülmüşdür İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 06-05\892 saylı Pretenziya (subroqasiya) məktublarından görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən Şirkət tərəfindən zərərin aradan qaldırılması üçün əmlaka dəymiş zərərə görə 4535,00 (dörd min beş yüz otuz beş manat), sağlamlığa (yüngül) dəymiş zərərə görə 750,00 (yeddi yüz əlli manat) məbləğində cəmi ödənilmiş 5285,00 (beş min iki yüz səksən beş) manat məbləğində ödənilmiş sığorta ödənişi vasitəsini "Mercedes Benz G500 minik" markalı, ** SZ *** sürücüsü Cavabdeh geri ödənilməsi tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş vətəndaş Cavabdeh Nərimaov RPİ-yə verdiyi izahatda "Mercedes Benz G500 minik" markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyini etiraf etmişdir. İddia ərizəsinə əlavə edilmiş Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/3861 saylı aktdan görünür ki, vətəndaş Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olmuşdur. İddia ərizəsinə əlavə olunmuş AR SN "Məhkəmə-Tibbi Ekspertiza və X11" Publik Hüquqi şəxsin 26-M saylı Ekspert rəyindən məlum olurki, vətəndaş X7 yolnəqliyyat hadisəsi zamanı sağlamlığına dəymiş zərərin dərəcəsi Yüngül zərər vurmaya aiddir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X18 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X19 izahatında iddia tələbi ilə razı olmadığını bildirərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli, PDS**********4 nömrəli İcbari Sığorta Müqaviləsinə dair məlumatın sürətindən göürünür ki, sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə sığortalı X16 arasında MERCEDES BENZ markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əmlaka vuralan zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000, bir hadisə üzrə 50000 manat sığorta məbləği ödənilməsi barədə müqavilə bağlanmışdır. 09 mart 2021-ci il tarixli Bakı şəhəri Nərimanov RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın nəticə hissəsindən görünür ki, vətəndaş X7 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün bu barədə cinayət işinin başlanması rədd edilməli, bundan əlavə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edib vətəndaş X7 YÜNGÜL dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsinə görə "Mersedes G500" markalı **-SZ-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 26-M nömrəli ekspert rəyininin sürətindən görünür ki, X6 adına tərtib olunmuş tibbi sənədlərdəqeyd edilən xəsarətlər- qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın yumşaq toxumasının əzilməsi, döş qəfəsinin əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəniyolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Törənmə müddəti qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2021-ci il tarixli, 2/3861 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının sürətindən görünür ki, müayinə olunan Cavabdeh “alkoqol sərxoşluğu yüngül dərəcə” rəyi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli Nərimanov RPİ tərəfindən alınmış izahatın sürətindən görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar mahiyyəti üzrə bildirmək istəyir ki, qeyd olunan tarixdə saat 00:40 radələrində mən etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus "Mersedes G500" markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Atatürk A prospekti istiqamətindən Ziya Bünyadov prospekti ilə üzü Koroğlu S metrostansiyası istiqamətində sol zolaqla hərəkət etdiyi zaman "Azpetrol" YDM-in yaxınlığında Çermet" adalan yol ötürücüsünə daxil olduqda sol zolaqdan sağ zolağa manevr etmiş, təxminən 200 metr sonra yolun hərəkətini dayandıraraq yolun sağ zolağı ilə təxminən saat da 30 km sürətlə yol ötürücüsündən geri qayıtmaq məqsədilə arxa-arxaya hərəkətdə olan zaman idarə etdiyi avtomobilin arxa hissəsi adını sonradan öyrəndiyi sürücü X4 idarə etdiyi, "Toyota Prius" markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşdu. Bundan sonra o avtomobildən enmiş və adı çəkilən sürücünün özünü narahat hiss etdiyini görmüşdür. Bundan sonra hadisə yerinə gələn təhqiqatçı Həmid Ağayev onunvvə X4 iştirakı ilə ilkin araşdırmaya başlamış və bir qədər sonra həmin sürücü polis əməkdaşı tərəfindən hadisə yerinə çağırılan TTY briqadası ilə müayinə olunması üçün xəstəxanaya aparılmışdır. Hadisə zamanı avtomobildə X5 olmuşdur. Onun heç bir xəsarəti yoxdur. Hadisə zamanı spirtli içki təsirində olmuşdur. Lakin, narkotik vasitə və ya psixotrop maddə istifadəçisi deyil. xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktın sürətindən görünür ki, ** FY *** dövlət qeydiyyat nişanlı TOYOTA PRİUS markalı nəqliyyat vasitəsinə dəymiş zərərin cəmi 4535 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, ***-**** nömrəli Avtonəqliyyat vasitəsisahiblərinin mülki məsuliyyətinin İcbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın sürətindən görünür kİ, Cavabdeh MERCEDES BENZ **-SZ-*** qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsinin baş veridiyi anda sərxoş vəziyyətdə olmuşdur. X3 yüngül xəsarət dəymişdir. xx.xx.2021-ci il tarixli, 3751 nömrəli sığorta ödənişi ilə bağlı aktın sürətindən görünür ki, X9 hesabına 4535 manat sığorta ödənişi köçürülmüşdür. xx.xx.2021-ci il tarixli 7946 nömrəli ödəniş tapşırığının sürətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti X9 hesabına sığorta hadisələri üzrə 4535 manat köçürmüşdür. xx.xx.2021-ci il tarixli 7947 nömrəli ödəniş tapşırığının sürətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti X6 hesabına sığorta hadisələri üzrə 750 manat köçürmüşdür. xx.xx.2021-ci il tarixli, 3912 nömrəli sığorta ödənişi ilə bağlı aktın sürətindən görünür ki, X6 hesabına 750 manat sığorta ödənişi köçürülmüşdür. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Cavabdeh ünvanlanmış 16 may 2021-ci il tarixli, 06-05-892 nömrəli pretenziya məktubunun sürətindən görünür ki, 5285 (beş min iki yüz səksən beş) manat pulun qeyd olunan bank hesabına köçürülməsi tələb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 dekabr 2023-cü il tarixli, 9/7452 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Azərsığorta” DSKŞ tərəfindən xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Toyota Prius minik” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 4185,0 manat müəyyən edilir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əmlaka dəymiş zərərə görə 4185 (dörd min yüz səksən beş) manat, sağlamlığa dəymiş zərərə görə 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi olmaqla, ümumilikdə 4935 (dörd min doqquz yüz otuz beş) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 69,35 (altmış doqquz manat otuz beş qəpik) manat və 0,40 (qırx qəpik) xidmət haqqı cavabdehdən tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əmlaka dəymiş zərərə görə 4185 (dörd min yüz səksən beş) manat, sağlamlığa dəymiş zərərə görə 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi olmaqla, ümumilikdə 4935 (dörd min doqquz yüz otuz beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 69,35 (altmış doqquz manat otuz beş qəpik) manat və 0,40 (qırx qəpik) xidmət haqqının tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2905/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2905/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver