Məhkəmə qərarları › İş №e-2(004)-2906/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2906/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2906/2024 05.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 160 manat və Cavabdeh1 64 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduğu mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin cavabdehlərə bildirişi təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, BB405451 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Chevrolet Nexia SX” minik markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə məxsusdur. İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ALY-1876 nömrəli lizinq müqaviləsinə əsasən “Chevrolet Nexia SX” minik markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobil X1 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. DİN BDYPİ-nin sənədin rəsmi verilməsinə dair kötüyündən müəyyən edilir ki, “Chevrolet Nexia SX” minik markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə saat 12.17-də Cavabdeh2 idarə etmiş və barəsində İXM-nın 346.1-ci maddəsi ilə EQ17286011 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 20 manat cərimə edilmiş, həmçinin cəriməni vaxtında ödəmədiyi üçün 12 manat dəbbə hesablanmışdır. Həmçinin “Chevrolet Nexia SX” minik markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə saat 15.30-da Cavabdeh2 idarə etmiş və barəsində İXM-nın 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 80 manat cərimə edilmiş, cəriməni vaxtında ödəmədiyi üçün 48 manat dəbbə hesablanmışdır. DİN BDYPİ-nin sənədin rəsmi verilməsinə dair kötüyündən müəyyən edilir ki, “Chevrolet Nexia SX” minik markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdı saat 22.00-da Cavabdeh1 idarə etmiş və barəsində İXM-nın 327.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat cərimə edilmiş, həmçinin cərimə vaxtında ödəmədiyi üçün 24 manat dəbbə hesablanmışdır. ********** nömrəli xx.xx.2024-cü il tarixli və ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzlərdən müəyyən edilir ki, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 128 manat, EQ17286011 nömrəli inzibati xəta haqqında protokol üzrə 32 manat cərimə İddiaçı MMC tərəfindən ödənilmişdir. ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən edilir ki, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 64 manat cərimə İddiaçı MMC tərəfindən ödənilmişdir. Göründüyü kimi, cavabdehlərin iddiaçıya məxsus avtomobili idarə edərkən törətdikləri inzabati xətaya görə onlara tətbiq edilmiş cərimələri ödəmədiklərinə görə, iddiaçı tərəfindən cərimələr ödənilmiş və İddiaçı MMC-yə cəmi 224 manat həcmində maddi ziyan dəymişdir. İddiaçı MMC-nin hesabına Cavabdeh2 160,00 manat, Cavabdeh1 isə 64 manat əsassız varlanmışlar. İnzibati cərimənin ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdehlər onların istifadəsində olan zaman barələrində tərtib edilmiş inzibati protokol üzrə iddiaçı tərəfindən ödənilmiş cərimənin qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş xx.xx.2024-cü il tarixli 412 və 411 saylı pretenziya (хəbərdarlıq) məktubları cavabsız qalmışdır. Hаl-hаzırdа cavabdehlərin inzibati xəta haqqında protokollar üzrə cərimələrin ödənilməsinə görə iddiaçıya оlаn bоrcu müvafiq olaraq 160 manat və 64 manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən iddiaçıya ödənilməsi təmin еdilməlidir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Göründüyü kimi, cavabdehlərin əsassız varlanmasına səbəb - iddiaçıya məxsus avtomobilin onların istifadəsində olduğu zaman barələrində inzibati protokol tərtib edilməsi, həmin protokollara görə tətbiq edilmiş cərimələrin iddiaçı tərəfindən ödənilməsi olmuşdur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, cavabdehlərdən yaranmış borc və ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 İddiaçı MMC tərəfindən onun barəsində tərtib olunmuş EQ 17286011 və İXP ******* nömrəli inzibati protokollara görə ödənilmiş 160 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun yarısı, yəni 15,20 manatı olmaqla, cəmi 175,20 (yüz yetmiş beş manat iyirmi qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh X3 İddiaçı MMC tərəfindən onun barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati protokola görə ödənilmiş 64 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun yarısı, yəni 15,20 manatı olmaqla, cəmi 79,20 (yetmiş doqquz manat iyirmi qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar