Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2978/2022 03.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının X2rşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən 27 dekabr 2014-ci il tarixdə Cavabdeh1nun hesabına ödənilmiş 153000 manat pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum qardaşı X5 2008-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin müdiri vəzifəsində işləmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2012-ci il tarixli hökmü ilə qardaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə), 308.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui istifadə), 313-cü maddəsi (vəzifə saxtakarlığı) ilə məhkum edilmişdir. Cinayət işinin istintaqı zamanı DSMF-nin vəzifəli şəxslərinin vədinə inanaraq artıq ödənilmiş pensiyanın bərpası üçün DSMF-yə qardaşının əvəzinə 153000 manat ödəmişdir. Belə ki, mərhum qardaşına vəd edilmişdir ki, dövlət büdcəsinə vurduğu zərərin bir hissəsi ödənildiyi halda barəsində azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan cəza təyin ediləcəkdir. Bakı Apelyasiya Məhkəməsinin 13 noyabr 2014-ci il tarixli 1(103)-1289/2014 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2012-ci il tarixli hökmü dəyişdirilərək Cinayət Məcəlləsinin 179.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, X4 əməli Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edillmişdir. Göründüyü kimi, cinayət işi yekunlaşdıqdan sonra müəyyən olunmuşdur ki, Səfər Hüseynov tərəfindən dövlət büdcəsinə hər hansı zərər vurulmamış, həmin zərər şöbənin digər vəzifəli şəxsləri tərəfindən vurulmuşdur, həmin şəxslər də DSMF qarşısında notariat qaydasında təsdiq olunmuş razılaşma əsasında ziyanın ödənilməsini öhdələrinə götürmüşlər. Qardaşının əməli isə şöbə müdiri kimi səhlənkarlıqdan ibarət olmuşdur. Hazırda qardaşı Səfər Hüseynov vəfat etdiyindən, həmçinin pul iddiaçı tərəfindən ödənildiyindən qeyd edilən pulu tələb etmək hüququ vardır. Məhkəmə iclasında cavabdeh DSMF-nin nümayəndəsi iddiaya etiraz edərək izahatında göstərmişdir ki, X5 Bakı Apelyasiya Məhkəməsinin 13 noyabr 2014-ci il tarixli 1(103)-1289/2014 saylı qərarı ilə təqsirli bilinməklə əməli Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə tövsif edilmişdir. Mərhum X1 cinayətini törədək hərəkətsizlik göstərmiş, onun bu əməli ağır nəticələrə səbəb olmuş və Fondun Büdcəsinə 995642,46 manat zərər vurulmuşdur. Baş vermiş cinayət hadisəsi ilə əlaqədar mərhum S.H.Hüseynovun törətdiyi əməlin yalnız hüquqi tövsifi dəyişdirilmiş, nəticə etibarı ilə o, yenə də dövlət büdcəsinə külli miqdarda zərər vurmaqda təqsirli bilinərək məhkum edilmişdir. İddiaçının iddiası yalnız mərhumun törətdiyi əməldə cinayət tərkibi aşkarlanmadığı və haqqında bəraət hökmü çıxarıldığı təqdirdə əsaslı olardı. Eyni zamanda cinayət işi üzrə ittiham aktı ilə dövlət büdcəsinə dəymiş ümumilikdə 995642,46 manat zərər bu günədək tam şəkildə ödənilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd oulnması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə əlavə cavabdeh qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyi məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxır. Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinın nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə mrüaciət edərək Agentliyin hazırki iddiaya cavab verməli olan şəxs olmadığından cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 04 saylı 27 dekabr 2011-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Baş Dövlət Xəzinədarlığına 153000 manat ödəmişdir. Ödənişin təyinatı artıq ödənilmiş pensiyanın bərpası (Suraxanı DSMF X6) olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər” dair doqquzuncu bölməsinin “Mülki hüquq pozuntuları (deliktlər)” barədə 59-cu fəsli 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə Maddə 431. Öhdəliyin üçüncü şəxs tərəfindən icrası 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. İstinad olunan maddələrin tələblərinə əsasən zərərvurmuş şəxsin əvəzinə zərəri ödəmiş üçüncü şəxsə zərərçəkənin zərərvurmuş şəxsə qarşı tələb hüququ keçir. İddiaçı mərhum qardaşı S.Hüseynovun DSMF qarşısında yaranmış öhdəliyini (vurulmuş zərər nəticəsində yaranmış) icra etmişdir. Bununla da DSMF-nin mərhum S.Hüseynova qarşı zərər tələbi iddiaçıya keçmişdir. S.Hüseynov vəfat etdiyindən ona qarşı tələb hüququnu iddiaçı onun vərəsələrinə qarşı irəli sürə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının 27 dekabr 2011-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilmiş 153000 manat pul vəsatini hazırkı iş üzrə cavabdehlərə qarşı tələbi hüququ olmadığından iddia təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaaq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddianın verilməsi üçün ödənilmiş 443 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia üzrə ödənilmiş 443 (dörd yüz qırx üç) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-2978/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2978/2022
03.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver