Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2979/2025 19.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı “Cavabdeh tərəfindən son 10 (on) il üzrə güzəştli kommunal xidmət haqqı olan illik 600 manat olmaqla 2 obyekt üçün toplam 12000 manat və 2024-cil il iyun ayından etibarən 2025-ci ilin yanvar ayı da daxil olmaqla (aylıq 144 manat olmaqla (obyektlərin sahəsinə uyğun olaraq 90 kv.m. və 90 kv.m. sahəsinə uyğun olaraq hər kv.m üçün 0.8 manatdan hesablanır), ümumilikdə 13152 manat pul vəsaitinin tutularaq "xxxx" MMMC-nin hesabına ödənilməsi və MMMC ilə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı “Cavabdeh tərəfindən son 10 (on) il üzrə güzəştli kommunal xidmət haqqı olan illik 600 manat olmaqla 2 obyekt üçün toplam 12000 manat və 2024-cil il iyun ayından etibarən 2025-ci ilin yanvar ayı da daxil olmaqla (aylıq 144 manat olmaqla (obyektlərin sahəsinə uyğun olaraq 90 kv.m. və 90 kv.m. sahəsinə uyğun olaraq hər kv.m üçün 0.8 manatdan hesablanır), ümumilikdə 13152 manat pul vəsaitinin tutularaq "xxxx" MMMC-nin hesabına ödənilməsi və MMMC ilə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK 10 fevral 2005-ci ildə tikintisi başa çataraq istismara verilmişdir. Daha sonra isə 2024-cu ildən etibarən MTK Mənzil Mlülkiyyətçilərinin Müştərək Cəmiyyəti olaraq fəaliyyətini davam etdirməktədir. Hal-hazırda bu ünvanda 110 (yüz on) mənzil var və 11 (on bir) qeyri-yaşayış obyekti fəaliyyət göstərməktədir. Bu 11 qeyri-yaşayış obyektindən 4-ü (dörd) MMMC ilə müqavilə imzalamış, digər 7(yeddi) obyekt isə müqavilə bağlamaqdan imtina etmişdir. Beləliklə, bu 4 (dörd) müəssisə bağladıqları milqaviləyə əsasən mülvafiq odəşilər edirlar. Lakin, Cavabdeh hal-hazırda mülkiyyətində olan 2 obyektə görə nə komunal xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan aylıq ödənişi ödəyir, nə müqavilə bağlayir. Hal-hazırda "xxxx" MMMC-ya ödənilməmiş olaraq qalan son 10(on) il üzrə güzəştli kommunal xidmət haqqı olan illik 600 manat olmaqla 2 obyekt üçün toplam 12000 manat və 2024-cil il iyun ayından etibarən 2025-ci ilin yanvar ayı da daxil olmaqla (aylıq 144 manat olmaqla (obyektlərin sahəsinə uyğun olaraq 90kv.m və 90 kv.m sahəsinə uyğun olaraq hər kv.m üçün 0.8 manatdan hesablanır), cəmi 13152 manat məbləğində borcu mövcuddur. Bu barədə iddiaçı tərəfindən dəfələrlə şifahi va yazılı formada müraciət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir hərəkət göstərilməmişdir. Bu səbəbdaə xx.xx.2023, xx.xx.2024, xx.xx.2024-cil il tarixində cavabdehə bildiriş verilmiş, son bildiriş də və pretenziya məktubunuda isə yuxarıda qeyd edilənlərin həyata keçirilmədiyi təqdirdə mahkəməyə iddia ərizəsi veriləcəyi qeyd edilmişdir. İddiaçı "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, həmin binanın aşağı hissəsində Buta Butik və Sky Travelin yerləşdiyi obyektlər ona məxsusdur. İddiaçı ilə müqavilə bağlamağa razıdır, lakin, müqavilənin şərtləri ilə tanış olmalıdır. İş materiallarında olan "xxxx" MMMC-nin nizamnaməsinə və şəhadətnaməyə əsasən müəyyən edilir ki, MMMC 17 may 2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Kooperator MTK-nın xx.xx.2023-cü il tarixli 011 nömrəli iclas protokoluna əsasən müəyyən edilir ki, mənzillərin aylıq kommunal xərc ödənişinin mənzillərin sahəsinə görə (hər m2 üçün 0,4 manatdan), obyektlərin isə sahəsinə uyğun olaraq (200m2 -dək, hər m2 üçün 0,8 manat, 200 m2-dən yuxarı olan hissə üçün isə güzəşt edilərək ödənişdən azadolma tətbiq olunsun), hesablanması təsdiq edilmiş və dekabr ayının 15-dən etibarən elanlar liftlərə yerləşdirilmişdir. İş materiallarına əsasən həmin binaya məhkəmə tərəfindən yerli baxış prosessual hərəkəti keçirilmiş, üzərində Sky Travel və Buta Butik yazıları olan obyektlərə baxış keçirilmişdir. Obyektlərin işçi heyəti ilə aparılmış söhbətlər nəticəsində müəyyən edilmişdir ki, həmin obyektlərin icarədarı Cavabdehdur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. MM-in 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. MM-in 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.3-cü və 135.2.4-cü maddələrinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Həmin Məcəllənin 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, bina "xxxx" MTK tərəfindən 10 fevral 2005-ci ildə tikintisi başa çataraq istismara verilmişdir. Daha sonra isə 2024-cu ildən etibarən MTK Mənzil Mlülkiyyətçilərinin Müştərək Cəmiyyəti olaraq fəaliyyətini davam etdirməktədir. "xxxx" MMMC-nin nizamnaməsinə və şəhadətnaməyə əsasən, MMMC 17 may 2024-cü il tarixdə qeydiyyata alınmışdır. Kooperator MTK-nın xx.xx.2023-cü il tarixli 011 nömrəli iclas protokoluna əsasən, mənzillərin aylıq kommunal xərc ödənişinin mənzillərin sahəsinə görə (hər m2 üçün 0,4 manatdan), obyektlərin isə sahəsinə uyğun olaraq (200m2 -dək, hər m2 üçün 0,8 manat, 200 m2 -dən yuxarı olan hissə üçün isə güzəşt edilərək ödənişdən azadolma tətbiq olunsun), hesablanması təsdiq edilmiş və dekabr ayının 15-dən etibarən elanlar liftlərə yerləşdirilmişdir. Həmin binaya məhkəmə tərəfindən yerli baxış prosessual hərəkəti keçirilmiş, üzərində Sky Travel və Buta Butik yazıları olan obyektlərə baxış keçirilmişdir. Obyektlərin işçi heyəti ilə aparılmış söhbətlər nəticəsində müəyyən edilmişdir ki, həmin obyektlərin icarədarı (sahibi) Cavabdehdur. Cavabdeh məhkəmə hazırlıq iclaslarında iştirak edərək ödənişdən yayınmadığını qeyd etmiş, yalnız müqavilə bağlandıqdan sonra ödənişi həyata keçirəcəyini bildirmişdir. Onun həmin binada obyektlərə münasibətdə icarədar olması, aylıq ödənişləri həyata keçirməməsi mülki işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən "xxxx" MTK-ya 1000 manat ödəniş yardım formasında edilmişdir. Bu hal mülki işin mübahisəsiz halıdır. Obyektlərin hər birinin sahəsi 90 kv.m-dir. Deməli, hər obyekt üzrə aylıq ödəniş 90 kv.m. x 0.80 manat = 72 manat edir ki, iki obyektə münasibətdə isə bu aylıq 144 manat təşkil edir. Həmin binanın alt hissəsində yerləşən digər iki obyekt isə cavabdehə deyil, onun ailəv üzvlərinə, yəni qardaşına və anasına məxsusdur. Odur ki, həmin obyektlərin kommunal xərci ilə bağlı iddia müvafiq olaraq əsl cavabdehə qarşı irəli sürülməlidir. Tələb üzrə 2024-cü ilin iyun ayından 2025-ci ilin yanvar ayına kimi ödənilməmiş dövr 8 ay təşkil edir ki, hər iki obyektə münasibətdə ödənilməmiş xidmət haqqı ümumilikdə 1152 manat (72 manat x 8 ay = 576 manat x 2 = 1152 manat) təşkil edir. Yəni, iddia tələbi həmin hissədə əsaslıdır. Məhz müvafiq dövr üzrə yarandığı andan MMMC-nin iddia tələbi üzrə subyektiv hüququ vardır. Yəni, iddiaçı hüquq subyekti kimi hüquq və fəaliyyət qabiliyyətli olduğu andan hüquq münasibətlərində mövcud ola bilir. Əvvəlki dövr üzrə isə iddiaçının tələb üzrə subyektiv hüququ yoxdur. Nəzərə alınır ki, tərəflər arasında müvafiq münasibətlərlə bağlı müqavilə bağlanmamış, öhdəlik münasibətləri yaranmamışdır. Məhz bu səbəbdən, iddia tələbinin qanuni əsası qismində öhdəlik münasibətlərinin çıxış etməsi istisna olunur. Cavabdehin mülkiyyətində olmuş obyektlərin binanın tərkib hissəsi olması xüsusatı əsas götürülməklə iddiaçı tərəfindən binanın saxlanılması, ümumi mülkiyyətin qorunması, təminatı, müdafiəsi və s. ilə bağlı zəruri yaxşılaşdırıcı tədbirlər görülmüşdür. Yəni, iddiaçı tərəf özgə işlərini tapşırıqsız icra etmişdir ki, həmin işlərin görülməsi mülkiyyətçilərin, həmçinin cavabdehin ümumi maraqlarına uyğundur. Cavabdehin özünün hüquqi marağı (məhkəmə iclaslarındaki mövqeyi) və binanın idarə etməsinin effektiv təşkil edilməsi zərurəti MMMC ilə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia tələbi əsaslıdır. Müqavilənin bağlanması münasibətlərin daha detallı tənzimlənməsinə, müqavilə tərəflərinin qanuni maraqlarının qorunmasına xidmət edir. Məhkəmə mülki işə tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ətraflı araşdırma aparılmasının təmin edilməsi, sübutların tam toplanması və tədqiq edilməsi məqsədilə 3 məhkəmə hazırlıq iclası və 2 məhkəmə baxış iclası, 1 yerli baxış iclasının keçirilməsinə baxmayaraq iddia ərizəsində qeyd olunan xüsusatların təkzib edilməsi cavabdeh tərəfindən həyata keçirilməmişdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 129.46 manat manat dövlət rüsumunun 32 (otuz iki) manat hissəsi cavabdehə aid edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 2024-cü ilin iyun ayından 2025-ci ilin yanvar ayınadək olan dövr üçün Cavabdeh 1152 (min yüz əlli iki) manat pul tutularaq iddiaçı "xxxx" MMMC-nin xeyrinə ödənilməlidir. İddiaçı "xxxx" MMMC ilə özünə məxsus olan obyektlərə münasibətdə kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin bağlanması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı “Cavabdeh tərəfindən son 10 (on) il üzrə güzəştli kommunal xidmət haqqı olan illik 600 manat olmaqla 2 obyekt üçün toplam 12000 manat və 2024-cil il iyun ayından etibarən 2025-ci ilin yanvar ayı da daxil olmaqla (aylıq 144 manat olmaqla (obyektlərin sahəsinə uyğun olaraq 90 kv.m. və 90 kv.m. sahəsinə uyğun olaraq hər kv.m üçün 0.8 manatdan hesablanır), ümumilikdə 13152 manat pul vəsaitinin tutularaq "xxxx" MMMC-nin hesabına ödənilməsi və MMMC ilə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası qismən təmin edilsin. 2024-cü ilin iyun ayından 2025-ci ilin yanvar ayınadək olan dövr üçün Cavabdeh 1152 (min yüz əlli iki) manat pul tutularaq iddiaçı "xxxx" MMMC-nin xeyrinə ödənilsin. İddiaçı "xxxx" MMMC ilə özünə məxsus olan obyektlərə münasibətdə kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin bağlanması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Mülki iş üzrə ödənilmiş 129.46 manat manat dövlət rüsumunun 32 (otuz iki) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2979/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2979/2025
19.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver