Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-312/2024 30.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1, Cavabdeh4 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ünvan 2 üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, vavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 45 kvadrat metr ümumi sahəsi olan tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh4 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər, İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-nə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi ev 31 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 37.7 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh4 ilə iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkətimizlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan suiistifadə hallarına görə öz arzularına çata bilmirlər. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəfimizdən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. İddiaçı cavabdehlərin mülkiyyət hüquqlarını bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onların mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzilin onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılmasışəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh4 ünvan 2 üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sahiblik və istifadə hüquqlarına xitam verilməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45,80 kv.m olan 1 ədəd 2 otaqlı yeni, təmirli mənzilin X1 mülkiyyətinə verilməsi, cavabdehlərin ünvan 2 ünvanında yerləşən mənzildən çıxarıldığı gündən yeni mənzil ilə təmin edildiyi günədək İddiaçı MMC tərəfindən cavabdehlərə aylıq cəmi 400 (dörd yüz) manat kirayə haqqı ilə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin ərizədə qeyd edilmişdir ki, İş üzrə təyyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsində bəlli olmuşdur ki, cavabdehlərin mülkiyyətində olan mənzillərinin faktiki sahəsi 38,14 kvadrat metr təşkil edir. Eyni zamanda əlavə edilmiş mütəxəsis rəyindən də göründüyü kimi, qeyd olunan mənzili kirayə dəyəri 400 manat civarında təşkil edir. Bu səbəbdən hesab edirik ki, iddia ərizəsinin xahiş etdim hissəsinə dəqiqləşdirilmə verilməlidir. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddia ilə məhkəməyə müraciət ediləndə mübahisə predmeti olan mənzil xx.xx.1984-cü il tarixli orderə əsasən Cavabdeh4 məxsus idi. Məhkəmə gedişatı zamanı qeyd olunan mənzil digər cavabdehlərdən biri olan Cavabdeh1 adına özəlləşdirilmişdir və bu səbəbdən də iddia ərizəsi üzrə tələbin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin üzərində mülkiyyət hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarılması, həmin mənzilin tam olaraq boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45,80 kv.m olan 1 ədəd 2 otaqlı yeni, təmirli mənzilin Cavabdeh1 mülkiyyətinə digər cavabdehlərin isə istifadəsinə verilməsi, cavabdehlərin ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarıldığı gündən yeni mənzil ilə təmin edildiyi günədək İddiaçı MMC tərəfindən cavabdehlərə aylıq cəmi 400 (dörd yüz) manat kirayə haqqına görə kompensasiya ilə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, qanunsuz olaraq vətəndaşları öz mülkiyyətlərində olan mənzillərdən çıxarmaq niyyətindədirlər. Bundan başqa “sərəncam’' da qeyd olunan “tikintiyə icazənin təmin olunması” öhdəliyi də icra edilməmişdir. Belə ki, hazırki mülki iş üzrə İddiaçı MMC tərəfindən müvafiq tikintiyə dair heç bir icazə icraatı həyata keçirilmədiyindən (ki bu fakt müvafiq dövlət orqanının məktubu və rəsmi reyestrdən çıxarışla öz təsdiqini tapmışdır) şirkətin iddia ərizəsində qeyd etdiyi “sonradan tikiləcək yaşayış binasında yeni mənzillə təmin etmə” əsası tamamilə şübhə altında olmaqla bərabər, şirkət haqqında rəsmi xəbər saytlarında və sosial şəbəkələrdə əksini tapan neqativ xəbərlər onu deməyə əsas verir ki, hal-hazırda şirkət tərəfindən hər hansı tikilinin aparılması qeyri- mümkündür. Qeyd olunanlardan əlavə, şirkətin bugünkü gündə müvafiq ərazidə yerləşən mənzillərdə heç bir mülkiyyətçinin razılığını almadan söküntü, kanalizasiya sularının küçələrə axıdılması, kislota adlanan təhlükəli maddənin su və qaz borularının üzərinə tökməsi onu deməyə əsas verir ki. bu əməlləri törədən şirkətlə hər hansı bir humanist razılaşmadan söhbət gedə bilməz. Qeyd olunanlardan əlavə bildirmək istərdi ki, şirkətin iddia ərizəsində qeyd etdiyi tikilməsi nəzərdə tutulan irimərtəbəli yaşayış binasının layihəsi də bu günədək təqdim edilməmiş, həmin layihənin hansı formada icra olunması barədə qəsdən onlara məlumat verilməmişdir. Qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, iddiaçı şirkət heç bir tikintiyə icazə icraatı həyata keçirmədən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı şirkət Yasamal rayon İcra hakimiyyətinin müvafiq sərəncaçında qeyd olunan öhdəlikləri icra etmək niyyətində deyildir. Şirkət artıq razılıq almadan bir sıra söküntü işləri həyata keçirmişdir, bu söküntülər nəticəsində ərazidə anti-sanitariya vəziyyəti hökm sürməkdədir. İddiaçı şirkət tikintiyə icazə icraatının alınması ilə heç bir sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçı şirkət tikilməsi nəzərdə tutulan irimərtəbəli binanın layihəsini məhkəməyə təqdim etməmişdir. İddiaçı şirkət tərəfindən mənzilinin yerləşdiyi ərazidə bazar araşdırması aparılmadan, mənzilinin real bazar dəyəri müəyyən edilmədən özbaşına qiymətləndirmə aparılaraq hüquqi əsassız iddia tərtib edilmişdir. Şirkət mənzilinin sökülməsi qarşılığında yeni “ədalətli” mənzil təklif etməməklə bu hal mümkün olmadıqda isə ədalətli kompensasiya məbləğinin ödənilməsi məsələsini ümumiyyətlə işıqlandırmaq niyyətində olmamışdır. Şirkət tikilməsi nəzərdə tutulan irimərtəbəli binalarından “bəhs elsə” də, həmin binaların hansı müddətdə təhvil verilcəyini, ödənilməsi nəzərdə tutulan kirayə haqlarının hansı müddət üçün nəzrdə tutulduğunu qeyd elməkdən çəkinmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 çıxış edərək bildirdi ki, cavabdehin yaşadığı küçə də daxil olmaqla adı çəkilən küçələrinin əhatə etdiyi ərazidəki evlərin sökülməsinin məqsədi həmin sahələrin yerində çoxmərtəbəli yaşayış və qeyri-yaşayış sahələrinin tikilməsidir. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız dövlət ehtiyaclar üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Dövlət ehtiyacı”nın mahiyyətini və sərhədlərini isə Mülki Məcəllənin 157.9-cu maddəsi müəyyən edir ki, bura daxildir: yolların və digər kommunikasiya xətlərinin çəkilməsi; sərhəd zolağının müəyyən edilməsi; müdafiə əhəmiyyətli obyektlərin tikilməsi. Qeyd edilən hüquq norması mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız dövlət ehtiyacları üçün və yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə icazə verir. Əlbəttə ki, sərəncamda qeyd edilən çoxmərtəbəli yaşayış binasının tikilməsi dövlət ehtiyacları kateqoriyasına aid deyil. İddiaçı sakinlərin evlərinin sökülməsinin müqabilində yalnız tikəcəyi binadan ev verməyi nəzərdə tutur, mülki qanunvericilikdə qeyd edildiyi kimi evlərin dəyərini ədalətli ödəmək fikrində deyil. Qanunvericiliyə əsasən cavabdehlərin ədalətli kompensasiya ilə təmin olunmaq hüququ var, iddiaçının tikdiyi binalarda yaşamaq məcburiyyətində deyillər! Bakı Şəhər İcra Hakimiyyətinin başçısı hansı qanunvericilik aktına əsaslanaraq cavabdehlərin harada yaşamağımıza qərar verir?! Hansı hüquqi dövlətdə dövlət qulluqçusu mülkiyyətçinin mənzilini yeni bina tikmək məqsədilə əlindən alaraq ona harada yaşayacağı barədə göstəriş verə bilər?! Faktiki istifadə olan ölçünü yox, daha az ölçünü nəzərə alıb yeni tikiləcək binada ev təklif edirlər. Onu da qeyd etmişdir ki, tikinti işləri aparan şirkətlər təklif etdiklərindən də az kvadratlar təqdim edirlər və iddia edirlər ki, onların ayrıca ölçü plan sistemləri var. Bu məsələ ilə bağlı kifayət qədər məhkəmə qərarları var. İddiaçı cavabdehləri mülkiyyətlərindən məhrum etmədiyini bildirir. Halbuki, iddiaçı iddia ərizəsində onlara məxsus mənzil üzərində məhz mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsini, evlərindən çıxarılmaqlarını, həmin evin tam olaraq boşaltmağını və evlərinin sökülməsini istəyib. İddiaçı iddia ərizəsində evlərini şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evləri hesab edir, dədə-baba evlərini sökərək yerində abadlaşdırma və yaşıllaşdırma aparmaq istəyir. Haqverdiyev Azərbaycana qarşı iş üzrə Məhkəmənin qərarında qeyd edilib ki, ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinə zidd olaraq (hüquq əsas olmadan) qanuni təzminat ödənmədən mülkiyyətindən qanunsuz şəkildə məhrum edildiyinə dair şikayət təqdim edib. Hökümət bildirib ki, ərizəçinin evi “14 may 2004-ci il tarixli (Bakı Şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi) sərəncama əsasən ictimai ehtiyaclar üçün dövlət tərəfindən alınıb. Bu sərəncam Bakı Şəhərinin Baş inkişaf Planına əsaslanıb. Qeyd olunan ərazidə yerləşən digər binalar və ərizəçinin evi “gecəqonduya bənzəyirdi” və “şəhərin görünüşünə xələl gətirirdi”. Məhkəmə qərarda müəyyən edib ki, mübahisə hüquqi və məntiqli əsası olmadığı üçün mülkiyyətdən məhrum edilməyə səbəb olub. Belə ki, hökümət və yerli məhkəmələr Bakı Şəhər icra Hakimiyyətinin xüsusi mülkiyyətin müsadirəsi ilə bağlı qərar vermək üçün səlahiyyətə malik orqan və ya orqanlardan biri olduğunu açıq şəkildə ifadə edən hər hansı yerli hüquqi müddəa müəyyən edə bilməyib. Bakı Şəhər icra Hakimiyyəti başçısı 02 dekabr 2022-ci il tarixli, 265 saylı sərəncamı ilə başqalarına məxsus mülkiyyət üzərində sərəncam verir və mülkiyyətçiləri qanuni mülkiyyətlərindən məhrum edir. Halbuki, Bakı Şəhər icra Hakimiyyəti başçısının belə bir səlahiyyəti yoxdur! Qanunvericiliklə dövlət ehtiyaclarının müəyyən edilməsi və həmin ehtiyaclara görə mülkiyyətdən məhrum edilməyə yönələn səlahiyyətlər Bakı Şəhər İcra Hakimiyyəti başçısına verilməyib. Belə ki, Mülki Məcəllənin 157.9.-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. "AR Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 25 avqust 2000-ci il tarixli Fərmanına əsasən, Mülki Məcəllənin 157.9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq dövlət orqanı" nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısı, səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikasının Konstitusiyasını və digər normativ hüquqi aktları kobudcasına pozur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının bu cür səlahiyyətinin olmaması Azərbaycan Respublikasının Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamədə də öz əksini tapıb. Belə ki, həmin Əsasnamənin 7-ci bəndinin 3-ci yarımbəndinə əsasən, yerli icra hakimiyyətlərinin idarəçiliyində torpaq sahələri, təbiət obyektləri, maliyyə aktivləri, qeyri-yaşayış binaları, təhsil, mədəniyyət, tibb və idman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak da ola bilər. Həmin Əsasnamənin 7-ci bəndinin 4-cü yarımbəndinə əsasən, yerli icra hakimiyyətlərinin istifadəsində olan obyektlər üzərində sərəncam verilməsi və onların idarə edilməsi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir. Əsasnamənin 4-cü bəndinin 16-cı yarımbəndinə əsasən, icra hakimiyyəti başçısının səlahiyyətlərinə şəhərin, rayonun və şəhər rayonunun icra hakimiyyəti orqanının istifadəsində olan əmlaka münasibətdə hüquqi hərəkətlər etmək və həmin əmlakın qorunmasını təşkil etmək, idarəçiliyində olan qeyri-yaşayış fondu obyektlərinin icarəyə verilməsinə razılıq vermək, müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək, müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək aiddir. Beləliklə, qanunvericilik icra hakimiyyəti başçısına şəxsi mülkiyyətdə olan əmlaka dair sərəncam vermək kimi (o cümlədən mülkiyyətin məhv edilməsinə yönələn) səlahiyyətlər verməyib. Cavabdehlərin xüsusi mülkiyyətini təşkil edən, illərdir yaşadıqları dədə-baba evlərindən (fərdi yaşayış evləri) çoxmərtəbəli yaşayış binasının tikilməsi, Bakı şəhərinin abadlaşdırılması və gözəlləşdirilməsi üçün sökülməlidir! Artıq qeyd etdiyi kimi, şəhərin abadlaşdırılması və gözəlləşdirilməsi dövlət ehtiyacı hesab edilmir. İddiaçının məhkəməyə təqdim etdiyi "Azərdövlətlayihə" Dövlət Baş Layihə insitutunun Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin kəsişməsində yerlşən tikililərin texniki vəziyyəti barədə 14 iyul 2022-ci il tarixli rəyində cavabdehlərə məxsus evin qəzalı olması qeyd edilməyib. Cavabdehlərin yaşadığı evlər qəzalı vəziyyətdə deyil, bununla bağlı hər hansı rəy də yoxdur. Binaların (evlərin) tikili konstruksiyalarının yükdaşıma qabiliyyəti zəifləməyib, binalar texniki cəhətdən istifadəyə yararlıdır. Bu şəxslər illərdir qeyd edilən binalarda yaşayır, binalar dözümlüdür, insanların yaşaması üçün hər hansı təhlükə mövcud deyil. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 verdiyi rəy də məhkəmə tərəfindən sübut kimi qəbul edilməməlidir, çünki ekspert gəlib yerində baxış keçirmədən rəy verdiyi üçün bu rəy sübut kimi qəbul edilə bilməz. Çünki ekspert yerində baxış keçirməklə əsaslı rəy verə bilərdi. Həmçinin qəza vəziyyətində olan yaşayış binalarının yenidən qurulması və yenidən planlaşdırılması qaydaları Mənzil Məcəlləsinin 28-ci maddəsində konkret olaraq qeyd edilib. Həmin maddəyə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Cavabdehlərin yaşadığı binaların qəzalı olması barədə hər hansı rəy, məhkəmə qərarı yoxdur. Binaların qəzalı vəziyyətdə olması barədə rəy olmadığı halda iddiaçı özbaşına olaraq cavabdehlərin yaşadığı binaları qəzalı hesab edərək evlərini söküb yerində çoxmərtəbəli yaşayış binası tikmək istəyir. İddiaçı sərəncamın tələbinə belə əməl etməyib. Yuxarıda adı çəkilən sərəncamın 2.5-ci bəndində qeyd edilir ki, tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 X3 Bas İdarəsinin müsbət rəyinin alınmasını təmin etsin. Lakin işdə adı çəkilən qurumun belə bir rəyi mövcud deyil. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 başqa bir – “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun rəyini alıb və məhkəməyə təqdim edib. Həmin qurum isə bina və qurğuların layihələndirilməsini həyata keçirən, tikintidə təhlükəsizliyə nəzarətin aparılmasına dair metodik-normativ sənədlərin və tövsiyələrin, tikintiyə dair digər normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən təsərrüfat hesablı prinsipi ilə fəaliyyət göstərən qurumudur. Nazirliyin sərəncamda adı çəkilən X3 Baş İdarəsi layihəqabağı və tikinti layihə sənədlərinin layihələndirmə və smeta üzrə tikinti və şəhərsalma norma və qaydalarının tələblərinə, verilən texniki şərtlərinə, müvafiq razılaşdırılmaqların mövcudluğuna, mühəndis-geoloji nəticələrinin uyğunluğuna və ümumiyyətlə inşa olunacaq bina və qurğuların dayanıqlığını, o cümlədən seysmik təsirlərə davamlılığı üzrə normativ tələblərə uyğunluğuna dövlət nəzarətini həyata keçirən qurumdur. İddiaçı tələb olunan rəyi yox, tələb olunmayan rəyi alıb cavabdehlərin yaşadığı binaları özbaşına olaraq sökür. Əlavə olaraq qeyd etmişdir ki, cavabdehlər uzun müddətdir ki, qeyd edilən unvada mulkiyyət huququ əsasında yasamışlar. İddiaçı hec, bir huquqi əsas olmadan cavabdehlərin mulkiyyətində olan yaşayış sahəsini sökməyə cəhd etməklə mülkiyyət huquqlarına qəsd edərək mulkiyyətlərində olan sahəyə ozunun istədiyi dəyəri kompensasiya kimi verməklə onları öz qanuni əmlaklarından məhrum etməyə calışır. Belə ki, iddiaçı qeyri-səmimi davranışlar nümayiş etdirir, belə ki, məhkəmədə olan çıxışlarında qeyd edilir ki, cavabdeh ilə razılaşmağa hazırdırlar, digər şəxslərə nə təkliflər edilibsə onlara da o təklif edilə bilər. Ancaq bunu əməllərində nümayiş etdirmirlər. Belə ki, digər sakinlərə aylıq kirayə haqqı olaraq 650 manat verildiyi halda hazırkı iş üzrə cavabdehlərə 400 manat təklif edilir. Bundan başqa iddiaçı iddia edir ki, biz ancaq ev veririk, digər sakinlərə nisbətdə evin haqqı da ödənilir, həmçinin digər sakinlərə münasibətdə faktiki istifadə olan kvadratı nəzərə alaraq müqavilə bağlandığı halda bu iş üzrə cavabdehlərə başqa təklif edilir. iddiaçının bu qeyri-səmimi davranışları cavabdehlərdə suallar yaratdığı üçün evlərini itirmək istəmirlər. Şirkətin nizamnamə kapitalı və eyni zamanda şirkətin imici, şəhərsalma əsaslandırılmasında cavabdehlərə verilməsi nəzərdə tutulan küçənin olmaması onu deməyə əsas verir ki, iddiaçı 2 il ərzində evləri təhvil verməyəcək və kirayə haqlarının da verilməsində də problemlər yaranacaq. İddiacı tərəfindən cavabdehlərə mulkiyyət huququ ilə məxsus olan sahəyə onların fikri nəzərə alınmadan həmin ərazidə yeni tikiləcək binadan iddia ərizəsində qeyd edilən olçudə sahənin verilməsi təklif edilmis4dir ki, bununla mulkiyyətqilər razılasa bilməz və birbasa olaraq onların mulkiyyət huquqlarına qəsd edilmis,dir. Hazırki iddianın qaldırılması ilə baglı iddiaçı umumiyyətlə hər hansı subyektiv huquqa malik olmamıs,dır. Belə ki, hazırki vəziyyətdə eyni zamanda iddiacının torpagın icarəsinə dair Bakı səhəri İcra Hakimiyyəti ilə baglanan muqaviləsinə əsasən iddiagı hazırki is, uzrə cavabdehlərə qarsı hər hansı tələb irəli surə bilməz. İddiacı ilə Bakı səhəri İcra Hakimiyyəti arasında baglanmıs, icarə müqaviləsi bu günə qədər dövlət reyestrindən qeydiyyatdan belə keçməmişdir. Belə olan halda iddiaçının hər hansı huququ dovlət tərəfindən tanına və qoruna bilməz və hazırki iddia tələbi ilə iddiagı cavabdehlərə qarsı mulkiyyət huquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə muraciət etməsi üçün ümumiyyətlə subyektiv huquqa malik olmamışdır. Subyektiv mənada huquq normativ-huquqi aktlarla muəyyən olunmus, zahiri azadlıgl ifadə edir. Şəxsiyyətin davranısının bu və ya digər usulunu segməklə suurlu olaraq məqsədləri muəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlıgln daxili cəhətidir. Bu cəhət huquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai munasibətlərdə oz məqsədini ifadə etmək imkanı qəbul olunan xarici cəhəti isə muhum əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət huquqi ixtiyar kimi təzahuru ehtiva edir. Belə ki, subyektiv huquq uc, elementin məcmusu kimi qiymətləndirilə bilər: oz hərəkətlərinə huquqi ixtiyar; basqa (borclu) səxslərdən tələb etmək huququ; mudafiə huququ. Subyektiv huququn ikinci və üçüncü elementləri birinci elementin movcudlugu ilə baglıdır. Birinci element isə bəzən yalnız qanunla muəyyən olunmus, qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv huququn digər elementlərinin, yəni basqa səxslərdən tələb etmək huququnun və mudafiə huququnun yaranmasından, eləcə də həyata kecjrilməsindən sohbət gedə bilməz. Cavabdehlərin iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşunulməsi isə cavabdehlərin mulkiyyət və mulkiyyətdən irəli gələn digər huquqlarının pozulması ilə nəticələnmis, olar. Mulkiyyət huququ subyektin ona mənsub əmlaka (əsyaya) oz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək uzrə səlahiyyətləri əhatə edir. Mulkiyyətcinin oz əmlakı uzərində «səlahiyyət ucjuyu» adlanan bu imkanları mulkiyyət huququnun məzmununu təskil edir. Mulkiyyətcj oz əmlakı ilə baglı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun carcivəsində oz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır. Cavabdehlərin yaşadığı ünvanında yerləspn evin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olsa da, həmin evə cavabdehlərin goZlənilən mülkiyyət hüququ movcud olduğundan, hazırki is, üzrə iddiaçı yalnız mülkiyətçilərlə razılıq əldə etməklə tikilinin sokülməsini həyata keçirə bilər. Hazırki işdən isə gorünür ki, iddiaçı cavabdehlərlə bu cür razılıq əldə etməmişdir. İddiaçının qanunsuz hərəkətləri nəticəsində cavabdehin "İnsan hüquqlarının və X13 haqqında" Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan hüquqları (Mülkiyyətin müdafiəsi hüququ) kobudcasına pozulub. Cavabdehlərin mülkiyyət hüququna müdaxilə hər hansı zərurilikdən irəli gəlmir. İddiaçı tərəfindən mülkiyyət hüququna müdaxilə tamamilə qanunsuzdur. Milli qanunvericilik yalnız dövlət ehtiyacları üçün dövlət tərəfindən mülkiyyət hüququna müdaxiləni nəzərdə tutduğu halda, iddiaçı çoxmərtəbəli yaşayış binasının tikilməsi məqsədilə Konstitusiyanı və digər qanunvericilik aktlarını kobudcasına pozaraq cavabdehləri mülkiyyətlərindən məhrum etmək istəyir. Odur ki, qeyd edilənlərə əsasən iddiaçının “Daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi tələbinə dair” iddia tələbi qanunsuz və əsassızdır, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 5 saylı müraciətini nəzərə alaraq, Yasamal rayonu, 623 saylı məhəllə, Z.Əhmədbəyov, Naxçıvani və F.ibrahimbəyov küçələrinin əhatəsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və vəsaitin ödənilməsinin müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC tərəfindən həll edilməsi göstərilmişdir. Bakı şəhəri İcra hakimiyyəti başçısının sərəncamından görünür ki, Bakı şəhəri. Yasamal rayonu 623 saylı məhəllə Z.Əhmədbəyov, Naxçıvani və F.İbrahimov küçələrinin əhatəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında GM X4 Cəmiyyətinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 274 nömrəli Sərəncamı və aparılmış müvafiq sənədləşmə işlərinin eyni məqsədlər üçün “RR Constructions" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilməsi qərara alınmışdır. Layihəçi RR Construction MMC ilə X16 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Layihəçi” ünvan 3 ünvanında yerləşən (DƏDRX-nin verdiyi RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışa əsasən) "xxxx"yə məxsus 3 otaqlı mənzilin bu Müqavilə müəyyən edilmiş müddətdə söküntüsünü və bu sahədə 24 ay ərzində yeni yaşayış binasının tikintisini həyata keçirərək “Mülkiyyətçinin mənzilinin faktiki sahəsi olan 120 kv.m ümumi sahəsinə 20% əlavə etməklə və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 500 manat kirayə haqqı ödənilməklə tərəflərin qarşılıqlı razılığına əsasən əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə "xxxx"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Layihəçi RR Construction MMC ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Layihəçi” ünvan 4 ünvanında yerləşən "xxxx"-nin sahiblik və istifadəsində olan 2 otaqlı mənzili bu Müqavilədə müəyyən edilmiş müddətdə (24 ay) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək. “Layihəçi" "xxxx"nin mənzilinin faktiki sahəsi olan 53 kv.m ümumi sahəsinə 20% əlavə etməklə (cəmi 63 kv.m olmaqla) və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 400 manat kirayə haqqı ödənilməklə, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə yeni mənzili "xxxx"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Layihəçi RR Construction MMC ilə X14 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Layihəçi” ünvan 5 ünvanında yerləşən "xxxx"-nin sahiblik və istifadəsində olan 1 otaqlı mənzili bu Müqavilədə müəyyən edilmiş müddətdə (24 ay) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək. “Layihəçi” "xxxx"nin mənzilinin faktiki sahəsi olan 30 kv.m ümumi sahəsinə 20% əlavə etməklə (cəmi 36 kv.m olmaqla) və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 300 manat kirayə haqqı ödənilməklə, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə yeni mənzili "xxxx"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Layihəçi RR Construction MMC ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Layihəçi” ünvan 6 ünvanında yerləşən "xxxx"-nin sahiblik və istifadəsində olan 2 otaqlı mənzili bu Müqavilədə müəyyən edilmiş müddətdə (24 ay) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək. "xxxx"nin mənzilinin faktiki sahəsi olan 22 kv.m ümumi sahəsinə əlavə etməklə ümumi sahəsi 28 kv.m (daxili parametrlər) olan, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş, tam təmirli yeni mənzili "xxxx"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmçinin, “Layihəçi” "xxxx"yə bu tikinti başa çatdırılıb yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 500 manat kirayə haqqı ödəməyi öhdəsinə götürür. Layihəçi RR Construction MMC ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Layihəçi Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov 28 ünvanında yerləşən ‘Mülkiyyətçi"-nın mülkiyyətində olan 2 otaqlı mənzili bu Müqavilədə müəyyən edilmiş müddətdə (24 ay) sokuntusunü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək “Mülkiyyətçi'nin mənzilinin faktiki sahəsi olan 38 kv.m umumı sahəsinə əlavə etməklə ümumi sahəsi 47 kv.m (daxılı parametrlər) olan, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş, tam təmırlı yeni mənzili “Mülkıyyətçı'-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. 2 Həmçinin, Layihəçi” “Mülkiyyətçiyə bu tikinti başa çatdırılıb yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 450 manat kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin söküntüsü üçun “Layihəçi’yə təhvil verməyi və bu müqavilədə göstərilən müddətdə və qaydada yem tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür/ Bakı şəhəri İcra Hakimiyyəti başçısının 2022-ci il dekabr tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvanı və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “RR Constructions" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün İddiaçı icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti ilə RR Construction MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1762№li Torpaq icarə müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçının 150 saylı, xx.xx.2021-ci il tarixli sərəncamı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarxli MİHO/2.1.2-2-2022-4299 nömrəli cizgisinə əsasən, Bakı şəhəri, Yasamal r., 623 saylı məhəllə, Z.Əhmədbəyov, M.Naxçıvani və F. İbrahimov küçələrinin ərazisində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İcarəyəverən» icarə əsasında sahəsi 9746 (doqquz min yeddi yüz qırx altı)kv.m olan (yazı ilə) torpaq sahəsini, o cümlədən su ilə örtülmüş gələcəkdə «Sahə» adlandırılacaq ərazini «İcarəçi»-yə 49 (qırx doqquz)il müddətinə istifadəsinə verir, «İcarəçi» isə onu qəbul edir. Sahədə: sökülməsi nəzərdə tutulan tikililər mövcuddur. Torpaq sahəsi yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün verilir. Bakı şəhər İcra Hakimiyyəti ilə RR Construction MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1761№li Torpaq icarə müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçının 265 saylı, xx.xx.2022-ci il tarixli sərəncamı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarxli MİHO/2.1.2-2-2022-6461 nömrəli cizgisinə əsasən, Bakı şəhəri, Yasamal r., İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov, Z.Əhmədbəyov, S.Salayev, F.İbrahimbəyov, M.Naxçıvani və Ə.Abdullayev küçələrinin ərazisində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanır. 1.1 «İcarəyəverən» icarə əsasında sahəsi 43200 (qırx üç min iki yüz)kv.m olan torpaq sahəsini 49 il müddətinə icarəyə vermişdir. Torpaq sahəsi yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün verilir. «İcarəçi» hər il 161 740 (yüz altmış bir min yeddi yüz qırx) manat 80 qəpik icarə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən RR Construction MMC-yə ünvanlanmış məktubdan görünür ki, ünvan 8 Naxçıvani və F.lbrahimbəyov küçələrinin əhatəsində yerləşən 0,9746 hektar torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgi MMC-yə göndərimişdir. Azərdövlətlayihə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Naxçıvani və Əlibaba Abdullayev küçələrinin kəsişməsində yerləşən tikililərin texniki vəziyyəti barədə rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahim- paşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Naxçıvani və Əlibaba Abdullayev küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış binalarının texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. AzDTN 1.7-1 “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydalarf’na əsasən hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olduğu, tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilir. Binalarda yaranmış texniki vəziyyətin fövqəladə hallarla əlaqəsi yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsinin çıxarışından görünür ki, ünvan 10, mənzil 4, xx.xx.2023-cü il tarixdə qeydiyyatda alınmaqla Cavabdeh1 xüsusi mülkiyyətindədir. 11 mart 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla hesablandıqda ünvan 2 ünvanında yerləşən cavabdehlərin faktiki istifadəsində olan fərdi yaşayış evinin ümumi sahəsi 38.14 kv.metr və ümumi tikinti altı sahəsi (divar altı və arakəsmələr daxil olmaqla) 49.6 kv.m. təşkil etdiyi müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və ona oxşar şəraitli sahələrin aylıq icarə haqqını müəyyən etmək mümkün olmadı. Məhkəmə Ekspertizası Xidmətləri MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssi rəyindən görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən Cavabdeh4 mülkiyyətində olan Baki şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi ev 31 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki tarixə orta aylıq kirayə haqqı 400,0 (dörd yüz) manat/1 ay təşkil edir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikinti norma və qaydalarının tələblərinə cavab vermədən inşa edilməsini, qüvvədə olan seysmik normaların tələblərinə cavab verməməsini nəzərə alaraq yaşayış evi texniki cəhətdən yolverilməz vəziyyətdədir. Hal-hazırda baxış keçirilən ərazidə söküntü və tikinti-quraşdırma işlərinin aparıldığını nəzərə alsaq yaşayış evinin istismarı təhlükəlidir. AR DİN tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 10 ünvanında X18, X21, həmçinin Cavabdeh2, X11, X15, X12, Cavabdeh3, X17, Cavabdeh1 qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhər, İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Həmin ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-nə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi ev 31 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 37.7 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi ilə razılıq əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; - 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; - 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqularının və X13 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. «İnsan hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərində nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyubqoymadığını qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub-pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb-yaratmadığını müəyyən etmək qalır. İddiaçının sökülməsini tələb etdiyi yaşayış sahəsi cavabdehlərdən birinin mülkiyyətində, digərlərinin isə sahiblik və istifadəsində olmasını nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və X13 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007- ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı» xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə «müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinə uyğun olaraq rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır. Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Həmin Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) - obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Beləliklə, məhkəmə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikinti norma və qaydalarının tələblərinə cavab vermədən inşa edilməsini, qüvvədə olan seysmik normaların tələblərinə cavab verməməsini, yaşayış evinin texniki cəhətdən yolverilməz vəziyyətdə olmasını, hal-hazırda baxış keçirilən ərazidə söküntü və tikinti-quraşdırma işlərinin aparıldığını diqqətə alaraq yaşayış evinin istismarının təhlükəli olmasını, həmçinin digər şəxslərin iddiaçı ilə razılığa gələrək öz yaşayış yerlərini tərk etməsini, yeni mənzillə təmin edilmələrini gözləmələrini, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsinin ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etməsini nəzərə alaraq iddia tələbinin Cavabdeh1 ona məxsus ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin üzərində mülkiyyət hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarılması, həmin mənzil tam olaraq boşaldılması və sökülməsi hissəsini əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evlərini boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin bir hissəsini də məhz qeyd edilən hal təşkil edir. Göründüyü kimi iddiaçı tərəfindən tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Məhkəmə həmçinin iddia tələbinin sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək (yaşayış kompleksində yerləşən) 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45,80 kv.m olan 1 ədəd 2 otaqlı yeni təmirli mənzil Cavabdeh1 təhvil verilməsi, cavabdehlər ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarıldığı gündən, yeni mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən cavabdehlərə hər ay cəmi 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə sözügedən ərazidə yaşayan sakinlər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı mülkiyyətçilərin mənzillərinin qanuni sahələrində 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında mənzil hazır olanadək kirayə haqqının ödənilməsi öhdəliyini götürmüş və buna müvafiq olaraq öhdəliklərini digər sakinlərə münasibətdə yerinə yetirmişdir. Hazırkı halda xx.xx.2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi ünvan 2 ünvanında yerləşən cavabdehlərin faktiki istifadəsində olan fərdi yaşayış evinin ümumi sahəsi 38.14 kv.metr təşkil edir. Həmin sahəyə əlavə 20% hesablanmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh1 təhvil verilməli mənzilin sahəsi 45,8 kv. metr təşkil etməlidir. Bundan başqa Məhkəmə Ekspertizası Xidmətləri MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssi rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki tarixə orta aylıq kirayə haqqı 400,0 (dörd yüz) manat/1 ay təşkil edir. Bu səbəbdən də cavabdehlər ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarıldığı gündən, yeni mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən cavabdehlərə hər ay cəmi 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməlidir. Məhkəmə cavabdehlər tərəfindən verilmiş etiraza münasibətdə qeyd edir ki , etirazda iddiaçı şirkət tərəfindən mənzilinin yerləşdiyi ərazidə bazar araşdırması aparılmadan, mənzilinin real bazar dəyəri müəyyən edilmədən özbaşına qiymətləndirmə aparılaraq hüquqi əsassız iddia tərtib edilməsi, şirkət mənzilinin sökülməsi qarşılığında yeni “ədalətli” mənzil təklif etməməklə bu hal mümkün olmadıqda isə ədalətli kompensasiya məbləğinin ödənilməsi məsələsini ümumiyyətlə işıqlandırmaq niyyətində olmaması, şirkətin tikilməsi nəzərdə tutulan irimərtəbəli binalarından “bəhs elsə” də, həmin binaların hansı müddətdə təhvil verilcəyini, ödənilməsi nəzərdə tutulan kirayə haqlarının hansı müddət üçün nəzərdə tutulduğunu qeyd elməkdən çəkindiyi göstərilsə də, işin halları ilə qeyd olunanlar öz təsdiqini tapmır. Əvvəla iddiaçı tərəfindən cavabdehlərin mənzilinin sahəsinə 20% əlavə edilməklə, həmin ərazidə yerləşən binada mənzil təklif edilir, həmçinin ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarıldığı gündən, yeni mənzil təhvil verilənədək kirayə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi cavabdehlər tərəfindən verilmiş etiraz formal mülahizələrə əsaslanmaqla iş materialları ilə təkzib edilir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə xatırladır ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi və sair tələbinə dair iddiası təmin edilməli, Cavabdeh1 ona məxsus ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin üzərində mülkiyyət hüququna xitam verilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarılmalı, həmin mənzil tam olaraq boşaldılmalı və sökülməli, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək (yaşayış kompleksində yerləşən) 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45,80 kv.m olan 1 ədəd 2 otaqlı yeni təmirli mənzil Cavabdeh1 təhvil verilməli, cavabdehlər ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarıldığı gündən, yeni mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən cavabdehlərə hər ay cəmi 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməlidir. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ona məxsus ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin üzərində mülkiyyət hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarılsınlar, həmin mənzil tam olaraq boşaldılsın və sökülsün. Sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək (yaşayış kompleksində yerləşən) 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45,80 kv.m olan 1 ədəd 2 otaqlı yeni təmirli mənzil Cavabdeh1 təhvil verilsin. Cavabdehlər ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarıldığı gündən, yeni mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən cavabdehlərə hər ay cəmi 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-312/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-312/2024
30.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver